Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1919/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1919/2023 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb ir əli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edilməklə) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyan” tələblərinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-560/2023 saylı, 10 yanvar 2023-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 016443 nömrəli əmək kitabçasında aparılmış qeydlərə əsasən İddiaçı 18 yanvar 2016-cı il tarixdə “AccessBank" Qapalı Səhmdar Cəmiyyətinə hüquqşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin hüquqşünası vəzifəsinə, xx.xx.2018-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin aparıcı hüquqşünası vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası vəzifəsinə keçirilmiş, 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti cəlb edi lməklə) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyan” tələblərinə dair iddia tələbi ilə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli, 22-0353 saylı əmrin ləğv edilməsi, onun cavabdehin Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Hüquqşünası vəzifəsinə işə bərpa edilməsi, işdən azad olunduğu xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, işə bərpa olunarkən ləğv edilmiş əmək müqav ilənin şərtləri ilə eyni şərtlər daxilində yeni əmək müqaviləsinin bağlanması, cavabdehdən 10.000 (on min) manat məbləğində mənəvi ziyanın və mediasiya prosesilə bağlı ödənilmiş 50 (əlli) manat xərcin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin hallarına istinad edərək iddia ərizəsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırılmışdır ki, 25 may 2022-ci il tarixdə ona əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar ləğv ediləcəyi barədə 24 may 2022-ci il tarixli 134 saylı bildiriş təqdim edilmişdir. Həmin bildirişi cavabdehin X13i Davit Tsiklauri imzalamışdır. 27 may 2022-ci il tarixdə 22-0353 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə 31 may 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə əmr qəbul edilmişdir. Həmin əmr bankın İdarə Heyətinin üzvü, X13 Müavini, Maliyyə üzrə Baş X1 tərəfindən imzalanmışdır. 27 may 2022-ci il tarixli mübahisələndirilən əmr qəbul edilərkən Bankda boş vəzifələrin heç biri ləğv edilməmiş, əksinə bank öz rəsmi internet səhifəsində 15 müxtəlif vəzifə üzrə vakansiya yerləşdirilmişdir. Hətta bugün də bankın internet səhifəsində və iş axtaranlar üçün nəzərdə tutulmuş digər internet səhifələrində cavabdeh cari vakansiyalar yerləşdirmişdir. Mübahisləndirilən əmr qəbul edilərkən cavabdehdə hər hansı bir ixtisarlar olmamış, yalnız onun tutduğu ştat ixtisar olunmuş, bu ştatdan başqa heç bir ştat və ondan başqa heç kim ixtisar olunmamışdır. Əksinə cavabdehdə müxtəlif vəzifə üzrə vakansiya elanları olmuş, hər ay təxminən 10-15 nəfər yeni işçi işə qəbul edilmiş və ya daha yüksək vəzifəyə keçirilmişdir. Bu gün də cavabdehdə cari vakansiyalar mövcuddur. Bankda ondan daha az müddət iş stajına malik olan işçilərin olmasına, hətta müddəli əmək müqavilələri ilə işləyən başqa işçilərin olmasına baxmayaraq yalnız onun işdən azad olunmağı üçün hazırki ixtisar barədə əmr qəbul edilmişdir. Bu zaman işəgötürən onun işgüzar keyfiyyətlərini (peşəkarlığını, ixtisasını) nəzərə almamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən əməl edilməli qanunvericilik normaları, prosedurlar çox və çətindir. Lakin ona nisbətdə 3-4 aylıq və ya başqa bir müd dətli əmək müqaviləsinə xitam verilməsinin proseduru daha asan və azdır. Qeyd olunmalıdır ki, işəgötürənin onun başqa işə (vəzifəyə) keçirilməsi üçün hər hansı bir tədbir görməmiş, hər hansı bir vəzifə təklif etməmiş, heç buna cəhd də etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmil əşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Bank onunla bağlanmış əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyi, eləcədə ştatın ixtisarının zəruriliyini əmrdə əsaslandırmamış və həmin əmrin qəbul edilməsinin əsası kimi ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli bildirişin olduğunu qeyd etmişdir. Bu isə əmrin heç bir əsaslandırma olmadan qəbul edilməsini özü-özlüyündə ehtiva edir. Qeyd olunmalıdır ki, bankda işə qəbul var, bankın vəziyyəti illik və dövrü hesabatlardan da göründüyü kimi yaxşıdır və bank zərərlə işləmir. Həmin hesabatlar ilə bankın öz saytında https://www.AccessBank.az/az/our-bank/in-figures/ linkinə daxil olmaqla tanış olmaq olar. Bank ödənilmiş əmək haqqları və digər kompensasiyalara görə 2021-ci il tarixdə 30.760.000 man at, 2022-ci ilin 1-ci rübündə isə 8.769.000 manat pul xərcləmişdir. Bankın vəziyyətinin yaxşı olduğu dövrdə, ixtisarların olmadığı bir dövrdə yalnız onun ixtisar edilməyi isə qanunsuz olmaqla yanaşı, həmdə məntiqsizlik və ədalətsizlikdir. Çünki onun aldığı əmək haqqının məbləği bankın xərclərinin əsaslı azalmasına və ya maliyyə nəticələrinin əsaslı şəkildə dəyişməsinə (yüksəlməsinə) səbəb olmayacaq qədər azdır. Həmçinin onu da qeyd etmək zəruridir ki, 25 may 2022-ci il tarixdə ona təqdim edilmiş 24 may 2022-ci il tarixli 134 saylı bildirişi vergi orqanın da qeydiyyatdan keçmiş cavabdehin qanuni təmsilçisi - X13i Davit Tsiklauri imzalasa da mübahisləndirilən əmr bankın İdarə Heyətinin üzvü, X13 Müavini, Maliyyə üzrə Baş X1 tərəfindən imzalanmışdır. X3 belə bir əmr qəbul edib-etməmək səlahiy yətinin olubolmaması barədə əmrə hər hansı bir sənəd (və ya etibarnamə), eləcədə onun həqiqətən də İdarə Heyətinin üzvü, X13 Müavini, Maliyyə üzrə Baş Direktoru vəzifəsində işləməsini təsdiq edən sənəd və onun bankın nizamnaməsində belə bir səlahiyyətinin olub-olmaması barədə sənəd əlavə edilməmişdir. Onun idarə heyətinin üzvü olması barədə xəbər bankın rəsmi internet səhfəsində xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Həmin xəbərlə bağlı məlumatı https: //www.AccessBank.az/az/private /news/103298 linkinə daxil olmaqla əldə etmək olar. Dünyaya gəldiyi və hazırda da qeydiyyatda olduğu Füzuli şəhəri 23 avqust 1993-cü il tarixdə işğal olduqdan sonra ailəsi ilə birlikdə məcburi köçkün olmuşdur. Hazırki vaxtda da məcburi köçkün statusuna malikdir. İşçinin peşəkarlıq səviyyəsi qiymətləndirilə rkən işəgötürən onların əmək fəaliyyətini xarakterizə edən müxtəlif məlumatları (məsələn, təhsil haqqında sənədlər, işin ödənilməsi, ixtisas üzrə iş stajı, xidməti tapşırıqların yerinə yetirilmə keyfiyyəti, bu və ya digər ixtisas qrupuna mənsub olma haqqında məlumatları, həvəsləndirmələr, peşə üzrə ixtisasını artırması və s.) nəzərə alır. Bank onu ixtisar edərkən ixtisasını (peşəsini), iş stajını, əmək funksiyaları yerinə yetirilmə keyfiyyətini, həvəsləndirmələri və peşəkarlıq səviyyəsini nəzərə almamaqla yanaşı həm də məcburi köçkün statusu olan şəxs olmağına belə əhəmiyyət verməmişdir. Halbuki qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olduğu kimi idarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı məcburi köçkünlər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Bundan əlavə, işəgötürən tərəfindən verilən əmrdə (sərəncamda, qərarda) əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il dəqiq göstərilməlidir. Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrin məzmununa mütləq qaydada daxil edilməlidir. Bank onunla bağlanmış əmək müqaviləsini ləğv edərkən mübahisələndirilən əmrin qəbul edilməsinə əsas kimi ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli bildirişi göstərmişdir. Bu qeyd edilən əmrin qəbul edilməsi üçün əsas sayıla bilməz. Əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, Bank tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. İşçilərin sayının və ya ştatlarının ixtisarının həqiqətən olmasını təsdiq edilməsi üçün Bank tərəfindən konkret olaraq müvafiq ştatların, İ şçilərin ixtisar olunmasını, bu ixtisara gətirib çıxaran səbəbləri, bankda boş vəzifələrin ləğv edilməsini və s. özündə əks etdirən əsaslandırmış müvafiq əmrlər (sərəncamlar, qərarlar) qəbul edilməli, bu qərarlarda əmək haqqı fondunun ixtisarı haqqında məlumatlar da əks etdirilməli, bu rəsmi sənədlər əmrin qəbul edilmə əsasına əlavə edilməlidir. Bank isə bunların heç birini etməmişdir. Ona görə də mübahisələndirilən əmrin əsasına bu rəsmi sənədlərin heç biri daxil edilməmişdir. Başqa sözlə hazırki mübahisələndirilən əmrin qəbul edilməsi üçün heç bir əsas da mövcud olmamışdır. İxtisarın həqiqətən olmasını təsdiq edən rəsmi sənədlərin əmrin əsasına daxil edilməməsi əsasın olmaması deməkdir və elə tək bu belə əmrin qanunsuz olmasına dəlalət edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirdikdə aydı n olur ki, bank tərəfindən işçilərin sayının və ya ştatının ixtisarı haqqında müvafiq qərar qəbul edilməmiş, bankda boş vəzifələr ləğv olunmamış, mübahisləndirilən əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi, ştatın ixtisarının özüdə yalnız bir ştatın ixtisarının zəruriliyi əsaslandırmamış, əmr qəbul edilərkən bankda həqiqətən işçilərin sayının və ya ştatların ixtisar olunmamış, bunun əksini təsdiq edilən rəsmi sənədlər (müvafiq ştatların, işçilərin ixtisar olunmasını, bu ixtisara gətirib çıxaran səbəbləri, bankda boş vəzifələrin ləğv edilməsini, əmək haqqı fondunun ixtisarı haqqında məlumatlar və s. özündə əks etdirən əsaslandırmış müvafiq əmrlər (sərəncamlar, qərarlar)) mübahİsləndirilən əmrin əsasına əlavə edilməmiş, mübahisələndirilən əmr qəbul edilərkən onun işgüzar keyfiyyət ləri, ixtisası (peşəsi), iş stajı, əmək funksiyalarını yerinə yetirmə keyfiyyəti, həvəsləndirmələri və peşəkarlıq səviyyəsi, işdə saxlanmaq üçün üstünlük hüququ olan şəxs olmağı nəzərə alınmamış, başqa işə (vəzifəyə) keçirilməyi üçün də tədbirlər görülməmişdir. Bu halları və şərh edilən qanunvericilik normalarını nəzərə alındıqda belə nəticəyə gəlmək olur ki, bank tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, 22-0353 saylı əmr qanunsuz və əsassızdır. Belə ki, sözügedən əmr qəbul edilməmişdən qabaq onunla cavabdeh arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli, 2016/0008 saylı əmək müqavilənin şərtlərinin dəyişdirilməsi və onlara yeni əlavələrin edilməsi barədə ona xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavə təqdim edilmişdir. Həmin əlavədə olan şərtlərin bir qismi onu qane etmə miş, hətta onun fikrincə etibarsız şərtlər və işçinin vəziyyətini ağırlaşdıran, qanunda işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsini azaldan şərtlər olduğundan tərəfindən imzalanmamışdır. Bu şərtlərin bəzilərinin əlavədən çıxarılması məqsədilə tərəfindən cavabdehin İnsan Resusları Departamentinin məsul şəxsləri ilə bu ilin aprel ayında aparılmış danışıqların hər hansı bir müsbət nəticəsi olmamış, ona bildirilmişdir ki, artıq bu əlavədə olan şərtlər rəhbərlik tərəfindən bəyənilmiş, təsdiq edilmişdir. Əlavədə olan şərtlərin dəyişdirilməsi, çıxarılması mümkün deyildir. Bankın bütün işləri tərəfindən imzalanacaqdır, bu əlavəni imzalamağa məcbur deyil. Lakın bu əlavəni imzalamayacağı təqdirdə, gələcəkdə bankın işçisi olaraq saxlanmaya bilər. Əlavəni imzalayıb-imzalamayacağı ba rədə yenidən fikirləşin və ona əlavəni imzalamağı tövsiyyə olunmuşdur. Bundan bir ay bir neçə gün müddət keçmiş, ona əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar ləğv ediləcəyi barədə bildiriş təqdim edilmiş, daha sonra hazırki mübahisləndirilən əmr qəbul edilmişdir. Göründüyü kimi işçilərin sayının və ya ştatların azaldılması zərurəti olmamış, hazırki əmr heç də ixtisarın zərurliyi ilə əlaqədar qəbul edilməmiş, yalnız onun ştat vahidi ixtisar edilmiş və o, bank tərəfindən işdən azad olunmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində dosttanış, qohumlar arasında malik olduğu nüfuz azalmış, onda müxtəlif psixoloji problemlər yaranmış, yuxusuzluq, depressiya, yorğunluq, əsəbilik kimi psixoloji problemlərdən əziyyət çəkməyə başlamışdır. Mütəmadi olaraq narahatçılıq hissləri keçirmiş, əhval-ruhiyəsi indiyə kimi düzəlməmişdir. Bankda hər hansı bir ixtisarın zəruri olmamasına baxmayaraq yalnız onun ixtisar ilə işdən azad olunduğunu ətrafdakılardan gizlətməyə çalışmış, bu barədə ona verilən suallardan hələ də yayınmağa çalışır. Özünə güvən və inam hissi azalmışdır. Bankda hər hansı bir ixitisarın aparılmadığı bir dövrdə yalnız onun ixtisar ilə işdən azad olunması işə düzəlmək üçün müraciət etdiyi idarə və təşkilatlarda ona qarşı inamsızlıq yaratmış, onlar işdən bu qaydada azad olunmağında başqa səbəblər axtarmağa başlamışlar və ümumiyyətlə müraciətlərinə cavab belə verilməmişdir. Bütün bu hadisələrə görə iztirab çəkdiyindən psixoloji vəziyyəti daha da pisləşmişdir. Bütün diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri əsasında ona 10.000 manat və daha çox həcmdə mənəvi zərər dəymişdir.
4. Cavabdeh iddia tələbinə qarşı etiraz bildirərək, etirazını onunla əsaslandırmışdır ki, bankda müxtəlif sahələr, üzrə elan olunmuş iddiaçının ştat vahidinə dair vakansiyalar olmamışdır və bunun Əmrin qanuniliyinə hər hansı təsiri ola bilməz. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən cavabdehdə hər hansı ixtisarlar olmamış, yalnız onun tutduğu ştat ixtisar olunmuşdur. Bu ştatdan başqa heç bir ştat və ondan başqa heç kim ixtisar olunmamışdır. Əksinə cavabdehdə müxtəlif vəzifə üzrə vakansiya elanları olmuş, hər ay təxminən 10-15 nəfər yeni işçi işə qəbul edilmişdir. İlk öncə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11.1-ci maddəsinin “ə” bəndi, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququnu işəgötürənin əsas hüquqlarından biri kimi təsbit etmişdir. Bu hüquq özlüyündə işəgötürənə ştatların bir və ya bir neçəsini ixtisar etməyi müstəqil müəyyənləşdirmək imkanı verir və ştat vahidlərinin yalnız çoxluq halda ixtisarının mümkün ola biləcəyi barədə qanunvericilikdə hər hansı qadağa yer almamışdır. İddiaçının isə ərizəsində bunun əksini iddia etməsi, ştat vahidlərindən yalnız birinin ixtisar edilməsinin bu ixtisarın qanuniliyinə xələl gətirdiyi barədə iddiası hər hansı qanunvericilik norması ilə təsbit olunmamışdır və əsassızdır. Bundan başqa, Bankın ela n etdiyi vakansiyalarla əlaqədar qeyd olunmalıdır ki, cavabdeh “Banklar haqqında” Qanuna uyğun olaraq, bank fəaliyyəti həyata keçirən və bu fəaliyyəti təmin olunması məqsədilə qurulmuş müxtəlif struktur bölmələrdən ibarət hüquqi şəxsdir. Müxtəlif struktur bölmələr üzrə fəaliyyət ehtiyaclarının təmini baxımından kadr ehtiyacı yarandıqda isə Bank tərəfindən qanunvericiliyə müvafiq surətdə vakansiyalar elan olunur. Bu təbii olaraq işəgötürəni onun Əmək Məcəlləsi 11.1-ci maddəsinin “ə” bəndində göstərilmiş hüququndan məhrum etmir. Belə ki, ayrı-ayrı dövrlərdə bankın fəaliyyət prinsiplərinə uyğun olaraq, zərurət olmayan struktur vahidlər ixtisar oluna bilər. Həmçinin iddiaçının işlədiyi ştat vahidi ixtisar olunduqdan sonra, həmin ştat vahidinin aid olduğu şöbəyə ümumiyyətlə vakansiya elan olunm amış, hər hansı işçi işə qəbul edilməmişdir. İddiaçı isə ərizəsində Bankda vakansiyaların olmasına istinad edərək, əmrin qanunsuzluğuna iddia etmişdir. Lakin bu hüquqi cəhətdən əsaslandırılmamışdır. İddiaçının iddia etdiyi məcburi köçkün kimi üstünlük hüququ yalnız o işçilərə tətbiq olunur ki, onların ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olsun. İddiaçı öz ərizəsində bildirmişdir ki, o, məcburi köçkündür və buna görə də onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən çıxarılması qanunsuzdur. İddiaçı bunu Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə istinad edərək iddia etmişdir. Qeyd olunmalıdır ki, sözügedən norma işəgötürən tərəfindən işçilər ixtisar edilərkən işəgötürənin riayət etməli olduğu vəzifəni nəzərdə tutur və bir neçə işçi sırasından məhdud sayda işçi ni saxlamaq imkanı olduğu təqdirdə İşəgötürənin nəzərə almalı olduğu subyektlər dairəsini təsbit edir. Lakin hazırkı halda söhbət bütövlükdə ştat vahidinin ixtisarından gedir və işəgötürənin ümumiyyətlə ştat vahidini ləğv etmək hüququ qanunvericilikdə nəzərdə tutulduğundan, habelə Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndində göstərilən halın formalaşması üçün zəruri olan “müqayisə edib seçmək” imkanının olmadığı (çünki ştat vahidi tamamilə ləğv olunurdu) nəzərə alınarsa, aydın olur ki, işəgötürənin Əmri qanunvericilik tələblərindən kənara çıxmamışdır. Bank tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin müvafiq tələblərinə riayət olunmuş, o cümlədən Əmr qanuna müvafiq surətdə qəbul edilmişdir. Əmrin əsaslandırılmadığına dair iddiaçının iddiasına cava b olaraq bildirilir ki, ilk növbədə, həm Əmrin mətnində, həm də Əmrin istinad etdiyi 24 may 2022-ci il tarixli bildirişdə Əmrin qəbul olunmasının məqsədləri yer almışdır. Belə ki, Əmrin qəbul olunmasının məqsədi İşəgötürən tərəfindən maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyin daha da artırılması və xərclərin optimallaşdırılmasından ibarət olmuşdur. Əmrin əsasları ilə əlaqədar isə bildirilir ki, Əmrin Qoşma hissəsində onun əsasları kimi 24 may 2022-ci il tarixli bildiriş və 25 may 2022-ci il tarixli razılaşma göstərilmişdir. Əmrin surəti qanunvericiliyə müvafiq olaraq iddiaçıya təqdim edilmiş və iddiaçı bunu öz imzasıyla təsdiq etmişdir. İddiaçı öz iddia ərizəsinin bir sıra abzaslarında, ştatların ixtisarı zamanı əvvəlcə boş vəzifələrin ləğv olunmalı olduğunu, işçinin başqa işə keçirilməsi üçün işəgötürən tərəfindən tədbirlərin görülməli olduğunu, bunlara dair ayrıca əmrlərin tərtib edilməsi zəruriliyini, yuxarıdakılara riayət olunmadığı təqdirdə ixtisarın qanunsuzluğunu ümumiyyətlə hər hansı qanunvericilik normasına istinad etmədən iddia etmiş, bunu qanunvericiliyin tələbləri kimi qələmə verməyə çalışmışdır. Qeyd edilir ki, respublika daxilində əmək münasibətləri Əmək Məcəlləsi və əlaqəli normativ aktlarla tənzimlənir və iddiaçı yuxarıda qeyd olunanlara qanunvericilik tələbi kimi istinad etməklə sadəcə məhkəməni yayındırmağa və öz iddia ərizəsini qanunvericilik normalarıyla əhatə etmiş kimi göstərməyə cəhd etmişdir. Həmçinin iddiaçı mənəvi zərərlə bağlı iddiasını hər hansı sübutlarla təsdiq etməmiş, sadəcə qanunvericilikdəki mənəvi zərərlə bağlı normal arı sadalamaqla kifayətlənmişdir. 5. 15.12.2016-cı il tarixli 2016/0371 saylı Əmək müqaviləsinə əlavəyə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası vəzifəsinə əsas iş yeri olmaqla təyin olunmuş, əmək haqqı 2.600 (iki min altı yüz) manat təyin edilmişdir. 6. “AccessBank" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 2016/0008 saylı, 15 yanvar 2016-cı il tarixli əmək müqaviləsinə əsasən hüquqşünas vəzifəsinə işə götürülür. Müvafiq müqavilə xx.xx.2016-cı il müddətinədək bağlanmışdır. İşin birinci üç ayı sınaq müddəti hesab edilmişdir. Aylıq tarif (vəzifə) maaşı əsasında işçiyə hər ay 1.164 (bir min yüz altmış dörd) manat məbləğdə əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş vaxtı saat 09:00-da başlanır, 18:00-da qurtarır, nahar vaxtı 1 saat olmaqla işçiyə verirlir. İstirahət günləri hər həftənin şənbə və bazar günləridir. Əmək məzuniyyətinin ümumi müddəti 30 (otuz) təqvim günüdür.
7. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 22-0199/1 nömrəli 14 mart 2022-ci il tarixli əmrinə əsasən Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentində Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin işçilərinin fəaliyyətinin dövri sürətdə effektivliyinin məqsədəuyğunluğu nəzərə alınaraq qiymətləndirilmə meyarları məyyən edilmişdir.
8. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 22-0817/2 saylı qiymətləndirmə hesabatına əsasən Cavabdeh QSC-nin 22-0199/1 saylı əmrə əsasən işçinin icraatında olan işlərin sayı, işçinin iştirak etdiyi məhkəmə icla slarının sayı və icraatında olan işlər üzrə müsbət nəticənin əldə olunmasını əks etdirən yekun məhkəmə aktlarının sayı əsas meyarlar kimi götürülərək, qiymətləndirmənin nəticəsi cədvəldə müvafiq olaraq X5 41, 112, 43, İddiaçı 17, 72, 7, X12 23, 58, 17 qeyd edilmişdir.
9. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 134 nömrəli rəsmi bildirişinin məzmununa əsasən İddiaçı 6 həftə sonra onun 2016/0008 saylı, xx.xx.2016-cı il tarixli əmək müqaviləsi Azərbaycan Rspublikası Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar hazırki bildiriş ona təqdim edildiyi vaxtdan sonra ləğv ediləcəkdir. Həmin bildirişin aşağı hissəsində İddiaçı tərəfindən əl yazısı ilə aparılmış qeyddən məlum olur ki, İddiaçı özü xəbərdərlıq müddəti əvəzinə 1, 4 misli miqdarında orta aylıq əmək haqqının birdəfəlik ödənilməsi və xx.xx.2022-ci il tarixin onun axırıncı iş günü kimi nəzərə alınmasını xahiş etmişdir. 10. xx.xx.2022-ci il tarixli “Əmək Müqaviləsi”ndə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron sistemdən çıxarışına əsasən X4 "xxxx" QSC-də idarə heyətinin üzvüdür və X13 müavini, maliyyə üzrə baş direktor vəzifəsini tutur.
11. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 22-0347 saylı vəzifə artırılması barədə kadr əmrinin surətinə əsasən maliyyə üzrə Baş Direktor olan X4 xx.xx.2022-ci il tarixdən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin üzvü, X13 müavini, maliyyə üzrə baş direktor vəzifəsinə keçirilmiş və bununla əlaqədar əmək müqaviləsinə dəyişikliklər edilmişdir. 12. 27 may 2022-ci il tarixli, 22-0353 say lı əmrin surətinə əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdırılması məqsədilə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası üzrə ştat vahidi xx.xx.2022-ci il tarixdən ixtisar edilmiş, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə 31 may 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin əmr bankın İdarə Heyətinin üzvü, X13 Müavini, Maliyyə üzrə Baş X1 tərəfindən imzalanmışdır.
13. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş təşəkkürnaməyə əsasən Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Depa rtamentinin əməkdaşı İddiaçı 2019-cu ildə nümunəvi fəaliyyətinə görə təltif edilmişdir.
14. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən qeyd olunur ki, hal-hazırda Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentində Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Hüquqşünası ştatı mövcud deyildir.
15. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin X2 üzvü olmamışdır.
16. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4247/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilməmişdir.
17. Məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsində cava bdehtəşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə xəbərdar edilmiş, iddiaçı xəbərdarlıq müddəti əvəzinə 1,4 misli miqdarında orta aylıq əmək haqqının birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. İddiaçının eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78, 79-cu maddələrində qeyd olunan işçinin işdə saxlanmaq üçün üstünlük hüququna malik olub-olmaması yoxlanılmışdır.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının işdən çıxarılmasının yeni əmək müqaviləsini bağlamaqdan imtina etməsi ilə səbəbli əlaqənin olması, bundan sonra ona qarşı göstərilən qərəzli münasibətin nəticəsi olması mülahizə xarakterlidir.
19. Məhkəmə onu da qeyd etmişdir ki, 10.000 (on min) manat məbləğində mənəvi zərərin ödənilməsinə dair tələbi əsassız olduğundan iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və tələbi təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir.
20. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2.1, 11, 70, 71.1, 73, 74, 75, 76, 77.1, 77.3, 78.1, 78.2, 79.1, 80.1, 80.2, 83-ci, Mülki Məcəllənin 21 və 23, maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsasla ndırmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə qətnaməsində ştat ixtisar edilməmişdən qabaq bank tərəfindən ştatının ixtisarı haqqında müvafiq qərarın olduğunu, bu qərar qəbul edildikdən sonra iddiaçının ixtisar olunacağı barədə bildirişlə xx.xx.2022-ci il tarixdə xəbərdar edildiyini müəyyən etməklə faktiki halları təhrif etmişdir. Həmçinin məhkəmə düzgün olmayaraq müəyyən etmişdir ki, iddiaçının aid olduğu ştat vahidinin mövcud olmadığından, onunla əmək münasibətlərinin davam etdirilməsi mümkün olmadığından əmək müqaviləsi ləğv edilmişdir. Mübahisləndirilən əmr qəbul edilməmişdən qabaq bank tərəfindən ştatının ixtisarı haqqında müvafiq qərar qəbul edilməmişdir. Çünki ştat vahidinin ixtisarı ilə, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi barədə qərar eyni bir əmrlə yəni hazırki mü bahisləndirilən xx.xx.2022-ci il taxili əmr ilə rəsmiləşdirilmişdir. Məhkəmə iş materiallarına mülki işin gedişatında əlavə edilmiş, mübahisləndirilən əmrə aidiyyatı olamayan xx.xx.2022-ci il tarixli, 22-0817/2 saylı qiymətləndirmə hesabatına obyektiv qiymət verməyərək qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78, 79-cu maddələrində qeyd olunan işçinin işdə saxlanmaq üçün üstünlük hüququna malik olub-olmaması yoxlanılmış, bu baxımdan cavabdeh tərəfindən həmin Məcəllənin 78.1 və 78.2-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmə hesabatı tərtib edilmiş, həmin qiymətləndirmə hesabatı nəzərə alınmaqla, iş yeri üzrə ştatın ixtisar edilməsi artıq həmin ştatda işləyən iddiaçı əmək münasibətlərinin eyni ştat üzrə davam etdirilməsi mümkünsüz olduğundan tərəflər arasında bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixli əmrlə ləğv edilmişdir. Lakin onun məcburi köçkün olaraq işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmaq üçün üstünlük hüququna malik olduğu yoxlanılmamış və nəzərə alınmamışdır. Məhkəmə bankda sənədlərin hansı qaydada tərtib edilməli olmasını təsbit edən qaydaları (təlimatı) iş materiallarına əlavə etmədən, yəni hər hansı bir sübut olmadan mübahisləndirilən 27 may 2022-ci il tarixli, 22-0353 saylı əmrin imzalanması səlahiyyətini nəzərdə tutan xx.xx.2022ci il tarixli etibarnamənin sonradan tərtib edilmədiyi və həmin etibarnamənin etibarsız olmamasını qeyd etmişdir. Belə ki, məhkəmə gedişatında əmri imza edənin etibarnamə əsasında əmri imzaladığı barədə 6591/1 saylı xx.xx.2022-ci il tarixli D ep 13 etibarnaməni cavabdeh təşkilat xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Tərəfindən məhkəmə iclasında hansı şərtlərin etibarsız və işçinin vəziyyətini ağırlaşdıran şərtlər olması barədə suala bəzi nümunələr göstərilmişdir. Məhkəmə ona imzaladılması üçün təqdim edilmiş əlavənin şərtlərinə nəzər yetirmədən əlavəni imzalamaqdan imtina ilə əmrin qəbul edilməsi arasında əlaqənin olmadığını və bunun mülahizə olduğunu qətnaməsində əsaslandırmağa çalışmışdır. Məhkəmə tərəfindən təqdim edilmiş əlavənin məzmuna, heç olmasa əlavədəki şərtlərinin bir qisminə nəzər yetirilsəydi, bu əlavəni imza etməməyinin məntiqli qərar olduğunu aydın olardı. Məhkəmənin mənəvi ziyan çəkmədiyi barədə mövqeyi də əsassızdır. Qanunsuz olaraq işdən çıxarılmağı mənəvi ziyan çəkdiyini özüözlüyündə sübut edir. Məhkəmə fakitiki halları, iş üzrə sübutlar, sənədləri tam, hərtərəfli və obyektiv araşdırmamış, əksəriyyətinə düzgün qiymət və ya ümumiyyətlə qiymət verməmişdir.
23. Cavabdehin Apellyasiya Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 38-ci bəndində və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində müşahidə şurasının vəzifələri təsbit olunmuşdur. X6 səlahiyyətləri bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək üzərində formalaşdırılmış, X7 adından icraedici səlahiyyətinin olmadığı göstərilməklə onun yalnız nəzarət funksiyasına malik olması göstərilmiş və əmək müqavilələrinin bağlanması, ləğv edilməsi, əlavələrin edilməsi və əlaqəli səlahiyyətlər Müşahidə Şurasını n müstəsna səlahiyyətlərinə aid edilməmişdir. 24. 05 yanvar 2022-ci il tarixinə cavabdehin “Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası” Departamentində 80 (səksən) ştat vahidi olmuş və boş ştat vahidi olmamışdır. 05 yanvar 2022-ci il tarixindən 12 dekabr 2022-ci il tarixinə qədər iddiaçı da daxil olmaqla qeyd edilən Departamentdən 11 nəfər ilə əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilmişdir. Müvafiq olaraq qeyd edilən dövr ərzində Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentində işdən ayrılan heç bir əməkdaşın vəzifəsi vakant olmamış, əmək müqaviləsinə xitam verilmiş digər əməkdaşların da ştatları əmək müqaviləsinin xitamdan sonra ləğv edilmişdir. Hal-hazırda “Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası" Departamentində 69 ştat vahidi mövcuddur və bu ştatların hamısı doludur, boş ştat vahidi yoxdur. Eyni zamanda, növbəti iş ili ərzində də həmin Departamentdə yeni ştat vahidinin yaradılması və ya yeni əməkdaşın işə qəbul edilməsi nəzərdə tutulmur.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-560/2023 saylı, 10 yanvar 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Kollegiya hesab etmişdir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün onunla bağlı digər, yəni, işə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqın tutulması, işə bərpa olunarkən ləğv ed ilmiş əmək müqavilənin şərtləri ilə eyni şərtlər daxilində yeni əmək müqaviləsinin bağlanması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
28. Apellyasiya instansiya məhkəməsi həmçinin 10.000 (on min) manat məbləğində mənəvi zərərin ödənilməsinə dair tələbinin əsassız olduğundan, iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və iddiaçı tərəfindən tələbi təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
29. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
30. Məhkəmə kollegiyası etni zamanda öz mövqeyini əsaslandırmaq üçün qeyd etmişdir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən həmin Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir.
31. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2.1, 11, 70, 71.1, 73, 74, 75, 76, 77.1, 77.3, 78.1, 78.2, 79.1, 80.1, 80.2, 83-ci, Mülki Məcəllənin 21 və 23, maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. Qətnamədən İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, işdən çıxarılacaq işçilərin hazırki halda iddiaçının peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən məlumat verməlidir.
34. Qanunvericiliyin məzmununda azı 3 ay əvvəl yazılı məlumatın verilməli olduğu təsbit olunduğundan burda söhbətin yalnız həmkarlar ittifaqının üzvü olan işçilərdən yox, müəssisədə, təşkilatda və s-də çalışan bütün işçilərdən getdiyiaydın olur.
35. Cavabdeh hansı işçilərin ixtisar olunması barədə həmkarlar ittifaqı ilə danışıqlar aparmasını, azı 3 ay əvvəl ixtisar barədə ittifaqa yazılı məlumat verməsini, ixtisar olunacaq iddiaçı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ən azı 6 həftə əvvəlcədən məlumat verməsini təsdiqedən sənədi birinci instasiya məhkəməsinə təqdim etməmişdir.
36. Bankda 1.200-1.300 ştat vahidiarasından yalnız bir ştat vahidinin ixtisar edilməsinin bu qədər vacib olması, buna nə zərurətin olması, həmin ixtisarın və həmin əsasla əmək müqaviləsini ləğvinin zəruriliyinin hansı obyektiv səbəblərdən əmələ gəlməsini qəbul etdiyi qətnamədə əsaslandırılmamışdır.
37. Ştat vahidinin ixtisar edilməsi və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi eyni bir əmrlə xx.xx.2022-ci il tarixd ə rəsmiləşdirilmişdir.
38. İxtisarın qanuni olmağı üçün ixtisar proseduru qanunvericiliyə uyğun aparılmalı, ixtisar real olmalıdır. İxtisarın real olması barədə məhkəməyə sənədlər (ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd) təqdim edilməlidir.
39. Cavabdeh məhkəməyə yeni ştat cədvəlinin təsdiq edilməsi barədə əmr və ixtisar barədə müvafiq orqanları məlumatlandırdığı barədə sənədləri təqdim etməmişdir.
