Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1924/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pozulmuş əmək hüquqlarının bərpası tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu ( məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-7313/2021 nömrəli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı
1. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, cavabdeh Agentlik ilə işçi olan İddiaçı arasında bağlanmış 06.08.2020-ci il tarixli “Əmək müqaviləsindən müəyyən olunur ki, o, TSEK-in tibb qeydiyyatçısı vəzifəsinə işə qəbul edilmişdir. 2. “Əmək müqaviləsinin” 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. 3. “Əmək müqaviləsinin” 3.1-ci bəndinə əsasən işçi əmək funksiyasının icrasını vəzifə təlimatına uyğun öhdəsinə götürmüşdür: Müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin qeydiyyatını aparır. Xəstələrin tibb kartoçkalarının saxlanılmasını və həkimin kabinetinə çatdırılmasını təmin edir.
4. Əmək müqaviləsinin bağlanması ilə bağlı 14.08.2020-ci il tarixli “Əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İd diaçı 06.08.2020-ci il tarixdə bağlanmış “Müddətli əmək müqaviləsinə” əsasən 06.11.2020-ci il tarixədək aylıq əmək haqqı 600 manat olmaqla Agentliyin Tibbi Sosial Ekspert Komissiyalarına əsas iş yeri üzrə tibb qeydiyyatçısı vəzifəsinə təyin edilmişdir.
5. Azərbaycan Respublikası Baş prokurorunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanladığı 23.10.2020-ci il tarixli, ********* saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə istintaqı aparılan cinayət işinin istintaqı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli TSEK-ın sə dri X4 vətəndaşdan İİ qrup əlillik dərəcəsinin təyin edilməsinə görə rüşvət alması sübuta yetirildiyinə görə 05.09.2020-ci il tarixdə ona müvafiq ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Katib Məmmədovun mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, 2020ci ilin mart ayından sentyabr ayınadək olan dövr ərzində Agentliyin vəzifəli şəxsləri pensiya təyinatı ilə əlaqədar onlara müraciət etmiş ayrı-ayrı şəxslərin təvəllüdü və diaqnozlarına dair məlumatları kodlaşdırılmış formada telefonda quraşdırılmış “WhatsApp” tətbiq etməsi vasitəsilə qarşılıqlı olaraq göndərmişlər. Belə ki, əvvəllər 2 saylı TSEK-ın sədri işləmiş X21 Məmmədova 12 nəfər barədə hazırda 2 saylı TSEK-ın sədri X12 Məmmədova 5 nə fər barədə, X10 Cəfərova 5 nəfər barədə, 4 saylı TSEK-ın sədri X33 Məmmədova 12 nəfər barədə, X30 Həsənova 8 nəfər barədə, 6 saylı TSEKın sədri X13 Məmmədova 6 nəfər barədə, 7 saylı TSEK-ın sədri X24 Məmmədova 25 nəfər barədə, X25 Məmmədova 29 nəfər barədə, 9 saylı TSEK-ın sədri X8 Məmmədova 5 nəfər barədə, X14 Mehdiyevaya 46 nəfər barədə, 12 saylı TSEK-ın sədri X6 Məmmədova 12 nəfər barədə, 14 saylı TSEK-ın sədri X22 Məmmədova 20 nəfər barədə, X15 Quliyevə 31 nəfər barədə, 15 saylı TSEK-ın sədri X11 Məmmədova 22 nəfər barədə, X9 Nəbiyevə 28 nəfər barədə, 16 saylı TSEK-ın sədri X26 Məmmədova 27 nəfər barədə, X23 Gözəlova 13 nəfər barədə, 19 saylı TSEK-ın sədri X16 Məmmədova 16 nəfər barədə, 20 saylı TSEK-ın sədri X31 Məmmədova 64 nəfər barədə, X27 Əsgərova 47 nəfər barədə, 21 saylı TSEK- ın sədri X32 Məmmədova 18 nəfər barədə, X28 Kamilova 18 nəfər barədə, 22 saylı TSEK-ın sədri X5 Məmmədova 2 nəfər barədə, X17 Abdullayevaya 34 nəfər barədə, 24 saylı TSEK-ın sədri X18 Məmmədova 96 nəfər barədə, X19 Məmmədova 31 nəfər barədə, 30 saylı TSEK-ın sədri işləmiş X7 Məmmədova 72 nəfər barədə, Katib Məmmədovun 1 saylı TSEK-ın sədri Səadət Əsgərovaya 1 nəfər barədə, Katib Məmmədovun 3 saylı TSEK-ın sədri Pərviz Bənnənyarlıya 3 nəfər barədə, Katib Məmmədovun 5 saylı TSEK-ın qeydiyyatçı vəzifəsində işləyən (iddiaçı) İddiaçı 146 nəfər barədə, Katib Məmmədovun 8 saylı TSEK-ın sədri Təranə Bayramovaya 5 nəfər barədə, Katib Məmmədovun 11 saylı TSEK-ın sədri işləmiş Tamerlan Şirinova 13 nəfər barədə, Katib Məmmədovun 13 saylı TSEK-ın sədri Rüstəm Alməmmədova 31 nəfər barədə, Katib Məmmədov un (cavabdeh) Agentliyin əməkdaşları – İlkin Yusifova 2 nəfər barədə və Yusif Bənnənyarlıya 2 nəfər barədə, İlhamə Abdullayevaya 3 nəfər barədə məlumatların qarşılıqlı olaraq göndərilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli ğərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalarının” 1.6 və 2.1-ci bəndlərinə uyğun olaraq əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən TSEK-a göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndərişi əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiy a sisteminin “Əlillik altsistemi” vasitəsilə aparılır. Bundan başqa həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-a göndərilir. Bundan əlavə həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətl əndirilməsi ilə bağlı TSEK-ın hansı qaydada fəaliyyət göstərməsi, şəffaflığın təmin edilməsi məqsədilə vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatların şifrələnərək adsızlaşdırılması nəzərdə tutulmuşdur. Lakin, qanunvericilikdə müvafiq normalar nəzərdə tutulmasına baxmayaraq, qeyd edilən TSEK-ın vəzifəli şəxsləri məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarın qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı şəxslərin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bir sıra məlumatları başqa vəzifəli şəxslərə göndərmiş və bununla da sahəvi qanunvericilik aktlarının tələblərini pozmuşlar. Odur ki, göstərilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərini pozduqların a görə həmin vəzifəli şəxslərin barəsində qanunla müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsinə və görülmüş tədbirlər barədə Baş Prokurorluğa məlumat verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Heybət İmanovun xidməti məruzəsində də yuxarıda qeyd edilən məlumat öz əksini tapmışdır. Bu məruzədə əlavə olaraq qeyd edilmişdir ki, adları yuxarıda qeyd edilən əməkdaşlar qanunla üzərilərinə qoyulmuş maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görmək vəzifələrinə laqeydlik göstərməklə, qeyri-peşəkar şəkildə davranmaqla, təmsil etdikləri orqanın statusundan və vəzifə səlahiyyətlərindən, eləcə də həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlər istəmələr görüntüsü yaradaraq Nazirliyin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişlər. Eyni zamanda, qanunvericilikdə müvafiq normalar nəzərdə tutulmasına baxmayaraq, qeyd edilən TSEK-lərin vəzifəli şəxslərinin məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarın qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı vətəndaşların kimliyinin birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bir sıra məlumatları göndərərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə korrupsiya hüquqpozmalarına şərait yaradan hallara yol verdiklərini istisna etmir. Aşkarlanmış faktlarda Agentliyin, eləcə də tabeliyində olan əksər TSEK-lərin əməkdaşlarını n adları hallandığına görə onların da öz aralarında bənzər “kodlarla” işləməklə qanun pozuntularına yol vermələri ehtimalı da istisna deyildir. Şəffaflığın təmin olunması istiqamətində aparılan bir çox islahatlara rəğmən saxta əlillik dərəcələrinin verilməsi və əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı yol verilən süründürməçilik halları ilə bağlı daxil olan müraciətlərin sayının artan dinamikasının saxlanılması bu sahədə əməkdaşların öz fəaliyyətlərində Nazirliyin vətəndaş məmnuniyyətinin yüksəldilməsi ilə bağlı siyasətinə laqeyd yanaşmalarının göstəricisidir. Qeyd olunanları nəzərə alaraq aşağıdakıları təklif olunur: 1. 30 saylı TSEK-ın sədri Məmmədtağı Tağıyev, 2 saylı TSEK-ın sədri Şahin Verdiyev, 11 saylı TSEK-ın sədri Tamerlan Şirinov və 6 saylı TSEK-ın sədri Yusif İsmayılovun t utduqları vəzifələrdən azad edilməsi nəzərə alınsın;
2. Əmək funksiyalarının icrasında yol verdikləri kobud nöqsanlara görə 2 saylı TSEKın sədri Mübariz Cəfərov, 3 saylı TSEK-ın sədri Pərviz Bənənyarlı, 4 saylı TSEK-ın sədri Əli Həsənov, 7 saylı TSEK-ın sədri Oruc Məmmədov, 8 saylı TSEK-ın sədri Təranə Bayramova, 9 saylı TSEK-ın sədri Sevinc Mehdiyeva, 12 saylı TSEK-ın sədri Mübariz Mustafayev, 13 saylı TSEK-ın sədri Rüstəm Alməmmədov, 14 saylı TSEK-ın sədri Rəfail Quliyev, 15 saylı TSEK-ın sədri Mirdamət Nəbiyev, 16 saylı TSEK-ın sədri Rasim Gözəlov, 19 saylı TSEK-ın sədri Akif Abdullayev, 20 saylı TSEK-ın sədri Emin Əsgərov, 21 saylı TSEK-ın sədri Emil Kamilov, 22 saylı TSEK-ın sədri Fəridə Abdullayeva, 24 saylı TSEK-ın sədri Ceyhun Məmmədov, 5 saylı TSEK-ın tibb qeydiyyatçısı (iddiaçı) İddiaçı və Agentliyin Aparatının arxivçisi İlhamə Abdullayeva barəsində ciddi intizam tənbeh tədbirinin görülməsi üçün müvafiq göstəriş verilsin;
3. Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan sözügedən cinayət işinin istintaqının nəticələrindən asılı olaraq Agentliyin Aparatının və yerli bölmələrinin əməkdaşları barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülsün.
7. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X3 Komitəsinin 26.10.2020-ci il tarixli razılıq məktubundan müəyyən olunur ki, təqdim edilən Nazirliyin Aparatının Daxili Nəzarət və Audit Şöbəsinin xidməti məruzəsinə əsasən Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ag entliyinin yuxarıda qeyd edilən əməkdaşları, o cümlədən 5 nömrəli TSEK-ın tibb qeydiyyatçısı olan İddiaçı əmək funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə onlarla bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər.
8. Cavabdeh Agentliyin 26.10.2020-ci il tarixli **********5 saylı əmrindən görünür ki, həmin əmrlə əmək funksiyalarının icrasında yol verdikləri kobud nöqsanlara yol vermiş Agentliyin yuxarıda qeyd edilən əməkdaşlar, o cümlədən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 26.10.2020ci il tarixdən tutduqları vəzifədən azad edilmiş, onlarla bağlanmış müvafiq əmək müqavilələrinə xitam verilmişdir.
9. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 26.10.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işçi olan İddiaçı ilə 06.08.2020-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə) 26.10.2020-ci il tarixdə xitam verilmişdir.
10. İddiaçı adına olan “Əmək kitabçasından” görünür ki, onun qeyd edilən əmrlə, əmrdə göstərilən əsasla tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi qeyd edilmişdir. “Əmək kitabçasından” daha sonra müəyyən olunur ki, İddiaçı 18.11.2020-ci il tarixdə imza etməklə əmək kitabçasını işəgötü rəndən almışdır.
11. Cavabdeh Agentliyinin 30.12.2020-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə Agentlikdə aidiyyəti üzrə baxılaraq onun Agentliyinin 26.10.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilməsi, qeyd olunan intizam tədbirinin qanuni və əsaslı olduğu onun barəsində aparılmış araşdırmanın nəticələri ilə təsdiq olunması bildirilmişdir. E.X2 Heyətinin sədrinə ünvanladığı 15.01.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 26.10.2020-ci il tarixdə işəgötürənin təşəbbüsü ilə tutduğu vəzifədən azad edilməsinə dair əmrin surətini almadığını bildirərək əmrin surətinin rəsmi olaraq ona verilməsini x ahiş etmişdir. a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanunsuz olaraq işdən azad olunması barədə cavabdeh Agentlik tərəfindən verilmiş 26.10.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməklə məcburi iş buraxma müddətinə görə əmək haqqının Agentlik tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılıb ki, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilən günədək öz işini yüksək səviyyədə icra etmiş, nöqsansız işçi kimi hər zaman digər işçilər üçün nümunə olmuşdur. İddiaçı işlədiyi müddətdə barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. İddiaçı işdən azad edildikdən sonra Agentliyə etdiyi şifahi və yazılı müraciətinə baxmayaraq işdə n çıxarılması barədə əmrin surəti iddiaçıya verilməmişdir. İddiaçının vəzifə borcunu necə yerinə yetirmədiyinə, əmək funksiyasını necə icra etmədiyinə dair əsaslandırılmış heç bir səbəb göstərilməmişdir. İşdən çıxarılma haqqında əmrin surətini iddiaçıya verməməklə cavabdeh Agentlik Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Bu isə qanunvericiliyin tələbinə görə iddiaçının işdən azad edilməsinə dair əmrin əsassız olduğuna sübutdur və ona görə də bu əmr qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə iddiaçını işdən azad etmiş qurumda baxılmaqla guya iddiaçı barəsində qeyd edilən intizam tədbiri qanuni və əsaslı hesab edilmişdir. Əslində isə cavabdeh Agentliyin idd iaçı barəsində qəbul etdiyi əmr qanunsuz və əsassızdır.
14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X20 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, işəgötürən olan Agentlik ilə işçi olan İddiaçı arasında bağlanmış 06.08.2020-ci il tarixli “Əmək müqaviləsinə” əsasən, iddiaçı, TSEK-in tibb qeydiyyatçısı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Heybət İmanovun xidməti məruzəsinə əsasən Azərbaycan Respublikasının Baş X1 və ərazi tibbi-sosial ekspert komissiyalarının əməkdaşlarının qanunvericiliyə zidd əməlləri barədə daxil olmuş 16.09.2020-ci il və 23.10.2020-ci il tarixli ********* nömrəli məktublar Nazirliyin Aparatının Daxili Nəzarət və Audit Şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Agentliyin 5 nömrəli TSEK-in sədri vəzifəsində işləmiş X4 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işinin istintaqı zamanı mobil telefonuna baxış keçirilərkən 01.01.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək olan müddətdə Agentliyin Aparatının, eləcə də digər ərazi TSEK-lərin əməkdaşları ilə ayrı-ayrı şəxslərin təvəllüd, cins və diaqnozlarından ibarət kodlaşdırılmış məlumatların qarşılıqlı şəkildə göndərilməsi aşkarlanmışdır. Belə ki, “whatsapp” vasitəsi ilə K.Məmmədov 5 saylı TSEK-in tibb qeydiyyatçısı vəzifəsində işləyən iddiaçıya 146 nəfər barədə belə məlumatları göndərməsi müəyyən edilmişdir. İddiaçı işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, əlilliyi qiymətləndiriləcək çoxsaylı vətəndaşların kimliyinin birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bir sıra məlumatları əldə edilməsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalarının” 1.6 və 2.1-ci bəndlərinə uyğun olaraq əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimmə sləhət komissiyaları tərəfindən TSEK-ə göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndərişi əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi” vasitəsilə aparılır. Həmin Qaydanın 2.3-cü bəndinə görə, göndəriş “altsistem” tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal müvafiq TSEK-ə göndərilir. Bundan əlavə həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olu nmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Qanunvericilikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı TSEK-in hansı qaydada fəaliyyət göstərməsi, şəffaflığın təmin edilməsi məqsədilə vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatların şifrələnərək adsızlaşdırılması nəzərdə tutulduğu halda bəzi TSEK-lərin vəzifəli şəxsləri məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarın qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı şəxslərin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bir sıra məlumatları başqa vəzifəli şəxslərə göndərmiş və bununla da sahəvi qanunvericilik ak tlarının tələblərini pozmuşlar. İddiaçıya isə belə məlumatların 146 dəfə göndərilməsi müəyyən edilmişdir. İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyindən onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı 18.11.2020-ci il tarixdə imza edərək əmək kitabçasını cavabdeh Agentlikdən almışdır. Qanunvericiliyin tələblərinə ə sasən iddiaçı barəsində olan əmrin mübahisələndirilərək işə bərpa olunmasından ötrü barəsində əmrin verildiyini bildiyi tarixdən 1 ay müddətinə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı 2021-ci ilin fevral ayında yəni, hüququnun pozulduğunu iddia etdiyi gündən etibarən 3 təqvim ayı keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
15. Cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi b arədə ayrıca ərizə də verilmişdir.
16. Binəqədi rayon Məhkəməsinin (hakim Səadət Səlimova) 2(001)-2735/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır.
17. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icaartında olan cinayət işinin istintaqı zamanı həmin iş üzrə təqsirləndirilən şəxs 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş K.R.Məmmədovun mobil telefona baxış keçirilərkən sonuncunun 146 nəfərin təvəllüd, cins və diaqnozlarından ibarət kodlaşdırılmış məlumatların 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında qeydiyyatçı vəzifəsində işləyən İddiaçı tərəfindən qəbul edilməklə sonun cunun əmək funksiyalarının icrasında kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi olmuşdur.
18. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddiaçı tərəfindən alınan məlumatların başqa şəxsə ötürülməməsi səbəbindən iddiaçının heç bir qanun pozuntusuna yol verilmədiyini bildirsə də, kodlaşdırılması tələb olunan məlumatların iddiaçı tərəfindən 146 dəfə qəbul edilməsi faktına aydınlıq gətirilə biləcək mötəbər, təkzib olunmaz sübutlarını iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
19. İddiaçı əmək funksiyalarının icrasında kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi araşdırma 20. zamanı öz təsdiqini tapdığından, cavabdeh iddiaçı ilə b ağladığı əmək müqaviləsinə xitam 21. verərkən əmək qanunvericiliyinin tələblərinə əməl etdiyindən iddiaçının tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz.
22. İddiaçı işdən azad olunmasını 18.11.2020-ci il tarixdə yəni əmək kitabçasını almaqla bildiyi halda iddia ərizəsi ilə məhkəməyə yalnız 19.02.2021-ci ildə müraciət etməklə iddia müddətini də ötürmüşdür.
23. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 68.1, 70, 71, 72, 296-cı maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Rəşad Həsənov, Vəfaddin İbayev) 2(103)- 7313/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2( 001)-2735/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya məhkəməsi Rayon Məhkəməsi iddiaçının əmək funksiyalarının icrasında kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi, cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi əsası ilə iddianın rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, Məhkəmə bildirir ki, iddia tələbi əsaslı olsa idi belə, onun təmin edilməsi qeyri-mümkündür. Belə ki, hazırki iddia ilə məhkəməyə müraciət etmiş iddiaçı iddia müddətini ötürmüşdür. Çünki iddiaçı işdən azad olunmasını 18.11.2020-ci il tarixdə, yəni əmək kitabçasını almaqla bildiyi halda, iddia ərizəsi il ə məhkəməyə yalnız 19.02.2021-ci il tarixdə müraciət etməklə iddia müddətini də ötürmüşdür. İş üzrə cavabdeh Agentliyin nümayəndəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddiaçının tələblərinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ona görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi iddiaçının iddia tələblərinin iddia müddətinin ötürülməsi səbəbindən də, təmin edilməsini qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş edib.
27. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, iddia müddətinin tətbiqi barədə məhkəmələrin mövqeyi düzgün olmayıb, bu səbəblə i ddia rədd edildiyi üçün işin mahiyyətinə varılmamış, işin obyektiv araşdırılması və ədalətli qərar çıxarılması təmin edilməmiş, bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
28. Cavabdeh təşkilat kassasiya şikayətinə yazılı etiraz göndərmişdir. Etirazda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7313/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsinn dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən l əğv edilə bilər.
30. Maddə 71, hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
31. Maddə 296, hissə 2 və
3. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, İddiaçı ilə b ağlanmış “Əmək müqaviləsinə” işəgötürən Agentliyin 26.10.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, iddiaçı əmək kitabçasını 18.11.2020-ci il tarixdə Agentlikdən aldıqdan təxminən 3 ay sonra, yəni 19.02.2021-ci il tarixdə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsinin səbəbi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında olan cinayət işinin istintaqı zamanı həmin iş üzrə təqsirləndirilən şəxs 5 saylı TSEK-in sədri vəzifəsində işləmiş K.R.Məmmədovun mobil telefona baxış keçirilərkən sonuncunun 146 nəfərin təvəllüd, cins və diaqnozlarından ibarət kodlaşdırılmış məlumatların 5 saylı TSEK-də qeydiyyatçı vəzifəsində i şləyən İddiaçı tərəfindən qəbul edilməklə sonuncunun əmək funksiyalarının icrasında kobud nöqsanlara, işəgötürənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi olmuşdur.
40. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun tərəfindən alınan məlumatların başqa şəxsə ötürülməməsini və bu səbəbdən heç bir qanun pozuntusuna yol vermədiyini bildirsə də, kodlaşdırılması tələb olunan məlumatların iddiaçı tərəfindən 146 dəfə qəbul edilməsi faktına aydınlıq gətirilə biləcək mötəbər, təkzib olunmaz sübutlarını iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
41. Yuxarıda qeyd olunan faktiki hallara və hüquq normalarına istinad edən apellyasiya məhkməsi hesab etmişdir ki, Rayon Məhkəməsi iddiaçının əmək funksiyalarının icrasında kobud nöqsanlara, işəgötür ənin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi, cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi əsası ilə iddianın rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
42. Bundan başqa, iddia tələbi əsaslı olsa idi belə, onun təmin edilməsi qeyri-mümkündür. Belə ki, hazırki iddia ilə məhkəməyə müraciət etmiş iddiaçı iddia müddətini ötürmüşdür. Çünki iddiaçı işdən azad olunmasını 18.11.2020-ci il tarixdə, yəni əmək kitabçasını almaqla bildiyi halda, iddia ərizəsi ilə məhkəməyə yalnız 19.02.2021-ci il tarixdə müraciət etməklə iddia müddətini də ötürmüşdür.
43. Cavabdeh Agentliyin nümayəndəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddiaçının tələblərinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ona görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi iddiaçının iddia tələblərinin iddia müddətinin ötürülməsi səbəbindən də, təmin edilməsini qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin d əlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-7313/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.