Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1923/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili X2 iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2640/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rаyоn məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxx 2018-ci il tarixli 2(075)1108/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 150 00 manat məbləğində pul tələbinə dair iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh cəmi 7852 manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) xx xxxx 2018-ci il tarixli 2(107)1654/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki rаyоn məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(075)-1108/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Elşanə Vəliyeva) xx xxxx 2019-cu il tarixli 2(102)-4243/2019 nömrəli qərarı ilə Cavabdeh kassasi ya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev, Mübariz Hüseynov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, Şəki rаyоn məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh artezan quyusu qazmaq işi ilə məşğul olur. 2015-ci ildə iddiaçı yaşadığı ərazidə 40 nəfər qonşuları ilə birlikdə artezan quyusu qazdırmaq qərarına gəlmişlər və qonşuları həmin işin təşkilini ona (iddiaçıya) həvalə etmişlər. O, da artezan quyusunun qazdırılması üçün bu işlərlə məşğul olan Cavabdeh müraciət etmiş, Cavabdeh onunla razılaşmış və ondan artezan quyusu qazmaq üçün 15000 manat məbləğində pul istəmişdir. Aralarında şifahi qaydada razılaşdıqları şərtə görə, həmin 15000 manat məbləğində pulun bir hissəsini işə başlayan vaxt, bir hissəsini işin yarısında, axırıncı hissəsini isə işin sonunda, yəni suyu çıxarıb təhvil verən vaxt Cavabdeh ödəməli idilər. Bununla bağlı ona artezan quyusu qazdırmaq istəyən 40 nəfər qonşularından cəmi 7867 manat pul yığaraq həmin 7867 manat məbləğində pulu Cavabdeh vermiş və qalan pulu su çıxanda ödəməyə razılaşmışlar. Bundan sonra Cavabdeh müəyyənləşdirdikləri ərazidə artezan quyusu qazmağa başlamış və bir az qazdıqdan sonra başqa ünvanda təcili işi olduğunu bildirib həmin yerdən avadanlıqlarını, o cümlədən artezian quyusu qazan maşını aparmışdır. Cavabdeh bundan sonra həmin yerə bir daha qayıtmamış və qazdığı quyunu da gillə doldurmuşdur. 2015-ci ildə istifadə olunan mal-materialların qiyməti indi iki dəfədən çox artmışdır. Bu qədər müddət ərzində Cavabdeh quyunu qazmamış, verdikləri pulu da geri qaytarmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehkassa siya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Göründüyü kimi apellyasiya instansiyası Cavabdeh iddiaçı ilə aralarındakı razılaşmaya uyğun olaraq müəyyən işlərin görməsini işin faktiki halı kimi qeyd etmiş və cavabdeh 120 metr dərinliyində qazma işləri apardıqdan sonra, dəyəri bir neçə min manat olan almaz materialdan qazma baltasının alınması zərurəti yarandığı üçün iddiaçıdan vəsait istəmiş, iddiaçı isə pulun qalan hissəsini iş tamam başa çatdırıldıqdan sonra ödəyəcəyini bildirərək pul verməkdən imtina etmişdir. Əslində cavabdeh razılaşmaya uyğun o laraq iddiaçıya müəyyən qədər iş görmüş və gördüyü işə görə müəyyən qədər xərc də çəkmişdir. Hesab edir ki, qazma işlərinin tamamlanması üçün almaz balta alınması zərurəti yaranmasına baxmayaraq iddiaçının həmin baltanın alınması ilə bağlı ona pul verməkdən imtina etməsi üzündən qazma işləri dayanmışdır. Müəyyən qədər işi görməsinə baxmayaraq İddiaçı sonradan Cavabdeh pul vermədiyinə görə işi axıra çıxara bilməmiş və artezan quyusunun qazılıb iddiaçıya təhvil verilməsini gerçəkləşdirə bilməmişdir. Hətta cavabdeh qazma, işləri həyata keçirərkən iddiaçının veriyi vəsaitdən işçilərinin ərzağına, quyunun qazıntısı üçün suyun gətirilməsinə və sair məsrəflər üçün də pul xərcləmişdir.Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmadığı ndan, əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin nümayədəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyası nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında artezan quyusunun qazılması, oradan suyun çıxarılmasının təmin edilməsi ilə əlaqədar şifahi qaydada podrat müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı cavbadehə əvvəlcədən 7852 manat pul vermişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh öz öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və İddiaçı işlərin görülməsi üçün 7852 manat pulu almasına, razılaşdırılmış işin müəyyən hissəsini icra etməsinə baxmayaraq sifarişin başa çatdırılmasını təmin etməmişdir. Ona görə də, iddi a qismən təmin edilərək cavabdehdən cəmi 7852 manat alınaraq iddiaçıya verilməli, əsaslı olmadığından iddia tələbinin 7148 manatına dair hissəsi təmin edilməməlidir. İddia tələbinin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilmir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh iddiaya etiraz edərək İddiaçı aldığı 7852 manat pulun müqabilində 120 metr dərinliyində artezian quyusunun qazdığını bildirsə də, razılaşdırılmış işin başa çatdırılmaması onun özünün izahatı ilə təsdiq edilmişdir. Məhkəmə qeyd etmişdir ki, işin faktiki halı ondan ibarətdir ki, iddiaçıya (qonşuları ilə birlikdə) içməli su ehtiyac olduğuna görə, yaşadığı ərazidə 40 nəfər qonşuları il ə birlikdə öz vəsaitləri hesabına artezian quyusu qazdırmaq qərarına gəlmişlər. Cavabdeh isə artezian quyusu qazmaq işi ilə mütəmadi məşğul olan peşəkar mütəxəssisdir. Qonşular işin təşkilini iddiaçıya həvalə etmişlər. İddiaçı da artezian quyusunı qazılması üçün Cavabdeh müraciət etmişdir. Hər iki tərəfin bildirdiyindən belə məlum olmuşdur ki, tərəflərin aralarında artezian quyusunun qazılması haqqında şifahi podrat müqaviləsi bağlanılmışdır. Onların razılaşmasına görə, Ələzxan Vəliyev öhdəsinə götürmüşdür ki, su çıxana kimi quyunu qazıb suyu çıxararaq iddiaçıya təhvil verəcəkdir. Suyun hansı dərinlikdən çıxarılmasından asılı olmayaraq artezian quyusunun qazılması üçün 15000 manat məbləğində pul ödənilməli idi. Həmin 15000 manat məbləğində pulun bir hissəsi işin başlanğıcında, bir hissəsi işin yarısında, qalan hissəsi isə işin sonunda, yəni su çıxarılıb iddia tərəfinə təhvil verilən vaxt Cavabdeh ödənilməli idi. Bununla bağlı artezan quyusu qazdırmaq istəyən 40 nəfər şəxsdən yığılan cəmi 7852 manat məbləğində pul iddiaçı tərəfindən Cavabdeh verilmişdir. Həmin pulun bir hissəsi işin başlanğıcında, digər hissəsi isə işin gedişində müəyyən ləvazimatların alınması və s. cari xərclərin ödənilməsi üçün cavabdehin müraciəti əsasında ona verilmişdir. Hər iki tərəfin bildirdiyinə əsasən, 120 metr dərinliyində qazma işləri aparıldıqdan sonra, dəyəri bir neçə min manat olan almaz materialdan qazma baltasının alınmasına zərurət yaranmış, bunun üçün cavabdeh iddiaçıdan vəsait istəmiş, iddiaçı isə pulun qalan hissəsini şərtləşdikləri iş tamam başa çatdırıldıqdan sonra ödəyəcəyini bildirə rək baltanın alınması üçün pul verməkdən imtina etmişdir. Bundan sonra Cavabdeh başqa ərazidə artezian quyusu qazılmalı olduğunu, həmin işi qısa müddətdə başa çatdırıb sonra indiki işi yekunlaşdıracağıını bildirərək, podrat müqaviləsinə uyğun olaraq öhdəsinə götürdüyü işi başa çatdırmamış avadanlıqlarını, o cümlədən artezian quyusu qazan maşını həmin ərazidən aparmışdır. İddiaçı dəfələrlə cavabdehə pul yığdığı qonşularının ondan su tələb etdiklərini, gəlib işi tamamlamağını, əgər tamamlaya bilmirsə onda ödənilmiş vəsaiti geri qaytarmasını tələb etmiş, lakin cavabdeh şərtləşdikləri işi yerinə yetirməmiş, ödənilən məbləği də qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icr a etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 769-cu maddəsinə görə, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə t utulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə görə, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş hesab olunur. Qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Baxılan mübahisə üzrə tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən podratçı (cavabdeh) artezian quyusunu qazıb suyu çıxararaq iddiaçıya təhvil verməyi, sifarişçi (iddiaçı) isə görülən işin müqa bilində 15000 manat pulu hissə-hissə olaraq, yəni bir hissəsini işin başlanğıcında, bir hissəni iş görülən vaxt, qalan hissəni isə iş tamam başa çatıb su təhvil veriləndə ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh bir müddət müəyyən dərinlikdə artezian quyusunu qazmış, bunun müqabilində iddiaçıdan hissə-hissə olaraq 7852 manat məbləğində pul almış, lakin işi tamamlamamış, suyu çıxarıb təhvil verməmiş, həmin ərazidən bütün texnika və avadanlıqlarını götürüb apararaq müqavilə üzrə yerinə yetirməli olduğu sifarişi başa çatdırmamış, bununla da öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə sifarişçinin (İddiaçı) hazırkı iddia tələbi yaranmışdır. Faktiki vəziyyətdə sifarişçinin (İddiaçı) həmin işin yerinə yetirilməsində marağı qalmamışdır. Ona görə də o, sifarişin başa çatdırılmasın ı deyil, ona vurulan zərərin ödənilməsini, yəni ödədikləri vəsaitin cavabdeh tərəfindən onlara qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İddiaçının iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin Podr at adlanan 39-cu fəsli təşkil edir. O cümlədən, sifarişçinin (İddiaçı) işlər qurtaranadək müqavilədən imtina etməsi həmin Məcəllənin istinad olunan 759-cu maddəsindən irəli gəlir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 759.2-ci maddənin tələbindən irəli gələrək podratçının yerinə yetirilmiş işin haqqını tələb etmək hüququ da yaranmır, ona görə ki, sifarişçi (İddiaçı) tərəfindən müqaviləyə bilavasitə podratçının (Cavabdeh) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilmişdir və sifarişçinin həmin işlərə hansısa marağı qalmamışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, podrat müqaviləsi üzrə smetadan kənaraçıxmanın olması halı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəl ləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. v ə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalan normalara istinad edən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ödənilən vəsaitin geri qaytarılmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin yuxarıda istinad olunan normalarından irəli gəlir. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh tərəfindən artezian quyusu qazılaraq su çıxarılıb təhvil verilmədiyindən, sifarişçi (İddiaçı) tərəfindən podrat müqaviləsinə bilavasitə podratçının (Cavabdeh) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verildiyindən, o cümlədən bundan sonra iddia tərəfinin həmin işin başa çatdırıılmasında hansısa marağı qalmadığından iddiaçı cavabdehə verdiyi 78 52 manat pulu tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanma sına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2640/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1923/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1923/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver