Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1917/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2 ASC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2 ASC-yə qarşı sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(103)-12/2023 saylı qətnaməsindən idd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh2 ASC arasında bağlanmış 17 aprel 2015-ci il tarixli KBQ15-1678 saylıkredit müqaviləsinin surətindən görünür ki,Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bank) Cavabdeh2 ASC-yə (Borc alana) illik 3.5% hesablanmaqla 360gün müddətinə 20.000.000manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağıöhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasn kredit borcalanın yazılı müraciəti əsasında tranşlarla verilir. Bu müqavilə ilə borcun ödəniş müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır.
2. Azər baycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh2 (Borcalan) ASC və İddiaçı (İpoteka qoyan) arasında bağlanmış 17 aprel 2015-ci il tarixli İBQ15-1678/1 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC-də ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m olan qeyri-yaşayış binasıöhdəliklərin təminatı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankına ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 9.650.000 manat məbləğində qiymətləndirilmişdir.
3. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh2 ASC arasında bağlanmış 12 may 2016-cı il tarixli KBS16-1841 saylıkredit müqaviləsinin surətindən görünür ki, Bank (Azərbaycan Respublikasının Mərkəzi Bankı) Borcalan a (Cavabdeh2 ASC-yə) illik 07% hesablanmaqla 06ay müddətinə 24.000.000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
4. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh2 (Borcalan) ASC və İddiaçı (İpoteka qoyan) arasında bağlanmış 13 may 2016-c il tarixli İBS16-1841/1 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m olan qeyri-yaşayış binası12 may 2016-cı il tarixli KBS16- 1841 saylıkredit müqaviləsinin öhdəliklərinin təminatı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankına ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 9.650.000 manat məbləğində qiymətləndirilmişdir.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh2 ASC arasında bağlanmış 08 dekabr 2016-cı il tarixli KBS16-1853 saylıkredit müqaviləsinin surətindən görünür ki, Bank (Azərbaycan Respublikasının Mərkəzi Bankı) Borcalana (Cavabdeh2 ASC-yə) illik 15% hesablanmaqla 06ay müddətinə 24000000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
6. Azərbaycan Respublikasının Mərkəzi Bankı, (Bank) Cavabdeh2 (Borcalan) ASC və İddiaçı (İpoteka qoyan) arasında bağlanmış 10 dekabr 2016-cı il tarixli İBS16-1853/1 saylı sonrakı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinə əlavənin surətindən görünür ki, İddiaçı xüsusi mülkiy yətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m olan qeyriyaşayış binası08 dekabr 2016-cı il tarixli KBS16-1853 saylıkredit müqaviləsinin öhdəliklərinin təminatı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankına ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 9.650.000 manat məbləğində qiymətləndirilmişdir.
7. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət bir mərətbəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 1908 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə **********78- 06301 nömrə ilə qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata al ınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə aralarında bağlanmış sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi və mülkiyyətində olan Yasamal rayonu, B.Bağırova 615-ci məhəllə ünvanında yerləşən 965 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin Mərkəzi Bankın xeyrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılmış sonrakı ipoteka yüklülüyünün qeydə alınması ilə bağlı ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin rəhbərliyinin həmin bankdan iddiaçının götürdüyü kreditlər üzrə mülkiyyətində olan Yasamal rayonu, B.Bağırova 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m. sahəsi olan qeyri yaşayış sahəsinin həmin bankda ipoteka ilə yüklü edildiyindən və iddiaçının kreditlər üzrə ödənişlərində yaranmış gecikmələlrdən istifadə etməklə müəyyən razılaşma əsasında mülkiyyətində olan qeyd olunan əmlakı həm də Azərbaycan Respublikası Mərkəzi bankına ipoteka müqaviləsi əsasında yüklü ediblər. Sonuncu dəfə ipoteka müqaviləsi 10 dekabr 2016-cı il tarixdə imzalanmışdır (№ İBS 161853/1) və bitmə tarixi 08 iyun 2017-ci il tarixi qeyd olunmuşdur. Bundan əvvəl iddiaçı Mərkəzi bankla 2 (iki) dəfə altı ay müddətinə ipoteka müqaviləsi imzalamışdır. Lakin, borclu "xxxx" ASC öz kredit öhdəliklərini Mərkəzi Bank qarşı sında yerinə yetirmədiyinə görə iddiaçı məcburiyyət qarşısında qalaraq 3-cü dəfə 10 dekabr 2016-cı il tarixində ipoteka müqaviləsini imzalamışdır. "xxxx" ASC ilə iddiaçı arasında da olan anlaşmaya əsasən iddiaçının ipoteka müqaviləsini imzalamağı qarşılığında "xxxx" ASC iddiaçının onlara olan borcumu silməli idi. Lakin bu baş vermədi. xx.xx.2018-ci il tarixində iddiaçının Mərkəzi Banka ünvanladığı sorğuya cavab olaraq ona bildirilib ki, iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş əmlakı haqqında məlumat bank sirri təşkil edir və açıqlana bilməz. Digər tərəfdən, iddiaçı "xxxx" ASC qarşısında olan kredit öhdəliklərini şişirdilmiş olsa belə tam ödəməyə hazırdır, lakin bu da iddiaçıya məxsus əmlakı ipotekadan azad etmir-bu hal isə iddiaçının Konstitusiya ilə qorunan mülkiyyət hüququnu pozur. İd diaçının ülkiyyətində olan əmlak Mərkəzi Bankın xeyrinə 10 dekabr 2016-cı il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən 08 iyun 2017-ci il tarixədək borc alan "xxxx" ASC-nin Mərkəzi Bankdan 08 dekabr 2016-cı il tarixdə KBS 16-1853 saylı kredit müqaviləsinə əsasən götürdüyü 24.000.000 (iyirmi dörd milyon) manat kreditin qaytarılmasının təminatıdır. Həmin ipoteka müqaviləsinin müddəti artıq bitmişdir. Ancaq qanunla ipoteka müqaviləsinin müddətinin bitməsi müqavilənin xitamına səbəb olmasına baxmayaraq həmin müqavilənin 1.4-cü bəndində qeyd olunmuş şərtlər kredit müqaviləsinin müddəti uzadıldığı halda hazırki ipoteka müqaviləsi qüvvədə qalır və ümumiyyətlə ipoteka qoyanın bağlanacaq müqavilələrə hər hansı razılıq tələb olunmur. Aldatma yolu ilə bağlanmış bu ipoteka müqavilələri və həmin müqavilələrin qanunvericiliyin tələblərinə zidd müddəaları ləğv edilməli və iddiaçının əmlakı sonrakı ipotekadan azad edilməlidir. Yuxarıda sadalanan məzmunda iddiaçı Mərkəzi Banka təklif məktubu ilə müraciət edərək ipoteka müqavilələrini ləğv edilməsini və mülkiyyətində olan əmlaka dair reyestrdə aparılmış ipoteka qeydinin də ləğv edilməsinə münasibət bildirməsini xahiş etmişdir. Mərkəzi bankın Baş direktoru Rəşad Orucov iddiaçının təklifinə 30 noyabr 2018 ci il tarixdə cavab verərək ipoteka müqavilələrinə xitam verilməsinin mümkünsüz olduğunu bildirmişdir. Əsas isə ipoteka ilə təmin edilmiş kredit öhdəliklərinin tam icra olunmaması ilə əlaqələndirilmişdir və qeyd edilmişdir ki, nə vaxta qədər ki, kredit qaytarılmayacaq ipoteka müqaviləsi də həmin vaxta qədər qüvvədə olacaq. Müqav ilənin ləğvinə dair Mərkəzi bankın imtinası tamamilə qanunsuzdur. ”AG Bank” ASC-nin rəhbərliyinin həmin bankdan iddiaçının götürdüyü kreditlər üzrə mülkiyyətində olan Yasamal rayonu, B.Bağırova 615 ci məhəllə ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyriyaşayış sahəsininin həmin bankda ipoteka ilə yüklü edildiyindən və iddiaçının kreditlər üzrə ödənişlərində yaranmış gecikmələrdən istifadə etməklə onun mülkiyyətində olan qeyd olunan əmlakı həm də Azərbaycan Respublikası Mərkəzi Bankına ipoteka müqaviləsi əsasında yüklü ediblər. Onlar 24000000 manat Mərkəzi bankdan kredit götürmüş və iddiaçının mülkiyyətində olan əmlakı Mərkəzi Bankin xeyrinə ipoteka ilə yüklü etmişlər. Bir halı nəzərə almaq kifayətdir ki, iddiaçı necə ola bilərdi ki tanımadığı və borcu olduğu bankın Mərkəzi bankdan götürdü yü kreditə görə öz əmlakımı ipoteka ilə yüklü etsin. Ancaq qanunla ipoteka müqaviləsinin müddətinin bitməsi müqavilənin xitamına səbəb olmasına baxmayaraq həmin müqavilənin 1.4 cü bəndində qeyd olunmuş şərtlər kredit müqaviləsinin müddəti uzadıldığı halda hazırki ipoteka müqaviləsi qüvvədə qalır və ümümmiyyətlə ipoteka qoyanın bağlanacaq müqavilələrə hər hansı razılığı tələb olunmur. Aldatma yolu ilə bağlanmış bu ipoteka müqavilələri və həmin müqavilələrin qanunvericliyin tələblərinə zidd müddəaları ləğv edilməli və iddiaçının əmlakı ipotekadan azad edilməlidir.
11. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixli, KBQ15-1678 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən Cavabdeh2 ASC-yə 360 gün müddətinə, illik 3.5% ödəməklə 20000000 (iyirmi milyon) manat, xx.xx.2016-cı il tarixli, KBS16-1853 nömrəli kredit müqaviləsi üzrə isə Mərkəzi Bank tərəfindən Cavabdeh2 ASC-yə 6 ay müddətinə, illik 15% ödəməklə 24000000 (iyirmi dörd milyon) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, KBQ15-1678 nömrəli kredit müqaviləsinə sonradaAn xx.xx.2016-cı tarixli əlavə tərtib edilərək kredit borcunun ödəniş müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Həmin kredit müqavilələrinin təminatı olaraq bağlanmış xx.xx.2015ci il tarixli, İBQ15-3/1 nömrəli və xx.xx.2016-cı il tarixli, İBS16-1853/1 nömrəli ipoteka müqavilələrinə əsasən, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu, B.Bağırova 615-ci məhəllə anında yerləşən ümumi sahəsi 965 kv.m olan qeyri-yaşayış binası Mərkəzi Ba nkın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan ipoteka müqavilələrinin 1.3-cü bəndinə əsasən, ipotekaya qoyulmuş əmlak göstərilən kredit müqavilələri üzrə Mərkəzi Bank tərəfindən Cavabdeh2 ASC-yə verilmiş cəmi 44000000 (qırx dörd milyon) manat məbləğindəki kreditin, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatı qismində çıxış edir. İddia ərizəsində göstərilir ki, həmin əmlak Cavabdeh2 ASC tərəfindən Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. Bu təmamilə həqiqətə uyğun deyildir. Belə ki, ipoteka müqavilələri əmlakın mülkiyyətçisi olan İddiaçı tərəfindən şəxsən imzalanmış və qanunun tələblərinə uyğun olaraq notariat qaydasında təsdiq edilmişdir. Məlum olduğu kimi, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a əsasən əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti notarius tərəfindən aydınlaşdırılır və yoxlanılır. Həmin Təlimata əsasən, notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs müraciət etmişsə, qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa, sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir. Bu halların heç biri mövcud olmadığından və ipoteka müqavilələrinin şərtləri qanuna tam uyğun olduğundan notariat qaydasında təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 271.2-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən ipoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. Digər tərəfdən, ipoteka müqaviləsinin şərtləri qanuna uyğun olaraq aydın və birmənalı ifadə edilmiş və iddiaçı öz əmlakını ipoteka müqavilələrini bağlamaqla Mərkəzi Bankın xeyrinə öz iradəsi ilə yüklü etmişdir. Bu zaman iddiaçının nə yaşı, nə əqli-sağlamlıq durumu onun kimsə tərəfindən aldadılmasına imkan verə bilməzdi. Odur ki, iddiaçının İpoteka müqavilələribağlanarkən aldadılması barədə dəlilləri uydurma və öz hüquqlarından sui-istifadə xarakteri daşıyır. İddiaçı öz iddiasında müqavilənin müddətinin bitməsi ilə ipoteka öhdəliklərinə xitam verilməsini əlaqələndirməyə çalışır. Halbuki, Mülki Məcəllənin 399.3-cü maddə sində göstərilir ki, Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə qalır. İddiaçı ilə bağlanan ipoteka müqavilələrinin 3.6-cı bəndlərində birmənalı göstərilmişdir ki, ipoteka müqavilələri tərəflərin müvafiq kredit müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliklərinin tam yerinə yetirilməsinə qədər qüvvədə qalır. Göründüyü kimi, iddiaçının göstərdiyi bu dəlil də tamamilə qanunsuz və əsassızdır. İddiaçı bağladığı ipoteka müqavilələrinin 1.4-cü bəndlərinin müddəalarını da unsuz kimi təqdim etməyə çalışır. Bu iddianın da heç bir hüquqi əsası yoxdur. Belə ki, Mülki Məcəllənin 2 69.11-ci maddəsinə və “İpoteka haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Bu zaman ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Qanunun tələbinə müvafiq olaraq ipoteka müqavilələrinin 1.4-cü bəndlərində müəyyən edilmişdir ki, təmin olunmuş kreditin müddəti Mərkəzi Bank və Cavabdeh2 arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, ipoteka qüvvədə qalır və ipoteka qoyanın əlavə razılığı adan eyni şərtlərlə müddəti uzadılmış kredit və onunla bağlı ipoteka müqaviləsinin 1.3-cü bəndində göstərilən digər ödənişləri təmin edir. Göründüyü kimi, ipoteka müqaviləsinin bu şərtlərində də heç bir qeyri-müəyyənlik və ya aldatma niyyəti olmamışdır. Həmin şərt kifayət qədər aydın, sadə və birmənalı ifadə edilmiş dir. Beləliklə, xx.xx.2015-ci il tarixli, KBQ15-1678 nömrəli kredit müqaviləsinə edilmiş əlavə əsasında xx.xx.2015-ci il tarixli, İBQ15- 1678/1 nömrəli ipoteka müqaviləsi üzrə edilmiş xx.xx.2016-cı il tarixli əlavə qanuni əsaslarla aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, şəxs əqd: ağlanması məqsədilə aldadıldıqda əqdi mübahisələndirə bilər. Əvvəla, bu halda qanunvericilik Mülki Məcəllənin 354-cü maddəsi) maraqlı şəxsə etibarsız hesab etdiyi əqdi "übahisələndirməsi üçün müddətlər müəyyən etmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 421-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Məcəllənin 422- ci maddəsinə görə tərəflərin müqaviləni bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi onun ləğvinə əsas verə bilər. İddiaçı ilə Mərkəzi Bank arasında bağlanmış ipoteka müqaviləsi tam qanuna əsaslanır və Mərkəzi Bank həmin müqavilə üzrə heç bir öhdəliyinin pozulmasına yol verməmişdir. Eyni zamanda bu müqavilələrin bağlanmasından sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı da baş verməmişdir. Belə ki, öhdəliklərin icrasını təmin edən istənilən müqavilə, o cümlədən ipoteka müqaviləsi təmin olunmuş əsas öhdəliyin borclu tərəfindən icra olunmaması halında öhdəliyin təminat hesabına ödənilməsinə zəmanət verir, yəni ipoteka qoyan bilir ki, o, öz əmlakını digər işin öhdəliyinə görə ipoteka ilə yükləyir, öhdəlik icra olunmadıqda və həmin əmlaka tutma yönəldildiyi hal da ipoteka predmeti qanunvericiliyə müvafiq qaydada satışa çıxarıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, ipotekaya xitam verilməsi əsaslarından biri əsas öhdəliyə xitam verilməsidir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, əsas öhdəlik əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Cavabdeh2 ASC tərəfindən Mərkəzi Bank qarşısında ipoteka ilə təmin olunmuş kredit öhdəlikləri tam icra edilmədiyindən ipoteka müqavilələrinə xitam verilə bilməz. Ona görə Mərkəzi Bank iddiaçının ipoteka müqavilələrinin ləğvinə dair təklifinə xx.xx.2018-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, bu yalnız təmin olunmuş kredit öhdəlikləri Mərkəzi Bank qarşısında tam icra olunduqdan sonra mümkün ol a bilər.
12. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, Əlizadə X3 10 dekabr 2016-cı il tarixli İBS16-1853/1 saylı sonrakı ipoteka müqaviləsinin ləğvinə dair təklifinə münasibət bildirməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı ipoteka ilə təmin etdiyi öhdəliklər tam icra olunmayanadək ipoteka müqaviləsinin ləğv edilə bilməyəcəyi bildirilmişdir.
14. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2289/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim Mustafayeva Solmaz) iddia tələbi təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı hüququnun pozulduğunu bildirməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, "xxxx" ASC-nin rəhbərliyinin həmin bankdan onun götürdüyü kreditlər üzrə mülkiyyətində olan Yasamal rayonu, B.Bağırova 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m. sahəsi olan qeyri yaşayış sahəsinin həmin bankda ipoteka ilə yüklü edildiyindən və iddiaçının kreditlər üzrə ödənişlərində yaranmış gecikmələlrdən istifadə e tməklə müəyyən razılaşma əsasında mülkiyyətində olan qeyd olunan əmlakı həm də Azərbaycan Respublikası Mərkəzi bankına ipoteka müqaviləsi əsasında yüklü ediblər. Sonuncu dəfə ipoteka müqaviləsi 10 dekabr 2016-cı il tarixdə imzalanmışdır (№ İBS 16- 1853/1) və bitmə tarixi 08 iyun 2017-ci il tarixi qeyd olunmuşdur. Bundan əvvəl iddiaçı Mərkəzi bankla 2 (iki) dəfə altı ay müddətinə ipoteka müqaviləsi imzalamışdır. Lakin, borclu "xxxx" ASC öz kredit öhdəliklərini Mərkəzi Bank qarşısında yerinə yetirmədiyinə görə iddiaçı məcburiyyət qarşısında qalaraq 3-cü dəfə 10 dekabr 2016- cı il tarixində ipoteka müqaviləsini imzalamışdır. "xxxx" ASC ilə iddiaçı arasında da olan anlaşmaya əsasən iddiaçının ipoteka müqaviləsini imzalamağı qarşılığında "xxxx" ASC iddiaçının onlara olan borcunu silməli idi. La kin bu baş vermədi. xx.xx.2018-ci il tarixində iddiaçının Mərkəzi Banka ünvanladığı sorğuya cavab olaraq ona bildirilib ki, iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş əmlakı haqqında məlumat bank sirri təşkil edir və açıqlana bilməz. Digər tərəfdən, iddiaçı "xxxx" ASC qarşısında olan kredit öhdəliklərini şişirdilmiş olsa belə, tam ödəməyə hazırdır, lakin bu da iddiaçıya məxsus əmlakı ipotekadan azad etmir-bu hal isə iddiaçının Konstitusiya ilə qorunan mülkiyyət hüququnu pozur. İddiaçının mülkiyyətində olan əmlak Mərkəzi Bankın xeyrinə 10 dekabr 2016-cı il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən 08 iyun 2017-ci il tarixədək borc alan "xxxx" ASCnin Mərkəzi Bankdan 08 dekabr 2016-cı il tarixdə KBS 16-1853 saylı kredit müqaviləsinə əsasən götürdüyü 24.000.000 (iyirmi dörd milyon) manat kreditin qaytarılmasının təminatıdır. Həmin ipoteka müqaviləsinin müddəti artıq bitmişdir. Ancaq qanunla ipoteka müqaviləsinin müddətinin bitməsi müqavilənin xitamına səbəb olmasına baxmayaraq həmin müqavilənin 1.4-cü bəndində qeyd olunmuş şərtlər kredit müqaviləsinin müddəti uzadıldığı halda hazırkı ipoteka müqaviləsi qüvvədə qalır və ümumiyyətlə ipoteka qoyanın bağlanacaq müqavilələrə hər hansı razılıq tələb olunmur. Aldatma yolu ilə bağlanmış bu ipoteka müqavilələri və həmin müqavilələrin qanunvericiliyin tələblərinə zidd müddəaları ləğv edilməli və iddiaçının əmlakı sonrakı ipotekadan azad edilməlidir. Bir məsələ kifayətdir ki, o tanımadığı və borcu olduğu bankın Mərkəzi Bankdan götürdüyü kredit müqaviləsinə görə öz əmlakını ipoteka ilə yüklü edə bilərdi? Belə ki, bankın bəzi əm əkdaşları əlbir olub onun əmlakını ələ keçirmək istəyiblər. Bank onun əmlakının təminatı ilə Mərkəzi Bankdan 2015- 2016-cı illərdə götürdüyü on milyonlarla krediti qaytarmayaraq həmin vəsaiti dövr edərək milyonlarla pul qazanmış, həm də ona qarşı əsassız iddia qaldıraraq 0 manat əsas borc qarşılığında 1 560.000 faiz borcu, 1 230 000 faiz borcu tələb edir. O həmin əsassız borcu ödəməyə razı olsa da, əmlakını girovdan çıxara bilmir. Hesab edir ki, aldatma yolu ilə bağlanmış bu müqavilələr ləğv edilməli, onun əmlakı ipotekadan azad edilməli idi.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10572/2019 nömrəli, 25 sentyabr 2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “daşınmaz əmlakın dövlət r eyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.
20. Bundan sonra Nəsimi Rayon Məhkəməsinin 2(006)-5261/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddia tələbi təmin edilməmişdir.
21. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)5261/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şi kayəti Ali Məhkəmənin 2(102)- 4130/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-41/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2 ASC-yə qarşı “sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir.
24. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin apellyasiya icraatı zamanı təqdim etdiyi "xxxx" ASC-nin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinə ünvanlanla dığı 03/3132 saylı, xx.xx.2015-ci il tarixli məlumatda "xxxx" ASC İBQ15- 1678/1 saylı sonrakı İpoteka Müqaviləsi üzrə ipoteka qoyulmuş İddiaçı xüsusi mülkiyyət hüquqi ilə məxsus, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m olan qeyri-yaşayış binasının.... Azərbaycan Respublikasının Mərkəzi Bankına sonrakı ipoteka kimi qoyulmasına etiraz etmir və tutma yönəldilməsi hüququ üzrə üstünlüyünü Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12/2023 nömrəli iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov - sədrlik edən və məruzəçi, N.Ş.Cəfərov və E.C.Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəm əsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi (başqa əsasla) təmin edilməmişdir.
26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, idiaçının apellyasiya qismən şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə iddia tələbləri (başqa əsasla) təmin edilməməlidir.
27. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Al i Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.
29. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
30. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç e lementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.»
31. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
32. Məhkəmə kollegiyası iddiaçının sonrakı ipoteka müqaviləsində ipoteka predmeti olan əmlakın 9.650.000 manat məbləğində qiymətləndirilməsi barədə fikirlərinə münasibətdə qeyd edir ki, cavabdelər bunu mübahisələndirməmişlər, həm də əmlakın qiymətinin hazırkı mübahisənin həllində hər hansı əhəmiyyəti yoxdur.
33. Beləliklə də məlum olur ki, sonrakı ipoteka müqaviləsini mübahisələndirən iddiaçı hazırkı anda həmin əmlaka mülkiyyət hüququnu (əsasından asılı olmayaraq) itirmiş, həmin əmlak hal-hazırda 2-ci cavabdehin mülki yyətindədir, demək ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur, buna görə də iddiaçının hazırkı iddia tələbi rayon məhkəməsinin göstərdiyi, yəni tələbini sübuta yetirə bilməməsi əsasına görə deyil, subyektiv hüququnun olmaması əsasına görə təmin edilə bilməz.
34. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri başqa əsasla təmin edilməməlidir
35. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əs ası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 399.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7, 9 və 48.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Bakı ApellyasiyaMəhkəməsinin xx.xx.2023-cü il tarixli,2(103)-12/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmədə mübahisələndirilən sonrakı ipoteka müqaviləsi üçtərəfli müqavilədir. Bu Müqaviləni iddiaçı ipotekaqoyan qismində tərəf olmaqla imzalamışdır. Hal-hazırda iddiaçı mülkiyyət hüququnu itirdiyi üçün müqavilənin qüvvədə qalmasının hər-hansı hüquqi əhəmiyyəti yoxdur. Müqavilə üçtərəfli olmaqla hər bir tərəf üçün icra olunmalı öhdəliklər müəyyən edir. İndiki halda iddiaçının – ipoteka qoyanın öz müqavilə öhdəliklərini icra etməsi mümkünsüzdür. Məhkəməyə qeyd olunan halın işin həlli üçün əhəmiyyətli olduğunu məhkəməyə yazılı və şifahi qaydada bildirsək də, məhkəmə tərəfindən hər hansı qiymət verilməmişdir. Bundan başqa, mübahisələndirilən sonrakı ipoteka müqaviləsi ipoteka saxlayan iddiaçının heç bir öhdəliyi üçün təminat qismində çıxış etmir. Göründüyü kimi müqavilə özlüyündə qanunvericiliyin tələblərinə zidd formada bağlanılmışdır. Həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, müqavilələlər müddətli bağlanılmış və hətta müqaviləyə əlavə yazılaraq onun müddəti uzadılmışdır. Həmin qüvvədə olma müddətlərindən sonuncusu 2018-ci ildə tamamlanm ışdır. Məhz bu əsasla da müqavilə ləğv olunmalı və iddiamız təmin olunmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmənin subyektiv hüququn olmaması əsası ilə iddianı rədd etməsi düzgün mövqe deyil. Belə ki, hazırkı işdə mübahisə predmeti əmlak deyil, müqavilədir. Hazırki məhkəmə işində iddianın predmeti sonrakı ipoteka müqavilələrinin ləğv edilməsidir. Sonrakı ipoteka müqaviləsinin predmetinin - yəni ipoteka qoyulmuş əmlakın - mülkiyyətçisinin dəyişməsi, müqavilənin tərəfi olan iddiaçının həmin müqaviləni mübahisələndirməyə subyektiv hüququ olmadığı demək deyildir. Belə ki, müqavilənin tərəfi olan iddiaçı hazırki işdə əmlakı deyil, müqaviləni mübahisələndirir və buna subyektiv hüququ vardır. İddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malikdir. İlk olaraq, Məhkəmə tərəfindən iddiaçının öz hərəkətlərinə hüquqi ixtiyar sahibi olub-olmaması ətraflı araşdırılmamışdır. Belə ki, iddiaçı sonrakı ipoteka müqaviləsinin tərəfi olaraq tam olaraq hüquqi ixtiyara malikdir ki, müqaviləni mübahisələndirsin. İddiaçı faktiki olaraq cavabdehlərlə müqavilə münasibətindədir və müqavilə azadlığı və tərəflərin iradə sərbəstliyi prinsipinə əsasən bu müqaviləni mübahisələndirməyə tam hüquqi ixtiyarı vardır. Bundan başqa, Subyektiv hüqunun digər elementi olan “başqa (borclu) şəxslərdən tələb etmək hüququ“ da məhkəmə tərəfindən araşdırılmamışdır. Nəticə olaraq, apellyasiya məhkəməsi qətnaməni düzgün əsaslandırmamış, işi hərtərəfli araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X5) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia ilə bağlı subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
41. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
42. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
43. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
44. Maddə 1.0.7. ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.
45. Maddə
9. Sonrakı ipoteka 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə a yrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliyini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). 9.2. İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. 9.3. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. 9.4. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. 9.5. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir. 9.6. İpoteka ipoteka kağızı ilə rəsmiləşdirildiyi halda, sonrakı ipotekaya yol verilmir. 9.7. Sonrakı ipoteka haqqında bu maddə ilə nəzərdə tutulmuş qaydaların pozulması ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək, tələb yerinə yetirilmədikdə isə tutmanı ipoteka predmetinə yönəltmək hüququ verir.
46. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Belə ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikas ı Mərkəzi Bankı Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə aralarında bağlanmış sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi və mülkiyyətində olan Yasamal rayonu, B.Bağırova 615-ci məhəllə ünvanında yerləşən 965 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin Mərkəzi Bankın xeyrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılmış sonrakı ipoteka yüklülüyünün qeydə alınması ilə bağlı ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Yəni, nəticə etibarilə iddiaçı mülkiyyətində olduğunu bildirdiyi daşınmaz əmlakı sonrakı ipotekadan “azad” etməyə nail olmaq istəmişdir.
57. Apellyasiya instansiyası mə hkəməsi tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" ASCnin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
58. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də tədqiq edilmiş müvafiq məhkəmə aktları ilə təsdiq olunur ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5261/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabde h "xxxx" ASC-yə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddia tələbi təmin edilməmişdir.Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya mMəhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)5261/2021 nömrəli,xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 4130/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
59. Apellyasiya instansiyası məhkəməsi gə ldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, sonrakı ipoteka müqaviləsini mübahisələndirən iddiaçı hazırkı anda həmin əmlaka mülkiyyət hüququnu (əsasından asılı olmayaraq) itirmiş, həmin əmlak hal-hazırda "xxxx" ASC-nin mülkiyyətindədir, demək ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur, buna görə də iddiaçının hazırkı iddia tələbi rayon məhkəməsinin göstərdiyi, yəni tələbini sübuta yetirə bilməməsi əsasına görə deyil, subyektiv hüququnun olmaması əsasına görə təmin edilə bilməz.
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıd akı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyas ı Qərara aldı: İddiaçı Afər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli 2(103)12/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.