Məhkəmə qərarları › İş №2(102)-1923/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1923/2025

10.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1923/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, ümumi paylı mülkiyyətdə olan əmlaka sahiblik və istifadə hüququnun pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 mart 2025-ci il tarixli 2(103)-1641/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinə dair işə 10 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, xx.xx.2019-cu il tarixdə nikahları pozulmuşdur.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(010)450/2023 nömrəli qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh pay hüquqlarının tanınması qət edilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən 48 nömrəli mənzil üzərində xx.xx.2024-cü il tar ixdə 1/2 hissədə cavabdehin, 1/2 hissədə iddiaçının payları müəyyən edilmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(010)364/2024 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2019-cu ilin avqust ayından hal-hazıra kimi iddiaçı Cavabdeh ödədiyi 18919.88 manat pulun yarısı, 9459.94 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi, cavabdeh İddiaçı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə xidmətinə görə 300 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən azyaşlı uşaqları – xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahları pozulduqdan sonra Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-450/2023 nömrəli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil üzərində 1/2 hissədə onunla cavabdeh arasında payları müəyy ən olunmuşdur. Halhazırda onun başqa yaşayış yeri yoxdur. Məcburiyyət qarşısında qalaraq, azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət yaşadığı evdən istifadə etmək hüququndan qanunsuz olaraq məhrum olmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq həmin evə köçürülməsi tələbi ilə məhkəməyə müraciət edir.

9. Cavabdeh iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Ərizəyə cavabdehin məhkəmə iclasında iştirakına mane olan üzrlü halları təsdiq edən heç bir sübut əlavə edilmədiyindən məhkəmə c avabdehin üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etmədiyi nəticəsinə gəlmiş, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(010)-4647/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim S. M. Miriyeva) iddianın təmin edilməsi, iddiaçının xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməsi, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddia çının uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzil onun cavabdehlə birgə nikahı dövründə əldə edilmiş və məhkəmə qətnaməsi ilə həmin mənzil üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə isə cavabdehin payı müəyyən edilmişdir. Yəni iddiaçı həmin mənzilin 1/2 hissəsi üzərində mülkiyyət hüququna malikdir.

12. Tərəflərin mənzil üzərində payları müəyyən edilsə də, bu paylar ayrılmamışdır. Belə olan halda iddiaçının ümumi paylı mülkiyyətdə olan həmin mənzil üzərində sahiblik və istifadə hüququ ümumi qaydada – cavabdehlə bərabər həcmdə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərə cədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Bu baxımdan mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin mənzildən istifadə və sahiblik etməsi iddiaçının bu hüquqlarını məhdudlaşdırmamalıdır. Odur ki, iddiaçı paylı mülkiyyətçisi olduğu mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.

13. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçı mənzilə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə köçürülməyi tələb etmişdir. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından doğulan hər iki uşağın iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanl arın və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Odur ki, iddiaçı ilə birlikdə onun yetkinlik yaşına çatmayan uşaqlarının da mübahisəli mənzilə köçürülməsi təmin edilməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 43cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 213.1, 213.2, 215.1, 215.2, 215.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 185.5, 217.3, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin 2(010)-4647/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə işin hallarına, sübut qismində təqdim edilmiş məhkəmə aktına, qanunvericiliyin tələblərinə adekvat deyil. Belə ki, heç kim iddiaçını evdən uzaqlaşdırmamış, məhz öz istəyi ilə könüllü şəkildə evdən getmiş, hətta birg ə nikah dövründə əldə edilmiş əşyaları da özü ilə apararaq evi boşaltmış və artıq uzun müddətdir ki, məhz öz istəyi ilə başqa evdə yaşamışdır. İddiaçıya qarşı pul tələbi və kreditlərin bölgüsü tələbi ilə məhkəməyə müraciət etdikdən və tələb təmin edildikdən sonra o, əsassız halları qeyd edərək məhkəməyə müraciət edərək bildirmişdir ki, guya onun başqa yaşayış yeri yoxdur. İşdəki fakt və sübutlar göstərir ki, iddiaçı tərəf evə dair tanıtdığı ½ pay hüququndan istifadə edərək əsl həqiqətdə cavabdehin yeni qurduğu ailəsini dağıtmaq, yaşayışına maneə olmaq niyyətindədir. Bunun əksi olsa idi, o, ilk olaraq evi boşaldan, evi tərk edən insan olmazdı və əgər onun başqa yerdə yaşayışı olmasa idi, o, hazırkı iddia ilə çoxdan məhkəməyə və həmçinin hüquq mühafizə orqanlarına müraciət etməli idi. Qeyd edilən hallar məhkəmənin qanunvericiliyin tələblərini pozduğunu göstərir, bu da məhkəmənin qətnaməsinin ləğv edilməli olduğunu göstərir. İddiaçının hazırkı iddiasının təmin edilməsinin icrası işin hallarına, şəraitə uyğun icra edilə bilməz. Çünki, iddiaçı mənzilə dair ½ hissədə hüquqlarını tanıtsa da o üzərinə düşən öhdəlikləri icra etməmiş, belə ki, kredit borclarını və eləcə də cavabdeh tərəfindən ödənilmiş vəsaitləri geri qaytarmamışdır. Belə olan halda tərəfin ½ hüququ formaldır, nə vaxt üzərinə düşən öhdəlikləri icra edər, pulları ödəyər, ondan sonra mənzilə dair bu kimi iddialar qaldıra bilər.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının xx.xx.2025-ci il tarixli, 2(103)-1641/2025 nömrəli (hakimlər A.N. İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov, F.Ş.Talışınskidən barət tərkibdə) qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin 2(010)-4647/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, məhkəmə araşdırması zamanı İddiaçı mülkiyyətindən istifadə etməsinə, yaxud mənzilə köçürülməsinin məhdudlaşdırılmasına əsas ola biləcək hallar müəyyən edilməmişdir.

19. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillər iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün qanunla müəyyən edilən yetərli əsas sayıla bilməz.

20. Hazırki işlə bağlı iddiaçının mənzilə hüquqlarının olduğu, lakin onun həmin mənzildə yaşamaq hüququnun məhdudlaşdırıldığı məlumdur. Məh rumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, eyni zamanda məhrumetmə tətbiq olunan şəxslərin hüququ olmasın.

21. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə bildirmişdir ki, cavabdehin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirakı təmin edilmiş, izahatı dinlənilmişdir. Eyni zamanda iş üçün əhəmiyyətli olan sənədlər və digər sübutlar təqdim edilmişdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 13 və 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 157.2., 213.1., 213.2., 215.1., 215.2., 215.4-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsi 29.1-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:

23. Cavabdeh kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1641/2025 saylı qətnaməsini ləğv edərək, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, mülki işin materiallarından, qəbul edilmiş qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi onun əsaslı apellyasiya şikayətinə, işdəki mötəbər sübutlara, beynəlxalq və yerli səviyyədə qəbul edilmiş məhkəmə aktlarına adekvat olmayan nəticəyə gəlmişdir. Bildirilib ki, iddiaçının hazırki iddiasının təmin edilməsinin icrası işin hallarına, şəraitə uyğun icra edilə bilməz. Çünki, iddiaçı mənzilə dair ½ hissədə hüquqlarını tanınsa da o üzərinə düşən öhdəlikləri icra etməmiş, belə ki, kredit borclarını və eləcə də tərəfimdən ödənilmiş vəsaitləri ona geri qaytarmamışdır. Belə olan halda tərəfin ½ hüququ formaldır, nə vaxt üzərinə düşən öhdəlikləri icra edər, pulları ödəyər, ondan sonra mənzilə dair bu kimi iddialar qaldıra bilər. Bu səbəblərdən qeyd edilən fakta, qanunvericilik normalarına əsasən sözügedən məhkəmə aktının ləğv edilərək işi n yenidən araşdırılması barədə qərar qəbul edilməlidir. Apellyasiya məhkəmənin apardığı araşdırma, gəldiyi nəticə əsl həqiqətdə qanunsuz, əsassız, sübutsuz olduğundan, iddiaçının həqiqətlə uzlaşmayan tələbinə şərait yaradılması səbəbindən iş üzrə qanunauyğun araşdırmaların aparılması zəruridir. Bakı Apellasiya Məhkəməsinin şübhələrdən azad olmayan, ziddiyyətli qətnaməsinin qüvvədə qalması, bərabərliyin, qanunvericiliyin ali tələblərinin və onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması, əmlakımdan məhrum olmağı, və gələcəkdə icra prosesində problemlərin yaranması deməkdir.

25. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Konstitusiyanın 13, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6, 16.1, 425, 442-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34. 1, 41.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 416.1, 418.1-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

27. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

30. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləş dirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

31. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

32. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

33. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

34. Maddə 2 9.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

40. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq qeyd edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin paylı mülkiyyətçilərindən biri olduğundan onun digər paylı mülkiyyətçi kimi mənzilə sahiblik və istifadə hüququ təmin edilməlidir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

42. Qey d edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)1641/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar