Məhkəmə qərarları › İş №2(102)-1918/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1918/2024

08.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1918/2024 08.05.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4636/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, “Dövlət rüsum u haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı işdə kassasiya şikayəti verilməsi üçün iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilmiş 20 manat dövlət rüsumunun 50 faizi məbləğində olan 10 manat ödənilməli olduğu halda Vəkil4 tərəfindən 5 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunu n ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və geri qaytarılması məsələsinin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4636/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar