Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1920/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən istifadə və sahiblik hüququnun tanınması, mənzilə köçürülmə) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə və sahiblik hüququnun tanınm ası, mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-864/2024 nömrəli, 06 fevral 2024- cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı və Cavabdeh xx.xx.1985-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Tərəflərin nikahları Cavabdeh müraciəti əsasında nikahları Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən 20 may 2017-ci il tarixdə pozulmuşdur.
2. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 017224 nömrəli orderinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzili, tərəflər nikah münasibətlərində olduğu dövrdə İddiaçı və onun üç nəfər ailə üzvləri olan arvadı Cavabdeh, oğlu X4, oğlu X3 yaşamaq üçün verilmişdir.
3. Yeganə Məhərrəmova xx.xx.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil, yeni qeydiyyatla ünvan 5 tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlə t reyestrində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 2 ünvanında İddiaçı, Murad Məhərrəmov, Cavabdeh, Mürvət Məhərrəmov qeydiyyatdadır.
6. Bakı şəhəri Suraxanı rayonu 63 nömrəli MKİS-nin xx.xx.2023-cü il tarixli 20 nömrəli arayışına əsasən, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60 məhəllə 3 saylı evin, 8 nömrəli mənzilində 2007-ci ildən qeydiyyatda olmasına baxmayaraq yaşamır.
7. Sabirabad-Hacıqabul rayonları Mənzil-Kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, Zəngilan rayonundan məcburi köçkün düşmüş X2 rayonunun ərazisində Yeni Zəngilan qəsəbəsində 31 say lı evdə müvəqqəti məskunlaşmışdır. Qızı Cavabdeh 2018-ci ildən həmin evdə qeydiyyatsız yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh ilə arasında olan nikah rəsmi olaraq 2017-ci ilin may ayının 23-də pozulmuşdur. Amma cavabdeh faktiki olaraq 2007-ci ildən onlarla birlikdə yaşamayıb və həmin vaxtdan ailə münasibətləri də pozulmuşdur. Cavabdeh 2007-ci ildən bugünədək Sabirabad rayonu, Bala Həşimxanlı kəndində öz valideynlərinin yanında yaşayır. Onun böyük oğlu üçün toy edərkən anasının həmin məclisə gəlməsini təklif etsə də, cavabdeh bu təklifdən imtina etmişdir. Yəni cavabdeh hətta öz oğlunun toy məclisində iştirak etməmişdir. Cavabdeh həm ona və həm də öz iki övladına qarşı soyuq münasibətini 2007-ci ildən bu şəkildə göstərməkdədir. Məhz həmin səbəblərdən 2017-ci ildən onların nikahına rəsmi olaraq xitam verilmişdir. Hazırda onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 3, 8 nömrəli mənzil əvvəllər 02 noyabr 1989-cu il tarixli 017224 nömrəli orderlə onların istifadəsində olmuşdur. Həmin mənzil övladlarının və keçmiş həyat yoldaşının razılığı ilə 23 avqust 2017-ci il tarixdə onun adına özəlləşdirilmişdir. Bu rəsmiləşdirmə onların arasında olan nikahın pozulmasından sonraya aiddir. Yəni sözügedən mənzil onların birgə nikah dövründə orderlə istifadələrində olmasına baxmayaraq, evin onun adına özəlləşməsi barədə cavabdehin vermiş olduğu razılıq ərizəsi onların nikahının xitamından sonraya təsadüf edir. Onların arasında olan nikaha xitam verildikdən sonra cavabdeh öz razılıq (2017-ci il tarixli) ərizəsi ilə mənzilin tam mülkiyyətçi olmağı və bu əmlakla bağlı hər hansı tələbinin olmaması mövqeyini bildirmişdir. Bununla da, Azərbaycan Respublikası mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin həmin mənzilə münasibətdə tələb hüququ itirilmişdir. Cavabdeh ona məxsus mənzildən uzun müddət ərzində və davamlı olaraq istifadə etməmişdir və bu səbəbdən də cavabdehin həmin mənzilə istifadə hüquqlarının yaranma əsasları aradan qalxmışdır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, onun həmin mülkiyyət üzərində sərəncam, istifadə və sahiblik hüquqlarını pozmaqla konstitution hüquqlarını zərbə altında qoyur. Hazırda ona məxsus olan mənzildə iki oğlu Murad Məhərrəmov və Mürvət Məhərrəmov və cavabdeh pasport qeydiyyatındadır. Böyük oğlu ailə həyatı qurduqdan sonra başqa ünvana köçüb və öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə 2007-ci ildən hal-hazıradək onunla birlikdə yaşamır. Cavabdehin ona məxsus olan evdə formal pasport qeydiyyatında qalması onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Evə dair hüquqlarının həyata keçirilməsinə ma neə törədir və ona görə əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır.
10. Cavabdehin qardaşı, etibarnamə üzrə nümayəndəsi X8 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən istifadə və sahiblik hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, 02 noyabr 1989-cu il tarixdə ünvan 3 ünvanında yerləşən mənzilə 017224 saylı order verilmişdir. Cavabdeh bu evə köçərək son zamanlaradək orada yaşamışdır. Hal-hazırda bütün cehiz və qızıl-zinət əşyaları mübahisələndirilən mənzildə yerləşir. Cavabdehin başqa yaşayış yeri yoxdur. Qohumlarının hamısı Zəngilan rayonundan məcburi köçkün düşmüş və müxtəlif yerlərdə məskunlaşmışlar. Mənzil 3 otaqdan ibarətdir. Mənzil cavabdehin keçmiş həyat yoldaşının adına olsa da, mənzil verilərkən cavabdehin və uşaqlarının payı nəzərə alınmışdır. Mənzil verildiyi andan cavabdehin mübahisələndirilən mənzildə yaşamaq hüququ yaranmışdır. İddiaçı istifadə hüququnun itirilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, cavabdehin mənzilin özəlləşdirilməsinə razılıq vermişdir. Mənzil özəlləşdirilməmişdən əvvəl aralarında olan razılığa əsasən mənzil özəlləşdirilərək satılmalı və dörd yerə bölünməli idi. Cavabdehin birgə nikahdan dünyaya gəlmiş uşaqlarının da payı nəzərə alaraq mənzilin satışdan əldə edilmiş pulun dörd yerə bölünməsinə etiraz etməmişdir. Mənzil özəlləşdirilməmişdən əvvəl təklif etmişdir ki, mənzilin özəlləşd irilərək satılması və aralarında bölünməsi ilə bağlı müqavilə bağlansın. Lakin cavabdeh iddiaçı ilə nikaha qədər də yaxın qohum olduğu üçün sonuncunun sözünə inanmış və mənzilin özəlləşdirilərək satılmasına razı olmuşdur. Cavabdeh digər qohumları və iddiaçıyla birlikdə mənzilə baxmış, mənzilə makler aparmış və bir neçə maklerin rəyi ilə mənzilə ümumi qiymət qoyulmuşdur. Ümumi məbləğ 4 yerə bölündükdə cavabdehə çatan pul 18.500 manat olmuşdur. Cavabdeh bu pulla razılaşmış və evin satışı ilə bağlı ümumi razılıq əsasında müştəri axtarışına başlamışdır. Bu proses uzun müddət davam etmiş və nəticədə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər nikaha qədər də yaxın qohum olduğu üçün ümumi qohumlar iddiaçıya müraciət etmiş, lakin iddiaçı verdiyi sözdən imtina etmişdir.
12. Azə rbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nın 42 saylı bağ sahəsində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 03 oktyabr 2014-cü il tarixdə; ünvan 4 ünvanı isə 23 avqust 2017-ci il tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(010)-384/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) ilkin iddia rədd olunmuş, qarşılıqlı iddia isə təmin olunmuşdur. Cavabdehin iddia çıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən (Yeni qaydalarla: ünvan 5 ünvanından) istifadə və sahiblik hüququ tanınaraq, cavabdehin həmin mənzilə köçürülməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) mübahisəli mənzildən istifadə hüququnu artıq qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsi əsasında əldə etmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsinin tələbinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduğundan cavabdeh həmin mənzildən istifadə hüququ əldə etmişdir. Daha sonra, yəni 2017-ci ildə həmin mənzil özəlləşdirilərək iddi açının mülkiyyətinə verilmiş və həmin müddətdə də cavabdeh mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməyərək həmin mənzildən istifadə hüququnu saxlamış, boşandıqdan sonra həmin mənzildə yaşamamışdır. Beləliklə həmin Məcəllənin müvafiq normalarından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından görünür ki, mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəf cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mübahisəli mənzili başqa yaşayış yerində yaşamaq üçün tərk etdiyini, uzun müddətdir həmin evdə yaşamağ ını, onun həmin yaşayış sahəsinə ehtiyacı olmamasını qeyd etsə də, bununla bağlı olaraq heç bir mötəbər sübut təqdim etməmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3-cü, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) məxsus olan mənzildə formal pasport qeydiyyatında qalması onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Mənzilə dair hüquqlarının həyata keçirilməsinə maneə törətməklə yanaşı, əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməyə görə hüquqları pozulmaqdadır. Məhkəmə işin faktiki hallarına lazımı diqqət və düzgün qiymət verməmişdir. Azərbayacan Respublikasının Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yeri onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9.1-ci maddəsinə görə şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçı cavabdehin ona məxsus mənzildə 2007-ci ildən daimi olaraq yaşamamasını bir çox sübutlarla məhkəməyə bildimişdir. Bu sübutlar iş materiallarına əlavə edilib. Amma qətnamədə iddiaçının bununla bağlı hər hansı dəlil təqdim etmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında və hətta iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən əmlaka dair tələb hüqu qu itmişdir. Lakin məhkəmə maddi hüquq normalarını kobud şəkildə pozaraq cavabdehin mübahisəli mənzilə sahiblik hüququ vermişdir. Cavabdehin həmin əmlaka dair tələb hüququ pozulmuşdursa, bu müddət 2017-ci il tarixindən hesablanmalıdır. Bu müddət isə çoxdan bitmişdir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qarşı tərəfin həmin mənzildə yaşamamasının bir neçə sübutu vardır. Birincisi, həmin şəxsin 2007-ci ildən həmin mənzildə yaşamaması ilə bağlı Mənzil Təsərrüfat Birliyinin arayışı, bununla bağlı qonşular tərəfindən tərtib olunmuş akt vardır. Qarşı tərəf özü də məhkəməyə arayış təqdim etmişdir, həmin arayışa əsasən təsdiq olunur ki, cavabdeh 2018-ci il tarixindən atası evində yaşayır. Cavabdehin atası evinə köçməsi işin mübahiəsiz tərəfidir. Sadəcə həmin mənzilə 2007-ci il tarixindən köçməsi tərəflərindən təqdim olunmuş arayışla təsdiq olunur. Bundan başqa, cavabdehin hər hansı əşyası həmin evdə yoxdur. X1 qərarı hazıkı mübahisəni tam tənzimləyir. Lakin birinci instansiya məhkəməsi, nəinki, istifadə hüququna xitam verilməsi, həmçinin mənzilə köçürülməni və sahiblik hüququnu tanınmasını təmin etmişdir. Sahiblik hüququ ilə bağlı 3 illik müddət vardır. Ailə Məcəlləsinin 36.9-cu maddəsi və X1 qərarı ilə həmin məsələlər tənzimlənir. Mənzil 2017-ci il tarixində özəlləşəndən sonra cavabdehin özünün razılığı alınmışdır. Həmin müddətdən iddia qaldırdıqları müddətə qədər 6 il müddət keçmişdir. 6 il müddətində cavabdeh tərəf mənzillə bağlı hər hansı iddia qaldırmam ışdır. Qarşı tərəfin bildirdiyi kimi cavabdehin həmin evə tez-tez gedib-gəlməsi ilə bağlı izahatlar həqiqəti əks etdirmir.
21. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, balaca uşağı xəstədir, onun kəlləbeyin travması və revmatizması vardır. Cavabdeh əvvəl qardaşının yanında, daha sonra atasının yanında qalmağa başlamışdır. Ondan sonra cavabdeh onunla maraqlanmamışdır. Uşaqlar onun yanındadır. Balaca oğlu ikinci qrup əlildir. Cavabdeh evdən köçüb getdikdən sonra evə gəlmək istəməsi ilə bağlı müraciəti olmamışdır. Onun qohumlarından ona evə gəlməklə bağlı müraciət olunmasına baxmayaraq gəlməmişdir. O, cavabdehə zəng vuraraq uşaqlara və evə sahib çıxmağını demiş, əvəzində cavabdeh ona nə evin, nə də uşaqların lazım olmadığını bildirmişdir. Mənzil İstismar sahəsindən evinə 6 aydan bir gəlirlər. Qonşuları da evə tez-tez gəlirlər. Qarşı tərəfin bildirdikləri həqiqəti əks etdirmir. Cavabdeh 2007-2008-ci ildən burada yaşamır, Sabirabadda yaşamışdır. Cavabdeh həmin evə gəlməmiş, xəstə uşağına baxmamışdır. Qonşular da bunu təsdiq edir. Oğlunun xəstəliyi kəllə-beyin travmasıdır. Üç yaşında olan zaman yıxılmışdır. Ona özü nəzarət edir, bütün günü evdədir, çörək almağa belə gedə bilmir, xəstəliyi buna imkan vermir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (qardaşı) X8 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, həmçinin bildirmişdir ki, qarşı tərəf evdə olmadığı zaman bacısı onunla üzləşməmək üçün həmin mənzilə gedib-gəlirdi, eyni zamanda qarşı tərəf növbədə olduğu zaman bac ısı həmçinin həmin evdə qalırdı. Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilmiş arayışa əsasən bacısı 3 saylı Asan Xidmət Mərkəzində şəxsiyyət vəsiqəsini dəyişmişdir. Qarşı tərəf bildirir ki, bacısı 2007-ci ildə həmin evdən çıxmışdır. Lakin Mənzil Kommunal İstismar İdarəsinin arayışı isə 2017-ci ildə verilmişdir. Bacısının bütün əşyaları həmin evdədir. Bacısı hazırda Sabirabadda atasının yanında yaşayır. Lakin tez-tez gedib-gəlir. Bacısı həm öz evində, həm də onun evində qalmışdır. Bacısı təqribi iki ildir ki, mübahisəli evdə yaşamamışdır. Bacısı oğlu ikinci qrup əlildir, bacısı tez-tez ona baxır, paltarlarını yumuşdur. Qarşı tərəflə üzləşməmək üçün daimi orada yaşamırdı. Bacısı 2018-ci ildə həmin evə gedib-gəlirdi. 2017-ci ildə bacısı həm onun, həm atasının evində qalmışdır. Həmin d övrdə tərəflər yola getmədikləri üçün ayrılmışlar. Bacısı demək olar ki, həmin evdən qovulmuşdur. Bacısının uşaqları böyükdür, böyük oğlu ailəlidir. Balaca uşağı xəstədir, ikinci qrup əlildir. İddiaçı bacısına demişdir ki, o, gedir, gələndə axşam evdə olmasın. Ona görə də, bacısı evdən çıxaraq onun evinə gəlmişdir. Bacısının arxasınca iddiaçı tərəfdən heç kim gəlməmişdir. Qarşı tərəflə qohum olublar, ona görə də el qınağına görə işi məhkəməyə verməmişlər. Sonuncu dəfə evi satmaqla bağlı razılığa gəliblər. Daha sonra isə qarşı tərəf sözünün üstündə durmadı. ünvan 6 ünvanda qeydiyyatdadır. Cavabdeh isə atası ilə bir yerdə yaşayır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-864/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qə tnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsi ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) daimi yaşamaq üçün başqa yaşayış sahəsinə könüllü şəkildə köçməsinin, ayrıca yaşayış sahəsinə malik olmasının müəyyən edilməməsi barədə nəticəyə gələrkən məhkəmə tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, sübutların qiymətləndirilməsi ndə səhvə yol vermiş, iş materiallarında olan və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən sübutları nəzərə almamışdır. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 1989-cu ildə yarandığıdan və cavabdeh mübahisəli yaşayış sahəsində yaşamağa başladığı, həmçinin nikah pozulduğu zaman mənzil dövlət mülkiyyətinə aid edildiyindən hazırkı mübahisə qüvvədən düşmüş Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir.
25. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etmişdir ki, iddiaçıya və onun ailə üzvlərinə verilmiş Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 017224 nömrəli orderinə əsasən verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzili cavabdeh “Azərbaycan Respublikas ında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüququ olduğu halda, qeyd olunan hüququndan istifadə etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh nikahları pozulduqdan sonra (20 may 2017-ci il), mənzildən çıxmış, həmin mənzil daha sonra (xx.xx.2017-ci il) tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
26. Qeyd olunmalıdır ki, hazırkı halda əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. İş materiallarından da göründüyü kimi cavabdeh ən azı 2017-ci ildə n etibarən mübahisəli mənzili tərk etmiş, könüllü olaraq 5 ildən artıq olan uzun müddət ərzində bu yaşayış sahəsinə daimi yaşamaq üçün qayıtmamış, qayıtmaq üçün hər hansı cəhdlər etməmiş, yalnız iddiaçının məhkəməyə müraciətindən sonra hüquqlarının tanınmasını istəmişdir. Cavabdehin tərk etdiyi mənzilə yaşamaq üçün qayıtmaq niyyətinin olmasının təsbit edilməsi üçün iş materiallarında hər hansı sübut mövcud deyildir. Cavabdeh tərəf istifadə hüququnun tanınmasını xahiş etdiyi mənzilə mütəmadi olaraq gedib-gəlməsini qeyd etsə də, bunu, həmçinin mənzillə davamlı əlaqələrinin nə şəkildə olması ilə bağlı aydın şəkildə izahat verə bilməmiş, bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə v əzifəsini yerinə yetirə bilməmişlər. Halbuki MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə yuxarıda qeyd edildiyi kimi iş materiallarında olan müvafiq sənədlərə əsasən cavabdehin mübahisəli mənzildə nikahları pozulduqdan sonra yaşamadığı, atası Yusif Paşayevin evində qeydiyyatsız olaraq yaşadığı öz təsdiqini tapır.
27. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış, həmçinin mənzilin özəlləşdirməyə razılıq vermiş bu mənzildə yaşayan ailə üzvlərinin istifadə hüququnun qanuni əsaslarla aradan qalxmas ı da mümkündür. Belə ki, həmin Məcəllənin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir. Şəxsi servitut sayılan mənzildən istifadə hüququ yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü su rətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
28. Hazırkı iş üzrə cavabdehin başqa yaşayış sahəsinə köçməsi və onun məhz həmin yaşayış sahəsindən istifadə etməsi, bununla da onun iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacı aradan qalxması iş üzrə müəyyən olunan hal olduğundan, məhkəmə kollegiyası hesab etmişdir ki, müəyyən edildiyi kimi cavabdeh uzun müddət əvvəl mübahisəli mənzili tərk etmiş, 2017-ci ildən mübahisəli mənzildə yaşamır, mübahisəli mənzildən yaxın müddətədək istifadə etməsi, orada yaşaması və həmin mənzilə yaşayış yeri kimi ehtiyacının olmasına dair sübutlar təqdim edilməmişdir. Halbuki yaşayış sahəsindən istifadə hüququ mənzil ehtiyacını qarşılamağı (başqa ya şayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir. Cavabdehin daimi yaşamaq üçün köçüb bаşqа yerə getməsi habelə yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğu məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir. Bu hal onu göstərir ki, iddiaçı uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan mənzildə yaşamaqla bağlı qanuni mənafeyi aradan qalxmış, o, bu mənzillə bütün əlaqələri kəsməklə və mənzilə sahibliyin həyata keçirilməsinə dair hərə kətlər etməməklə həmin mənzildə yaşayış sahəsindən istifadə hüququnu itirmişdir.
29. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, şəxsin faktiki olaraq yaşamadığı mənzildə uzun müddət (hazırkı dövrədək) qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Bu isə o deməkdir ki, evə daimi qeydiyyat icazə xarakteri daşımadığından əmlak hüquqları yaratmır. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, şəxs artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, göstərlənlərdən aydın olur ki, cavabdehin başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətində olub-olmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxıbqalxmaması, həmin mənzillə bağlılığının qalıb-qalmaması, digər yaşayış sahəsin ə könüllü surətdə və daimi yaşamaq üçün köçüb-köçməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1-ci və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır.
31. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddiaya münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mübahisədə ilkin iddianın əsaslılığı qarşılıqlı iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından və ilkin iddia tam təmin edildiyindən, qarşılıqlı iddianın rədd edilməli olmasına dair nəticəyə gəlinməlidir. Belə ki, müzakirə olunan iddiaların biri-birindən asılı olması aşkardır. Belə olan halda məhkəmə kollegiyası qarşılıqlı iddiaya münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır.
32. Məhkəmə kollegiyası 3 illik iddia müddətinin tətbiqinə dair apellyasiya şikayətindəki dəlili ilə əlaqədar qeyd etmişdir ki, hazırkı halda mübahisə ər-arvadın ümumi əmlakının bölünməsi barədə yox, evə köçürmə ilə bağlıdır. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçının subyektiv hüququnun pozulması hazırda müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa, məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq, iddiadan imtina barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29 və 32-ci maddələrinə, Mülki Məcəllənin 157.4-cü maddəsinə, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60.1, 60.6 və 87.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
34. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı idd ianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin 2017-ci ildə mənzilin özəlləşdirilməsinə razılıq verməsi iş materialları ilə təsdiq edilir. Mənzilə olan hüquq davam edən hüquq olduğu üçün məhkəmə şəxsin hüququnun pozulduğu vaxta qiymət verməli idi. Məhkəmənin mövqeyinə görə, cavabdeh mübahisəli mənzili 2017-ci ildə tərk etdiyinə görə, mübahisənin yaranma vaxtı 2017-ci ilə təsadüf edir. Məhkəmə 2017-ci ildə yaranan münasibətə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi ilə həll edilməsini heç bir ağlabatan halla əsaslandırmamışdır. Mənzil verildiyi andan cavabdehin mübahisələndirilən mənzildən istifadə və sahiblik hüququ yaranmışdır. Münasibətin yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən, mənzi l verilərkən orada yaşayanların hüquqları nəzərə alınırdı. Yaşayış sahəsinin minimum sahəsi 12 kv.metr nəzərdə tutulmuşdur. Başqa sözlə, Azərbaycan dövləti mənzili həm də cavabdehə vermişdir.
36. Digər tərəfdən, mənzilin hüquqi statusunun dəyişməsi, yəni mənzilin özəlləşdirilməsi yeni hüquqi yanaşma tələb edir. Həm də mənzil özəlləşdirilərkən cavabdehin həmin mənzildə daimi qeydiyyatda olması və yaşaması faktının təsdiq edilməsi anlamına gəlinir. Belə ki, 26 yanvar 1993-cü il tarixli “Mənzillərin özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə əsasən, mənzilin özəlləşdirilməsi üçün şəxsin mənzildə daimi qeydiyyatda olmaqla yanaşı, həmin mənzildə faktiki yaşaması da şərt olaraq qeyd edilmişdir. Qanunun qeyd edilən tələbinə görə, cavabdeh mübahisələndirilən mənzildə yaşamırdısa, onun razılı ğının alınmasına heç bir ehtiyac olmuyacaqdır.
37. Digər tərəfdən məhkəmənin cavabdehin mənzili tərk etməsinin dəqiq tarixini nəyə istinadən müəyyənləşdirdiyi də aydın deyildir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin verdiyi məlumata görə, o, son zamanlara qədər mübahisəli mənzildə yaşamış və bütün cehiz əşyaları həmin mənzildə qalmaqdadır.
38. Beləliklə, mənzil 2017-ci ildə özəlləşdirildiyi və cavabdehin mənzilin özəlləşdirilməsinə razılıq verdiyi üçün məhkəmənin xx.xx-2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etməsi səhvdir.
39. Bundan başqa, apellyasiya icraatı zamanı verilən suallara cavab verərkən, iddiaçı etiraf etmişdir ki, həqiqətən də mənzilin özəlləşdirilməsində məqsəd həmin mənzilin satılaraq, əldə olunan gəli rin bölünməsi olmuşdur. Məhkəmə isə işin qeyd edilən halına ümumiyyətlə hüquqi qiymət verməmişdir.
40. Şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığı ilə əlaqədar qeyd olunmalıdır ki, cavabdeh mənzilin satılıb bölünməsini gözlədiyi halda iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyini öyrənmişdir. Həmin vaxtadək onun evin satılaraq bölünəcəyinə şübhəsi olmamışdır. Əgər cavabdehin mənzilə qayıtmaq niyyəti olmasaydı, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdi. Digər tərəfdən cavabdehin bütün qohumları məcburi köçkündür. Onlardan heç birinin, həmçinin cavabdehin xüsusi mülkiyyətində mənzil yoxdur. Belə olan halda, onun mənzilə qayıtmaq niyyətinin olmaması absurddur. Qayıtmağa cəhd edilməməsi barədə qətnamədə qeyd edilənlər də həqiqəti əks etdirmir.
41. Budan başqa məhkəmənin gəl diyi nəticəyə münasibətdə qeyd edilməlidir ki, mənzil özəlləşdirildikdə qətnamədə göstərildiyi kimi “icarədar və onun ailə üzvləri” anlayışı ola bilməz. Mənzil mülkiyyətə keçdikdə mənzilin özəlləşdirilməsinə razılıq verən şəxslərin hüququ saxlanılır. İşə baxan məhkəmə yenə də 2009-cu il tarixədək qüvvədə olan Məcəlləyə istinad etmişdir. Mənzilin özəlləşdirilməsi zamanı qüvvədə olan Məcəllənin müvafiq normalarına istinad etməməsi də təəccüblüdür.
42. İşin halları ilə bağlı bildirilməlidir ki, cavabdehin nümayəndəsi Paşa Paşayev məhkəmədə bildirmişdir ki, Yeganənin atası məcburi köçkündür və Sabirabad rayonunda yerləşən məcburi köçkünlər üçün salınmış düşərgədə yaşayır. Həmin mənzillər məcburi köçkünlərə daimi əsaslarla verilməmişdir. Cavabdehin atasına verilmiş mənzildə müvəqqəti yaşamaqdad ır. Həmçinin o, mənzildən qovulduqdan sonra həm qardaşının, həm də atasının evində yaşamışdır. Cavabdeh daimi yaşamaq üçün deyil, müvəqqəti yaşamaq üçün getmişdir. Cavabdehin atasının yaşadığı ev onun mülkiyyəti deyil, dövlətə mənsub olan mənzillərdir. Məcburi köçkünlərlə bağlanan müqavilədə mənzillər müvəqqəti istifadəyə verilir.
43. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, qeyd edilən normanın tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamədə cavabdehin 2017-ci ildə mənzili tərk etdiyin qeyd etsə də, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləs inə istinad etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Rеspublikası Kоnstitusiyası.
44. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
45. Maddə
29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
46. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
47. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiy yətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş).
48. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvlə ri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
49. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
50. Maddə 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
51. Maddə 60.6. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
52. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 m art 1999-cu il tarixli qərarı.
53. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
54. Mübahisəli mənzill ə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarı.
55. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə e tmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarı.
56. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlaba tan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
59. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
60. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı rır.
66. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
75. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qey də alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
76. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
79. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-864/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.