Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1921/2022 25.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus ** DF *** dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobilin 09.08.2018-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü” üzrə sığortalandığını, 02.08.2019-cu il tarixdə Cavabdeh1 idarə e tdiyi həmin avtomobillə yol-nəqliyyat hadisəsi törədərək ** LT *** dövlət qeydiyyat nişanlı “BMW 750” markalı avtomobilə ziyan vurduğunu, hadisənin səbəbləri aydınlaşdırılarkən Cavabdeh1 yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etdiyinin müəyyən olunduğunu və bununla bağlı DYP əməkdaşı tərəfindən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, “BMW 750” markalı avtonəqliyyat vasitəsinə dəymiş 3815,00 manat ziyan məbləğinin 28.08.2019-cu il tarixli sığorta aktına əsasən zərərçəkənə ödənildiyini bildirmiş, cavabdehlərdən 3815,00 (üç min səkkiz yüz on beş) manat sığorta ödənişinin əvəzinin və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon M əhkəməsinin (hakim Natavan Tağıyeva) 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdehlər birgə apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Şikayət Cavabdeh1 hadisə yerindən yayınmış olmasına dair 05.08.2019-cu il tarixli qərarın məhkəmə tərəfindən ləğv edildiyi, onun hadisə yerindən yayınması ilə bağlı hər hansı digər sübutun olmadığı, Cavabdeh2 isə hadisəyə heç bir aidiyyətinin olmadığı və ona münasibətdə subroqasiya hüququnun ümumiyyətlə yaranmadığı arqumentləri ilə əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 2(103)-12050/2021 nömrəli 23. 12.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)5393/2021 saylı iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 3815,00 (üç min səkkiz yüz on beş) manat sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla cəmi 3845,40 (üç min səkkiz yüz qırx beş manat 40 qəpik) manatı alınaraq "xxxx" ASC-nə ödənilməsi barədə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorlara aid edilməsi qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməs ini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qaytarılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti ilə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az, yəni 3845,40 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti ve rilə bilər. Azərbaycan Respublikası MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 408.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1921/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1921/2022
25.02.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver