Məhkəmə qərarları › İş №2(102)-192/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-192/2025

30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-192/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, itirilmiş məhkəmə icraatının bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1447/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsindən maraqlı şəxs Ərizəçi tərəf indən verilmiş kassasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli xüsusi icraat qaydasında qəbul edilmiş qətnamə ilə ərizəçilər Ərizəçi və X9 ərizəsi təmin edilmiş, 4 mart 1968-ci il təvəllüdlü, 11 may 1992-ci ildə həlak olmuş X4 valideynlərinin ərizəçilər olması faktının müəyyən edilmişdir. 2. 18 avqust 2020-ci il tarixli aktla Gəncə şəhəri Kəpəz Rayonu Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi üzrə icraatda olmuş mülki iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində akt əsasında yaradılan komissiya tərəfindən saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.

3. Azərbaycan Respublikası Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayətinə baxılması üçün əvvəlcə icraatın bərpa edilməsinin zəruri olduğu qeyd edilərək apellyasiya şikayəti geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı “itirilmiş məhkəmə icraatının bərpası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli mülki iş üzrə itirilmiş məhkəmə icraatının bərpa edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktub ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsinin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Qeyd edilən qətnamə maraqları şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İşin faktiki hallarına əsasən, ərizəçilər X22 və X12 “qohumluq münasibətində olma faktının müəyyən edilməsi” tələbi ilə Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, işə baxılan zaman ərizəçi X12 öz izahatında 1967-ci ildə X22 ilə ailə qurduğunu, bir müddət Sank-Peterburq şəhərində yaşadığını və Ruslan adlı oğlunun da orada doğulduğunu bildirmişdir. Ruslanın 3 yaşı olanda Gəncə şəhərinə qayıtmışlar. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə Ruslan şəhid olmuşdur. Eyni zamanda ərizəçi Ruslanın doğum haqqında şəhadətnaməsinin itdiyini qeyd etmişdir. Ərizəçi həmin faktın müəyyən edilməsinin şəhid ailələrinə verilən sosial müavinətdən istifadə etmək üçün lazım olduğunu bildirmişdir. Digər ərizəçi X22 arvadı X6 izahatına oxşar məzmunda izahat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş ərizəçilərin uşaqları X13, X5 və X7 oxşar məzmunlu ifadələr verərək Ruslanın onların qardaşı olduğunu, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olduğunu təsdiq etmişdirlər. Nəticə etibarilə, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş və ərizəçilərin X4 valideynləri olması faktı müəyyən edilmişdir. Məhkəmə sözügedən qətnaməni qəbul edərkən məhkəmə araşdırmasının tam, hərtərəfli, obyektiv aparılmasını təmin etməmiş, iş üzrə kifayət qədər araşdırma aparılmamışdır. Belə ki, ərizəçi həmin faktın müəyyən edilməsinin şəhid ailələrinə verilən sosial müavinətdən istifadə etmək üçün lazım olduğunu bildirsə də maraqlı şəxs qismində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməmişdir. Sözügedən iş üzrə Gəncə şəhər prokurorluğunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 537-C-22 nömrəli məktubuna əsasən, Bakı şəhər sakini X17 ərizə ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək atası xx.xx.1968-ci il təvəllüdlü İ Qarabağ müharibəsində Marquşan istiqamətində şəhid olmuş, hazırda Mingəçevir şəhər qəbiristanlığında rəmzi qəbri olan X10 Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında da eyni fotoşəkil ilə, lakin başqa doğum tarixi və başqa soyad ilə atasına məxsus qəbri olduğunu bildirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubu əsasında X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyində izahatı alınmış, Ərizəçi xx.xx.2022-ci il tarixli yazılı izahatında bildirmişdir ki, X11 onun öz oğlu deyildir, Ruslan 5 aylıq olarkən ana nənəsi Ruslanı polis əməkdaşı ilə birlikdə gətirib onlara qoyub getmişdir. Faktın araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsinə ünvanlanmış sorğuya xx.xx.2022-ci il tarixli 05/Q-2662 nömrəli cavab məktubuna əsasən Gəncə şəhər qeydiyyat şöbəsinin arxivində X4 doğum haqqında aktın aşkar olunmadığı bildirilmişdir. Ərizəçi X1 Gəncə şəhəri, Kəpəz rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2007-ci il tarixdə şəhid ailəsi üçün prezident təqaüdü təyin edilərkən şəhidin doğum haqqında şəhadətnaməsi barədə sənəd işə əlavə olunmamışdır. Həmçinin məhkəmə doğum haqqında fak tı təsdiq edərkən artıq X14 Qazax rayonu Ağstafa şəhəri soveti tərəfindən xx.xx.1968-ci il tarixdə ******* nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X23 ilə X4 eyni şəxs olması barədə kifayət qədər sübutlar mövcuddur. Belə ki, hər iki şəxsi ölüm tarixinin eyni olması, hər ikisi eyni tarixdə şəhid olması, qəbir daşlarında eyni şəxsə məxsus şəklin olması və sair. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X3 rayonu, Ağstafa şəhəri soveti tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1968-ci il tarixdə Ağstafa şəhərində doğulmuş, doğum haqqında şəhadətnamədə ata qrafasında qeyd aparılmamış, ana qrafasında X18 qeyd olunmuşdur. Mingəçevir şəhər WAQ şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş İV-JQ 36306 nömrəli ölüm haqqında ş əhadətnaməyə əsasən X23 xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2342/2007 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə edilmişdir. Daha sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsinin ləğv edilməsini ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qətnamədən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə maraqları şəxs tərəfindən şikayət verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-342/2007 nömrəli qərardadına əsasən, apellyasiya şikayətləri qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və hüququ olan şəxs tərəfindən verilmiş hesab olunaraq baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1637/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qeyri-mümkün hesab olunaraq geri qaytarılmışdır. Belə ki, məhkəmə qərardadında mübahisələndirilən qətnamənin məhv edildiyini və bununla bağlı xx.xx.2020-ci il tarixli akt tərtib edildiyini bildirmişdir. Sözügedən hal inzibati orqana məlum olmadığından apellyasiya şikayəti ilə birlikdə itrilmiş məhkəmə icraatının bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Eyni zamanda Gəncə Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixdə qətnaməni rəsmi qaydada t əqdim edərkən mübahisələndirilən qətnamənin ləğv edildiyini bildirməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)1637/2023 nömrəli qərardadından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3223/2023 nömrəli qərardadı ilə kassasiya şikayətləri təmin edilməmişdir. Belə ki, ərizəçi Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2342/2007 nömrəli qətnaməsindən istifadə etməklə xx.xx.2007-ci il tarixdən şəhidin anası kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsindən və qanunvericilikdə nəzərdə tutulan digər imtiyazlardan faydalanmışdır.

6. Məhkəmə iclasında maraqlı şəxs Ərizəçi izahatında bildirmişdir ki, mərhum X11 onun Əri Ələnşirlə sonuncunun qeyri-rəsmi arvad ı Svetlananın nikahından doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş 2-342/2007 nömrəli mülki iş üzrə keçirilən məhkəmə iclasında o, iştirak etməmiş, ərizə Ələnşir tərəfindən məhkəməyə verilmiş, həmçinin qətnamədə olan izahat onun adından qanunsuz yazılmışdır. O, məhkəmədə Ruslanın guya anası olmasını da deməmişdir. Həmin iclasda mərhum əri Ələnşir iştirak etmişdir. Ruslanın şəhid olmasından sonra onun imtiyazlarından Ələnşir istifadə etmişdir. Buna baxmayaraq itirilmiş icraatın bərpası məsələsini məhkəmənin mülahizəsinə buraxır.

7. Məhkəmə iclasında maraqları şəxs Maraqlı şəxs2 izahatında bildirmişdir ki, Ərizəçi oğlu Ruslan Abbasovu saxlaması, ona baxması tamamilə yalandır. Oğlu Ruslanı özü böyütmüş, təkbaşına baxmışdır. Həqiqətin üzə çıxması üçün itirilmiş icraat ın bərpa olunmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında maraqları şəxs Maraqlı şəxs2 nümayəndəsi Vəkil2 təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, müxtəlif qurumlarda hazırkı məsələ ilə bağlı çox saylı araşdırmalar aparılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli qətnaməsində Ərizəçi Ruslan Abdullayevin Sank-Peterburq şəhərində anadan olmasını qeyd etsə də, AZ seriyalı, ******* nömrəli, xx.xx.1968-ci il tarixli şəhadətnamədən görünür ki, X23 23 mart 1968-ci il tarixdə doğulmuşdur. Həmçinin sözügedən şəhadətnamədə ana qrafasında X18 qeyd edilmiş, ata qrafası isə boş qalmışdır. Ruslan Abbasov doğulan zaman atası ona atalıq verməkdən imtina etmişdir. Maraqlı şəxs2 Ruslan Abbasova təkbaşına baxmış və onu özü böyüt müşdür. Eyni zamanda, “Səkkizlik təhsil haqqında” şəhadətnaməyə əsasən Ruslan Abbasov orta təhsilini Bakı şəhərində anası Maraqlı şəxs2 yanında bitirmişdir. Ruslan Abbasovun nəşi tapılmadığından onun Mingəçevir şəhəri Şəhidlər Xiyabanında rəmzi qəbri yaradılmışdır. Anası Maraqlı şəxs2 Gəncə şəhərində Şəhidlər Xiyabanında naməlum əsgərlərin məzarlarını nəvəsi, yəni X20 ilə ziyarət edərkən gözləmədiyi halda otuz ildir ki, axtardığı oğlunun məzarı ilə qarşılaşmışdır. Belə ki, qəbrin üzərindəki şəkil oğlu Ruslan Abbasova məxsus olmuş, lakin, oğlunun soyadı isə dəyişdirilmişdir. Maraqlı şəxs2 2007-ci ilə qədər oğlu Ruslan Abbasovu axtarmışdır. O cümlədən, 1992-ci ildə oğlunun itkin düşməsi ilə bağlı axtarış da vermişdir. Azərbaycan qəzetinin 23 may 1993-cü il tarixli buraxılışında da oğlunun it kin düşmüş şəxslər siyahısında adı vardır.

9. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) ərizənin təmin olunması, ərizəçilər Ərizəçi və X9 qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş və müddət keçdiyi üçün məhv edilmiş 2-342/2007 nömrəli mülki iş üzrə icraatın bərpa edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2342/2007 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırkı qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində göstərilmiş mətnin eyni olmasının müəyyən edilməsi qət edilmişdir.

10. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömr əli qətnaməsi üzrə icraatda olmuş mülki iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində akt əsasında yaradılan komissiya tərəfindən saxlama müddəti bitdiyi üçün məhv edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, həmçinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi kserosurətdir. Məhkəmə Kollegiyası bu konteksdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə itirilmiş məhkəmə icraatının bərpa edilməsi üçün, Azərbaycan Respublikası MPM-ə 1 saylı əlavənin tələblərinə əməl edilməklə, ərizə və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsinin izah edilməsini qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3223/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə qətna mə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1637/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ərizəçi daha sonra itirilmiş məhkəmə icraatının bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, işin hallarından aydın olur ki, qeyd olunan mülki iş məhv edilmişdir və ərizəçinin ərizəsinə qiymət verilməsi və həmin xüsusatların araşdırılması üçün müvafiq icraatın bərpa olunmasına zərurət vardır. Həmçinin ərizənin təmin edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Əla və 1-in şərtləri mövcuddur.

12. O cümlədən, yuxarıda göstərilən sübutlar əvvəlki məhv olunmuş materialda olan sübutlarla eynilik təşkil edir və işə baxılarkən həmin sübutlar əsasında qətnamə qəbul olunmuşdur.

13. Məhkəmə həmin nəticəyə gələrkən “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavənin 2, 3, 10 və 15-ci bəndlərinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Maraqlı şəxs Ərizəçi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məh kəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırkı qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində göstərilmiş mətnin eyni olmasını məhkəmə icraatının bərpasını hansı əsasla müəyyən etməsinə dair dəlillər göstərməmişdir

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1447/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsi ilə (hakimlər X19 (sədrlik edən və məruzəçi), Rəhman Şaban oğlu və X24) Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2342/ 2007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli qətnaməsinin qəbulu üçün əsas olmuş 2-342/2007 nömrəli mülki iş məhv edildiyindən birinci instansiya məhkəməsi ərizəçinin ərizəsinə qiymət verilməsi və həmin xüsusatların araşdırılması üçün müvafiq icraatın bərpa olunmasına zərurət görmüşdür. Eyni zamanda, ərizənin təmin edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavə də göstərilən şərtlərin mövcud olduğunu müəyyən etmişdir. İşin hallarında qeyd olunmuş sübutlar əvvəlki məhv olunmuş materialda olan sübutlarla eynilik təşkil edir və işə baxılarkən həmin sübutlar əsasında qətnamə qəbul olunmuşdur. Belə olan halda, birinci instansi ya məhkəməsi tərəfindən haqlı olaraq ərizə təmin edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.3, 218.1, 218.3, 357.1-ci maddələrinə, “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavənin 1, 2, 3, 10, 15-ci bəndlərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Maraqları şəxs Ərizəçi Rza oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəhid X11 11 may 1992-ci i ldə Birinci Qarabağ döyüşlərində Tərtər rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. O, əri X4 doğma oğludur. Döyüşdə Ruslanın nəşi tanınmaz hala düşdüyündən, hərbi komissarlığın işçiləri gəlib əri Ələnşiri aparıb qanından analiz almış, Ruslanın onun oğlu olduğu ekspert tərəfindən müəyyən edilmişdir. Bundan sonra, şəhidin atası mərhum Ruslanın cəsədini gətirib camaatla, icra hakimiyyəti işçiləri və digər hökumət nümayəndələri ilə birlikdə Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn etdirmiş və digər şəhidlərlə birlikdə mərmərdən qəbrini düzəltdirmişdir. Ruslanın üç, yeddi, qırx və il yas mərasimlərini Gəncə şəhərində yaşadıqları binanın qarşısında keçirilmişdir. Ələnşir Abdullayev şəhid Ruslanın doğma atasıdır və o, 26.1.2018-ci il tarixdə vəfat etmişdir. Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007- nömrəli qətnaməsini qəbul edilməsinə dair ərizəni Ərizəçi adından əri şəhid atası X22 vermişdir. Məhkəmələr bütün təqsiri ölən ərində deyil, əsassız olaraq təkcə Xalidə Abadullayevada görmüşdür. Maddi hüquq normalarının pozulması onda ifadə olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-342/2007- nömrəli qətnaməsi ilə iş üzrə itirilmiş Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırkı qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində göstərilmiş mətnin eyni olmasını məhkəmə icraatının bərpasını hansı əsasla müəyyən etməsinə dair dəlilləri əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara hü quq qiymət verməmiş, işin hallarını tam araşdırmamışdır. Gəncə Apellyasiya Məhkəməsi işi birtərəfli araşdırdığından müəyyən etməmişdir ki, həqiqətən də Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında məzarı olan xx.xx.1992-ci il tarixdə şəhid olmuş X2 nəşi dövlət tərəfindən gətirilib Gəncə şəhərində yaşayan atası Ələnşiri çağırıb onun və Gəncə İcra Hakimiyyətinin və camaatın iştirakları ilə Gəncə Şəhidlər xiyabanında dəfn etmişlər. Apellyasiya iclasları zamanı Maraqlı şəxs2 qəsdən məhkəməyə gətirməmişlər. Əgər o, məhkəməyə gəlsə idi, onda Gəncədə mərhum Ruslanın yası mərasimində iştirak etməsini dana bilməzdi, bunu təsdiq edəcəkdi. Ələnşir Xalidə ilə Svetlanadan qabaq ailə qurmuş və Xalidə ilə nikahda ola-ola Svetlana ilə qeyri-rəsmi yaşamışdır. Kassasiya şikayətində MPM-nin 14.1-ci, 14.2-ci, 88-ci, 217.3, 218.1-ci, 218.3-cü, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin pozuntusuna istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etirazında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ərizədə qeyd edilənlərə istinad etməklə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilmədiyini göstərərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavə

27. Bənd

1. Başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir.

28. Bənd

2. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır.

29. Bənd

3. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir.

30. Bənd

10. İtirilmiş məhk əmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

34. İşdən görünür ki, hazırkı halda mübahisələndirilən qətnamə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli xüsusi icraat qaydasında qəbul edilmiş qətnaməsindən apellyasiya şikayəti vermək istəyən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ərizəsi əsasında itirilmiş məhkəmə icraatı bərpa olunmuşdur.

35. İtirilmiş məhkəmə icraatının bərpa edilməsinin əsasları və proseduru barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavə ilə müəyyən edilmişdir.

36. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş prosessual normalardan hər hansı birinin pozuntusuna istinad edilməmişdir.

37. Şikayətin dəlili kimi qeyd edilir ki, Gəncə Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-342/2007- nömrəli qətnaməsində iş üzrə itirilmiş Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007- nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırkı qətna mənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində göstərilmiş mətnin eyni olmasını hansı əsasla müəyyən etməsinə dair dəlilləri əsaslandırılmamışdır

38. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək qeyd edir ki, hazırkı halda məhkəmə işi məhv edilsə də, həmin iş üzrə qəbul edilmiş Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007- nömrəli qətnaməsi iş materiallarına əlavə edildiyindən həmin qətnamənin giriş, təsviri və əsaslandırıcı hissəsinin müəyyən edilməsi üçün 1 saylı Əlavənin 10-cu bəndində nəzərdə tutulmuş qaydada məlumatların toplanmasına zərurət olmamışdır.

39. Kassasiya şikayətində istinad edilmiş digər dəlilər isə Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007- nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsasında işə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olduğundan kassasiya baxışının araşdırma predmeti ola bilməz.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(104)-1447/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(104)1447/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar