Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1912/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin boşaldılması 27.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlunun (məruzəçi), hakimlər Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-184/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Akif Mustafayev k üçəsindəki 6 saylı evin 13 saylı mənzili 2006-cı ildən İddiaçı xüsusi mülkiyyətində olmuşdur.
2. Cavabdeh1 ilə X4 arasında olan nikah 02.04.2014-cü ildə bağlanmış, nikah bağlandıqdan sonra arvad Kərimova soyadını qəbul etmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsinin məzmunundan aydın olur ki, hazırkı iş üzrə İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evin 13 saylı mənzilini öz qardaşı X5 bağışlamış, sonuncu həmin mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyatdan keçirmiş və bu barədə müvafiq Çıxarış almışdır. Həmin qətnamə ilə X2 Cavabdeh2 qarşı sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evi n 13 saylı mənzilindən məcburi qaydada çıxarılması və özünün həmin mənzilə köçürülməsinə dair iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 iyun 2021-ci il tarixli, 2(103)-4728/2021 saylı qətnaməsi ilə, həmin qətnamə isə öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(102)-5384/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin boşaldılması və ona məxsus yaşayış evinin ona qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir.Bu cütlüyun toyları 26 oktyabr 2013-cü ildə olmuş, lakin rəsmi nikahları, Bakı şəhəri Sabunçu rayonunun qeydiyyat şöbəsində 02 aprel 2014-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 362 nömrəsi ilə qeyd edilmişdir.Toydan sonra, yəni 2013-cu ilin 26 oktyabr tarixdə cəvabdeh Cavabdeh2, Şirvan şəhərində mülkiyyətində olan evə gəlin gəlmişdir.Cavabdehlər (ərarvad) Şirvan şəhəri, Xəqani küçəsindəki mülkiyyətində olan 70№-li evdə bir ay yaşadıqdan sonra, işlə əlaqədar olaraq Bakı şəhərinə köçmələrini nəzərə aldılar. ünvan 2 ünvanında yerləşən yaşayış evini 24 sentabr 2005-ci il tarixdə AN İ 0047779№-li Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən satıcı X1 45000 manata satın almış, həmi n alqı-satqı müqaviləsi Bakı şəhəri 16-cı dövlət notariat kontorunda 4Ə4-679 saylı nömrə ilə Reystrdə qeyd edilmişdir. Alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Hüquqların Dövlət Qeydiyyatı Haqqmda DƏDRdən MH seriyalı 0012815№-li çıxarış verilmişdir. Cavabdehlər, 2013-cü ilin Dekabr ayının ortalarından ünvan 3 ünvanında yerləşən və mülkiyyətində olan evdə yaşamağa başlamışlar. Cavabdehlərin birgə rəsmi nikahlarından iki qız övladları Bakı şəhərində doğulmuşdur. Şirvan şəhərində yaşayış evi olmağına baxmayaraq, o, Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən nəqliyyat idarəsində növbə mexaniki işləyir, növbəli işdən sonra Bakıxanov qəsibəsindəki evinə gedib orada yaşayır. Son vaxtlar cavabdeh, yəni gəlini Cavabdeh2 onun mülkiyyətində olan evdə yaşamağın a razı olmadığı üçün, öz əri ilə də narazılıq yaratmağa başlamış, ailə üzvlərindən arvadını, qızını, ikinci oğlunu hətda onu da həmin mənzilə girməklərini qadağan etmişdir. Bununlada onun mülkiyyət hüquqlarını məhtudlaşdırmağa başlamışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev, iş № 2(008)-5733/2019) iddia təmin edilmişdir.
7. Birinci instansiyası məhkəməsi belə qənaetə gəlmişdir ki, cavabdehlərin mübahisəli mənzildə yaşaması iddiaçıya özünə məxsus olan əmlakdan istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan cavabdehlər iddiaçıya məxsus evi boşaltmalı və iddiaçıya qaytarmalıdır. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 157.2-ci maddələrinin və digər maddi, pro sessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməmişdir. 10.Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi həmin mənzilə dair pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etdikdən sonra həmin mənzili özgəninkiləşdirdiyindən, bununla da həmin mənzilə dair hüquqların ı digər şəxsə (yeni mülkiyyətçiyə) ötürdüyündən, onun cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmamışdır.
11. Mübahisəli mənzilin yeni mülkiyyətçisi isə eyni cavabdehə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş və həmin tələb üzrə iddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilərək hazırda qanuni qüvvəyə minmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 12.İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 noyabr 2021-ci il tarixli 2(103)-184/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, işdə olan sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. 13.İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 228.2-ci maddələrinin tələbləri pozulmuşdur. 14.Kassasiya şikayətində qeyd edilir ki, məhkəmə apellyasiya şikayətini təmin edərkən mübahisəli mənzildə cavabdehin istifadə hüququnun olmadığını və bu barədə müvafiq məhkəmə qətnamələrinin olduğunu, mənzilin X2 mülkiyyətində olduğunu nəzərə almamışdır. 15.Qeyd edir ki, cavabdehə nə əvvəlki mülkiyyətçi, nə də sonrakı mülkiyyətçi istifadə hüququnu verməmişdir. Cavabdeh istifadə hüququnun verilməsi barədə məhkəmələrə müraciət etsə də, onun iddiası təmin olunmamışdır. Cavabdehin nə iddiaçının, nə də X3 ailə üzvü olmaması, eyni zamanda onun əvvəlki mülkiyyətçinin oğlundan boşanması məhkəmə tərəfindən nəzərə alınmamışdır. 16.Kassator h esab edir ki, məhkəmə tərəfindən qeyd olunan maddənin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən cavabdehin istifadə hüququnun tanınmaması barədə birinci və apellyasiya instansiya məhkəməsinin, meydana yeni mülkiyyətçinin çıxması və onun cavabdehin mənzildən məcburi qaydada çıxarılması barədə iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması məhkəmə tərəfindən nəzərə alınmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Müki Məcəlləsi 18.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 19.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 20.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.Maddə
14. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. 23.Maddə
88. Məhkəmə sübutlara obyektiv qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 25.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 26.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. 27.Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 29.Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 30.İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsinin məzmunundan aydın olur ki, hazırkı iş üzrə İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evin 13 saylı mənzilini öz qardaşı X5 bağışlamış, sonuncu həmin mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyatdan keçirmiş və bu barədə müvafiq Çıxarış almışdır. Həmin qətnamə ilə X2 Cavabdeh2 qarşı sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılması və özünün həmin mənzilə köçürülməsinə dair iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 iyun 2021-ci il tarixli, 2(103)-4728/2021 saylı qətnaməsi ilə, həmin qətnamə isə öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(102)-5384/2021 saylı q ərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 31.Məhkəmənin müəyyən etdiyi hallardan görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evin 13-cü mənzilinin hazırkı mülkiyyətçisi X6r, hazırkı iddiaçı Rafael Kərimovun həmin mənzilə heç bir aidiyyatı yoxdur. Başqa sözlə, iddiaçının hazırkı iddia tələbi onun sonradan aradan qalxmış mülkiyyət hüquqlarına əsaslanmışdır. 32.Apellyasiya kollegiyası bu nəticəyə gəlmişdir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi həmin mənzilə dair pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etdikdən sonra həmin mənzili özgəninkiləşdirdiyindən, bununla da həmin mənzilə dair hüquqlarını digər şəxsə (yeni mülkiyyətçiyə) ötürdüyündən, onun cavabdehə qarşı hazırkı iddia tələbini irəl i sürməyə subyektiv hüququ olmamışdır. Mübahisəli mənzilin yeni mülkiyyətçisi isə eyni cavabdehə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş və həmin tələb üzrə iddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilərək hazırda qanuni qüvvəyə minmişdir. 33.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 34.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları dü zgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 35.Ona görə də kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 36.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-184/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.