Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1918/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-96/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı2 12 iyun 2001-ci ildə X9 ilə rəsmi nikah münasibətinə girməklə ailə qurmuş və sonuncunun atası X7 məxsus ünvan küçəsində yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə gəlin köçməklə cehiz əmlakları da həmin evə yerləşdirilmişdir.
2. Həmin nikahdan xx xxxx 2002-ci il tarixdə İddiaçı1 anadan olmuşdur.
3. İddiaçı2 əri XXX sonradan işləmək üçün Rusiya Federasiyasına getmişdir.
4. Mənzilin mülkiyyətçisi olan XXX 29 yanvar 2017-ci il tarixdə vəfat etmişdir.
5. Bir müddət həmin mənzildə yaşadıqdan sonra X1 ilə İddiaçı2 arasında münasibətlər pisləşmiş, bu səbəbdən sonuncu cehiz əmlakının bir qismini götürərək oğlu İddiaçı1 ilə birlikdə 3 il əvvəl başqa yerdə kirayə ev tutub, orada yaşamağa başlamışdır.
6. XXX 11 may 2021-ci ildə vəfat etdikdən sonra i ddiaçılar həmin mənzilə köçmək istəyərkən qaynı olan Cavabdeh onları mənzilə buraxmamışdır.
7. İddiaçı2 və oğlu İddiaçı1 hazırda mübahisələndirilən mənzildə qeydiyyatdadırlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan küçəsi 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddianın əsaslarına görə, mübahisəli mənzili mərhum qayınatası XXX 1996-cı ildə alğı-satqı yolu ilə almışdır və xüsusi mülkiyyət hüququ ilə qayınatasına məxsus olmuşdur. X6 ilə 12 iyun 2001-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Toyları olan gündən qayınatasına məxsus mənzilə köçmüş və cehiz əşyaları da həmin evə yığılmışdır. Birgə nikahdan xx xxxx 2002-ci il tarixdə XXX adlı uşaqları anadan olmuşdur. Uzun müddət ailəsi ilə birlikdə həmin mənzildə yaşamışlar. Sonradan əri XXX işləmək üçün Rusiya Federasiyasına getmiş, onlar isə həmin mənzildə yaşamışlar. Mənzilin mülkiyyətçisi olan qayınatası XXX 29 yanvar 2017-ci ildə vəfat etmişdir. Qayınatasının ölümündən sonra mənzilin bütün işlərini qayınanası ilə birgə idarə etmişlər. Cavabdeh, mərhum XXXun oğlu, onun qaynıdır. Cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşamışdır və oranın vətəndaşıdır. Cavabdeh hətta atasının yas mərasimində iştirak etməmiş, mənzilin idarəçiliyində heç bir iştirakı olmamışdır. Atasının ölümündən xeyli müddət, yəni 2 il keçəndən sonra Mingəçevir şəhərinə gəlmişdir. Cavabdeh Mingəçevir şəhərinə gələndən sonra həmin mənzildə yaşamışdır. Son vaxtlar qayınanası ilə münasibətləri pisləşmişdir. Bu səbəbdən də məcburən 3 il bundan əvvəl oğlu XXX ilə başqa yerdə kirayə ev tutub müvəqqəti orada yaşayırlar. Lakin cehiz əşyalarının çox hissəsi mübahisəli mənzildədir. X1 11 may 2021-ci ildə vəfat etmişdir. Yaşamaq üçün həmin mənzilə qayıtmaq istəyirlər, mənzildə yalnız onun və ailə üzvlərinin qeydiyyatda olmasına, lakin cavabdehin həmin mənzildə qeydiyyatda olmamasına baxmayaraq Cavabdeh onları mənzilə buraxmır.
10. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1488/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Kərimova) iddia təmin olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı2 ondan apell yasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) 2(107)-96/2023 nömrəli iş üzrə xx.xx.2023cü il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 22-24-cü bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 30-cu bəndində qeyd olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci bəndinin tələbinə əsasən istifadə hüququnun verilməsi ü çün mülkiyyətçinin notariat qaydada təsdiq olunmuş razılığı tələb olunur. Yenə bu qətnamənin 31-ci bəndində qeyd olunmuş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Plenum Qərarında göstərilir ki, MM-in 228.5-ci maddəsində əks olunan bu müddəanın, yəni «mülkiyyətçinin razılığı»nın təcrübədə müxtəlif təfsirinə, o cümlədən mülkiyyətçi tərəfindən digər şəxslərin köçürülməsinə etirazın edilməməsinin faktiki razılıq kimi qəbul edilməsinə rast gəlinir.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyy ətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Göründüyü kimi, mülkiyyətçinin öz razılığı ilə iddiaçını evinə qeydiyyata salması onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbi baxımından razılığı kimi qiymətləndirilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında da göstərildiyi kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun həmin yaşayış yerinə məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə kollegiya sı iddiaçının apellyasiya şikayətində bu qətnamənin 25-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 31-ci bəndində qeyd olunmuş “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Göründüyü kimi, Mənzil Məc əlləsinin 123-cü maddəsinin tələbləri hazırki işə tətbiq edilə bilməz. İddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya baxışı zamanı verdiyi izahatından bəlli olmuşdur ki, iddiaçılar hal-hazırda köçmək istədikləri mənzili daimi yaşamaq üçün könüllü olaraq tərk etmişlər. Daha öncə isə onlar köçmək istədikləri mənzildə həmin mənzilin mülkiyyətçisi XXX ilə birlikdə 29 yanvar 2017-ci ilədək yaşasalar da, sonuncu öldükdən sonra iddiaçılar mülkiyyətçinin arvadı XXX ilə birlikdə qısa müddətdə həmin mənzildə yaşamışlar. Mülkiyyətçinin vərəsəsi olan arvadı öldükdən sonra isə həmin mənzildə mülkiyyətçinin və onun arvadının vərəsəsi olan hazırki cavabdeh XXX yaşamışdır. İddiaçı1 atası XXX nə mülkiyyətçi öldükdən sonra, nə də mülkiyyətçinin vərəsəsi olan arvadı XXX öldükdən sonra həmin mənz illə bağlı hər hansı bir hərəkət etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum Qərarından göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda müvafiq kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Göründüyü kimi, İddiaçı1 hal-hazırda köçmək istədiyi mənzilə olan ehtiyacı hər iki iddiaçı həmin mənzili 2018-ci ildə könüllü olaraq tərk edərkən aradan qalxmışdır.”
14. Apellyasiya instansiyası məhkəməsi gəldiy i nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Plenum Qərarına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum Qərarına və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı2 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə görə, qaynatasının ölümündən sonra, yəni vərəsəlik açıldığı vaxtdan cavabdeh və onun digər qardaşı qanunla müəyyən edilmiş müddətdə miras ın qəbulu və ya miras əmlakda payının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti üzrə notariat ofisinə müraciət etməmişdir. 2001-ci ilin iyun ayından 2018-ci ilin fevral ayınadək (təxminən 17 il) fasiləsiz və etirazsız olaraq vərəsə XXXun ailə üzvü, arvadı kimi mübahisəli mənzildə yaşamışdır, ümumi təsərrüfat aparmış və belə olan halda mənzildən istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla (həyat yoldaşı XXXla) etibarlı ailə əlaqələri əsasında yaranmış olur. Qaynatasının cəmi üç övladı var. Həyat yoldaşı Yusifdən başqa daha iki övladı Cavabdeh (cavabdeh) və X2 Federasiyasının vətəndaşlarıdırlar və heç vaxt bu evdə onunla birgə yaşamayıblar. Qayınları XXX və XXX ataları XXXun nə dəfnində, nə də yas mərasimlərində iştirak etməmişlər, hər hansı bir xərc də çəkməm işlər. Dəfn və yas mərasimlərini əsasən o və həyat yoldaşı öz xərci ilə həyata keçirmişdir. Qaynanası 2018-ci ilin fevral ayında bezdirərək onları evdən qovdu. Həmin vaxtlar həyat yoldaşı da Rusiya Federasiyasında idi və orada işləyirdi. O və oğlu mən məcbur olub kirayə ev tutduq və halhazıradək kirayədə yaşayır. Qaynı Cavabdeh onları mənzildə yaşamağa buraxmadı və hətta cehiz əşyalarını da gəlib aparmağı tələb etdi. Əsas da onu gətirir ki, mənim onun anası ilə (qaynanamla) münasibətlərimiz normal olmayıb. Birinci və apellyasiya instansiyası məhkəmələri işi hərtərəfli, tam və obyektiv tədqiq etmədən, mülkiyyətçi XXXun xx.xx.2017-ci il tarixdə ölümündən sonra miras qalmış mənzilə vərəsə kimi həyat yoldaşı XXXun mənzilə sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etməs inə əhəmiyyət vermədən, onun və oğlunun mənzildən istifadə hüququnun XXXun mülkiyyət hüququndan törəmə olmasını nəzərə almadan, hazırkı mülki mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərini tətbiq etmədən, həmin Məcəllənin 228.1, 228.2-ci maddələrinin tələblərinə istinad edərək, mənzildən istifadə hüququmun əmələ gəlməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəm ədə müdafiəsinə təminat verilir. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı i lə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarş ısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərar: “2000 -ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərar: “... MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddə lərində təsbit olunmuş təminat və hüquqlarını pozmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
29. İlk olaraq, yaşayış sahəsinə mülkiyyət hüququ yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müva fiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluq tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
30. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bi lməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir.
31. Bu kontekstdə, kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlilləri əsasən iddiaçının mənzildən istifadə hüququnun onun əri XXXun vərəsəlikdən irəli gələn mülkiyyət hüququndan törəmə olması ilə bağlı olduğundan, lakin həmin dəlillər və faktlar apellyasiya şikayətində əks olunmadığı, habelə apellyasiya baxışının predmeti olmadığından, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Apellyasiya instansiyası məhkəməsi də öz qətnaməsində müəyyən etmişdir ki, “... XXX nə mülkiyyətçi öldükdən sonra, nə də mülkiyyətçinin vərəsəsi olan arvadı XXX öldükdən sonra həmin mənzillə bağlı hər hansı bir hərəkət etməmişdir.”
32. Şikayətin digər dəlillərində istinad olunan faktlara da apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişik lik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-96/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.