Məhkəmə qərarları › İş №2(102)-1916/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1916/2024

29.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1916/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Beyləqan rayon X2 cavabdehlər X1, Cavabdeh2 Sudeyif oğluna və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası, məhkəmə aktının mübahisələndirilən hissəsi, kassasiya şikayətinin mümkünlüyü, apellyasiya şikayəti verməyən işdə iştirak edən şəxsin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Beyləqan rayon X2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən istifadəyə maneələrin aradan qa ldırılması tələbi barədə mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-113/2023 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Beyləqan rayon X4 (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyən mülkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması və onlar tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)-75/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim S. Seyfullayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və onlar tərəfindən törədilən maneənin aradan qaldırılması qət edilmişdir. b) Apelyasiya instansiya məhkəməsində icraat

3. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ona aid olan hissədə ləğv olunmasını və dəyişdirilərək iddianın digər cavabdehlərə münasibətdə təmin olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-113/2023 nömrəli mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixl i qətnaməsi ilə (hakimlər T. Kərimov (sədrlik edən və məruzəçi), C. İmanov və P. Əhmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 X2 mülkiyyətində olan su yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması, tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh3 300 manat məbləğində pul vəsaitinin tutulması hissələrində ləğv edilərək, iddia Cavabdeh3 aid hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə, işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayət i geri qaytarılmışdır.

7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 həm birinci, həm də digər Cavabdeh3 apellyasiya şikayəti üzrə aparılan icraatdan tam məlumatlı olmuş, iclaslarda şəxsən özü iştirak etmişdir. Cavabdeh Suseyib Həziyev birinci instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq, onu apellyasiya qaydasında mübahisələndirməmiş, apellyasiya məhkəməsi tərəfindən digər Cavabdeh3 şikayəti üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı yoxlanılmış və qətnamə yalnız ona aid hissədə ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 maraqlarına toxunmur. Belə olan halda onun qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

8. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 kassasiya şikayətində Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM) ilə müəyyən edilmiş forma və məzmun tələblərinə riayət olunmamış, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə verilməmiş, şikayətə vəkil orderi əlavə edilməmişdir.

9. Cavabdeh1 yenidən qətnamədən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin 19 mart 2024-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmiş, prosessual müddətin bərpasından imtina edilmişdir.

11. Məhkəmə 18 dekabr 2023-cü il tarixli qərardadında gəldiyi nəticəni bir daha təsdiq edərək, əlavə qeyd etmişdir ki, cavabdeh birinci instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq, onu apellyasiya qaydasında mübahisələndirməmiş, apellyasiya məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı digər Cavabdeh3 apellyasiya şikayəti əsasında yoxlanılaraq, qətnamə yalnız ona aid hissədə ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 maraqlarına toxunmur. Bu cür halın mövcudluğu MPM-in 403.1-ci maddəsi baxımından Cavabdeh1 həmin qətnamədən kassasiya şikayətini vermək imkanını istisna edir. Əgər şəxsin qətnaməni kassasiya qaydasında mübahisələndirmək hüququ yaranmırsa, həmin kassasiya şikayəti üzrə buraxılmış müddətin bərpasının əhəmiyyəti yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 19 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsini və müddət bərpa edilməklə kassasiya şikayətinin kassasiya qaydasında baxılması üçün icraata qəbul olunmasını xahiş etmişdir.

13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən yazılı və poçt vasitəsi ilə şikayət versə də, şikayət geri qaytarılmışdır. Yenidən vəkillə müqavilə bağlayaraq, elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə şikayət vermiş, apelyasiya instansiyası məhkəməsinin 19 mart 2024-cü il tarixli qərardadı ilə qətnamədən şikayət vermək hüququn olmaması əsası ilə geri qaytarılmışdır. Apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, ziddiyyətli sübutlara istinad edilmişdir və bu hal ədalətli məhkəmə araşdırması anlamına uyğun deyil.

14. Apelly asiya instansiyası məhkəməsinin gəldiyi nəticə birbaşa onun qanuni mənafelərinə toxunur. Belə ki, Cavabdeh3 ilə onun arasında həmin su yolu ilə bağlı dəfələrlə məhkəmə mübahisəsi olmuş, onun şikayət etmək üçün prosessual imkanları tükəndikdən sonra müxtəlif yollarla X3 məcbur edərək, iddia qaldırmasına nail olmuş, məqsədinə çatmaq üçün müxtəlif təsir vasitələri də istifadə edərək, qətnamədən bələdiyyənin kassasiya şikayəti verməsinin qarşısını almışdır.

15. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 65, 71-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

26. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarl a müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

27. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

28. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının v ə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər

31. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

32. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. “Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli Qərardadı

33. Apelyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıx armaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı) (bənd 44).

34. MPM-in 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə tərkibi xüsusi olaraq qeyd edir ki, istinad edilən m addə, bu Qərardadın 43-cü bəndində qeyd edilən əsaslarla apelyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir (bənd 52).

35. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apelyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apelyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayət lər üzrə mübahisələndirilən hissələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır (bənd 53). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.

37. Məhkəmə cavabdehin müddətin bərpası barədə vəsatətini o əsasla rədd etmişdir ki, ümumiyyətlə kassatorun apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirmək hüququ olmamışdır.

38. İlk növbədə qeyd olunmalıdır ki, istinad olunan hal müddətin bərpası barədə ərizənin rədd olunması üçün deyil, kassasiya şikayəti və ona əlavə olunmuş sənədlərin MPM-in 408.1.1-ci maddəsinə müvafiq olaraq geri qaytarılması üçün əsas ola bilərdi.

39. Digər tər əfdən iş üzrə Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olmadığı barədə məhkəmənin qənaəti MPM-in 402.1 və 403.1-cü maddələrinə uyğun olmamışdır.

40. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik apellyasiya şikayəti verməmiş işdə iştirak edən şəxsin bu hüququnu birmənalı qadağan edən norma müəyyən etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərdən biri tərəfindən tam mübahisələndirildikdə və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanıldıqda qəbul olunmuş qətnamə ilə son olaraq iddiası rədd olunmuş, yaxud ona qarşı iddia təmin olunmuş tərəfin apellyasiya şikayəti verib-verməməsindən asılı olmayaraq kassasiya şikayəti vermək hüququ tanınmalıdır.

41. Apellyasiya şikayəti verməmiş işdə işt irak edən şəxsin kassasiya şikayəti o zaman qeyri mümkün hesab edilə bilər ki, başqa işdə iştirak edən şəxsin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi şikayət verməyən şəxsə aid hissədə yoxlanılmamış olsun. Bu cür hallarda şikayət verməyən şəxsin kassasiya şikayətinin qeyri-mümkünlüyü ona əsaslanır ki, həmin şəxsə aid hissə apellyasiya baxışının predmeti olmadığı üçün, onun həmin hissədən apellyasiya şikayəti vermək imkanı mövcud olur. 42. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli Qərardadında ifadə edilmiş hüquqi mövqelərə əsasən apelyasiya instans iyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmi ş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (bənd 44).

43. MPM-in 403.1-ci maddəsi..., bu Qərardadın 43-cü bəndində qeyd edilən əsaslarla apelyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir (bənd 52).

44. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh3 apellyasiya şikayət versə də, o, şikayətində qətnamənin özünə aid hissədə ləğv olunmasını xahiş etməklə yanaşı, məhkəmə aktının dəyişdirilməsini, iddianın digər cavabdehlərə münasibətdə təmin olunmasını xahiş etmişdir.

45. Həmin şikayət əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız Cava bdeh3 qarşı təmin olunan hissədə deyil, həmçinin Südeyib Həziyevə aid hissədə yoxlamış və müəyyən etmişdir ki, bələdiyyə mülkiyyətinə aid olmaqla ümumi istifadədə olan su arxı mübahisəli ərazidən keçən hissədə tamamilə Cavabdeh1 tərəfindən tutularaq öz torpaq sahəsinə qatılmışdır.

46. Apellyasiya instansiya məhkəməsinin qətnaməni tam yoxladığı həm də onunla təsdiq edilir ki, məhkəmə Cavabdeh3 aid hissədə qətnaməni ləğv edib, həmin hissədə iddianı təmin etməməklə yanaşı, həm də qətnaməni qalan hissədə (qalan hissə həm də iddianın cavabdeh Südeyib Həziyevə qarşı təmin edilmiş hissəsidir) dəyişdirilmədən saxlamışdır.

47. Yuxarıda ifadə edilmiş hüquqi mövqelər baxımından qeyd olunmalıdır ki, cavabdeh Südeyib Həziyevin kassasiya şikayəti vermək hüququn məhdudlaşdırılması o zaman prosessual qa nunvericiliyə uyğun olardı ki, qətnamənin ona aid hissəsi yoxlanılmamış olar və onun birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ hipotetik də olsa saxlanmış olardı.

48. Mövcud vəziyyətdə apellyasiya instansiyası məhkəməsini qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermək hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən İ hissəsinə, habelə MPM-in 402.1 və 403.1-ci maddələrinin tələblərinə uyğun olmamışdır.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş kassasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uy ğunluğu barədə məsələyə və müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-113/2023 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş kassasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu barədə məsələyə və müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar