Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1920/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Notariat Ofisinə qarşı ilk, Cavabdeh Zübahir oğlunun İddiaçı qarşı qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh Zübahir oğluna və Balakən rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Notariat Ofi sinə qarşı “irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair ilk, Cavabdeh Zübahir oğlunun İddiaçı qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh Zübahir oğluna və Balakən rayon Notariat Ofisinə qarşı “irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1215/2023 nömrəli iş üzrə 28 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh Şıxamir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum nənəsi X3 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum babası Musayev Şıxamir Bayram oğlundan miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus olan 0.70 ha hissəsindən 1/2 hissənin, yəni içərisində fındıq bağı olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın 1/2 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra, İddiaçı iddianın predmetinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum nənəsi X3 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum babası Musayev Şıxamir Bayram oğlundan miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus olan 0.70 ha hissəsindən irsi transmissiya üzrə mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh Şıxamir oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şıxamir oğlu tərəfindən mərhum anası X3 miras qalmış və faktiki qəbul etdiyi 1,05 ha kənd təsərrüfatı torpaq sahəsinə miras əmlakın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra, Cavabdeh Şıxam ir oğlu qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şıxamir oğlu tərəfindən xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum anası X3 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum atası Musayev Şıxamir Bayram oğlundan miras qalmış, ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan,faktiki olaraq qəbul etdiyi 0.70 ha hissəsinə miras əmlakın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh Şıxamir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006cı il tarixdə vəfat etmiş mərhum X3 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum Musayev Şıxamir Bayram oğlundan miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan 0.70 ha hissəsindən irsi transmissiya üzrə mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddialarının təmin edilməməsi, Cavabdeh Şıxamir oğlunun qarşılıqlı iddiasının qismən təmin edilərək Cavabdeh Şıxamir oğlu tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən Cavabdeh Şıxamir oğlunun, X4 və Musayev Şıxamir Bayram oğlunun ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum atası Musayev Şıxamir Bayram oğluna aid hissə üzrə mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum Musayev Şıxamir Bayram oğluna aid hissəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququ tanınması qət edilmiş, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə işin hallarını, İddiaçı atası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Kifayət Musayevanın əri mərhum Zübahir Musayevin anası Ayşa Musayeva öldükdən sonra, habelə atası Şıxamir Musayev öldükdən sonra qanunla müəyyən edilmiş müddətdə onlardan miras qalan əmlakın bir hissəsi olan 35 ədəd fındıq ağaclarının yerləşdiyi torpaq sahəsind ən istifadə etməsini və həmin hissəyə faktik sahiblik etməsini,bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsini, belə olan halda İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Kifayət Musayeva tərəfindən irsi transmissiya qaydasında mərhumlar Ayşa Musayeva və Şıxamir Musayevdən qalan mirasın qəbulu müddətinin uzadılmasına zərurət olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməməlidir.
8. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, Cavabdeh miras qoyanlardan Şıxamir Musayev tərəfindən övladlığa götürülsə də digər miras qoyan Ayşa Musayeva tərəfindən övladlığa götürülməmişdir. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəlləs inin 1159.1.2-ci maddəsinə əsasən Cavabdeh yalnız onu övladlığa götürən Şıxamir Musayevin vərəsəsidir, o, mərhum Ayşa Musayevanın vərəsəsi sayılmır və ondan qalan mirasdan pay ala bilməz. Cavabdeh mərhum Şıxamir Musayevdən qalan mirası faktiki qəbul etdiyindən bu fakt müəyyən olunmalı, Şıxamir Musayevin vərəsələrindən Bayram Musayev, Zübahir Musayev və Cavabdeh miras əmlakı faktiki qəbul etdiklərindən Şıxamir Musayevdən miras qalan əmlakın o,cümlədən 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum Musayev Şıxamir Bayram oğluna aid hissəsinin 1/3 hissəsinə onun vərəsəlik hüququ tanınmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1151, 1159.1,1159.1.1-1159.1.5, 1246, 1248.1, 1253.1, 1253.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Həmin qətnamədən Cavabdeh Şıxamir oğlu apellyasiya şikayəti verərək, qəntamənin ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1215/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və Vəkil3) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Həmin qətnamədən Cavabdeh Şıxamir oğlu kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası barədə ərizə vermişdir.
13. Şəki Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1215/2021nömrəli iş üzrə 28 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), X.Səmədov və A.Eyvazov) Cavabdeh Şıxamir oğlu tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh Şıxamir oğlu kassasiya şikayətinin verilmə müddətindən 1 il 5 aydan artıq keçdikdən sonra kassasiya şikayəti vermişdir. Yəni baxılmış vəsatətdə kassasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəbdən olması təsdiq edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1, 133, 135, 400, 402, 405.0.1, 408.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh Şıxamir oğlu (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayəti üçün verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayət onunla əsaslandırılmışdır ki, kassator qeydiyyatda olan ünvanda yaşamır. Həmin ünvanda cavabdehin yaşlı anası qalır, ola bilsin o, 24 iyun 2021ci il tarixli qətnaməni qəbul etmişdir. Lakin bu barədə cavabdehin anası kassatora məlumat verməmişdir. Bu da onun həm yaşlı olması, həm də savadsız olmasından irəli gəlir.
18. Qətnamə kassatora r əsmi olaraq təqdim olunmamışdır. Məhkəmə qətnaməsinin göndərilməsi barədə məktubda kassator qeyd olunmamışdır. Cavabdeh qətnaməni 5.01.2023-cü il tarixdə ərizə ilə müraciət etdikdən sonra rəsmi qaydada əldə etmişdir. Qətnamənin məhkəmə tərəfindən tərəflərin ünvanına göndərilməsi onun rəsmi qaydada təqdim edilməsi demək deyil.
19. Kassator öz şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 135, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər.
22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
25. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
26. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət ver ilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası mə hkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1215/2023 nömrəli mülki iş üzrə 28 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.