40. Mübahisələndirilən əmrin qəbul edilməsinə və əmək müqaviləs inin ləğv edilməsi üçün əsas hesab olunan rəsmi sənədlərdə Bank tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəsmi bildiriş göstərilmişdir. Lakin qanuna görə əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu işəgötürənin tərtib etdiyi rəsmi sənədlərdə öz əksini tapmalıdır. 41. xx.xx.2022-ci il tarixli əmrin nə mətnində, nə əsaslarında, nədəki qoşma əsaslar hissəsində xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından və onun nəticəsindən bir söz belə yazılmamışdır.
42. Şikyətçi olaraq hesabatda olan həmin rəqəmlərin mənbəyinin təqdim edilməsini cavabdehdən rəsmi formada xahiş etmiş, cavabdeh bunun kommersiya sirri olduğunu bəhanə gətirərək barəsində tərtib etdiyi hesabatda onun və “müqayisə etdiyi digər işçilərin” göstəricilərinin hardan götürülməsinə, hansı dövrü əhatə etməsinə dair sənədləri təqdim etməkdən imtina etmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma olmadan vəsatələrini təmin etməmiş, qəbul etdiyi qətnamədə etibarnamənin sonradan tərtib edilməsi və qeyd edilən dövrdə mövcud olmamağı ilə bağlı mübahisələndirdiyim məsələlərin heç birinə və faktlara əhəmiyyət verməmiş, etibarnamənin məzmununda ştat vahidinin ixtisar edilməsinə dair əmr qəbul etmək barədə səlahiyyət nəzərədətutulmasada belə bir səlahiyyətin İdarə heyətinin üzvü, X13inin müavini Ramin Hüseynova ötürüldüyünü qətnaməsindəyazmaqla həqiqi faktı təhrifetmişdir.
44. Kassasiya şikayətinə əlavə olaraq Azərbaycan Respublikası Mulki kollegiyasının 2(102)6593/2021, 2(102)4992/2022, 2(102)4129/2022 saylı qərarların surətləri və Əmək Məcəlləsinin Elmi-Prakti k Komentariyası əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
45. Maddə 2. (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
46. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqav ilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
47. Maddə
11. Əmək şəraiti - işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusu.
48. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
49. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
50. Madd ə 68. (2-ci hissəsinin “a” bəndi).Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
51. Maddə 70. (“b” bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
52. Maddə 71. (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
53. Maddə 71. (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
54. Maddə
73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası. -Müddətli əmək m üqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. -İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xi tam verilə bilər.
55. Maddə
74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları.
56. Maddə
75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi.
57. Maddə 76. (1-ci hissə) İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
58. Maddə 77. (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: b ir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
59. Maddə 77. (3-cü hissə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: [128] bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqını n azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
60. Maddə 78. (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
61. Maddə 78. (2-ci hissə). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəs inin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
62. Maddə 79. (1-ci hissə). İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya h ər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
63. Maddə 80. (1-ci hissə) Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir.
64. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
65. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
66. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
67. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin ş ərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
68. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
69. Maddə 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həm in kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.
70. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
71. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
72. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
73. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
74. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Maddə 7 6.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
78. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
79. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə icla sında tədqiq olunmuş sübutlarla əsaslandırır.
81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
83. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır.
84. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
85. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
86. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
87. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
89. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı 18 yanvar 2016-cı il tarixdə “AccessBank" Qapalı Səhmdar Cəmiyyətinə hüquqşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin hüquqşünası vəzifəsinə, xx.xx.2018-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin aparıcı hüquqşünası vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası vəzifəsinə keçirilmişdir. Cavabdeh QSC-nin fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdırılması məqsədilə bankda Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və bərpası şöbəsinin baş hüquqşünası üzrə ştat vahidinin ixtisar olunması qərara alınmış, İddiaçı işlədiyi vəzifənin ixtisara düşməsi ilə əlaqədar qanunla nəzərdə tutulmuş qaydada 24 may 2022-ci il tarixdə xəbərdarlıq bildirişi verilmiş, iddiaçı xəbərdarlıq müddəti əvəzinə 1,4 misli miqdarında orta aylıq əmək haqqının birdəfəlik qaydada ödənilməsi və xx.xx.2022-ci il tarixinin sonuncu iş günü kimi nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh QSC üzrə 27 may 2022-ci il tarixli, 22-0353 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən, iddiaçı ilə olan əmək müqaviləsinə 31 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinadən ştatların ixtisarı əsası ilə xitam verilmi ş və iddiaçı ilə son haqq-hesab edilmişdir. İddiaçının aid olduğu ştat vahidi artıq mövcud olmadığından, beləliklə də onunla əmək münasibətlərinin davam etdirilməsi mümkün olmadığından, iddiaçının tərəf olduğu əmək müqaviləsi cavabdeh işəgötürən tərəfindən ləğv edilmiş, əmək müqaviləsinin ləğv edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir.
90. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün həmin müqaviləyə xitam verilməsi barədə işəgötürənin əmri qanuni olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
91. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
92. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrində n aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
93. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
94. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-560/2023 saylı, 10 yanvar 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.