Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1920/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh vəkili X8 oğlunun iştrakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıyev; 2(010)-7109/2017) iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh qızına qarşı “mənzilə köçrülmə” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.R.Eyvazov (sədrlik edən və məruzəçi), S.F.Hacıyev, F.Ş.Talışınski; iş 2(103)-1574/2018) Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia ərizəsi İddiaçı1 münasibətdə qismən təmin edilmiş, İddiaçı1 Bakı şəhəri,***************küçəsində yerləşən bir mərtəbədən, 3 yaşayış otağından ibarət yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2018-ci il tarixli 2(102)-4273/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2018-ci il tarixli 2(103)-1574/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər:X.A.Mərdanova (sədrlik edən və məruzəçi), İ.S.Şirinov, E.İddiaçı1; iş 2(103)-8832/2018) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qismən qətmin edilmiş, İddiaçı1 Bakı şəhəri, **************** küçəsində yerləşən bir mərtəbədən, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, Bakı şəhəri, ****************** küçəsində yerləşən bi r mərtəbədən, 3 otaqdan ibarət fərdi yaşayış evinin giriş qapısından sol tərəfdə yerləşən 2 iç-içə otaqlar Cavabdeh və dəhlizin qurtaracağında olan digər otağın İddiaçı1 istifadəsinə verilməsi, həmin evin mətbəx və sanitar qovşağının ümumi istifadədə saxlanılmaqla göstərilən vəziyyətdə Cavabdeh və İddiaçı1 arasında sözügedən evdən istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, *************** küçəsində yerləşən bir mərtəbədən, 3 otaqdan ibarət fərdi yaşayış evinə (bundan sonra mübahisəli yaşayış sahəsi) köçürülmələri və evdən istifadə qaydalarının müəyyən edilməklə 2 otağın onlara, 1 otağın isə cavabdehə verilməsi barədə qətna mə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 07 iyun 2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nigaha daxil olmaqla ailə qurmuş və həmin tarixdən atası İddiaçı2 tikdirdiyi Bakı şəhəri, *************** küçəsində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evində yaşamağa başlamışdır. Həmin nigahdan bir qız övladları dünyaya gəlmiş və həmçinin faktiki olaraq 2012-ci il tarixədək sözügedən mübahisəli mənzildə birgə təsərüffat aparmışlar. Həmin müddətdən sonra ailə münaqişələri və mübahisələri kəskin olduğundan 2012-ci il təvəllüdlü qız övladı ilə birlikdə cavabdeh valideynlərinin himayəsində yaşamışlar. Bu ərəfələrdə həmin ünvanda İddiaçı1, atası İddiaçı2 və anası İddiaçı3 ilə birlikdə yaşamışlar. Suraxanı rayon məhkəməsinin qətnaməsinə əsasən Cavabd eh azyaşlı övladı X4 ilə birlikdə 28 aprel 2015-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsinin əməkdaşlarının, polis qüvvəsinin və tərəflərin iştrakı ilə yaşadıqları Bakı şəhəri, ********************* küçəsində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmüş, bu barədə akt tərtib edilmiş və eyni zamanda Cavabdeh yazılı şəkildə imza edərək evə köçürülməsini, evə dair çöl qapının açarlarını qəbul etməsini bildirmişdir. Yazılı şəkildə həmçinin göstərmişdir ki, icra sənədinin icrası ilə bağlı heç bir tələb və şikayəti yoxdur. Elə həmin vaxtdan sonra cavabde Cavabdeh hər gün mütəmadi olaraq evdə söz-söhbətlər yaratmış, dava-dalaş salmış, iddiaçıları məcburi şəkildə evdən qovaraq iddiaçılara məxsus əmlaklarını evdən çölə tullamış, tamamilə yararsız hala salmışdır. Bununla iddiaçılara külli miqdarda ziyan vurmuş, əmlakları məhv olmuşdur. Cavabdeh hər dəfəsində sözügedən mübahisəli evin onun adma keçirilməsini iddiaçılardan tələb etmiş, halbuki həmin mənzili İddiaçı1 atası tikmiş və iddiaçılar da ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar. Bunun müqabilində iddiaçılardan 37.000 manat tələb etmiş, vermədikləri halda isə evi iddiaçıların əlindən alacaqları ilə hədələmişdir. Qeyri- qanunsuz və iddiaçılaram icazəsi olmadan saxta sənədlərlə evə dair “xxxx” MMC-nin 18.09.2010-cu il tarixli qiymətləndirmə rəyini almışdır. Bu barədə Suraxanı ~ Zığ bələdiyyəsinə müvafiq sorğu olunmuş və həmin rəyin bələdiyyə tərəfindən sifariş edilmədiyi, həmçinin sənədə vurulmuş möhürün bələdiyyənin 18.09.2010-cu il dövrə istifadə etdiyi möhür olmadığı öz əksini tapmışdır. Hal-hazırda cavabdeh i ddiaçılara məxsus evdən istədiyi formada istifadə edir, ailə üzvləri olmayan öz atası və anası ilə birlikdə orada yaşayır. İddiaçılar həmin ünvana getdikdə isə bilərəkdən qalmaqal yaradaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək tamamilə yalan yınlış məlumat vermiş, cavabdeh iddiaçıları evə buraxmamış, evə daxil olmağa icazə verməmiş, əksinə olaraq iddiaçıları söyüb təhqir etmiş, iddiaçılara təzyiqlər göstərmiş, yaşamağa imkan verməmişdir. İddiaçılar da məcbur olaraq cavabdehin şər və böhtanlarından uzaq olmaları üçün oradan uzaqlaşmışlar. Cavabdehlə aralarında baş vermiş ailə münaqişələri ilə bağlı işləri dəfələrlə polis orqanları tərəfindən araşdırılmış, faktlar öz təsdiqini tapmadığından cinayət işinin başlanılması barədə qərarlar qəbul edilməmiş və iddiaçılar münaqişəli ailə kimi qeydiyyata götürülmüşlər. Bakı şəhəri, ********************* küçəsində yerləşən fərdi yaşayış evi, bir mərtəbədən, 3 otaqdan ibarətdir. Orada bütün kommunal şəraitlər vardır. İddiaçı1, atası İddiaçı2 və anası H8 ailə üzvü kimi mübahisəli mənzilə köçürülməlidirlər. Bu səbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın həmin hissədə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146.1, 178.2, 180 -cı maddələrinin maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X2 uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. kassasiya şikayətininə Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və iddiaçılar heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalə tli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli, 2(010)-3557/2013 saylı qətnaməsinə əsasən iddiaçı X3 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı «yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddiası təmin edilmiş, X1 azyaşlı uşağı ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülməsi qət olunmuşdur (qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır). İddiaçı X3 ilə cavabdeh İddiaçı1 06 iyun 2011-ci il tarixdə rəsmi nigaha daxil olmuş, birgə nigahdan bir azyaşlı uşaqları vardır. İddiaçı 2011-ci ildə mübahisəli yaşayış sahəsinə gəlin köçmüş, cehiz əşyalarını oraya yerləşdirmiş və 2013-cü ilədək cavabdehlə birlikdə yaşayaraq, birgə təsərrüfat aparmışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüququnda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüququ vardır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cav abdehin məhz mübahisəli yaşayış sahəsinə gəlin köçməsi orada iddiaçılardan İddiaçı1 ailə üzvü kimi yaşayaraq, ümumi təsərrüfat idarə etməsi, ailə münasibətləri pozulduqdan sonra, cavabdehin oradan çıxmaq məcburiyyətində qalması və sonradan məhkəmə qərarına əsasən köçürülməsi hazırki vəziyyətdə işin mübahisəsiz hallarıdır. İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin evə köçürülməsi tələbin əsaslı hesab edilməsi üçün iddiaçıların əmlak hüquqlarının mövcud olması tələb olunur. Başqa sözlə, onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mübahisəli ev tərəflər arasında münasibətlərin yarandığı zaman xüsusi mülkiyyətdə olmamış, evin həmin dövrdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməm işdir. Mübahisəli yaşayış sahəsi məhs ər-arvadın (X3, İddiaçı1 və onların övladı) birgə yaşaması məqsədi ilə istifadə edilmişdir. Göründüyü kimi, ev özbaşına tikili statusuna malikdir və belə olan halda İddiaçı1 sözügedən evə köçürülmə tələbini həmin evdə bir müddət yaşaması ilə əsaslandırması Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası razılaşmış və düzgün olaraq hesab etmişdir ki, о da cavabdehlə birlikdə mübahisəli mənzillə bağlı bərabər hüquqa malik olduğu üçün həmin evə köçrülməlidir. Beləliklə, işüzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi v ə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 oktyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1920/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1920/2019
14.03.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver