Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1917/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi və sair ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən ü çüncü şəxs qismində cəlb olunmaqla) «borcun silinməsi, öhdəliyə xitam verilməsi və adın borclu şəxslərin siyahısından çıxarılması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-937/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mərkəzləşdirilmiş kredit reyestri məlumatlarında İddiaçı Cavabdeh ASC qarşısında xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 820 ABŞ dolları 20 sent faiz üzrə borcunun olduğu qeyd olunmuşdur.
2. LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, Fond tərəfindən iddiaçının müraciətinə 08 iyun 2023-cü il t arixli məktubla cavab verilmiş, onun xx.xx.2010-cu il tarixli Kİ-4036/AG saylı kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə 820 ABŞ dolları 28 sent faiz borcunun olduğu qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «borcun silinməsi, öhdəliyə xitam verilməsi və adın borclu şəxslərin siyahısından çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 820 ABŞ dolları 20 sent faizin silinməsi, LPO Cavabdeh ASC-nin qarşısındakı öhdəliyinə xitam verilməsi, adının Azərbaycan Kredit Bürosunda (Mərkəzləşdirilmiş Kredit R eyestrində) borclu şəxslərin siyahısından çıxarılması öhdəliyinin LPO Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırmışdır ki, onunla hazırda ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış 2010-cu il tarixli müqaviləyə əsasən, bu bankdan 1.600 ABŞ dolları istehlak krediti götürmüşdür. Cavabdeh ASC-dən götürdüyü krediti tam həcmdə ödəməklə vaxtında bağlamışdır. Lakin, 2022-ci ilin noyabr-dekabr aylarında o, istehlak krediti almaq məqsədi ilə bir neçə banka müraciət etdikdə ona bildirmişlər ki, mərkəzləşdirilmiş kredit reyestri məlumatlarına əsasən onun Cavabdeh ASC-yə 820 ABŞ dolları 20 sent faiz borcu var və ona kredit verilə bilməz. Diqqətə çatdırır ki, istehlak kreditini 2010-cu il tarixdə götürmüşdür və müqavilə b ir il müddətinə bağlanmışdır. Yəni müqavilənin icra müddətindən 12 il müddət keçmişdir. Bu müddət ərzində bankın əməkdaşları mübahisə predmeti olan borcla bağlı onunla heç bir əlaqə saxlamamışdır. Əgər banka bu qədər faiz borcu qalmışdırsa, niyə bu borc ondan on iki illik müddət ərzində tələb olunmamışdır? Bir daha bildirir ki, Cavabdeh ASC-dən götürdüyü krediti tam həcmdə ödəməklə vaxtında bağlamışdır. Belə ki, Cavabdeh ASCnin əməkdaşları tərəfindən borc məbləği 2012-ci ildə bir dəfəlik ödəməsinə baxmayaraq, həmin borca faiz hesablanmasını dayandırmamış və ya borc məbləğini silərkən faiz borcunu sistemdən silməmişdir. Göstərilən halların hər biri qanunvericiliyin tələblərinə ziddir. Nəzərə çatdırır ki, Cavabdeh ASC-nin əməkdaşlarının səhlənkarlığına görə o, digər kommersiya banklarından v ə ya bank olmayan kredit təşkilatlarından kredit götürə bilmir. Bu da onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Hüquqlarına yaradılan qanunsuz məhdudiyyət hələ də davam etməkdədir. Bunu da nəzərə çatdırmaq istəyir ki, həmin istehlak kreditini götürdüyü vaxtdan artıq 12 illik bir müddət keçib. Bank qarşısında heç bir öhdəliyinin olmamasına baxmayaraq ümumən öhdəliyin icra müddəti ilə bağlı qanunvericiliyin tələbinə əsasən, on il keçdikdən sonra öhdəliyə xitam verilir. Beş il keçdikdən sonra isə kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər qüvvəsini itirir. Bildirir ki, göstərilənlərlə bağlı LPO Cavabdeh ASC-nin işlərini aparan ƏSF-ya ünvanladığı səhv hesablanmış faiz borcunun silinməsi, adının Mərkəzləşdirilmiş Kredit Reyestrindən borclular sırasın dan çıxarılması barədə məktuba ƏSF 08 iyun 2023- cü il tarixli **********312 saylı cavab məktubu ilə olmayan borcu ödəməli olduğu bildirilmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(006)3151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mərkəzləşdirilmiş kredit reyestri məlumatlarında İddiaçı Cavabdeh ASC qarşısında xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 820 ABŞ dolları 20 sent faiz üzrə borcunun olduğu qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində göstərilənl əri qeyd etməklə, son ödəniş tarixindən 10 illik müddətin başa çatması səbəbindən mərkəzləşdirilmiş kredit reyestrindəki məlumatın reyestrdən çıxarılmasını "xxxx" MMC-dən xahiş etmişdir. Rəsmi müraciət mülki işə baxıldığı dövrdə edilmişdir. "xxxx" MMC iddiaçının müraciətinə ətraflı şəkildə cavab vermiş, məlumat təchizatçısına və ya məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Bundan öncə, iddiaçı iddia ərizəsində qeyd olunan məsələ ilə bağlı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, Fond tərəfindən iddiaçının müraciətinə 08 iyun 2023-cü il tarixli məktubla cavab verilmiş, onun xx.xx.2010-cu il tarixli Kİ-4036/AG saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 820 ABŞ dolları 28 sent borcunun olduğu qeyd edilmişdir.
8. Məhkəmə Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsi baxımından şərhinə istinad edərək hesab etmişdir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «borcun silinməsi, öhdəliyə xitam verilməsi və adın borclu şəxslərin siyahısından çıxarılması» tələbinə dair iddiası rədd edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 439, 545, 527, 550, 551, 554,-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasi ya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. İlk növbədə izah olunmalıdır ki, iddia ərizəsində iddiaçı CavabdehASC-yə 820 (səkkiz yüziyirmi) dollar 20 sent faiz borcu olduğunu tanımamışdır. Belə ki, bu “faiz borcu” barədə məlumat ona Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumat alandan sonra bəlli olmuşdur. İddiaçı iddia ərizəsində də göstərmişdir ki, əgər iddiaçının banka bu qədər faiz borcu qalmışdırsa niyə bu borc ondan on ildən çox müddət ərzində tələb olunmamışdır? AGBank ASC-dən götürdüyü krediti tam həcmdə ödəməklə vaxtında bağlamışdır. Yəni borcun olması heç bir məhkəmə qətnaməsi, dövlət orqanı və ya üçüncü şəxs tərəfindən təsdiqlənmir. İddiaçı “Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsinə istinad etmişdir: Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. İddiaçı iddia etmişdir ki, Mərkəzləşdirilmiş kredit reyestrinin məlumatlarına əsasən kreditin verilmə tarixi 16 mart 2010-cu il, kredit müqaviləsinin bitmə tarixi 16 mart 2011-ci ildir. Göründüyü kimi bu günkü tarixə qədər 12 (on iki) ildən çox müddət ötmüşdür. Yəni, 10 illik müddət başa çatması səbəbindən həmin məlumat Reyestrdən çıxarılmalı və məhv edilməlidir. “Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsində göstərilən 10 illik müddət kəsici müddətlərə aiddir. Maddədə Kredit bürosunun topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlaması və bu müddət başa çatdıqdan sonra məlumatın məhv edilməsi və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilməsi nəzərdə tutulmuşdur. İddiaçının tələbinin əsas hissəsi də bundan ibarətdir. Yəni iddaçı adının Azərbaycan Kredit Bürosunda (Mərkəzləşdirilmiş Kredit Reyestrində) borclu şəxslərin siyahısından çıxarılması öhdəliyinin ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasını tələb edir. Hesab edir ki, iddianın məzmunundan göründüyü kimi göstərilən maddənin tələbləri iddia müddətinin ötüb-ötməməsindən aslı deyildir və 10 illik müddət başa çatdıqdan sonra məlumatın məhv edilməsi və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilməsini imperativ norma olaraq tələb edir. Nəzərə alınmamışdır ki, faiz borcunu təsdiq edən məhkəmə qətnaməsi də yoxdur, bu yalnız cavabdehin hesablamalarına əsasən belədir və bu əsasla həmin borcun olmasının təsdiq edilməsi əsassız və qanunsuzdur. 12.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-937/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Kamran Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddiaçının tələbi məhz öhdəliyə xitam verilməsi və adının borclu şəxslərin siyahısından çıxarılması öhdəliyinin Cavabdeh ASC-in üzərinə qoyulması ilə bağlıdır. İddiaçı müddətin keçməsinə istinadən hesab edir ki, onun bank qarşısında mövcud öhdəliklərinə xitam verilməli və bundan sonra bank tərəfindən borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, apellyasiya şikayətində, eləcə də məhkəmə iclasında iddiaçının vəkilinin xüsusi olaraq diqqətə çatdırdığı “Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş 10 il müddət sonra kredit tarixçəsindəki məlumatın məhv edilməsinə istinad etməsi əsaslı olmamışdır. Çünki istinad olunan qanun norması mübahisəsiz olan və məlumat təchizatçılarının kredit bürosuna verdiyi məlumatların saxlanılması ilə bağlı münasibətləri tənzimləyir. Bu baxımdan həmin qanun norması iddiaçının hazırkı tələbinin qanuni əsası hesab olunmur. 14.Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının hazırkı tələbi bank qarşısında mövcud öhdəliyə xitam verilməsi ilə bağlıdır, onun digər tələbi həmin tələblə bağlı olub, ondan asılı törəmə tələbdir. Belə olan halda məlum olur ki, hazırkı iddia tələbinin qanuni əsasını MMin XXVİİ Fəslində nəzərdə tutulmuş və birlikdə götürülmüş 527 və 551-ci maddələri təşkil edir. Həmin fəsildə yer alan normaların sistematik təhlilindən bəlli olur ki, kredit (pul) borcu üzrə öhdəliklərə müddətin keçməsi əsasına görə xitam verilməsi nəzərdə tutulmamışdır. Bun dan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Qərarında da MM-in 551-ci maddəsində təsbit olunmuş müddətlərin iddia müddəti olduğu müəyyən olunmuşdur. 15.Bundan başqa, iddiaçı oxşar iddia tələbləri üzrə iddianın təmin edilməsi barədə qətnamələrə-Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamələrinə də istinad etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin qətnamələr Konstitusiya Məhkəməsinin istinad olunan 15 fevral 2023-cü il tarixli Qərarından öncəki illərdə qəbul olunmuşdur. 16.B irinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd etmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. 17.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanından məhrum olmuşdur. Həmin kredit müqavilələri üzrə öhdəliyə xitam verilməmiş, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 18.İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmsı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19.Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə 21.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 22.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 23.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməl i, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 26.Maddə 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. 27.Maddə
528. Öhdəl iyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 28.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 29.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: 30.Banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1-ci bənd). 31.Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin (6.2 və 6.3-cü bəndlər).
32. Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür (8.9-cu bənd) “Kredit Büroları haqqında” Qanun 33.Maddə 18.1. Kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. 34.Maddə 18.2. Kredit bürosu, kredit tarixçəsi subyektinin müraciətini aldıqdan sonra növbəti iş günündən gec olmayaraq kredit tarixçələrinin məlumat bazasının müvafiq hissəsinə “dəqiqləşdirilir” qeydini daxil edir və məlumatın düzgünlüyünün yoxlanılması üçün məlumat təchizatçısına sorğu göndərir. Müraciət kredit tarixçəsind ə olan bu Qanunun 6.4-cü maddəsində göstərilən məlumatla bağlı olduqda, kredit bürosu 2 iş günü müddətində məsələni araşdırır və nəticəsindən asılı olaraq səhvi düzəldir və səhv kredit hesabatını almış məlumat istifadəçilərinə xidmət haqqı tələb edilmədən yeni kredit hesabatını verir, məlumatın düzgün olduğunu müəyyən etdikdə isə kredit tarixçəsinin subyektinə müraciətin baxılmasının nəticələri barədə əsaslandırılmış cavab verir. 35.Maddə 18.3. Məlumat təchizatçısı sorğunu aldığı gündən 3 iş günü müddətində kredit tarixçəsinin subyekti haqqında kredit bürosuna verdiyi məlumatın düzgünlüyünü yoxlayır, məlumatın düzgün olması və ya aşkar edilmiş səhvin aradan qaldırılması barədə kredit bürosuna müvafiq məlumat göndərir. 36.Maddə 18.4. Səhvin aradan qaldırılması barədə məlumat daxil olduğu gü ndən kredit bürosu 2 iş günü müddətində kredit tarixçəsində səhvi düzəldir, səhv kredit hesabatını almış məlumat istifadəçilərinə xidmət haqqı tələb edilmədən yeni kredit hesabatını verir. Bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq məlumatın düzgün olması barədə məlumat daxil olduğu gündən kredit bürosu 2 iş günü müddətində kredit tarixçəsinin subyektinə müraciətin baxılmasının nəticələri barədə əsaslandırılmış cavab verir. 37.Maddə 18.5. Bu Qanunun 18.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq müvafiq qeyd daxil edildiyi andan bu Qanunun 18.2-ci maddəsinin ikinci cümləsinə və 18.4-cü maddəsinin birinci cümləsinə uyğun olaraq yeni kredit hesabatı və ya əsaslandırılmış cavab verilənədək kredit bürosu müvafiq kredit tarixçəsindən kredit hesabatını “dəqiqləşdirilir” qeydi ilə məlumat istif adəçilərinə verməlidir. 38.Maddə 18.6. Şikayətin araşdırılması nəticəsində məlumat təchizatçısı kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə və kredit tarixçəsinin subyekti bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində heç bir dəyişiklik edilmir. 39.Maddə 18.7. Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, kredit bürosu kredit tarixçəsində bu barədə qeyd aparır. Bu zaman kredit tarixçəsinin subyektinə narazılığının səbəblərini izah edən qeydlərin qısa olaraq kredit tarixçəsində yerləşdirilməsi üçün imkan yaradılmalıdır. 40.Maddə 18.8. Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, Mərkəzi Banka və məhkəməyə şikayət verə bilər. Mülki Prosessual Məcəllə 41.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir. 42.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 45.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 46.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 47.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 48.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 49.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nət icələnə bilsin. Kassasiya baxışının hədləri 50.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 51.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bötüvlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 52.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, eyni zamanda prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
53. İşin müəyyən edilmiş halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2010-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə əsas borc məbləği tamamilə ödənilmiş və kredit reyestrində iddiaçının 820 ABŞ dolları məbləğində faiz borcunun qalması qeyd olunmuşdur. 54.İddiaçı iddia ərizəsində “Kredit Büroları haqqında” Qanunun 10-cu maddəsinə istinad edərək öhdəliyə xitam verilməsini və müvafiq qeydin aparılmasının zəruri olmasını göstərmişdir. 55.Cavabdeh tərəf etiraz edərək iddiaçının müqavilə üzrə ödənilməyən 820 ABŞ dollar məbləğində borcunun olması na istinad edərək və icra edilməyən öhdəliyinin olmasına əsaslanaraq iddianın rədd olunmasını xahiş edir. 56.İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin mövqeyinə görə iddiaçının əsas tələbi bank qarşısında mövcud öhdəliyə xitam verilməsi ilə bağlıdır, onun digər tələbi həmin tələblə bağlı olub, ondan asılı törəmə tələbdir. Belə olan halda məlum olur ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-in XXVİİ Fəslində nəzərdə tutulmuş və birlikdə götürülmüş 527 və 551-ci maddələri təşkil edir. Həmin fəsildə yer alan normaların sistematik təhlilindən bəlli olur ki, kredit (pul) borcu üzrə öhdəliklərə müddətin keçməsi əsasına görə xitam verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Qərarında da MM-in 551-ci maddəsində təsbit olunmuş müddətlərin iddia müddəti olduğu müəyyən olunmuşdur.
57. Məhkəmə kollegiyası qeyd edir ki, problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman Azərbaycan Respublikasının Mərkəzi Bankına həmin Fərmanın təsir dairəsinə düşən kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası (kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi) məqsədilə banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi tövsiyə edilmişdir.
58. Eyni zamanda Fərmanı n 6.3-cü bəndi ilə banklara və bank olmayan kredit təşkilatlarına tövsiyə edilmişdir ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1); vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını (məhkəmələrdə olan iddialardan imtina edilməsini) təmin edən tədbirlər görsünlər (6.2).
59. İşə baxılarkən mübahisəli kredit müqaviləsinin Fərmanın təsiri altına düşdüyü barədə məhkəmələr araşdırma aparmamış və məhz həmin Fərmanda müəyyən edilən müddətlər daxilində yaranmış faiz borcunun silinməli olmasına dair göstərişin mövcudluğuna əhəmiyyət verməmişlər.
60. Cavabdehin təmsil etdiyi ləğv prosesində olan bank dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi həmin Bank üçün məcburi olmuşdur.
61. Belə olan halda iddiaçının bank qarşısında faizlə bağlı öhdəliyinin mövcud olmadığı aşkardır. İddiaçının icra edilməyən öhdəliyinin qalmadığı halda isə onun adının kredit reyestrində saxlanması əsası aradan qalxmış olur.
62. Kredit tarixçəsinin subyekti olaraq iddiaçı kredit reyestrdə adının hər hansı əsas olmadan saxlanmasını müəyyən etdikdə və ya öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qal dırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət etmək hüququna malik olmuşdur. 63.Bu baxımdan iddiaçı haqlı olaraq kredit reyestrindən düzgün olmayan məlumatın aradan qaldırılması ilə bağlı müaricət etmiş olsa da məlumat təchizatçısı olan cavabdeh hər hansı əsas olmadan bu xahişi təmin etməmişdir.
64. Halbuki, cavabdeh problemli kreditlərlə bağlı yuxarıda istinad olunan Fərmanın tələblərini nəzərə alaraq artıq faiz borcunun silinməsini nəzərə almaqla kredit reyestrində əsassız qalmış məlumatın silinməsi ilə bağlı kredit bürosuna məlumat verilməsini təmin etməli idi.
65. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni q ərar qəbul edilməklə iddia təmin edilməlidir. 66.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(103)-937/24 nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul olunsun. İddia təmin olunsun. Cavabdeh ASC ilə İddiaçı arasında 16 mart 2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə hesablanmış 820.28 ABŞ dolları məbləğində faiz borcu silinsin. İddiaçının kredit tarixçəsinə yerləşdirilməsini üçün kredit müqaviləsi üzrə hesablanmış 820.28 ABŞ dolları məbləğində faiz borcunun olmamasına dair məlumatın "xxxx" MMC-nə verilməsi Ləğv prosesində olan Cavabdeh ASC-nə həvalə edilsin. Qərar q