Məhkəmə qərarları › İş №2(102)-1923/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1923/2022

12.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1923/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə istifadə hüququnun müəyyən edilməsi və evə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3356/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən et di: İşin halları İddiaçı Cavabdeh qarşı “evdə istifadə hüququnun müəyyən edilməsi və evə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı evindən onun və himayəsində olan bir azyaşlı uşağının istifadə hüquqlarının müəyyən edilməsi və onu azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş qaynatasıdır. Cavabdehin oğlu X1 ilə 19.09.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra Cavabdeh razılığı ilə sonuncuya məxsus ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı evə gəlin köçmüşd ür. Onun bütün cehiz əmlakları həmin evdədir. Rəsmi nikahlarından 25 fevral 2017-ci il təvəllüdlü X2 adlı bir uşaqları anadan olmuşdır. Uzun müddət uşağı ilə birlikdə gəlin köçdüyü evdə yaşasa da, sonradan cavabdehin oğlu ilə münasibətləri pozulduğundan onlar ayrılmışlar. 2(067)-148/2021 saylı, 26.01.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən 19.09.2015-ci il tarixli rəsmi nikahları ləğv edilmiş və yetkinlik yaşına çatmayan uşaqları onun himayəsində saxlanılmaqla 175 manat alimentin cavabdehin oğlundan alınaraq ona verilməsi qət edilmişdir. Ayrıldıqdan sonra cavabdehin ona qarşı etdikləri hərəkətlər nəticəsində o, azyaşlı uşağı ilə birlikdə mübahisəli evdən çıxmaq məcburiyyətində qalmışdır. Digər yerdə yaşayış yeri olmadığına görə müvəqqəti olaraq valideynlərinə məxsus evdə uşağı ilə bi rlikdə yaşayır. Onların ailəsi böyük olduğu üçün onun və uşağının orada yaşamağı mümkün deyildir. Bundan sonra da onun ev almağa və yaxud da kirayə tutub evdə yaşamağa maddi imkanı yoxdur. O, himayəsində olan azyaşlı uşağı ilə birlikdə mübahisəli evdə qeydiyyatdadır və onların bu evdə yaşayış hüquqları qaçılmazdır. Onun və azyaşlı uşağının mübahisəli evdə qeydiyyatda olmaqlarına dair Xaçmaz RPŞ və ŞV Bölməsi tərəfindən 06.11.2016-ci il tarixli və 19.03.2018-ci il tarixli, AZE № ******** və AZE №18267708 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxiyyət vəsiqələri verilmişdir. O və uşağı mübahisəli evin rəsmi qeydiyyatda olan ailə üzvləridirlər. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 iyul 2021-ci il tarixli, 2(067)-1442/2021 saylı qətnaməsi ilə (haki m İlkin Xəlilov) iddia tələbi qismən təmin edilərək, İddiaçı uşağı 25 fevral 2017-ci il təvəllüdlü X2 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının gəlin köçdüyü ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən ev mülkiyyət hüququ ilə heç kəsə məxsus olmadığından hazırkı mübahisəyə Azərbaycan Respublikası MM-nin özbaşına tikintiyə dair normaları tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə y alnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının mübahisəli evdən çıxarkən cehiz əmlaklarını həmin evdə saxlaması, onun həmin evdə digər şəxslərlə bərabər şərtlər daxilində yaşamaq niyyətinin olmasını bir daha göstərir. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq imkanı müəyyən edilməlidir. Bunu n əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Lakin, mübahisəli ev mülkiyyət hüququ ilə heç kəsə məxsus olmadığından, həmin evdən istifadə hüququnun tanınmasına dair hissədə iddia əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respulikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 03 dekabr 2021-ci il tarixli, 2(105)3356/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(067)-1442/2021 saylı qətnaməsinin qismən – «İddiaçı uşağı 25 fevral 2017ci il təvəllüdlü X2 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülsün» hissə sində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, iddianın rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırki vəziyyətdə işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı və X1 19.09.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. İddiaçı ailə quran zaman Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli 4 otaqlı evə gəlin köçmüş və həmin ünvanda onların birgə nikahından 25 fevral 2017-ci il tarixdə İlqar adlı bir nəfər uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah münasibətləri pozulmuş və onlar başqa-başqa ünvanlarda yaşamaqla ümumi təsərrüfat aparmırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2015-ci ilin iyun ayında yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibət lərə Mülki Məcəllənin 228ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasındakı hüquq münasibətləri 2015-ci ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İşin faktiki halları ilə müəyyən olur ki, ünvan 1 ünvanda mövcud olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xaçmaz zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin 09 avqust 1984-cü il tarixli qərarı ilə Cavabdeh fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Həmin torpaq sahəsinin ölçüsü 375 kv.metr olmaqla, cavabdeh tərəfindən orada 1986-cı ildə sahəsi 27 kv. metr, yaşayış sahəsi 15.2 kv. metr olan 2 otaqlı ev tikilərək qeydiyyata alınmış, so nradan isə mənzilə olan ehtiyacını daha da yaxşılaşdırmaq üçün cavabdeh tərəfindən qeyd olunan ünvanda hazırda mübahisə predmeti olan ikinci yaşayış evi tikilib istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Yeni tikilən yaşayış evi hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamasına baxmayaraq Cavabdeh həmin yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı uşağı 25 fevral 2017-ci il təvəllüdlü X2 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülməsi cavabdehin mülkiyyət hüququnun pozulması deməkdir. Ona görə də birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verilməmiş və səhv nəticəyə gəlinmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməli və iddia tələbi rədd edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iza hatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, digər kiçik evə köçürülmə barədə və ya ona çatacaq payın kompensasiya şəkildə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, xahişləri budur ki, mübahisə gedən evə köçürülmə tələbimiz təmin olunsun bu olmasa belə, həmin ünvanda yerləşən digər evə köçürülmə barədə qətnamə qəbul edilsin. Çünki əks halda, həm şəxs, həm də övladı yaşayış yerindən məhrum olacaqdır. Bu da, şəxsi olduqca çətin vəziyyətə salacaqdır. Mənzil Məcəlləsində mülkiyyətçinin ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin mümkünlüyü birbaşa təsbit edilməsə də, buna qadağa da qoyulmur. Həmçinin mülkiyyətçinin ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi də Mənzil Məcəlləsində qadağan edilməmişdir. Bildirirlər ki, əgər tələblərində irəli sürdükləri digər evə də köçürülmə təmin edilməyəcəyi halda, onlara məhkəmə tərəfindən müəyyən olunacaq məbləğdə kompensasiya verilməsi məqsədəmüvafiqdir. Apelyasiya instansiyası tərəfindən qəbul edilən qətnamədə iş üzrə hallar obyektiv və hərtərəfli tədqiq olunmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, iddiaçının köçmək istədiyi evdə iddiaçı heç vaxt yaşamamışdır. İddiaçının onun evinə köçməsi onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnə bilər. Ona görə də o, kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarına əsasən, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiy yətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında b aşqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 4 37-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tə dqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətini onun iddiaçıya məxsus digər kiçik evə köçürülməsi, bu mümkün olmadıqda ona çatası paydan kompensasiya verilməsi ilə əsaslandırmağa çalışmışdır ki, iş materialları ilə iddiaçının hazırki köçürülməsini tələb etdiyi evdən başqa həmin evə köçürülməsi mümkün olma ytacağı təqdirdə digər evə köçürülməsini tələb etməsi müəyyən edilməmişdir. Hazırki halda onun qeyd edilən tələblə kasasiya kollegiyasına müraciət edib bu barədə yeni qərar çıxarılmasını tələb etməsi absurd olmaqla qanunvericiliyin tələblərinə ziddir. İddiaçının kompensasiya tələbi ilə bağlı isə qeyd edilməlidir ki, kompensasiya verilməsi institutu mənzilə olan istifadə hüququnun itirilməsi halı ilə bağlı qanunvericilikdə müəyyən edilmişdir ki, bunun üçün də şəxsin yaşayış evinə istifadə hüququ mövcud olmalı, həmin hüququn itirilməsi tələbi irəli sürülməli və bu hüququnun itirilməsi qarşılığında kompensasiya məbləği tələb və ya təyin edilməlidir. Hazırki halda iddiaçının cavabdehə məxsus evə hüququnun olması müəyyən edilməmişdir ki, iddiaçı da həmin hüququn itirilməsi qarşılığında cavabdeh dən kompensasiya tələb etmiş olsun. Göründüyü kimi kasasiya şikayəti işə mahiyyəti üzrə aşağı instansiya məhkəməsində baxılarkən mübahisələndirilməmiş və ya tələb irəli sürülməmiş hallarla, yəni tam formal əsaslarla əsaslandırılmağa çalışılmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(105)-3356/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar