Məhkəmə qərarları › İş №2(102)-1922/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1922/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1922/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İ mülki iş: İddiaçı1 və digərlərinin cavabdehlər Nümayəndə2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mülki iş İİ mülki iş (birləşdirilmiş mülki iş) üzrə: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin İddiaçı1 və digərlərinə qarşı mülki iş QƏRARİ (Açar sözlər: müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsi, müqavilələrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı 8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair; eləcədə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, X16, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 qarşı “müqavilələrin ləğv edilməsi” tələblərinə dair iddia üzrə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “16” yanvar 2024-cü il tarixli 2(103)-497/2024 saylı qətnaməsindən cavabdeh, ikinci iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Məhkəmələr tərəfindən işin mü bahisəsiz halları kimi mqəyyən edilmişdir ki:

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-182/2021 nömrəli hökmünə əsasən Omaks-3” MTK-nın direktoru Nümayəndə2 İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12,İddiaçı10, İddiaçı13 və digərlərinə qarşı Azərbaycan Respublikası CM-in 178.3.2, 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 1(103)-876/2022 nömrəli qərarı ilə təsdiq olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli,1(101)-539/2019 saylı hökmünə əsasən "xxxx" MTK-nın faktiki sahibi, X23 CM-in 178.3.2, 179.3.2, 308.2 və 313-cü m addələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hökm sonradan dəyişdirilərək üzərində qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı10, İddiaçı13 mülki iddiaları qismən təmin edilərək təqsirləndirilən şəxs (mülki cavabdeh) X8 İddiaçı3 xeyrinə 356448 manat, İddiaçı11 xeyrinə 248160 manat, İddiaçı2 xeyrinə 102507 manat, İddiaçı12 xeyrinə 75670 manat, İddiaçı13 xeyrinə 144900 manat, İddiaçı10ın xeyrinə 48363 manat, X17 xeyrinə 102507 manat, X12 xeyrinə 102507 manat, İddiaçı9 xeyrinə 75670 manat, İddiaçı8 xeyrinə 95000 manat, İddiaçı7 İbrahim oğlunun xeyrinə 54114 manat, İddiaçı1 xeyrinə 54114 manat, X3 xeyrinə 110000 manat, X2 xeyrinə 74380 manat, İddiaçı6 xeyrinə 54144 manat, X18 xeyrinə 116200 manat tutulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. 3. xx.xx.2020-ci il tarixli Barışıq sazişinə əsasən "xxxx" MTK-nın direktoru və təqsirləndirilən şəxs Nümayəndə2 ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı10 və İddiaçı13 arasında barışıq sazişi bağlanmış və sazişin şərtlərinə əsasən "xxxx" MTK-nın direktoru kimi Nümayəndə2 mənzil sahibləri qarşısında azadlığa çıxdıqdan 3 ay ərzində "xxxx" MTK-ya məxsus Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə ye rləşən binanın tikintisini başa çatdırıb hər bir mənzil sahibinə mənzillərini təhvil verməyi öhdəsinə götürmüşdür.

4. İş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı1 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası nömrə 1, blok 1, mərtəbə 6, ümumi sahəsi 115.2 kv.m. olan 3 otaqlı 31 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

5. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı1 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası nömrə 1, blok 1, mərtəbə 6, ümumi sahəsi 115.2 kv.m. olan 3 otaqlı 31 nömrəli mənzilin dəyərini tam ödəmişd ir.

6. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı2 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası, blok 1, mərtəbə 5, ümumi sahəsi 115,2 kv.m. olan 3 otaqlı 26 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı2 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası, blok 1, mərtəbə 5, ümumi sahəsi 115.2 kv.m. olan 3 otaqlı 26 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

8. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı2 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 5, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 27 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı2 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 5, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 27 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

10. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 1, ümum i sahəsi 161 kv.m. olan 3 otaqlı 1 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

11. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 1, ümumi sahəsi 161 kv.m. olan 3 otaqlı 1 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

12. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 115.2 kv.m. olan 3 otaqlı 50 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

13. İş materiallarında olan "xxxx" MTK tərəfi ndən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 115.2 kv.m. olan 3 otaqlı 50 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

14. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 102.9 kv.m. olan 3 otaqlı 51 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

15. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı3 Bakı şəhəri, A.Sala mzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 102.9 kv.m. olan 3 otaqlı 51 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

16. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 5, ümumi sahəsi 115.2 kv.m. olan 3 otaqlı 29 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

17. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 5, ümumi sahəsi 115.2 kv.m. olan 3 otaqlı 29 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

18. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 52 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

19. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 52 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

20. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqav iləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 161.1 kv.m. olan 3 otaqlı 54 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

21. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı3 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 161.1 kv.m. olan 3 otaqlı 54 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

22. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK X5 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərt əbəli yaşayış binası 1, blok 1, mərtəbə 1, ümumi sahəsi 115.2 kv.m. olan 3 otaqlı 2 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

23. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, X7 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 1, ümumi sahəsi 115.2 kv.m. olan 3 otaqlı 2 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

24. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK X5 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 1, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 3 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

25. İş materiallar ında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, X7 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 1, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 3 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

26. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı10 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 5, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 28 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

27. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı10 Ba kı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 5, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 28 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

28. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı11 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 7, ümumi sahəsi 161.1 kv.m. olan 3 otaqlı 37 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

29. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı11 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 7, ümumi sahəs i 161.1 kv.m. olan 3 otaqlı 37 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

30. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı11 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 7, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 39 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

31. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı11 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 7, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 39 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

32. İş materiallarında olan xx.xx.2014-cü il t arixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı11 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 7, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 40 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

33. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı11 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 7, ümumi sahəsi 102.9 kv.m. olan 2 otaqlı 40 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

34. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı11 Bakı şəhəri, A.Salamzadə küçə si, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 7, ümumi sahəsi 161 kv.m. olan 3 otaqlı 42 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

35. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı11 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 7, ümumi sahəsi 161 kv.m. olan 3 otaqlı 42 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

36. İş materiallarında olan xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Satıcı "xxxx" MTK Alıcı İddiaçı12 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 5, ümumi sahəsi 161.1 kv.m. olan 3 otaqlı 30 nömrəli mənzili satmağı öhdəsinə götürmüşdür.

37. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Payçı İddiaçı11 Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binası 1, blok 1, mərtəbə 5, ümumi sahəsi 161.1 kv.m. olan 3 otaqlı 30 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

38. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Barışıq sazişinə əsasən müəyyən olunur ki, "xxxx" MTK ilə mənzil sahibləri hazırki mülki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı10 və İddiaçı13 arasında mənzillərin təhvil verilməsi barədə razılıq əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinc i instansiya məhkəməsində icraat Birinci mülki iş üzrə

39. İddiaçılar İddiaçı10, İddiaçı12 Cəfəqulu oğlu, İddiaçı1,İddiaçı2, İddiaçı11, İddiaçı8, İddiaçı9, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı13 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsinə dair iddia ərizəsi ilə, sonradan Nümayəndə2 da cavabdeh qismində cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən çoxmərtəbəli tikilidə İddiaçı1 verilmiş 38 saylı mənzilə dair 2014-cü il 31 yanvar tarixli, İddiaçı2 verilmiş 26 saylı və 27 saylı mənzillərə dair 2014-cü il 27 iyul tarixli, İddiaçı3 verilmiş 01 saylı mənzilə dair 2014-cü il 11 avqust tarixli, 50 saylı mənzilə dair 2014-cü il 22 sentyabr tarixli, 51 saylı mənzilə dair 2 014-cü il 24 sentyabr tarixli, 29 saylı mənzilə dair 2014-cü il 20 oktyabr tarixli, 52 və 54 saylı mənzillərə dair 2014-cü il 25 dekabr tarixli, İddiaçı4 verilmiş 2 və 3 saylı mənzillərə dair 2014-cü il 04 sentyabr tarixli, İddiaçı5 verilmiş 14 saylı mənzilə dair 2014-cü il 04 sentyabr tarixli, 16 saylı mənzilə dair 2014-cü il 23 dekabr tarixli, İddiaçı6 verilmiş 41 saylı mənzilə dair 2014-cü il 14 oktyabr tarixli, İddiaçı7 İbrahim oğluna verilmiş 53 saylı, İddiaçı8 verilmiş 17 saylı, İddiaçı9 verilmiş 49 saylı mənzilə dair 2014-cü il 20 oktyabr tarixli, İddiaçı10 verilmiş 28 saylı mənzilə dair 2014-cü il 14 noyabr tarixli, İddiaçı11 verilmiş 37 saylı mənzilə dair 2014-cü il 14 noyabr tarixli, 39 saylı, 40 saylı və 42 saylı mənzillərə dair 2014-cü il 23 dekabr tarixli, İddiaçı12 verilmiş 30 saylı mənzilə dair 2015-ci il 10 mart tarixli, İddiaçı13 verilmiş 18 saylı mənzilə dair 2015-ci il 16 aprel tarixli alqı-satqı müqavilələri üzrə mənzillərin müvafiq olaraq iddiaçılara təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılarla cavabdeh "xxxx" MTK arasında müvafiq mənzillərin alqı-satqısına dair müqavilələr bağlanmışdır. Sözügedən müqavilələr üzrə ödənişlər iddiaçılar tərəfindən tam həyata keçirilmişdir. Lakin cavabdeh "xxxx" MTK müqavilə öhdəliklərinə əməl etməməklə mənzilləri iddiaçılara təhvil vermir.

41. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.A.Əlizadə) 2(004)2402/2023 saylı iş üzrə, 23 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərə k cavabdeh "xxxx" MTK-nın üzərinə Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 38 saylı mənzilin iddiaçı X28, həmin binada yerləşən 26 və 27 saylı mənzillərin İddiaçı2, həmin binada yerləşən 1 saylı, 50 saylı, 51 saylı, 52 saylı və 54 saylı mənzillərin İddiaçı3, həmin binada yerləşən 2 və 3 saylı mənzillərin İddiaçı4, həmin binada yerləşən 14 və 16 saylı mənzillərin İddiaçı5, həmin binada yerləşən 41 saylı mənzilin İddiaçı6, həmin binada yerləşən 53 saylı mənzilin İddiaçı7 İbrahim oğluna, həmin binada yerləşən 17 saylı mənzilin İddiaçı8, həmin binada yerləşən 49 saylı mənzilin İddiaçı9h Sultan oğluna, həmin binada yerləşən 28 saylı mənzilin İddiaçı10, həmin binada yerləşən 37, 39, 40 və 42 saylı mənzillərin İddiaçı11, həmin binada yer ləşən 30 saylı mənzilin İddiaçı12 və həmin binada yerləşən 18 saylı mənzilin İddiaçı13 təhvil verilməsi öhdəliyi qoyulması, iddia tələbinin Nümayəndə2 dair hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

42. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.A.Əlizadə) 2(004)2402/2023 saylı iş üzrə, 06 sentyabr 2023-cü il tarixli əlavə qətnaməsi ilə Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 29 saylı mənzilin İddiaçı3 təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuşdur.

43. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mübahisənin qanuni əsasını öhdəlik hüquq münasibətləri təşkil etməklə tərəflər arasında bağlanmış müqavilələr və barışıq sazişinin şərtləri təşkil edi r. Azərbaycan Respublikası MPM-in 82.4cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Deməli, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 1(103)-876/2022 nömrəli qərarında müəyyən edilmiş xüsusatlar hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, həmin cinayət işi üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçılar hazırki mülki iş üzrə olan iddiaçılardır. 44. "xxxx" MTK-nin müdafiəsinin hüquqi əsasını belə müəyyən etmişdir ki, “tərəflər arasında olan öhdəlik münasibətlərinin icra edilməməsi səbəbindən "xxxx" MTK-nin rəhbəri o lmuş şəxsə qarşı həyata keçirilən cinayət təqibi zamanı hazırki mülki iş üzrə iddiaçıların mülki iddia irəli sürmələri və mənzillər dair ödənilmiş pul vəsaitlərinin məbləği nəzərə alınmaqla hər birinin mülki iddiasının təmin olunması və cinayət təqibi üzrə yekun məhkəmə qərarının həmin hissədə qanuni qüvvəyə minməsidir. Yəni, cavabdeh hüquqi müdaifə quraraq izah etmək istəyir ki, hazırki mülki iş üzrə iddiaçıların "xxxx" MTKnın rəhbəri məhkum X20 qarşı mülki iddiaları təmin edilmiş, müvafiq pul məbləğlərinin mülki iddiaçılara ödənilməsi qərara alınmışdır. Eyni tələb üzrə həm mülki iddianın təmin olunması, həm də müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsi əsassızdır.”

45. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa mülki iş üzrə icraata xitam verilir.

46. Məhkəmə cavabdeh tərəfə izah edir ki, mübahisənin hüquqi əsası nöqteyinəzərindən müqavilə öhdəlikləri ilə cinayət təqibinin gedişi zamanı verilən mülki iddia ayrıayrı hüquqi kateqoriyalardır. Yəni, münasibətlərin qanuni əsasları tamamilə fərqlidir.

47. Bundan əlavə, münasibətlərin subyekt tərkibi də fərqlidir. Belə ki, hazırki mülki iş üzrə cavabdeh "xxxx" MTK olsa da, cinayət təqibi zamanı mülki iddia təqsirləndirilən şəxs X20 qarşı yönəlmişdir. Deməli, münasibətlərin subyekt tərkibi də əsaslı şəkildə fərqlənir.

48. Subyekt dedikdə, mülki hüquq münasibətlərinə sərbəs şəkildə daxil olan fiziki şəxslər, hüquqi şəxslər, dövlət və ya bələdiyyələr başa düşülür. X23 fiziki şəxs, "xxxx" MTK isə hüquqi şəxs olmaqla tamamilə ayrı-ayrı kateqoriyalar olmaqla fərqli subyektdirlər. X23 "xxxx" MTK faktiki rəhbəri ola bilər. Lakin, “hüquqi müəyyənlik” prinsipi rəhbər tutulmaqla faktiki münasibətlərlə hüquqi əsasları və subyekt tərkibini fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Məhkəmə qərarında ədalətlilik meyarı gözlənilməlidir, lakin, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan hüquq normasını tətbiq etməlidirlər. Normanın məhkəmə tərəfindən fərqli qaydada və ya geniş həcmdə təfsir edilməsi qitə (roman-german) hüquq sistemində yolverilməzdir.

49. Məh kəmələr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur.

50. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər.

51. Nəticə etibarilə, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsində müəyyən edilmiş dis pozitiv şərtlərlə hazırki mülki işin faktiki halları eynilik təşkil etmir.

52. Araşdırma zamanı müəyyən edilir ki, cavabdeh "xxxx" MTK iddiaçılar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Bu xüsusat mülki işin mübahisəsiz halıdır.

53. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi "xxxx" MTK-ya qarşı əsaslı olsa da, digər cavabdeh Nümayəndə2 münasibətdə əsassızdır. Yuxarıda qeyd olunan hüquqi mövqelər nəzərə alınmaqla, Nümayəndə2 iddiaçılarla münasibətdə "xxxx" MTK-nın vəzifəli şəxsi kimi çıxış etmişdir. Yəni, münasibət üzrə razılaşmaların digər tərəfi qismində hüquqi şəxs qismində "xxxx" MTK-nın özü çıxış etmişdir. Nümayəndə2 hüquqi şəxsin səlahiyyətli nümayəndəsi kimi Sazişi sadəcə imzalamışdır. Belə bir saziş mövcud olsa belə, həmin razılaşma hər hansı hüquqi nəticə yarada bilmə z, sadəcə pərdələnməklə görünüş üçün tərtib edilmiş saziş hesab oluna bilər. Bu səbəbdən, iddia tələbi Nümayəndə2 münasibətdə təmin edilə bilməz. Çünki, iddiaçılarla Nümayəndə2 arasında hər hansı mülki hüquq münasibəti (öhdəlik, delikt, əsassız varlanma və s.) mövcud deyildir.

54. Beləliklə, məhkəmə mülki işdə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh "xxxx" MTK-nın üzərinə Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 38 saylı mənzilin iddiaçı X28, həmin binada yerləşən 26 və 27 saylı mənzillərin iddiaçı X30, həmin binada yerləşən 1 saylı, 50 saylı, 51 saylı, 52 saylı və 54 saylı mənzillərin İddiaçı3, həmin binada yerləşən 2 və 3 saylı mənzillərin İddiaçı4, həmin binada yerləşən 14 və 16 saylı mənzillərin İddiaçı5, həmin binada yerləşən 41 saylı mənzilin İddiaçı6, həmin binada yerləşən 53 saylı mənzilin İddiaçı7 İbrahim oğluna, həmin binada yerləşən 17 saylı mənzilin İddiaçı8, həmin binada yerləşən 49 saylı mənzilin İddiaçı9h Sultan oğluna, həmin binada yerləşən 28 saylı mənzilin İddiaçı10, həmin binada yerləşən 37, 39, 40 və 42 saylı mənzillərin İddiaçı11, həmin binada yerləşən 30 saylı mənzilin İddiaçı12 və həmin bnada yerləşən 18 saylı mənzilin İddiaçı13 təhvil verilməsi öhdəliyi qoyulmalıdır. İddia tələbi Nümayəndə2 dair hissədə təmin edilməməlidir. Məhkəmə tələbə iddia həddində baxır. İddia ərizəsində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi tələb edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçılara dair edilməlidir

55. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.4, 261.0.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Birinci mülki iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat

56. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı iş üzrə, 23 avqust 2023-cü il tarixli qətnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı iş üzrə, 06 sentyabr 2023-cü il tarixli əlavə qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

57. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK və cavabdeh İddiaçı1 arasında bağlanan 31 yanvar 2014-cü il t arixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən ödənilmiş 54000 (əlli dörd min) manat pul məbləği Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və İddiaçı1 həmin pul məbləğini sözügedən hesabdan götürmüşdür.

58. Hazırki mülki iş üzrə iddiaçıların istinad etdiyi müqavilələr və cinayət təqibi zamanı zərərçəkmiş şəxslər (hazırki mülki iş üzrə iddiaçıların) verdikləri mülki iddialarda istinad etdikləri müqavilələr eyni müqavilələrdir. İşin hallarından da göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərarı əsasında, zərərçəkmiş şəxslərə onların müqavilələr üzrə mənzillərin təhvil verilməsi üçün ödədikləri pul məbləğlərinin geri qaytarılması "xxxx" MTK-nin faktiki sahibi X13 üzərinə qoyulmuşdur. Həmçinin, Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2402/2023 s aylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, həmin müqavilələrdə nəzərdə tutulmuş mənzillərin təhvil verilməsi öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulmuş və beləliklə, müqavilənin ləğv edilməsi üçün əsas yaranmışdır. Belə olan halda, yəni iddiaçıların pul məbləğləri geri qaytarıldığı halda, cavabdehin üzərinə həmin mənzillərin təhvil verilməsi barədə öhdəliyin qoyulması tamamilə əsassızdır, iddiaçılar tərəfindən mənzilin dəyəri ödənilmədən onlara həmin mənzilin təhvil verilməsi, hansı əsasla mümkün ola bilər?

59. Həmçinin, hazırda sözügedən müqavilələr üzrə nəzərdə tutulmuş mənzillər digər şəxslərə satıldığından iddiaçılara təhvil verilməsi mümkün deyildir. Belə olan halda isə iddiaçıların müqavilələr üzrə mənzillərin təhvil verilməsi barədə iddia tələbinin təmin edilməsi tamamilə absu rd, qanunsuz və əsassızdır.

60. Birinci instansiya məhkəməsi qətnaməsində münasibətlərin subyekt tərkibinin fərqli olmasına istinad etmişdir. Qeyd edilmişdir ki, hazırki mülki iş üzrə cavabdeh "xxxx" MTK olsa da, cinayət təqibi zamanı mülki iddia təqsirləndirilən şəxs X20 qarşı yönəlmişdir. Halbuki, cinayət təqibi zamanı mülki iddia "xxxx" MTK-nın faktiki sahibi olan X21 qarşı qaldırılmışdır, yəni cinayət işi üzrə zərərçəkmiş şəxslər hazırki mülki iddia üzrə iddiaçılar ilə eynidir. Həmçinin iddiaçıların hazırki iddiaları və mülki iddialar eyni müqavilələr üzrə nəzərdə tutulmuşdur. Yəni, iddiaçılar tərəfindən yalnız cavabdehin adının dəyişdirilməsi, yəni X25 deyil, "xxxx" MTK və Nümayəndə2 cavabdeh qismində qoyulması subyektlərin fərqli olması kimi qiymətləndirilə bilməz. Əgər subyektlər fə rqlidirsə o zaman cinayət təqibi üzrə zərərçəkmiş şəxslər tərəfindən verilmiş iddialar təmin edilməməli və X13 "xxxx" MTK- nın faktiki sahibi olmasına baxmayaraq, zərərçəkmiş şəxslər tərəfindən şirkətə ödənilmiş pul məbləğlərinin onlara qaytarılması öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqdim edilmiş hökmə və qərarlara nəzər yetirmədən, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini tam aydınlaşdırmadan qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. İkinci (birləşdirilmiş) iş üzrə: Birinci instansiya məhkəməsində icraat

61. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 İbrahim oğlu, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 qarşı müqavilələrin ləğv edilməsi tələbin ə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

62. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu işlə bağlı qanuni qüvvədə olan hökm vardır. Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında həmin hökmün mülki idddiaya dair hissəsi qanuni qüvvəsini alıb. Hazırkı iş üzrə cavabdehlər orada mülki iddia verərək Namazov Tapdıqdan pul tələb etmişlər. Bu pul "xxxx" MTK ilə cavabdehlər arasında bağlanmış müqavilədə nəzərdə tutulan pul idi. Ancaq burada, Namazov Tapdıqdan başqa cavabdehlər pul məbləğini Nümayəndə2 də tələb etmişlər və bu barədə də mülki iddia təqdim etmişlər. Bu tələb ilə əlaqədar icraata xitam verilmiş, ancaq bundan öncə Namazov Tapdıqdan tələb etdikləri mülki iddia qismən təmin edilmiş və bu pul eyni pul idi. Bu mülki iddia üzrə icraata xitam verilməsinin səbəbi isə bu idi ki, mülki iddiaya Namazov Tapdığın işi zamanı baxılmış və iddia qismən təmin edilmişdir. Bundan sonra isə cavabdehlər nəticədən razı qalmamış və kassasiya şikayəti verərək mülki iddiada təmin edilən məbləğdən daha çox tələb etmişlər. Ancaq heç vaxt pul yox, evlərini istədiklərini bildirməmişlər. Əgər evi doğrudan da istəsəydilər, onlar mülki iddiadan imtina etməli idilər, ancaq belə görünür ki, cavabdehlər evi və pulu eyni anda istəyirlər. Çünki cavabdehlər mülki iddiadan imtina etsəydilər, hazırda bu məhkəmə prosesinin olmasına da ehtiyac olmazdı. Ancaq hazırda belə görünür ki, cavabdehlər Namazov Tapdıqdan pulu, Nümayəndə2 isə evlərini istəyirlər. Namazov Tapdığın işi ilə bağlı hökmün məzmunundan görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili izahatında dəymiş maddi zərərin əvəzinin ödənil diyini bildirmişdir. Buda sübut edir ki, tərəflərindən maddi ziyan ödənilmişdir və cavabdehlər pulu qəbul etmişlər. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.

63. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Gülnar Babazadə) e-2(004)4171/2023 saylı iş üzrə, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

64. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MTK iddiaçılar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Bu xüsusat mülki işin mübahisəsiz halıdır. Belə ki, tərəflər arasında bağlanmış mənzillərin alğı-satğısına dair müqavilələr üzrə cavabdehlər tərəfindən mənzillərin dəyəri ödənilsə də, bugünədək mənzillər cavabdehlərə təhvil veril məmişdir.

65. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

66. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 1(103)-876/2022 nömrəli qərarı ilə hazırki iddia üzrə cavabdehlərin mülki iddiaları X20 dair qismən təmin edilmiş, bundan sonra iddiaçı "xxxx" MTK cavabdehlərə həmin müqavilələrin ləğvi ilə bağlı pretenziya məktubları göndərərək, müqavilədən imtina etdiyini bildirmişdir.

67. Belə olan halda, məhkəmə hesab etmişdir ki, sözügedən müqavilələrin məhkəmə qaydasında ləğv edilməsi barədə iddia nın hüquqi əsası mövcud deyildir.

68. Eyni zamanda iddiaçı iddia ərizəsində müqavilələr üzrə öhdəliklərin icra edildiyini bildirsə də, məhkəmə qərarı ilə mənzillərin dəyəri qismində hesablanaraq tutulmalı olan məbləğlərin də cavabdehlərə ödənilməsinə dair hər hansı sübut məhkəmədə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində Mülki Məcəllənin 442 və 447.1-ci maddələrinə istinad etsə də, həmin maddələrin və Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin ləğvi tələbinin “yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda” mümkünlüyü göstərilmişdir ki, hazırki iş üzrə də müqavilə öhdəliklərini pozan tərəf qismində iddiaçı "xxxx" MTK çıxış etdiyi halda, müqavilənin ləğvi tələbi ilə cavabdehlərin müraciət etməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

69. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 1(103)-876/2022 nömrəli qərarı ilə hazırki iddia üzrə cavabdehlərin mülki iddiaları X20 dair qismən təmin edilmiş, bundan sonra iddiaçı "xxxx" MTK cavabdehlərə həmin müqavilələrin ləğvi ilə bağlı pretenziya məktubları göndərərək, müqavilədən imtina etdiyini bildirmişdir. Belə olan halda, sözügedən müqavilələrin məhkəmə qaydasında ləğv edilməsi barədə iddianın hüquqi əsası mövcud deyildir. Eyni zamanda iddiaçı iddia ərizəsində müqavilələr üzrə öhdəliklərin icra edildiyini bildirsə də, məhkəmə qərarı ilə mənzillərin dəyəri qismində hesablanaraq tutulmalı olan məbləğlərin də cavabdehlərə ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbində Mülki Məcəllənin 442 və 447.1-ci maddələrinə i stinad etsə də, həmin maddələrin və Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin ləğvi tələbinin “yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda” mümkünlüyü göstərilmişdir ki, hazırki iş üzrə də müqavilə öhdəliklərini pozan tərəf qismində iddiaçı "xxxx" MTK çıxış etdiyi halda, müqavilənin ləğvi tələbi ilə cavabdehlərin müraciət etməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

70. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 421.1, 421.2, 421.3, 422.1, 422.2, 422.4, 423.1, 423.2-ci maddələrinə, “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4 -cü maddələrinə istinadla əsaslandırmışdır. İkinci (birləşdirilmiş) iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat

71. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

72. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliklərdən imtina edərək onlar tərəfindən ödənilmiş pul məbləğinin geri qaytarılmasına nail olmuşlar, yəni, müqavilə üzrə öz üzərinə düşən öhdəliklərin icrasından tamamilə imtina etmişlər. Beləliklə, cavabdehlərin "xxxx" MTK qarşısında öz öhdəliklərinin icrasından imtina etmələri və iddiaçı tərəfindən onlara geri qaytarılmış pul məbləğləri, həmin müqavilələrin ləğv edilməs i üçün əsasdır. Məhkəmə Mülki Məcəllənin 421.3-cü maddəsinə istinad etməsinə baxmayaraq, qətnamə tamamilə bu maddənin müddəalarına zidd olaraq qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı "xxxx" MTK-nın faktiki sahibi X25 tərəfindən cavabdehlərə müqavilələr üzrə ödənilmiş pul məbləğlərini geri ödəməsi barədə məsələyə münasibət bildirməmiş, bu faktı aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı "xxxx" MTK-nın hal-hazırda cavabdehlərə hər-hansı bir borcu mövcud deyildir. Həmçinin, birinci instansiya məhkəməsi cavabdeh İddiaçı1 tərəfindən MTK-ya ödənilmiş 54000 (əlli dörd min) manat pul məbləğini iddiaçı "xxxx" MTK Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəməsi və İddiaçı1 həmin pul məbləğini sözügedən hesabdan götürməsi faktı aydınlaşdırılmamış, mə hkəmə ümumiyyətlə bu məsələyə hərhansı bir münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi ilə elə çıxır ki, iddiaçı "xxxx" MTK həm cavabdehlərə pul məbləği ödəməlidir, həm də mənzilləri onlara təhvil verməlidir, yəni cavabdehlər pulsuz mənzil əldə etmiş olurlar. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-876/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından da göründüyü kimi, zərərçəkmiş şəxslərin (hazırki mülki iş üzrə cavabdehlərin nümayəndəsi olan Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, hüquqlarını müdafiə etdiyi həmin zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənildiyindən, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətl ər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmündən tərəfindən və zərər çəkmiş şəxslər İddiaçı12, İddiaçı10, İddiaçı8 və İddiaçı9 müdafiəçisi nümayəndəsi X26 tərəfindən verilmiş apellyasiya şikayətlərinin, eləcə də məhkum X23 tərəfindən verilmiş apellyasiya şikayətinin və verilmiş apellyasiya protestinin təmin edilibedilməməsini, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2, 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-539/2019 saylı, 26 avqust 2019-cu il tarixli hökmünün dəyişdirilib-dəyişdirilməməsini məhkəmə kollegiyasının səlahiyyətlərinə həvalə etdiyini və göstərilənlərin nəzərə alınaraq ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ca vabdehlərin nümayəndəsinin məhkəmə çıxışı zamanı verdiyi izahat bu faktı təsdiq edən sübutdur. İddiaçı "xxxx" MTK cavabdehlərə qarşı “müqavilələrin ləğvinə dair” iddia tələbi iddiaçının üzərinə düşən öhdəlikləri icra etməsindən yayınması məqsədi ilə bağlı deyil, ona görədir ki, cavabdehlər tərəfindən həm mənzillərin dəyərinə görə ödədikləri pul məbləğləri geri götürülmüş, həm də mənzillərin təhvil verilməsini tələb etmişlər. Beləliklə, onlar hər hansı bir pul məbləği ödəmədən, mənzil əldə etmək niyyətindədirlər. Birinci instansiya məhkəməsi göründüyü kimi, tərəflərin qarşılıqlı münasibətini və işin faktiki hallarını düzgün qiymətləndirməmişdir.

73. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(103)-7217/2023 nömrəli qərardadı ilə yuxarıda göstərilən işlə r bir icraatda birləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin birləşdirilmiş işlər üzrə qətnaməsi

74. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və İkram Şirinov) 2(103)-497/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2402/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli əlavə qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4117/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, mülki Prosessual Məcəllənin 220.6-cı və 222.1-ci maddəsinə əsasən Ba kı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsinin icrası zamanı "xxxx" MTK tərəfindən Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa olunan, çoxmənzilli yaşayış binasında iddiaçılara, o cümlədən İddiaçı1(31 yaxud 38 nömrəli mənzil verilməsindən asılı olmayaraq) veriləcək mənzillərin ünvanı dəyişəcəyi təqdirdə, yeni nömrə, mərtəbə və.s halların nəzərə alınması və qətnamənin buna uyğun icra edilməsi qət edilmişdir.

75. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, ikinci iddianın faktiki əsası (faktiki hallar) isə tələbin qanuni əsasının şərtlərinə uyğun ol madığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəmələrinin hər iki iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Hazırki işdə birinci iddanın faktiki əsası yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır, ikinci iddanın faktiki əsası isə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

76. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu n iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

77. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, birinci iddia əri zəsinin nəticə hissəsində... İddiaçı1 verilmiş 38 saylı mənzilə dair 2014-cü il 31 yanvar tarixli... qeyd olunması iddianın yalnız bu cür göstərildiyinə görə rədd olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətlərinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

78. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılma sının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.

79. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarak teri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinada n sonra əvvəldən olan hüquqi əsas aradan qalxır. Göründüyü kimi, iddiaçılar cavabdeh MTK ilə bağladıqları müqavilələr üzrə öhdəliklərini tam icra etdiyindən ikinci iddia üzrə iddianın təmin edilməsi mümkün ola bilməzdi.

80. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor ö hdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər(MM.m.452.1, 452.2). Mübahisə predmeti olan mənzillər fərdi müəyyən əşya kimi qəbul edilsə onlara dair həm iddiaçılar, həm də üçüncü şəxslərlə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki, məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş mənzil o vaxt verilə bilər ki, həmin mənzil digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, mənzil əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə üçüncü şəxsə verilmişdirsə, onda öhdəlik daha əvvəl xeyrinə əmələ gəlmiş şəxsin bu mənzili tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər(MM.m.443,452.2, 448).

81. Lakin hazırki iş üzrə İddiaçı1 2014-cü il 31 yanvar tarixli müqavilə üzrə verilməsi nəzərdə tutulan 38 saylı mənzildən başqa digər 12 iddiaçı ilə bağlanmış müqavilələr üzrə mənzilllərə dair başqa hər hansı üçüncü şəxs(lər)lə əvvəllər yaxud sonradan hansısa müqavilələrin bağlanması və mənzillərin onlara təhvil verilməsi və onların sahibliyində olması mötəbər sübutlarla təsdiq edilmir. Düzdü, MTK tərəf qeyd olunan mənzillərin başqa şəxslərə satıldığını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etmədilər. Əksinə, cinayət təqibi üzrə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları ilə də İddiaçı1 2014-cü il 31 yanvar tarixli müqavilə üzrə verilməsi nəzərdə tutulan 38 saylı mənzildən başqa, digər mənzillərin əvvəldən yaxud so nradan başqa şəxslərə satılması müəyyən edilmir. Deməli, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqsız olmamışlar. Çünki, iddiaçılar MTK ilə bağladıqları müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etmişlər, lakin MTK öhdəliklərini icra edərək mənzili iddiaçılara təhvil verməmişdir. Bu cür vəziyyətdə MTK-nın Mülki Məcəllənin 452-ci maddəsinin tələblərini özünə uyğun şəkildə təfsir etməsi, əlbətdə ki, iddianın əsassız olması demək deyildir. Çünki, mübahisəli mənzillərlə bağlı müqavilələlər İddiaçı1 ilə bağlanmış 2014-cü il 31 yanvar tarixli müqavilə istisna olmaqla ilkin və son olaraq iddiaçılarla bağlanması, yəni tələb edilən mənzillərlə bağlı MTK-nın öhdəliyinin yalnız iddiaçılar qarşısında yaranması, mübahisəli mənzillərə dair iddiaçılardan başqa MTK-ya qarşı hans ısa şəxsin iddia irəli sürməsi və faktiki olaraq mübahisəli mənzillərin onların sahibliyində və istifadəsində olmaması təsdiq olunduğundan işin mübahisəsiz halına çevrilir.

82. Buna baxmayaraq, MTK-nın vəzifəli şəxsləri tərəfindən iddiaçılara və MTK-ya qarşı da cinayətin törədilməsi ilə bağlı onlar da cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Bir daha qeyd olunur ki, iddiaçılarla MTK arasında tələb edilən mənzillərə dair müqavilələrin bağlanması, həmin müqavilələr üzrə iddiaçıların öz öhdəliklərinin tam və qüsursuz icra etmələri işin mübahisəsiz hallarıdır və bu faktı MTK və onun vəzifəli şəxsləri də inkar etmir. Demək ki, qarşılıqlı öhdəliklər üzrə cavabdeh MTK öz öhdəliyini yerinə yetirmədiyini qəbul edir və hansısa formada mübahisələndirmir. Mübahisələndirdiyi hallar isə - idd iaçıların cinayət işi üzrə "xxxx" MTK-nın faktiki sahibi olan X21 qarşı mülki iddialarla müraciət edərək onlara dəymiş maddi ziyanı, yəni ödədikləri həmin pul məbləğlərinin X9 tutularaq onlara ödənilməsini xahiş etmələri və mülki iddianın təmin edilərək "xxxx" MTK tərəfindən həmin mənzillər dəyərində onlara vurulmuş maddi ziyan ödənilməsi, bu səbəbdən, MTK-nın birinci iddia üzrə iddiaçılar, ikinci iddia üzrə cavabdehlər qarşısında mənzillərin təhvil verməsi kimi bir öhdəliyi qalmadığı, ödənilmiş məbləğin artıq geri ödənilməsi ilə bağlıdır.

83. Həqiqətən, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022ci il tarixli 1(103)-876/2022 nömrəli qərarı, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 1(102)195/2022 saylı və xx.xx.2023-cü il tarixli, 1(102)-1374/2023 saylı qərarları ilə t əsdiq olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən "xxxx" MTK-nın faktiki sahibi, X23 CM-in 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hökm sonradan dəyişdirilərək üzərində qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) mülki iddiaları qismən təmin edilərək təqsirləndirilən şəxs (mülki cavabdeh) X8 İddiaçı3 xeyrinə 356448 manat, İddiaçı11 xeyrinə 248160 manat, İddiaçı2 xeyrinə 102507 manat, İddiaçı12 xeyrinə 75670 manat, İddiaçı13 xeyrinə 144900 manat, İddiaçı10ın xeyrinə 48363 manat, X17 xeyrin ə 102507 manat, X12 xeyrinə 102507 manat, İddiaçı9 xeyrinə 75670 manat, İddiaçı8 xeyrinə 95000 manat, İddiaçı7 İbrahim oğlunun xeyrinə 54114 manat, İddiaçı1 xeyrinə 54114 manat, X3 xeyrinə 110000 manat, X2 xeyrinə 74380 manat, İddiaçı6 xeyrinə 54144 manat, X18 xeyrinə 116200 manat tutulması qərarı alınmış, iddia qalan hissədə rədd edilmişdir. Qeyd olunan məhkəmə aktları ilə o da müəyyən edilmişdir ki, Tapdıq Namazov qabaqcadan əlbir olduğu oğlu Nümayəndə2la ümumilikdə 18 nəfər şəxsə 31 mənzil satmaqla, cəmi 2.057.193(iki milyon, əlli yeddi min, yüz doxsan üç)manatın 1.489.145,9(bir milyon, dörd yüz səksən doqquz min, yüz qırx beş manat doxsan qəpik) manat hissəsini binanın tikinti-quraşdırma işlərinə sərf edib, qalan 568.047,1(beş yüz altmış səkkiz min, qırx yeddi manat, on qəpik) manat et ibar edilmiş özgəyə - "xxxx" MTK-ya məxsus həmin vəsaiti külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, bundan əlavə 18 nəfərin, yəni kütləvi surətdə fiziki şəxslərin mənzilə sahib olmaq, ondan birgə yaşayış qaydalarına uyğun istifadə etmək və mənzil şəraitini yaxışılaşdırmaqla əlaqədar əmlak hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olduğu Nümayəndə2la birlikdə bir qrup şəxs halında ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

84. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, m əhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, hökmlə Tapdıq Namazovun ona etibar edilmiş, "xxxx" MTK-ya məxsus -568.047,1(beş yüz altmış səkkiz min, qırx yeddi manat, on qəpik) manat vəsaiti külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talaması və bu hadisənin ona aid olması müəyyən edilib. Başqa sözlə, Tapdıq Namazov törətdiyi cinayət nəticəsində həm də MTK-ya zərər vurmuşdur. Ona görə də, cinayət işi üzrə zərərçəkmiş şəxslərin (mülki iddiaçıların) Tapdıq Namazova qarşı olan iddialarının qismən təmin edilməsi, hazırki iş üzrə cavabdeh MTK-nı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad edə bilməz. Çünki, nə hökmün həmin hissəsi hazırki mülki işə baxan məhkəmə üçün məcburi ola bil məzdi, nədə hazırki iddianın faktiki əsasını təşkil edən müqavilələr Tapdıq Namazovla deyil, MTK ilə bağlanmışdır. Tapdıq Namazov isə MTK-nın nə təsisçisi, nədə qanuni təmsilçii olmamışdır. Eyni zamanda, hökmlə Tapdıq Namazovun qabaqcadan əlbir olduğu oğlu Nümayəndə2la ümumilikdə 18 nəfər şəxsə 31 mənzil satmaqla, cəmi 2.057.193(iki milyon, əlli yeddi min, yüz doxsan üç)manatın 1.489.145,9(bir milyon, dörd yüz səksən doqquz min, yüz qırx beş manat doxsan qəpik) manat hissəsini binanın tikintiquraşdırma işlərinə sərf etdiyi müəyyən edilmiş, yəni "xxxx" MTK-ya məxsus 568.047,1(beş yüz altmış səkkiz min, qırx yeddi manat, on qəpik) manatı mənimsəməklə talamışdır. Demək ki, faiz nisbətilə götürülsə iddiaçıların müqavilə üzrə ödədikləri vəsaitin təxminən 80 faizə qədər hissəsi MTK tərəfindən bi nanın tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Bu faktın özü də MTK-nın öz öhdəliyini icra etməkdən imtinasını istisna edir.

85. Bununla yanaşı, hazırki iş üzrə iddiaçıların cinayət işi üzrə Tapdıq Namazova qarşı pul tələbinə dair iddia irəli sürmələri, onların MTK ilə bağladıqları müqavilə üzrə öhdəliklərindən imtina kimi qiymətləndirilə bilməz. Əvvəla, qeyd olunduğu kimi iddiaçılar MTK ilə bağladıqları müqavilələr üzrə öhdəliklərini tam icra ediblər və buna görə də öhdəliyin icrasından tamamilə imtinadan söhbət gedə bilməz. İkincisi, cinayət işi üzrə iddiaçıların Tapdıq Namazova qarşı olan pul tələbinə dair iddialarının qismən təmin edilməsi, onlar tərəfindən ödənilmiş pul məbləğlərinin geri qaytarılmasına nail olmaq demək deyil və bu halda müqavilələrin ləğv edilməsi üçün əsas say ıla bilməz. Çünki, işin mübahisəsiz halıdır ki, nə Tapdıq Namazov, nədə MTK tərəfindən hansısa məbləğdə pul vəsaiti (İddiaçı1 2014-cü il 31 yanvar tarixli müqavilə üzrə prokurorluğun depozit hesabından götürdüyü, lakin yenidən MTK-ya verdiyi hal istisna olmaqla) iddiaçılara qaytarılmamışdır. MTK-nın nəyə əsasən bu cür dəlillərdən istifadə etməsi başa düşülən olmamışdır. Demək ki, 10 ilə yaxın müddət keçməsinə baxmayaraq iddiaçılar nə dəyərini ödədikləri mənzillərə sahib ola bilir, nədə onlara dəymiş zərər ödənilmir. Bu cür vəziyyət isə açıq-aşkar ona dəlalət edir ki, MTK hüquqdan pis niyyətlə sui-istifadə edərək iddiaçılara zərər vurmaqda davam edir. Əks halda, ən azından mülki prosessual qanunvericiliyin verdiyi imkanlardan sui-istifadə edərək qəbul edilmiş qətnamələrdən şikayət vermək əv əzinə, yaxşı olardı ki, iddiaçılar qarşısında olan müqavilədən əmələ gələn öhdəliklərini icra etsin, ancaq etmir yaxud etmək istəmir. Əlbətdə ki, mülki hüquq münasibətlərinin iştirakçısı kimi MTK-nın bu cür davranışı yolverilməz sayılır.

86. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-539/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə həmçinin müəyyən edilmişdir ki, Tapdıq Namazov qabaqcadan əlbir olduğu Nümayəndə2 tərəfindən 22 oktyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsi ilə X4 74880 manata satılmış 38 nömrəli mənzili 31 yanvar 2014-cü ildə 54144 manata təkrarən İddiaçı1 satmaqla vəzifə saxtakarlığı və külli miqdarda ziyan vurmaqla sonuncuya qarşı dələduzluq cinayəti törətmişdir. Cinayət təqibi zamanı İddiaçı1 tərəfindən mənzilin əldə edilməsi üçün MTK-ya ödənilmiş həmin məbləğ Baş Proku rorluğun depozit hesabına qoyulduğundan qeyd olunan vəsait İddiaçı1 tərəfindən götürülərək yenidən 54000 manatın MTK-ya ödənilməsi və Bakı şəhəri, A.Salamzadə küçəsi, 593 saylı məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış evinin, No 1, blok 1, mərtəbə 6-da yerləşən ümumi sahəsi 115.2 kv. m, 3 otaqlı, 31 nömrəli mənzilə dair 19 avqust 2021-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlanması da işin mübahisəsiz halıdır. Yəni, apellyasiya baxışı zamanı da tərəflər bu faktı təsdiq etdilər, o cümlədən MTK tərəf sonuncu müqavilə üzrə öhdəliyinin olduğunu qəbul etdi. Lakin sonuncu müqavilənin müddəti də 18 təqvim ayı müəyyən edilmişdir. Deməli, MTK bu müqavilə üzrə də ən geci 19 fevral 2023-cü ildə 31 nömrəli mənzili İddiaçı1 təhvil verməli idi. Ancaq MTK bu müqavilə üzrə də öhdəliyini yerinə ye tirməyib yaxud yenə də yetirmək istəmir. Ona görə də MTK-nın İddiaçı1 birinci müqavilə üzrə 38 nömrəli mənzilə görə ödədiyi pul vəsaitini Baş prokurorluğun depozit hesabına qoyduğu vəsait hesabına qaytarılması onu 19 fevral 2021-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etməkdən azad etmir. Çünki, İddiaçı1 həmin məbləği təkrarən MTK-ya ödəmişdir. Ona görə də MTK iddiaçılara, o cümlədən İddiaçı1 həm pul, həm də mənzil təhvil verməyib. Əlbətdə ki, qətnamənin icrası qaydasında İddiaçı1 konkret hansı mənzilin veriləcəyi qeyrimüəyyən görünə bilər. Çünki, qətnamədə birinci müqavilə üzrə 38 nömrəli mənzilin təhvil verilməsi qət edilsə də, qətnamənin icrası zamanı 19 fevral 2021-ci il tarixli müqavilə üzrə MTK-nın İddiaçı1 qarşısında üzərinə götürdüyü öhdəliyi, yəni 38 nömrəli deyil, 31 nömrəli mənzilin(əlbətdə ki, mənzilin nömrəsi, mərtəbəliliyi və.s sonradan dəyişə bilər, çünki, sonradan yeni ünvan verilərkən mənzilin ünvanının dəyişilməsi təcrübəsi mövcuddur) nəzərə alınmalıdır. Ona görə də, Mülki Prosessual Məcəllənin 220.6-cı və 222.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsinin icrası zamanı "xxxx" MTK tərəfindən Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa olunan, çoxmənzilli yaşayış binasında iddiaçılara, o cümlədən İddiaçı1(31 yaxud 38 nömrəli mənzil verilməsindən asılı olmayaraq) veriləcək mənzillərin ünvanı dəyişəcəyi təqdirdə, yeni nömrə, mərtəbə və.s hallar nəzərə alınmalı və qətnamə buna uyğun icra edilməlidir.

87. Bundan əlavə, apellyasiya baxışı zamanı birinci iddia üzrə id diaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan şəxslər öz imzaları ilə təsdiq etdikləri yazılı ərizə ilə məhkəməyə müraciət edərək, uzun illər mənzillərini onlara təhvil verilməməsi ilə əlaqədar kirayədə qalmaqla maddi və mənəvi zərərə məruz qaldıqlarını, buna görə də cavabdehdən pul deyil, mənzillərini istədiklərini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2402/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsi qanuni minib icraya yönəldiləcəyi təqdirdə cavabdehdən tutulmalı olan pul məbləğlərindən imtina edəcəyini göstərdilər. Apellyasiya baxışının birinci iclasındada cavabdeh MTK-nın nümayəndəsi və vəkili iddiaçıların cinayət işi üzrə olan pul tələbinə dair mülki iddialarından imtina edəcəkləri halda da, o, da hazırki iş üzrə olan qətnamədən verdiyi apellyasiya şikayətindən imtina edəc əyini bildirmişdir. Lakin sonrakı məhkəmə iclaslarında bu fikrindən daşındığı məlum oldu. Bu hal bir daha ona dəlalət edir ki, iddiaçılar cavabdeh MTK-dan bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına, daha dəqiq deyilsə mənzillərini onlara təhvil verilməsinə nail olmaq istəyir. Lakin cavabdeh MTK yaranmış bu vəziyyətdən, yəni cinayət təqibi üzrə iddiaçıların Tapdıq Namazova qarşı olan pul tələbinə dair iddianın təmin olunması faktından açıq-aşkar sui-istifadə edərək müqavilə üzrə öz öhdəliyini icra etmək istəmir. Deməli, həmdə, "xxxx" MTK-nın müqavilələrin ləğvinə dair iddia tələbi məhz elə üzərinə düşən öhdəlikləri icra etməsindən yayınması məqsədi ilə olmuşdur. Çünki, ikinci iddia üzrə cavabdehlər tərəfindən mənzillərin dəyərinə görə ödədikləri pul məbləğləri onlara geri qaytarılmamışdır. Buna görə də mənzillərin təhvil verilməsini tələb etməkdə haqlı sayılırlar. Yəni, pul məbləğini ödəmədən deyil, ödədikləri və 10 ilə yaxın müddətdə onlara qaytarılmayan pul məbləğlərinə görə mənzil əldə etmək niyyətindədirlər. Buna görə də, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətini və işin faktiki hallarını düzgün qiymətləndirmişdir.

88. Göstərilənlərdən başqa, işdə olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, iddiaçılardan İddiaçı2 27 nömrəli mənzildən və paydan imtina etməsi barədə, İddiaçı3 isə 1 və 54 nömrəli mənzillərindən və payından imtina etmələrinə dair ərizlərinə 16 dekabr 2022-ci il tarixdə xitam vermişlər. Bu faktlar da ona dəlalət edir ki, MTK-nın vəzifəli şəxsləri tərəfindən iddiaçılarin öz mənzillərindən imtina etmələrinə n ail olmaq cəhdləri öz “bəhrəsini” verməmişdir.

89. Birinci iddia üzrə iddia ərizəsinin və xx.xx.2020-ci il tarixli Barışıq sazişinin məzmunundan da görünür ki, "xxxx" MTK-nın direktoru və təqsirləndirilən şəxs Nümayəndə2 ilə iddiaçılar arasında barışıq sazişi bağlanmış və sazişin şərtlərinə əsasən "xxxx" MTK-nın direktoru kimi Nümayəndə2 mənzil sahibləri qarşısında azadlığa çıxdıqdan 3 ay ərzində "xxxx" MTK-ya məxsus Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən binanın tikintisini başa çatdırıb hər bir mənzil sahibinə mənzillərini təhvil verməyi öhdəsinə götürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)182/2021 nömrəli hökmünə əsasən Omaks-3” MTK-nın direktoru Nümayəndə2 da məhz iddiaçılara və digərlərinə qarşı CM-in 178.3.2, 179.3.2 və 308.2-ci m addələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Demək ki, "xxxx" MTK-nın direktoru kimi Namazov X6 bağlayarkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-539/2019 saylı xx.xx.2019-cu il tarixli hökmündən, o cümlədən iddiaçıların Tapdıq Namazova qarşı olan pul tələbinə dair iddianın təmin olunmasından məlumatlı idi. Buna baxmayaraq, MTK-nın qanuni təmsilçsi kimi müqavilədən əmələ gələn öhdəliyini icra edərək iddiaçılara mənzilləri təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddianın faktiki əsası kimi, həm də iddiaçıların MTK ilə bağladıqları xx.xx.2020-ci il tarixli Barışıq sazişi olmuşdur.

90. Təbii ki, məhkəməyə müraciət etmək hüququndan istifadə etmək və məhkəmə aktından şikayət vermək MTK-nın hüququdur və bunu ona hansısa formada qadağan etmək olmaz. Lakin MTK da bu hüququndan istifadə etməzdən əvvəl düşünməli idi ki, hüquqdan pis niyyətlə, yəni başqalarına zərər vurmaq məqsədilə sui-istifadə etmək qadağandır və vicdanılılıq prinsipinə açıq-aşkar zidd sayılır. Çünki, mülki hüquq münasibətinin iştirakçısı kimi üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Əks halda, 10 ilə yaxın müddətdə səbirsizliklə mənzillərinin veriləcəyini gözləyən fiziki şəxslərə qarşı bu cür davranış hüquqa uyğun sayıla bilməz. Başqa sözlə, bu cür rəftara görə mülki dövriyyənin subyektləri olan iddiaçıların ədalətə, haqqa və dürüstlüyə olan inamı itmiş olur. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Ədalət təmin olunmursa hüququn ali məqsədi də təmin edilməmiş qalır.

91. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhk əmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür birinci iddianın təmin, ikinci iddianın isə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyi n tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

92. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 157.2, 157.4, 157.8, 158.4, 385.1, 386.1, 425.1, 425.2, 442, 452.1, 452.2, 528-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

93. Cavabdeh, ikinci iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin l əğv edilməsi və 1-ci mülki iş üzrə iddiaçıların iddia tələbinin rədd edilməsi, 2-ci mülki iş üzrə iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

94. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci mülki iş üzrə iddiaçıların istinad etdiyi müqavilələr və cinayət təqibi zamanı zərərçəkmiş şəxslər (hazırki mülki iş üzrə iddiaçıların) verdikləri mülki iddialarda istinad etdikləri müqavilələr eyni müqavilələrdir. İşin hallarında da göründüyü kimi, AR Ali Məhkəməsinin 1(102)1374/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə, zərərçəkmiş şəxslərə onların müqavilələr üzrə mənzillərin təhvil verilməsi üçün ödədikləri pul məbləğlərinin geri qaytarılması "xxxx" MTK-nin faktiki sahibi X13 üzərinə qoyulması qərara alınmışdır. Bununla da cavabdeh "xxxx" MT K-nin üzərinə iddiaçılara onların MTK-ya ödədikləri pul məbləğlərinin geri qaytarılması öhdəliyi cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmləri və qərarları ilə qoyulmuşdur. Lakin, Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı xx.xx.2023- cü il tarixli qətnaməsi ilə, cavabdeh "xxxx" MTK-nın üzərinə müvafiq mənzillərin iddiaçılara təhvil verilməsi öhdəliyi qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, birinci instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdeh "xxxx" MTK-nin üzərinə həm iddiaçılara pul məbləği ödənilməsi öhdəliyi qoyulmuş, həm də mənzillərin iddiaçılara təhvil verilməsi öhdəliyi qoyulmuşdur. Bu absurddur. Belə olan halda, iddiaçılar hər hansı bir pul məbləği ödəmədən mənzil sahibi olacaqlar. Bu səbəbdən, məhkəmə tərəfindən iddiaçıların mülki iddialarının təmin edilməsi nəzərə alınaraq, “mənzillərin təhvil verilməsi” iddia tələbləri rədd edilməli idi.

95. Göründüyü kimi, "xxxx" MTK-nin üzərinə həm pul məbləğinin geri ödənilməsi, həm də mənzillərin təhvil verilməsi öhdəliyi qoyulmuşdur. Bildirir ki, iddiaçılar ilkin olaraq pul məbləğinin ödənilməsi ilə bağlı mülki iddia ilə müraciət etmişlər və hökm çıxarıldıqdan sonra, mənzillərin təhvil verilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişlər. "xxxx" MTK qarşısında həm pul məbləğinin ödənilməsi, həm də mənzillərin təhvil verilməsi öhdəliyini qoyulmuşdur. Belə olan halda, "xxxx" MTK-nin üzərinə həm də mənzilin təhvil verilməsi öhdəliyinin qoyulması tamamilə ədalət prinsipinə ziddir, həmin tələbin də t əmin edilməsi artıq iddiaçıların hüquqlarının bərpası ilə deyil, onların əsassız varlanması ilə nəticələnir. 96. 2-ci mülki iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, artıq cavabdehlərin X21 (Omaks-3 MTK-nin faktiki sahibi) qarşı pul tələbinə dair mülki iddiaları kassasiya instansiya məhkəməsinin qərarı ilə təmin edilmişdir. Bu səbəbdən, artıq "xxxx" MTK-nin cavabdehlər qarşısında hər hansı öhdəliyi qalmamışdır, yəni cavabdehlər tərəfindən ödənilmiş pul məbləğləri geri qaytarıldığından, iddiaçının da artıq cavabdehlər qarşısında mənzili təhvil vermək kimi öhdəliyi qalmır. Bu səbəbdən, iddiaçı və cavabdehlər arasında bağlanmış müqavilələr ləğv edilməlidir.

97. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 49 7/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin 35-ci bəndində qeyd etmişdir ki, Tapdıq Namazov törətdiyi cinayət nəticəsində həm də MTK-nə zərər vurmuşdur. Ona görə də, cinayət işi üzrə zərərçəkmiş şəxslərin (mülki iddiaçıların) Tapdıq Namazova qarşı olan iddialarının qismən təmin edilməsi, hazırki iş üzrə cavabdeh MTK-nımüqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad edə bilməz, çünki hazırki iddianın faktiki əsasını təşkil edən müqavilələr Tapdıq Namazovla deyil, MTK ilə bağlanmışdır. Tapdıq Namazov isə MTK-nin nə təsisçisi, nə də qanuni təmsilçisi olmamışdır. Məhkəmənin bu hissədə gəldiyi nəticə tamamilə absurddur. Belə ki, Bakı Ağır Cinayətlə Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündə, X13 "xxxx" MTK-nin faktiki sahibi olması faktı öz təsdiqini tapmışdır, yəni artıq həmin hal h azırki mülki iş üzrə məhkəmə tərəfindən mübahisə edilə bilməz. Namazov Tapdıq "xxxx" MTK faktiki sahibi olmuş, kooperativə rəhbərlik etmişdir. Bu fakt öz təsdiqini həmin hökmdə tapmışdır. Həmçinin müqavilələrin Namazov Tapdıq ilə deyil "xxxx" MTK ilə bağlanması hissəsində məhkəmənin gəldiyi nəticə gülünc və absurddur (yəni iş üzrə tərəflərin ayrıayrı şəxslər olması qənaətinə gəlməsi). Belə ki, Namazov Tapdıq hüquqi şəxs deyil ki, ona məxsus MTK-nin mənzillərini satmaq üçün öz adından müqavilə bağlasın. Həmin mənzillərin satılması üçün təbii ki, MTK adından müqavilə bağlanılmalıdır. Əgər zərərçəkmiş şəxlər və Namazov Tapdıq arasında müqavilə bağlanmamışdırsa, o zaman niyə MTK ilə zərərçəkmiş şəxslər arasında bağlanmış müqavilə üzrə, ödənilmiş pul məbləğləri Tapdıq Namazovdan tələb edilmişdi r və hökm ilə bu tələb təmin edilmişdir?! Göründüyü kimi apellyasiya instansiya məhkəməsi bu maddənin müddəalarını pozmaqla, hökmdə öz təsdiqini tapmış hallara yenidən qiymət vermişdir və bunu yuxarıda qeyd etdiyi əsaslar ilə ört basdır etmək istəmişdir.

98. Apellyasiya instansiya məhkəməsi 1-ci mülki iş üzrə iddiaçıların “mənzillərin təhvil verilməsi” barədə iddia tələbini təmin etmişdir. Həmçinin, AR Ali Məhkəməsinin Qərarı ilə zərərçəkmiş şəxslərin (1-ci mülki iş üzrə iddiaçılar) “pul tələbinə” dair mülki iddiaları təmin edilmişdir. Hər iki tələb "xxxx" MTK və iddiaçılar arasında bağlanmış müqavilə üzrə irəli sürülmüşdür. Məhkəmə iddiaçıların hər iki tələbini təmin etməklə, "xxxx" MTK-ya zərərçəkmiş şəxslər tərəfindən ödənimiş pul məbləğinin onlara geri ödənilməsi öhdəliyini, həm də müq avilə üzrə mənzillərin təhvil verilməsi öhdəliyini qoymuşdur. Belə olan halda, iddiaçılar hər hansı bir pul məbləği ödəmədən mənzil əldə etmiş olurlar, çünki onlar tərəfindən ödənilmiş pul məbləğləri onlara geri qaytarılmışdır, bu faktı onların nümayəndəsi Nümayəndə1 Tapdıq Namazovla bağlı cinayət işi üzrə icraatda (Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilmiş məhkəmə prosesində təsdiq etmişdir, qərar işə əlavə olunub – xx.xx.2022) təsdiq etmişdir, yəni zərərçəkmişlərin "xxxx" MTK-ya ödədikləri pul vəsaitlərinin geri qaytarılmasını, Tapdıq Namazov tərəfindən zərərin ödənilməsini bildirmişdir. Həqiqətən də Tapdıq Namazov müqavilə üzrə mənzillərin dəyərini zərərçəkmiş şəxslərə geri qaytarmış, onlar notarial ərizələr vermiş və Nümayəndə1 da məhkəmədə yuxarıda q eyd edildiyi kimi bunu təsdiq etmişdir. Belə olan vəziyyətdə mülki işə baxan məhkəmənin yenidən mənzillərin iddiaçılara təhvil verilməli olması barədə qənaətə gəlməsi anlaşılan deyil. X22 ittiham edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından zərərçəkmiş şəxslər (hazırki iddiaçılar) kassasiya şikayəti verərək mənzillərin təhvil verilməsini xahiş etsələr də, AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslərin pul tələblərinin təmin edilməsi barədə məhkəmə qərarı qüvvədə saxlanılmışdır. Zərərçəkmiş şəxslərin (hazırki iddiaçıların) cinayət işi üzrə kassasiya şikayəti mülki işə baxan Bakı Apelyasiya Məhkəməsinə təqdim edilmişdir. Görü ndüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin bərabərlik prinsipi pozulmuş və ədalətsiz qətnamə qəbul edilmişdir

99. İşin hallarından da göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin sözügedən qətnaməsi həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" MTK hüquqdan pis niyyətlə sui-istifadə etmək əvəzinə yaxşı olardı ki, MTK qətnamələrdən şikayət vermək əvəzinə, qarşısında olan müqavilədən gələn öhdəlikləri icra etsin. İlkin olaraq qeyd edir ki, "xxxx" MTK hüquqlarından pis niyyətlər istifadə etmir. MTK-nin üzərinə artıq məhkəmə hökmü ilə pul məbləğinin zərərçəkmiş şəxslərə geri ödənilməsi öhdəliyi qoyulduğuna görə və həmin hökm artıq qanuni qüvvəyə minməsi səbəbindən MTK tərəfindən həmin öhdəlik məcburi qaydada icra edilməli idi, amma Tapdıq Namazov artıq zərərçəkmiş şəxslərə cinayət işi üzrə maddi ziyanı ödəmişdir və bu məhkəmə qərarı (BakıApellyasiya Məhkəməsinin CKnın hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasının nəticəsinə dair yekun qərar) ilə öz təsdiqini tapmışdır. Belə olan halda, yəni artıq pul məbləğinin həmin şəxslərə geri qaytarılması öhdəliyi və ödənilməsi mövcud olduğu halda, MTK-nin mənzillərin təhvil verilməsi öhdəliyinin qoyulmasının qarşısının alınması məqsədi ilə, MTK həmin qətnamələrdən şikayət vermişdir. Əks təqdirdə MTK-nin üzərində həm pul məbləğinin ödənilməsi öhdəliyi, həm də mənzillərin təhvil verilməsi öhdəliyi qoyulmuş olacaqdır. Göründüyü kimi, MTK hüquqlarından sui-istifadə etmir, yalnız hüquqularının pozulmasının qarşısını almaq məqsədi il ə qətnamələrdən şikayət verir. Qətnamələrdən şikayət vermək MTK-nin subyektiv hüququdur, apellyasiya instansiya məhkəməsi hansı səbəbdən bu məsələyə toxunması onlara məlum deyildir, məhkəmə birmənalı olaraq 1-ci mülki iş üzrə iddiaçıların maraqlarına uyğun məsələyə münasibət bildirməyə çalışmışdır. Lakin göründüyü kimi, MTK öz hüquqlarında pis niyyətlə istifadə etmir, əksinə iddiaçılar öz hüquqlarında sui-istifadə edərək, həm pullarının geri qaytarılmasına nail olmuşlar, həm də mənzil əldə etmək istəyirlər. Məhkəmə isə bu məsələni elə əsaslandırmışdır ki, guya MTK hüquqlarından sui-istifadə edir. Bu sadəcə öz hüquqlarının müdafiəsi üçün edilmiş addımdır.

100. Apellyasiya instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 1(103)35/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında məhkəmə Namazo v Tapdığın "xxxx" MTK-nin faktiki sahibi olması faktını təsdiq tapmışdır, lakin hazırki mülki iş üzrə məhkəmə yenidən bu məsələyə münasibət bildirmiş və əks nəticəyə gəlmişdir. Bu isə özlüyündə, məhkəmənin preyudisiallıq institunun normaların riayət etməməsi və qanunsuz qətnamə qəbul etməsi ilə nəticələnmişdir.

101. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 434, 447.1, Azərbaycan Respublikasının MPM-in 9, 82.4, 217.3-cü maddələrinə də istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

102. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

103. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

104. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

105. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

106. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

107. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:... 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xara kterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

108. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi

109. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

110. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

111. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.[

112. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

113. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı dır.

114. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

115. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

116. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

117. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq nor malarına riayət etməsini yoxlayır.

118. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

119. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

120. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən a sılı olmayaraq yoxlanılmalıdır.

121. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

122. Maddə 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

123. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçü n əsasdır.

124. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.

125. Maddə

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

126. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

127. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

128. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

129. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət v erərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

130. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi hallara maddi və prosessual hüquq normalarını səhv tətbiq etmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və düzgün olmayan nəticəyə gəlmişdir.

131. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də mövqeləri ilə razılaşdığı birinci instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 2 7 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı3 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli, 22 sentyabr 2014-cü il tarixli, 24 sentyabr 2014-cü il tarixli, 20 oktyabr 2014-cü il tarixli və 25 dekabr 2014-cü il tarixli alqısatqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı4 arasında bağlanmış 4 sentyabr 2014-cü İİ tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı5 arasında bağlanmış 4 sentyabr 2014-cü il tarixli və 23 dekabr 2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı6 arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı7 İbrahim oğlu arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı8 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqısatqı müqaviləsi, "x xxx" MTK ilə İddiaçı9 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı10 arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı11 arasında bağlanmış 14 noyabr 2014cü İİ tarixli və 23 dekabr 2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı12 arasında bağlanmış 10 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı13 arasında bağlanmış 16 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə mənzil əldə etmək üçün ödədikləri pul məbləğləri cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə X8 birinci iş üzrə iddiaçılar, ikinci iş üzrə cavabdehlər olan şəxslərin xeyrinə tutulması qərara alınmışdır.

132. Belə olan təqdirdə, birinci iş üzrə iddiaçıların həm ödədikləri pul məbləğini geri alması həm də mənzillərin onlara təhvil verilməsi qanuni və əsaslı sayıla bilməz, birinci iş üzrə iddiaçıların əsassız varlanmasına səbəb olar.

133. Məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan məlum olur ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmiş, birinci iş üzrə iddiaçılar və ikinci iş üzrə cavabdehlərin "xxxx" MTK ilə mənzillər əldə etmək məqsədilə ödədikləri pul məbləğlərinin onlara qaytarılmasına dair cinayət işi üzrə hazırda da qüvvədə olan qərar qəbul edilmişdir. Şəraitin dəyişməsini doğuran cinayət işi üzrə qanuni qüvvədə olan qərarı isə "xxxx" MTK müqavilələrin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz.

134. Cinayət işi üzrə müvafiq qərar Azərbaycan R espublikasının qanunvericilik aktlarının tələbinə uyğun olaraq icra edilməlidir.

135. Eləcə də, müqavilələrdə ayrı qayda nəzərdə tutulması və onların mahiyyətindən ayrı qayda irəli gəlməsi, tərəflər arasında müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlinməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyib.Ona görə də müqavilə bağlanarkən əsas götürülən şəraitin göstərilən şəkildə əhəmiyyətli dərəcədə dəyişməsi "xxxx" MTK-nın iddiasında göstərilən müqavilələrin ləğvinə əsas verir.

136. Qeyd edilənlər nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1, 422.2 və 422.2.2-ci maddələrini (§ 123 və 124) tətbiq etməklə "xxxx" MTK-nın iddiasında ləğvi tələb olunmuş mü qavilələri ləğv etməli olduğu halda, həmin maddi hüquq normalarını tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir.

137. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 27 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı3 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli, 22 sentyabr 2014-cü il tarixli, 24 sentyabr 2014-cü il tarixli, 20 oktyabr 2014-cü il tarixli və 25 dekabr 2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı4 arasında bağlanmış 4 sentyabr 2014-cü İİ tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı5 arasında bağlanmış 4 sentyabr 2014cü il tarixli və 23 dekabr 2014-cü il tarixli alqı-sat qı müqavilələri, "xxxx" MTK ilə İddiaçı6 arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı7 İbrahim oğlu arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı8 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqısatqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı9 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı10 arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı11 arasında bağlanmış 14 noyabr 2014cü İİ tarixli və 23 dekabr 2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı12 arasında bağlanmış 10 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı13 arasında bağlanmış 16 aprel 2015-ci il ta rixli alqı-satqı müqaviləsi ləğv edilməlidir.

138. Həmin müqavilələr ləğv edilməli olduğundan iddiaçılar İddiaçı10, İddiaçı12, İddiaçı1, İddiaçı2, İddiaçı11, İddiaçı8, İddiaçı9, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı13 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsinə dair iddialarının əsası ortadan qalxmış olur və həmin tələblər də əsassız olduğundan rədd edilməlidir.

139. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət təqibi zamanı İddiaçı1 tərəfindən mənzilin əldə edilməsi üçün MTK-ya ödənilmiş həmin məbləğin Baş Prokurorluğun depozit hesabına qoyulduğundan qeyd olunan vəsait İddiaçı1 tərəfindən götürülərək yenidən 54000 manatın MTK-ya ödənilməsi və Bakı şəhəri, A.Salamzadə küçəsi, 593 saylı məhəllədə inşa edilən 9 mərtəbəl i yaşayış evinin, No 1, blok 1, mərtəbə 6-da yerləşən ümumi sahəsi 115.2 kv. m, 3 otaqlı, 31 nömrəli mənzilə dair 19 avqust 2021ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlanması da işin mübahissiz halı kimi müəyyən edilmişdir.

140. Birinci iş üzrə iddia tələbindən görünür ki, İddiaçı1 31 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsinə müvafiq olaraq Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa olunan, çoxmənzilli yaşayış binasında yerləşən 38 saylı mənzilin təhvil verilməsini tələb etmiş, həmin binada yerləşən 31 saylı mənzilə dair tələb irəli sürməmişdir.Lakin apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq "xxxx" MTK ilə İddiaçı1 arasında 19 avqust 2021-ci il tarixdə bağlanmış mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş Bakı şəhəri, A.Salamzadə küçəsi, 593 saylı məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış evinin, No 1, blok 1, mərtəbə 6-da yerləşən ümumi sahəsi 115.2 kv. m, 3 otaqlı, 31 nömrəli mənzilə dair məsələni də həll etmiş, iddia tələbindən kənara çıxmağın müstəsnalığını əsaslandırmamış, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinin (§ 132) tələbini pozmuşdur.

141. Məhkəmə kollegiyası qeyd edir ki, sonuncu müqavilə üzrə mübahisə yaranacağı halda ayrıca iddia ilə müvafiq məhkəməyə müraciət edilməsi istisna deyil.

142. Ona görə də birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2024-cü il tarixli 2(103)-497/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilməklə iddiaçılar İddiaçı10, İddiaçı12, İddiaçı1, İddiaçı2, İddiaçı11, İddiaçı8, İddiaçı9, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı13 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsinə dair iddiası rədd edilməli, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 İbrahim oğlu, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməli və "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 27 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı3 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli, 22 sentyabr 2014cü il tarixli, 24 sentyabr 2014-c ü il tarixli, 20 oktyabr 2014-cü il tarixli və 25 dekabr 2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı4 arasında bağlanmış 4 sentyabr 2014-cü İİ tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı5 arasında bağlanmış 4 sentyabr 2014-cü il tarixli və 23 dekabr 2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı6 arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı7 İbrahim oğlu arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı8 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqısatqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı9 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı10 arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli alqı -satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı11 arasında bağlanmış 14 noyabr 2014cü İİ tarixli və 23 dekabr 2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı12 arasında bağlanmış 10 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı13 arasında bağlanmış 16 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməlidir.

143. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2024-cü il tarixli 2(103)-497/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı10, İddiaçı12, İddiaçı1, İddiaçı2, İd diaçı11, İddiaçı8, İddiaçı9, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı13 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 İbrahim oğlu, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin. "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 27 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı3 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli, 22 sentyabr 2014-cü il tarixli, 24 sentyabr 2014-cü il tarixli, 20 oktyabr 2014-cü il ta rixli və 25 dekabr 2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı4 arasında bağlanmış 4 sentyabr 2014-cü İİ tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı5 arasında bağlanmış 4 sentyabr 2014-cü il tarixli və 23 dekabr 2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı6 arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli alqısatqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı7 İbrahim oğlu arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı8 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı9 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı10 arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddi açı11 arasında bağlanmış 14 noyabr 2014-cü İİ tarixli və 23 dekabr 2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı12 arasında bağlanmış 10 mart 2015-ci il tarixli alqısatqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı13 arasında bağlanmış 16 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar