Məhkəmə qərarları › İş №2(102)-1922/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1922/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1922/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh1 və vəkili Namazov Alim Knyaz oğlunun iştirakı ilə İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli 2(107)2528/2019 saylı qətna məsindən Cavabdeh1 və vəkili Namazov Alim Knyaz oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(046)-71/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia qismən təmin edilmiş, 16 oktyabr 2012-ci il tarixli 66B8/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 25 iyul 2014-cü il tarixli 66B8/12-3 saylı əlavə kredit müqaviləsi üzrə 24807 (iyirmi dörd min səkkiz yüz yeddi) ABŞ dolları əsas, 2890 (iki min səkkiz yüz doxsan) ABŞ dolları 23 (iyirmi üç) sent faiz, 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 27897 (iyirmi yeddi min səkkiz yüz doxsan yeddi) ABŞ dolları 23 (iyirmi üç) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi ma natla miqdarının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, 16 oktyabr 2012-ci il tarixli 66B8/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 02 noyabr 2016-cı il tarixli 66B8/12-4 saylı əlavə kredit müqaviləsi üzrə 1900 (bir min doqquz yüz) manat əsas, 328 (üç yüz iyirmi səkkiz) manat 54 (əlli dörd) qəpik faiz, 50 (əlli) manat cərimə olmaqla, cəmi 2278 (iki min iki yüz yetmiş səkkiz) manat 54 (əlli dörd) qəpiyin Cavabdeh1 tutulub iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 78.000 (yetmiş səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəs aitdən 25 iyul 2014-cü il tarixli 66B8/12-3 saylı əlavə kredit müqaviləsi üzrə 27897 (iyirmi yeddi min səkkiz yüz doxsan yeddi) ABŞ dolları 23 (iyirmi üç) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının və 02 noyabr 2016-cı il tarixli 66B8/12-4 saylı əlavə kredit müqaviləsi üzrə 2278 (iki min iki yüz yetmiş səkkiz) manat 54 (əlli dörd) qəpiyin, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehə aid hissəsi 25 (iyirmi beş) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatının iddiaçı «xxxx KB» ASC-yə aid edilməsi, 25 (iyirmi beş) mana tının və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının Cavabdeh1 tutulub iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(046)-71/2019 nömrəli qətnaməsi qismən-ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cav abdeh1 və Cavabdeh2 çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş, İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılmasi qət edilmişdir. Cavabdeh1 və vəkili Namazov Alim Knyaz oğlu tərəfindən iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mülki işi tam hər tərəfli və obyektiv araşdırmamış, əlavə e dilmiş sübutları və dəlilləri yoxlamadan, cavabdeh tərəfin sübutlarına hüquqi qiymət vermədən maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı 16 oktyabr 2012-ci il tarixli əsas və ipoteka müqavilələrinin bəndlərini kobud pozaraq 25 iyul 2014-cü il tarixli əlavə kredit müqaviləsinin valyuta hissəsini dəyişmişdir. Lakin kreditin valyutasını dəyişdirilməsi haqqında əsas kredit müqaviləsində heç bir bənd nəzərdə tutulmamış və onunla razılaşdırılmamışdır. İpoteka predmeti 60 ay müddətində 16 oktyabr 2017-ci il tarixədək 40500 manat kreditə görə ipoteka ilə yüklü edilmişdir. Onun qeyd edilən şərtlərlə ipoteka saxlayan qarşısında icra edilməmiş borcu yoxdur. Buna görə də ipotekaya xitam verilməlidir. İddiaçı qanunsuz olaraq başqa kredit müqaviləsi üzrə əmla kını yüklülükdə saxlayır. Halbuki əmlakın həmin kreditə görə ipoteka ilə yüklü edilməsinə dair qanunla müəyyən edilmiş hər hansı müqavilə bağlanmamışdır. Əlavə kredit müqaviləsi təkcə əsas müqavilə üzrə məbləği aşdığına görə yox, həm də Mülki Məcəllənin 422-ci maddəsinə əsasən də qanunsuzdur. Çünki tərəf manatın ABŞ dollarına münasibətdə bu qədər kəskin devolivasiya uğrayacağını öncədən bilmirdi, bilə də bilməzdi. Bilsə idi, bu şərtlərlə müqavilə bağlamazdı. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Namazov Alim Knyaz oğlu kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barəd ə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialları nda olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya məhkəməsinin iş materialları üzrə müəyyən etdiyi faktiki hallardan görünür ki, «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2012-ci il tarixli əsas kredit müqaviləsinə əsasən borcalana 40500 (qırx min beş yüz) manat məbləğində kredit 60 ay müddətinə əlavə kredit müqaviləsi bağlanılmaqla verilməsi göstərilmişdir. «xxxx KB» ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 66B8/12-3 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən illik 21 % hesablanmaqla 24 aylıq müddətə Cavabdeh1 51000 ABŞ dolları məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu fai zləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür (1.1, 1.2, 1.3-cü bəndlər). Borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini gecikdirdikdə borcverən əsas borcun gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən əsas borc məbləğinin illik 360 faizi miqdarında və faizlərin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən faiz məbləğinin illik 360 faizi miqdarında cərimə tədbiq edə bilər (25 iyul 2014-cü il tarixli əlavə kredit müqaviləsinin 6.3-cü bəndi). «xxxx KB» ASC ilə Cavabdeh1 arasında bağlanmışdır. 25 iyul 2014-cü il tarixli 66B8/12-3 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 10 mart 2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3 bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 19,5 fai z müəyyən edilmişdir (10 mart 2015-ci il tarixli sazişin 1.1-ci bəndi). «xxxx KB» ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2016-cı il tarixli 66B8/12-4 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən illik 30 % hesablanmaqla 05 aylıq müddətə Cavabdeh1 1900 manat məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür (1.1, 1.2, 1.3-cü bəndlər). Borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini gecikdirdikdə borcverən əsas borcun gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən əsas borc məbləğinin illik 360 faizi miqdarında və faizlərin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən faiz məbləğinin illik 360 faizi miqdarında cərimə tədbiq edə bilər (02 noyabr 2016-cı il tarixli əlavə kredit müqaviləsinin 6.3-cü bəndi). Cavabdeh3 da Cavabdeh1 25 iyul 2014-cü il tarixli 66B8/12-3 saylı əlavə kredit müqaviləsi müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşdür (25 iyul 2014-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndi). «xxxx KB» ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 1.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.2-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.2-ci bəndi). İpotekanın predmeti ünvan 1 ünvanınd a yerləşən 20 saylı mənzildir (1.1-ci bənd). İpoteka predmetinin bir ay müddətinə satış qiyməti 60000 manat məbləğində qiymətləndirilmişdir (18.07.2014-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəy). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil «xxxx» KB ASC-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi 17.10.2012). «xxxx» KB ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 23.05.2017-ci il tarixli məktub ünvanlayaraq, Cavabdeh1 məxsus ünvan 1 ünvan ında yerləşən 20 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən 12.05.2017-cı il tarixdə ipoteka qoyan Cavabdeh1 göndərilmiş və cavabdeh tərəfindən 17.05.2017-ci il tarixdə bildiriş alınmışdır. İpoteka predmeti olan Cavabdeh1 məxsus daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Cavabdeh1 25.07.2014-cü il tarixli 66B8/12-3 saylı əlavə kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 01 iyun 2017-ci il tarixə borcu 24807 ABŞ dolları əsas, 2890 ABŞ dolları 23 sent faiz, 5459 ABŞ dolları 22 sent cərimə olmaqla, cəmi 33156 ABŞ dolları 45 sent təşkil edir (01.06.2017-ci il tarixli maliyyə arayışı). Cavabdeh1 02.11.20 16-cı il tarixli 66B8/12-4 saylı əlavə kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 01 iyun 2017-ci il tarixə borcu 1900 manat əsas, 328 manat 54 qəpik faiz, 1938 manat 44 qəpik cərimə olmaqla, cəmi 4166 manat 98 qəpik təşkil edir (01.06.2017-ci il tarixli maliyyə arayışı). “xxxx” MMC tərəfindən verilmiş 28.02.2019-cu il tarixli rəyə əsasən Cavabdeh1 mülkiyyətinə olan ipoteka predmeti olan mənzilin 28.02.2019-cu il tarixinə bazar qiyməti 78000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqaviləd ən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun b anka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya və ipoteka qoyana qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 -ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunla r. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzər də tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kredit borcu üzrə daha artıq ödəniş etməsini, borcun mövcud olmaması və ya borcunun düzgün hesablanmamasını təsdiq edən hər hansı bir mötəbər yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kolle giyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində istinad etdiyi dəlillərə əsaslanaraq hazırkı iş üzrə iddiaçıya qarşı bundan əvvəl tələb irəli sürmüşdür. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə əsas müqavilənin şərtlərinin əlavə müqavilələrin şərtlərinə uyğun olması, ipoteka predmetlərinin yüklülükdən azad edilməsi üçün əsasların olmaması müəyyən edilmişdir. Belə olan halda və MPM-in 82.3-cü maddəsinin tələbi baxımından həmin dəllilərin yenidən sübut edilməsinə və mübahisələndirilməsinə zərurət yoxdur. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, əlavə kredit müqaviləsi təkcə əsas müqavilə üzrə məbləği aşdığına görə yox, həm də Mülki Məcəllənin 422-ci maddəsinə əsasən də qanunsuzdur. Çünki tərəf manatın ABŞ dollarına münasibət də bu qədər kəskin devolivasiya uğrayacağını öncədən bilmirdi, bilə də bilməzdi. Bilsə idi, bu şərtlərlə müqavilə bağlamazdı. Göstərilən dəlillə bağlı Konstitusiya Məhkəməsinin 07 sentiyabr 2018-ci il tarixli qərarına əsasən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsini mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dəyişməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli 2(107)-2528/2019 sayli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar