Məhkəmə qərarları › İş №2(102)-1918/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1918/2022

19.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1918/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın kütləsi, xüsusi təyinatlı ödəmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(103)10794/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş k assasiya şikayəti üzrə işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı mərhum X2 anası, Cavabdeh1 isə mərhumun arvadıdır. Fərrux Həşimov Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat idarəsində xüsusi tayinatlı kimi xidmət etmiş, 31.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Ölümündən sonra onun vərəsələrinə Müdafiə Nazirliyi tərəfindən 56.874 manat məbləğində birdəfəlik müavinət, Dövlət Sığorta Şirkəti tərəfındən isə 11.000 manat məbləğində sığorta ödənişi hayata keçirilmişdir.

2. Həmin ödənişlər qanun üzrə vərəsəlik hüququ haqında 12.01.2021-ci il tarixli və 22.02.2021-ci il tarixli şəhadətnamələr əsasında ödənilmişdir. 3. 12.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X8in şəhid olması ilə bağlı ödənilən 11.000 manat sığorta ödənişi, 22.02.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə isə 56.874 manat kompensasiya miras əmlak kimi müəyyən edilmişdir və vərəsəli kimi Cavabdeh1 (3/5 hissədə), X9 (1/5 hissədə) və X10 (1/5 hissədə) tanınmışdır.

4. İddiaçı 09.01.2021-ci il tarixli **********145 saylı notarial qaydada təsdiq olunmuş ərizəsində X1 miras qalmış əmlakın ona çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etdiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər A zərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququ haqında 12.01.2021-ci il tarixli və 22.02.2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi, İddiaçı mərhum X2 qanun üzrə vərəsəsi kimi tanınması, şəhid X4 vəfat səbəbi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ailəsinə ödənilmiş 56.784 manat məbləğində birdəfəlik müavinət, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən isə 11.000 manat məbləğində sığorta ödənişinin miras əmlaka daxil edilməməsinə, ödənilən müavinət və sığorta ödənişi üzərində İddiaçı payının (1/5) müəyyən edilərək iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi bar ədə ərizə verərək, vərəsəlik hüququ haqqında 12.01.2021-ci il tarixli və 22.02.2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi, onun mərhum X2 qanun üzrə vərəsəsi kimi tanınması, şəhid X4 vəfat səbəbi ilə Müdafiə Nazirliyi tərəfindən ailəsinə ödənilmiş 56.784 manat məbləğində birdəfəlik müavinət, Dövlət Sığorta Şirkəti tərəfindən isə 11.000 manat məbləğində sığorta ödənişinin miras əmlaka daxil edilməməsinə, ödənilən müavinət və sığorta ödənişi üzərində onun payının (1/5) müəyyən edilərək iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlunun miras əmlakının sadəcə Dövlət Sığorta Şirkəti tərəfindən veriləcək 11000 manat olacağını düşünürdü. Bu səbəblə, Sumqayıt şəhəri 1 saylı notariat ofisində 09.01.2021-ci il tarixli *** *******145 nömrəli ərizəni imzalayaraq miras əmlakdan gəlininin xeyrinə imtina etmişdir. Çünki həmin tarixə qədər yalnız Dövlət Sığorta Şirkətinin 08.01.2021-ci il tarixli, 826 saylı arayışı əsasında 11000 manat sığorta məbləği verilmişdi. Müdafiə Nazirliyinin verdiyi 56874 manat kompensasiya isə yalnız 15/524 saylı arayışla 15.02.2021 tarixində verildi. Burada vacib əhəmiyyətli yanılma faktı göz önündədir. Mülki Məcəllənin 347.2.3-cü maddəsinə əsasən tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyilsə, vacib əhəmiyyətli yanılma halı mövcuddur. Belə ki, onun miras əmlakdan imtina edərkən miras əmlaka sadəcə 11000 manat pulun daxil olduğunu düşünürdü, halbuki Müdafiə Nazirliyinin verəcəyi kompensasiya da bu miras əmlaka aid idi. B u hüquq artıq mövcud olmaqla, miras əmlaka daxil idi. Yəni əqdi bağlamasına əsas kimi qəbul etdiyi hal mövcud deyildi, başqa vəziyyət mövcud idi. Müdafiə Nazirliyinin verəcəyi kompensasiyadan xəbərinin olmadığı aşkardır, çünki miras əmlakdan imtina etdikdən sonra Müdafiə Nazirliyi kompensasiya təyin etmişdir. Maddəyə əsasən də vicdanlılıq prinsipi belə bir vəziyyətin mümkün ola biləcəyini təsdiq edir. Yəni bir şəxsin öz ailə üzvü üçün 2200 manat (11000 manatın 1/5-i) miras əmlakdan imtina etməsi, miras əmlakın 7887 manat (11000 + 28437 (56874 manatın 1/2-i ) manatın l/5-i ) olduğunu bilsə idi, imtina etməyəcək olması mümkündür. Belə bir şeyin iddia edilməsi vicdanlılıq prinsipinə zidd deyildir. Həmçinin Mülki Məcəllənin 347.3-cü maddəsinin tələbinə əsasən yanılma imtinanın predmetinə, mira s əmlaka aiddir. Mülki Məcəllənin 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Miras əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən hal barəsində yanılmışdır. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma halında yanılanın təqsirli olub olmamasının əqdin mübahisələndirilməsi baxımından heç bir dəyəri yoxdur. Yanılanın təqsirli olub-olmaması sadəcə əqdin mübahisələndirilməsindən sonra dəymiş zərərin ödənməsi baxımından əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Bu cəhətdən onun yanılmağında təqsirinin olub-olmamasından asılı olmayaraq əqdi mübahısələndirmə hüququ vardır.

8. Yasamal Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(004)-3332/2021 saylı qətnaməsi ilə (hakim F.Əyyubov) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras əmlak qanun üzrə vərəsələr tərəfindən notarial qaydada verilmiş şəhadətnamələr əsasında təhvil alınmış, İddiaçı və onun həyat yoldaşı X5 miras əmlakdan notarial qaydada təsdiqlənmiş ərizələr əsasında Cavabdeh1 xeyrinə imtina etmişlər.

10. Məhkəmə qeyd etmişdir ki, mirasdan imtina barədə ərizə geri götürülə bilməz və iş materialları ilə notarial qaydada təsdiq olunmuş ərizələrin iddiaçının iddia etdiyi kimi aldatma və ya vacib əhəmiyyətli yanılma nəticəsində imzalandığı müəyyən edilməmişdir. Beləliklə, İddiaçı və X3 miras əmlakdan öz iradələrinə əsasən gəlinləri Cavabdeh1 xeyrinə imtina etmələri, həmin ərizələr əsasında Cavabdeh1 və mərhumun iki övladı qanun üzrə vərəsə kimi tanınmaqla onlara qanunun tələbinə uyğun olaraq şəhadətnamələrin verilməsi iş üzrə toplanm ış sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən ödənilmiş 56.874 manat kompensasiya məbləğinin ½ hissəsi 22.02.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhatədnaməyə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh1 verildiyindən, həmin məbləğin digər ½ hissəsi qanun üzrə vərəsələrə verilməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə dindirilən şahidlərin ifadələri, onlar iddiaçı ilə qohumluq münasibətlərində olduğundan mötəbər sübut kimi qiymətləndirilməməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1151, 1257, 1261, 1262 və 1268-ci maddələri, habelə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, Sumqayıt şəhəri 1 saylı notariat ofisində qeydə alınmış 09.01.2021-ci il tarixli **********145 nömrəli ərizəsinin etibarsız hesab edilməsi və onun X2 qanun üzrə vərəsəsi kimi tanınmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(103)-10794/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(004)-3332/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

15. Ape llyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının miras əmlakdan notarial qaydada təsdiqlənmiş ərizələr əsasında Cavabdeh1 xeyrinə imtina etməsi mirasdan imtina hesab edilir və İddiaçı və X3 miras əmlakdan öz iradələrinə əsasən gəlinləri Cavabdeh1 xeyrinə imtina etmələri, həmin ərizələr əsasında Cavabdeh1 və mərhumun iki övladı qanun üzrə vərəsə kimi tanınmaqla onlara qanunun tələbinə uyğun olaraq şəhadətnamələrin verilməsi iş üzrə toplanmış sənədlərlə öz təsdiqini tapmışdır. İddiaçının tələbinin əsası kimi mirasdan imtina barədə ərizəsinin aldatma və ya vacib əhəmiyyətli yanılma nəticəsində imzalandığını bildirsə də mirasdan imtina barədə ərizə geri götürülə bilməz və iş materialları ilə notarial qaydada təsdiq olunmuş ərizələrin iddiaçının iddia etdiyi kimi aldatma və ya vaci b əhəmiyyətli yanılma nəticəsində imzalandığı müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbini əsaslandırarkən göstərildiyi kimi mirasdan imtinanın aldatma nəticəsində olmasını bildirsə də həmin imtinanın ləğvini və ya etibarsızlığını xahiş etməmiş, apellyasiya şikayətində isə “Sumqayıt şəhəri 1 saylı notariat ofisində qeydə alınmış 09.01.2021-ci il tarixli **********145 nömrəli ərizəsinin etibarsız hesab edilməsi”ni xahiş etsə də birinci instansiya məhkəməsi baxışı zamanı belə bir tələbi olmamışdır. Apellyasiya baxışında isə yeni tələblər qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblə r qəbul edilmir və onlara baxılmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli şəhid ailələrinə dövlət tərəfindən edilən ödənişlərin vərəsəlik hüququna aid olub-olmasının müəyyən edilməsindən bilavasitə asılı idi ki, işə baxan apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hər hansı əsaslandırma aparmamış, buna cəhd belə etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin ödənişlər vərəsəlik hüququna aid deyildi r. Belə ki, şəhid ailələrinə maddi-mənəvi dəstək məqsədilə çıxarılan qanunvericilik aktlarının adlarından da bariz şəkildə məlum olur ki, bunların hamısının məqsədi ailə üzvlərinin itkisi səbəbilə şəhid ailələrinin məruz qaldıqlari maddi-mənəvi zərəri mümkün qədər azaltmaqdır. Bu qanunvericilik aktlarının məqsədi şəhidin vərəsələrinə deyil, onun ailə üzvlərinə maddimənəvi dəstək olmaqdır. Qaldı ki, qüvvədə olan qanunvericiliyə görə, ailə üzvlərinin vərəsə ya da ki, vərəsələrin ailə üzvü olması hüquqi bir məcburiyyət deyildir. Məsələn, şəhid onunla ümumiyyətlə heç bir qohumluq əlaqəsi olmayan öz dostuna vəsiyyət etmişsə, həmin sağ qalan dostu da ona vərəsə olar, ancaq bu (yəni dostunun vərəsə olması) onun şəhidin ailə üzvü hesab olunması üçün qətiyyən əsas deyildir. Həmçinin nəzərə almaq la zımdır ki, ta vərəsəlik hüququ yaranandan üzü bəri həmişə və istisnasız olaraq miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Şəhid ailələri üçün nəzərdə tutulan imtiyaz və birdəfəlik ödənişlər isə öz mahiyyət və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, şəhidin ailəsinə şəhidin ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün dövlət tərəfindən verilir. Digər tərəfdən isə, verilən bu ödəniş və imtiyazların heç biri ümumiyyətlə heç miras əmlaka da aid deyildir. Çünki bunların hamısı şəhidliyə görə verilir, yəni bu imtiyaz və ödənişlər şəhidə deyil, onun ailəsinə aiddir. Bu imtiyaz və ödənişlərlə bağlı haqların ( hüquqların) heç biri şəxs şəhid olmazdan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o da şəhid olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə keçsin. Nəticə etibarı ilə, birdəfəlik ödənişlər şəhidin birgə təsərrüfat fəaliyyəti içərisində ailə şəklində yaşadığı və onun mövcud və (və ya) gələcək dəstəyindən (himayəsindən) məhrum qalan ailə üzvlərinə verilməlidir. Şəhid ailələri üçün imtiyaz və birdəfəlik ödənişləri nəzərdə tutan qanunvericilik aktlarının qəbul olunması səbəbi və bütövlükdə qanunvericiliyin bu məsələ ilə bağlı ümumi vəziyyəti məhz bunu tələb edir. Bunun əksinə olan bir fikir (mövqe) isə hüquqi deyil, mexaniki bir yanaşmadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

19. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

20. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa ( miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 22. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

6. Sığortanın aparılması qaydası Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Maddə

7. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sən ədlər Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi.

23. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanun u Maddə

20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 24. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

21. Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçuların ailələrinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən məbləğdə müavinət ödənilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

5. Məhkəmədə mülki işə başlama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə mü raciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin po zulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

27. Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiy a instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, hüquq normalarının səhv tətbiq edilməsi nəticəsində səhv qətnamə çıxarılmışdır. Bu baxımdan qətnamə ləğv edilməli və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

31. İlk növbədə məhkəmə kollegiyası iddia tələbinin vərəsə tanınma ilə bağlı hissəsi üzrə aşağıdakıların diqqətə çatdırılmasını zəruri hesab edir.

32. Qeyd olunmalıdır ki, miras qoyan şəxsə müqabil tərəf vərəsə hesab olunur. Vərəsə dedikdə elə bir şəxs başa düşülür ki, miras qoyanın əmlak hüquq və vəzifələri vərəsəlik qaydasında məhz ona keçir. Bu zaman vərəsə iki cür – qanun üzrə və vəsiyyət üzrə olur.

33. Qanun üzrə vərəsələr qanunda miras qoyanın hüquqi varisləri kimi göstərilən şəxslər başa düşülür. Yəni müəyyən şəxslər qanunda ifadə edilən göstərişə əsasən vərəsə ola bilərlərsə, həmin şəxslərə qanun üzrə vərəsələr deyilir. Bu kateqoriya vərəsələrin olması məhz qanunun birbaşa göstərişi ilə bağlıdır. Ona görə də onlara «qanun üzrə vərəsələr» deyilir.

34. Hazırki iş üzrə İddiaçı mərhum X2 anasıdır. Bu işin mübahisə olunmayan və sübutlarla təsdiqini birmənalı tapan halıdır. Bu halı mövcudluğu Mülki Məcəllənin 1159.1.1ci maddəsinə əsasən iddiaçının mərhum Fərrux Həşimovun birinci növbə vərəsəsi olması statusunu təsdiq edir.

35. Mülki prosessual qanunvericilik hər hansı fi ziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət edilməsi üzrə işə başlanılmasını təsbit etmişdir. Hazırda isə İddiaçı birinci növbə vərəsə olmasının inkarı barədə yanaşma mövcud deyil, habelə onun birinci növbə vərəsə hesab edilməsinin məhkəmə təsdiqinə zərurət yoxdur. Çünki iddiaçı mərhumun «birinci növbə vərəsə» statusuna sahibdir. Belə olduğu təqdirdə iddia tələbinin vərəsə tanınma ilə bağlı hissəsinin məhkəmə baxışı predmetinin ola bilməsi məhkəmələr tərəfindən araşdırılmamışdır.

36. İddia tələbinin şəhadətnamələrin ləğv olunması barədə hissəsinin hüquqi təhlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın bu hissədə düzgün həlli üçün birdəfəlik müavinət və sığorta ödənişinin mirasın kütləsinə daxil e dilib-edilməməsinin müəyyən olunması zəruridir.

37. Məlum olduğu kimi miras tərkibcə kifayət qədər geniş və əhatəli anlayışdır. Mirasın kütləsinə əmlak hüquqları, əmlak vəzifələri, habelə müəyyən şəxsi qeyri-əmlak hüquqları daxildir. Burada əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Yəni miras aktiv və passivlərin məcmusundan ibarətdir.

38. Miras aktivi anlayışı daha geniş olub miras qoyanın öldüyü məqama kimi malik olduğu əmlak hüquqlarını özündə birləşdirir. Bura əşya hüquqları, öhdəlik hüquqları müstəsna hallarda əqli mülkiyyət hüquqları və korporativ hüquqlar daxil edilir. Vərəsəlik hüququ haqqında şəhadətnamələr də məhz həmin miras aktivlərinə şamil edilən əmlak hüquqlarına dair verilir.

39. Miras əmlak anlayışı vəfat hadisəsi baş v erdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Məhz bu adi məntiq və həqiqətə görə də Mülki Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Vərəsə isə, miras qalan bu əmlakı varislik qaydasında əldə etməyə haqqı olan şəxsi ifadə edir (Mülki Məcəllənin 1133.1-ci maddəsi).

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında ” Təlimatın 96-cı bəndində göstərilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətn amə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

41. İş materiallarında olan 12.01.2021-ci il tarixli və 22.02.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Cavabdeh1 (3/5 hissədə), X9 (1/5 hissədə) və X10 (1/5 hissədə) 31.10.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri kimi tanınmış, şəhatədnamə verilən miras əmlaklar Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin 08.01.2021-ci il tarixli 826 saylı arayışına əsasən 11.000 manat sığorta ödənişi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02. 2021-ci il tarixli 15/524 saylı arayışına əsasən 56.874 manat kompensasiya məbləğinin ½ hissəsindən ibarətdir.

42. Məhkəmə kollegiyası bildirir ki, sığorta ödənişi və birdəfəlik kompensasiya məbləğinin mirasın aktivinə daxil edilməsi həmin ödənişlər mirasqoyanın öldüyü məqama kimi sahib olmadığı üçün yolverilməzdir. Çünki ölmüş şəxsin vərəsələrinə yalnız o mülki hüquq və vəzifələr keçə bilər ki, onlar əmlak xarakterli olmaqla, miras qoyanın öldüyü məqamda mövcud olsun. Öz məzmununa görə mülki (əmlak) xarakterə malik olmayan hüquq və vəzifələr - o cümlədən əmək, sosial təminat və s. hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr vərəsəlik əsasında keçməsi mümkünsüzdür.

43. İddiaçı tərəf mərhum oğlunun həlak olması ilə bağlı ödənilən məbləğin miras əmlak olmadığı, kompensasiya kimi a ilə üzvlərinə ödənilməsi barədə dəlillər irəli sürmüş, lakin işə baxmış məhkəmələr bu dəlilləri ətraflı təhlil etməmişdir. Halbuki, işin bu halı mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün həlledici əhəmiyyət kəsb edirdi. Əgər ödənilən məbləğlərin mirasın kütləsinə aid olmadığı məhkəmə tərəfindən qəbul edilsəydi, bu halda ümumiyyətlə iddiaçının mirasdan ona çatası paydan imtina etməsi barədə ərizəsinin hazırki iddianın həlli baxımından əhəmiyyəti olmayacaqdı.

44. İddiaçının vərəsəlik hüququna dair 22.02.2021-ci il tarixli şəhadətnamədə payların müəyyən edildiyi 56874 manat məbləğin kompensasiya olması əksini tapmışdır. 12.01.2021-ci il tarixli vərəsəlik şəhadətnamə ilə paylar müəyyən olunmuş 11.000 manat isə sığorta məbləği kimi bölünmüşdür. Sığorta ödənişi anlayışı – ümumi mənada sığorta ha disəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası kimi müəyyən edilir (Sığorta fəaliyyəti haqqında qanunun 1.1.12-ci maddəsi).

45. Mülki iş materiallarında olan “N” saylı hərbi hissənin məhkəməyə ünvanlandığı 03.08.2021-ci il tarixli məktubunda da qeyd olunmuşdur ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Oanununun 20.11-ci maddəsinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.” Həmin sığortanın ödənilməsi Nazirlər Kabinetinin 180-24 N-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş «Xidməti vəzifələrin icrası za manı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalar»na uyğun, vətəndaşın (əməkdaşın) ərizəsinə əsasən həyata keçirilir. Vətən Müharibəsində şəhid olmuş kapitan-leytenant X2 həyat yoldaşı Cavabdeh1 ərizə ilə hərbi hissəyə müraciət etmiş və şəhidin ailəsi üçün nəzərdə tutulan 5 illik pul təminatı məbləğində kompensasiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Müraciətlə bağlı mərhum kapitan-leytenant X2 ailəsinə 56.874 manat hesablanmış və vərəsələrin dairəsini müəyyən etmək üçün Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə sorğu verilmişdir. Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin verdiyi “Qanun üz rə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 3/5 pay Cavabdeh1, 1/5 pay azyaşlı oğlu X6 və 1/5 pay azyaşlı qızı X7 təyin edilmişdir. Həmin “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də göstərilən vərəsələrə bu barədə məlumat verilmiş və “kompensasiya” təqdim etdikləri Beynəlxalq Bank hesablarına köçürülmüşdür.

46. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi «Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalar»ına istinad etməmiş, kompensasiya ödənilərkən həmin qaydalara əməl edilib-edilmədiyini müəyyən etməmişdir.

47. Məhkəmə kolle giyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda sığorta ödənişi almaq hüququ vərəsələrə aid edilmişdir. Lakin sığorta ödənişinin miras əmlak olmadığına baxmayaraq, adı çəkilən qanunda bu məbləği almaq hüququ olan şəxslərin dairəsi kimi həlak olan hərbi qulluqçunun vərəsələrinin müəyyən olunması xüsusi tənzimləmədir. Yəni bu ödənişlər miras olmasa da, həmin vəsaiti almaq hüququ olan subyektlərin dairəsi kimi vərəsələr müəyyən edilmişdir.

48. Sözügedən vəsaitin miras olub-olmaması ilə bağlı dəyərləndirmə zamanı oxşar münasibətləri tənzimləyən hüquq mənbələri ilə həyata keçirilən tənzimləmələrin də təhlilinə ehtiyac vardır.

49. Bu baxımdan, şəhid ailələrinə maddi-mənəvi dəstək məqsədilə çıxarılan qanunvericilik aktlarının a dlarından da bariz şəkildə məlum olur ki, bunların hamısının məqsədi ailə üzvünün itkisi səbəbilə şəhid ailələrinin məruz qaldıqları maddi-mənəvi zərəri mümkün qədər azaltmaqdır. Başqa sözlə, şəhid ailələrinə olan birdəfəlik ödəniş, müavinət və s. kimi imtiyaz və yardımlarla bağlı qanunvericilik aktlarının adlarından da göründüyü kimi bu qanunvericilik aktlarının məqsədi şəhidin ailə üzvlərinə maddi-mənəvi dəstəyi təmin etməkdir. Təsadüfi deyildir ki, bu məqsədlə çıxarılan Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının adı xüsusi olaraq “...ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” şəklində ifadə olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli AR Qan ununda da bu çox bariz şəkildə öz əksini tapmaqdadır.

50. Şəhid ailələri üçün nəzərdə tutulan müavinət, imtiyaz və birdəfəlik ödənişlər öz mahiyyət və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, şəhidin ailəsinə şəhidin ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün dövlət tərəfindən verilir. Bu imtiyaz və ödənişlər ilə bağlı haqların (hüquqların) heç biri şəxs şəhid olmzadan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o da şəhid olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə qalsın.

51. Nəhayət, onu da nəzərə almaq lazımdır ki, şəhidin ailə üzvlərindən hər hansı birinin miras əmlakdan imtina etməsi, imtina edən şəxsin şəhid ailəsi üzvlüyündən imtina etməsi və ya onun şəhid ailəsi üzü hesab olunmaması üçün bir əsas ola bilməz.

52. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(103)10794/2021 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar