Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1924/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin Cavabdeh qarş iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və X1 ibarət tərkibdə, iddiaçı Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-489/2023 nömrəli mülki iş 26 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 ünvan 1 ünvanında 0.10216 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini xx.xx.2012-ci il tarixdə Cavabdeh 572320 manata satılmışdır. 2. ünvan 1 ünvanında 0,012 ha dövlət mülkiyyətində olan torpaqda inşa edilmiş fərdi yaşayış evinə dair Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)1344/2015 saylı qətnaməsi ilə iddiaçı xxxnın Cavabdeh Mirzəli oğluna qarşı müqavilə əsasında istifadədə olan torpaq sahəsindən cavabdehin çıxarılması və həmin sahənin uçurulmuş hasarının bərpa edilməsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası və Cavabdeh Mirzəli oğlunun cavabdehlər xxxna və Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı icarə müqaviləsinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən məlum olur ki, №-06/19U saylı, xx.xx.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə və icarəyə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi planının notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 2 ünvanının yanında 150 kv.m torpaq sahəsi abadlaşdırma və yaşıllaşdırma məqsədi ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən xxxna icarəyə verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-5273/2017 saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəm əsinin xx.xx.2015-ci il tarixli 2(001)-1344/2015 saylı qətnaməsi xxxnın iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)8732/2017 saylı qərarı ilə iddiaçı xxxnın kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 5273/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə təhvil verilmiş dir. Təhvil verilmiş ərazilərdə və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunduğu halda bələdiyyə torpaqlarının sərhələrinin yenidən dəqiqləşdirilməsi qərara alınmışdır. 7. 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1065/05-197 saylı qiyabi qətnaməsi ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı torpaq sahəsinə aid tərtib və təsdiq edilmiş xx.xx.2000-ci il tarixli ayrıc-xəritə planının etibarsız hesab edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 saylı sərəncam ilə İddiaçınə ayrılmış 501,26 hektar torpaq sahəsi üzrə ayrıc-xəritə planının yenidən tərtib edilməsi qət edilmişdir. 8. ünvan 3 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə daxildir.
9. X4 xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən, o, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzili xx.xx.2012-ci ildə Cavabdeh AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi 0,10216 ha olmuşdur. Evin yanında olan zibilli ərazi 1988-ci ildən xxx tərəfindən təmizlənərək abadlaşdırılmış və 150 m2 sahədə ağac və gül kolları əkilmiş, həmin ərazi 1999-cu ildə xxx tərəfindən daş hasara alınmışdır. M.Ə.Rəsulzadə bələdiyyəsi həmin 150 m2 torpaq sahəsini 2006-cı ildə xxxna icarəyə verilmişdir. Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi ev 38-in yanında yerləşən xxxnın icarəsində olan 150 m2 torpaq sahəsi heç vaxt X4 mülkiyyətində, sahibliyində olmamış, onun tərəfindən həmin ərazidə hər hansı abadlıq-yaşıllaşdırma işləri aparılmamış və həmin torpaq sahəsini heç kimə satmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Binəqədi Rayon M.Ə.Rəsulzadə bələdiyyəsi (bundan sonra “iddiaçı” və ya “Bələdiyyə”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında zəbt edilmiş 0,01794 ha torpaq sahəsinin cavabdeh X5 (bundan sonra “cavabdeh”) tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ünvan 6 ünvanında M.Ə.Rəsulzadə Bələdiyəsinə məxsus 0,01794 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir.
12. Cavabdeh AN-İ № ******* saylı xx.xx.2012-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında ünvan 7 ünvanında istifadədə olan 0,10216 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini X3 almışdır. Cavabdehə Azərbaycan Res publikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 38 ünvanında yerləşən ümumi sahəsi 102,7 m2 olan fərdi yaşayış evinə RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2013-cü il olan dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış verilmişdir. Cavabdeh 2014-cü il taixdə qanunsuzluq edərək özünə məxsus olmayan hasarı sökərək, özünə məxsus olmayan və iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. 13. 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1065/05-197 saylı qiyabi qətnaməsinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı torpaq sahəsinə aid tərtib və təsdiq e dilmiş xx.xx.2000-ci il tarixli ayrıc-xəritə planının etibarsız hesab edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 saylı sərəncam ilə İddiaçınə ayrılmış 501,26 hektar torpaq sahəsi üzrə ayrıc-xəritə planının yenidən tərtib edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, ünvan 8 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə daxildir.
14. X4 xx.xx.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, o, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi F.Rüstəmov küçəsi ev 38-in yanında yerləşən xxxnın icarəsində olan 150 m2 torpaq sahəsini heç kimə satmamışdır.
15. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 153, 156.1, 157.1 157.2-ci və “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddələrinə istinad etmişdir.
16. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz vermişdir. Etitazın dəlilləri: - iddia tələbi ilə bağlı mübahisəyə dair iş 2015-ci ildə Binəqədi Rayon Məhkəməsinin icraatında olmuşdur. Həmin iş üzrə iddiaçı xxx olmuş və xxx qeyd olunan torpaq sahəsinə dair Rəsulzadə Bələdiyyəsi ilə icarə müqaviləsinin olduğunu və bunun əsasında Cavabdeh torpaq sahəsindən çıxarılması, uçurulmuş hasarın bərpası və s. iddia tələbləri ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən 0.012 ha torpaq sahəsinə dair Cavabdeh verilmiş RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2013-cü il olan dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiy yata alınmış çıxarışın ləğv edilməsi və İddiaçı 06/19-Y saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu F.Rüstəmov küçəsi 38 saylı evin yanında ona ayrılmış 150 m2 torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir; - həmin iş üzrə Cavabdeh da qarşılıqlı iddia ərizəsi verərək qeyd olunan icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. İş üzrə Rəsulzadə Bələdiyyəsi və Binəqədi Rayon İcra Hakimiyyəti cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-1344/2015 saylı qətnaməsi ilə iddia tələbləri rədd olunmuşdur; - həmin iş üzrə məhkəmə araşdırma sı zamanı çoxsaylı ekspertizalar keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunmuş torpaq sahəsinin Cavabdeh istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Məhkəmə qətnaməsindən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilmişdir. Mülki işə Ali Məhkəmənin Mülki Kollegiyasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır; - bundan sonra iddiaçı xxx Bakı İnzibati Məhkəməsində və yenidən Binəqədi Rayon Məhkəməsində Cavabdeh qarşı eyni əsaslarla iddialar qaldırmışdır. Bu tələbi ilə də bağlı iş Ali Məhkəməyə kimi çıxarılmış və yekun qərar iddianın əsassız olduğundan rədd olunması ilə nəticələnmişdir. Həmin iş üzrə iddiaçı xxxnı hazırkı iddia tələbi üzrə Bələdiyyənin nümayəndəsi olan Vəkil1 ilə təmsil etmişdir; - indi isə eyni əsasla bu formada iddia qaldırılmışdı r. Cavabdeh həqiqətən də Bələdiyyə torpağını zəbt etmişdisə, Rəsulzadə Bələdiyyəsi niyə indiyə kimi bu barədə iddia qaldırmamışdır. Əvvəlki məhkəmə qətnamələrindən görünür ki, torpaq sahəsi ilə bağlı iddiada Rəsulzadə Bələdiyyəsi cavabdeh qismində iştirak etmişdir. Yəni bu hal bələdiyyəyə faktiki olaraq məlum olmuş və Bələdiyyənin özünün iştirakı ilə məhkəmə araşdırmaları olmuşdur; - iddiaçı xxx Cavabdeh qarşı iddia qaldırdığl iddiada tələbini belə əsaslandırmışdı ki, ünvan 9 ünvanının yanında olan 150 m2 torpaq sahəsinin abadlaşdırmaq və yaşıllaşdırmaq məqsədi üçün onunla Binəqədi rayon Rəsulzadə Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 06/19U saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında torpaq sahəsi daş hasara alınmışdır. Sonradan daş hasar sökülərək torpaq sahəsi zəbt olunmuş, bu barədə akt tərtib olunmuşdur. Sonradan məlum olmuşdur ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 5 ünvanında yerləşən 0,10216 ha torpaq sahəsini X3 almış və bu barədə ona çıxarış verilmişdir. Mübahisələndirilən torpaq sahəsi ilə əlaqədar Cavabdeh DƏDRX tərəfindən 0,10216 ha torpaq sahəsinə çıxarış veriləcəyi halda, 012 ha torpaq sahəsinə çıxarış verilmişdir. - Həmin iddia tələbi ilə bağlı hətta Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin, Binəqədi rayon Bələdiyyəsinin iştirakı ilə tam və uzun müddət araşdırma aparılmışdır. Dəfələrlə iş üzrə ekspertizalar keçirilmiş, məhkəmənin iştirakı ilə bir neçə dəfə yerli baxış, habelə ekspertiza ilə əlaqədar olaraq yenidən araşdırma aparılmış və rəylər ve rilmişdir. Bunun nəticəsi olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-1344/2015 saylı qətnaməsi ilə iddia tələbləri əsassız olduğundan rədd olunmuşdur. İddiaçı tərəfindən qətnamədən müvafiq olaraq apellyasiya daha sonra isə kassasiya şikayətləri verilmiş nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı iddia tələbinin rədd olunmasına dair məhkəmə qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır; - xxxnın təqdim etdiyi icarə müqaviləsi ilə bağlı araşdırma aparılarkən Binəqədi Bələdiyyəsinin özü qeyd olunan torpaq sahəsinin Bələdiyəyə aid olması barədə bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, əgər həqiqətən torpaq sahəsi yaşıllaşdırma işlərinin aparılması məqsədi ilə yəni, şəxsi istifadə üçün deyil, ümumi istifadə üçün iddiaçıya ve rilmişdirsə, nəyə görə xxx həmin hasarı çəkirdi; - qeyd olunan iddia tələbləri ilə cavabdehə qarşı ilk dəfə iddia qaldıran zaman xx.xx.2017-ci il tarixdə çıxarılmış və hazırda qüvvədə olan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5273/2017 saylı qətnaməsinin 7-ci səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, məhkəmədə sübutetmə yalnız qanunda nəzərdə tutulmuş sübutlar vasitəsi ilə və müəyyən olunmuş qaydada həyata keçirilə bilər. Bu, məhkəmə tərəfindən işin halları barədə həqiqi və etibarlı məlumat alınmasına imkan yaradır və mülki işin düzgün həlli üçün önəmli olan faktlar barədə məhkəmənin gəldiyi nəticəni mahiyyəti üzrə düzgün və əsaslı edir. Təqdim olunmuş materiallara əsasən, hazırkı iş üzrə mübahisə predmeti Cavabdeh istifadəsində olan torpaq sahəsinin sərhədlərini n müəyyən edilməsi təşkil edir. Çünki bu hal iddiaçının dəlillərinin yoxlanılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə iş üzrə bir neçə ekspertiza keçirilmişdir. Keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, tərəflərin istifadələrində olan torpaq sahələrinin üst-üstə düşməsi halı mövcud deyildir. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə 3-cü şəxs olan Binəqədi Bələdiyyəsi iddiaçı xxxnın istifadəsində olan torpaq sahəsinin mülkiyyət hüququ üzrə ona məxsus olduğunu sübut etməmişdir. Həmin qətnamə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xxxnın müqavilə əsasında istifadəsində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını, həmin sahənin uçurulmuş hasarının bərpa edilməsinin cavabdehə həvalə olunması, Azərbaycan Respublikası Əml ak Məsələləri Dövlət Komitəsinin yaranda DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə Cavabdeh qarşı iddiasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Faktiki olaraq mövcud mübahisəyə dəfələrlə məhkəmələr tərəfindən baxılmış, tam və aktiv araşdırmalar aparılmış, qətnamələr çıxarılmışdır. Bu gün də həmin qətnamələr qanuni qüvvədədir. Qanuni qüvvəyə minmiş həmin qətnamələrlə müəyyən edilmiş faktlar yenidən niyə mübahisələndirilir. Əvvəlki məhkəmə qətnamələri faktiki olaraq ilə müəyyənləşdirilmişdir ki, iddiaçının subyektiv hüququ yoxdur. Digər tərəfdən iddiaçının tələbində göstərdikləri həqiqətdirsə, niyə bu vaxta kimi iddia qaldırmırdı. Fakitiki olaraq iddia müddəti də ötürülmüşdür.
17. Birinci inst ansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsə tapşırmışdır.
18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazisinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən plan hazırlanmışdır.Eyni zamanda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin ərazisində yerləşən cavabdehin istifadəsində olan 1120 m2 torpaq sahəsi dövlət mülkiyyətindədir. Bakı şəhəri və ətraf qəsəbələr üzrə bələdiyyə xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron kadastr bazasında məlumat aşkar edilməmişdir.
19. Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin) 2(001)-338/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Səadət Səlimova)
20. Birinci instansiya məhkəməsi qeyd edib ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və ünvan Reyestri publik hüquqi şə xsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə cavabdeh X2 ifadəsində olan 1120 m2 torpaq sahəsinin dövlət mülkiyyətində olması, Bakı şəhəri və ətraf qəsəbələr üzrə bələdiyyə xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron kadastr bazasında məlumatın olmadığı müəyyən edilmişdir.
21. Birinci instansiya məhkəməsinin mövqeyinə görə imperativ xarakterli maddi hüquq normalarının məzmununa əsasən torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir.
22. Birinci instansiya məhkəməsi qeyd edib ki, prosessual qanunvericiliyin t ələbnə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı ünvan 10 ünvanında yerləşən 0,01794 ha torpaq sahəsinin Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin mülkiyyətində olmasını iddia etsə də, bu barədə hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir.
23. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqlarının mövcud olması barədə sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən cavabdehdən həmin torpaq sahəsinin boşaldılmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Buna görə də iddia tələbi təmin edilə bilməz.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 139.1, 139.3, 178.1, 178.2-ci, Torpaq Məcəlləsinin 66, 67, 68-ci və Mülki Pro sessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayətinin dəlilləri: - Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 812 saylı sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə təhv il verilmişdir. Təhvil verilmiş ərazilərdə və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunduğu halda bələdiyyə torpaqlarının sərhələrinin yenidən dəqiqləşdirilməsi qərara alınmışdır; - 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1065/05- 197 saylı qiyabi qətnaməsi ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı torpaq sahəsinə aid tərtib və təsdiq edilmiş xx.xx.2000-ci il tarixli ayrıc-xəritə planının etibarsız hesab edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 saylı sərəncam ilə İddiaçınə ayrılmış 501,26 hektar torpaq sahəsi üzrə ayrıc xəritə planının yenidən tərtib edilməsi qət edilmişdir; - Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, ünvan 8 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə daxildir; - yuxarıda qeyd olunan halların heç birinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir; - iddiaçıya məxsus olan torpaq sahəsini cavabdeh tərəf qanunsuzluq edərək zəbt etmiş və dəfələrlə həmin torpaq sahəsində tikinti işləri aparmağa cəhd etmişdir. Buna görə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulur və bələdiyyənin öz mülkiyyətindən istifadəsi məhdudlaşır; - qeyd olunanlardan əlavə, məhkəmə işə mahiyyəti üzrə baxarkən cavabdehin qanunsuz istifadəsində olan həmin torpaq sahəsinin nəyə görə artıq olmasına və o cümlədən X4 ərizəsinə də münasibət bildiməmişdir; - əlavə olaraq iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə iddia tələbinin əsaslı olması süb ut olunur və cavabdehin heç bir hüquqi əsas olmadan 1120 kv.m2 torpaq sahəsinin zəbt etməsi müəyyən olunur.
27. İşə apellyasiya qaydasında baxılarkən xxx müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
28. Apellyasiya baxışında iddia tələbində qeyd edilən torpaq sahəsinin M.Ə.Rəsulzadə bələdiyyəsinə aid olması barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən imzalanmış 25 yanvar 2023-cü il tarixli məktub təqdim edilmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-489/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi, cavabdehin ünvan 5 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsinin boşaldılması q ət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəç), Namiq Cəfərov və Elşən Kazımov)
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşmayaraq qeyd edib ki, Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 812 saylı sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Təhvil verilmiş ərazilərdə və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunduğu halda bələdiyyə torpaqlarının sərhələrinin yenidən dəqiqləşdirilməsi qərara alınmışdır. 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1065/05-197 saylı qiyabi qətnaməsinin surətindən müəyyən olunur ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı torpaq sahəsinə aid tərtib və təsdiq edilmiş xx.xx.2000-ci il tarixli ayrıc-xəritə planının etibarsız hesab edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 saylı sərəncam ilə İddiaçınə ayrılmış 501,26 hektar torpaq sahəsi üzrə ayrıc-xəritə planının yenidən tərtib edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə daxild ir.
31. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan sənədlərə əsasən, hesab edib ki, mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması, eyni zamanda cavabdehin həmin torpaq sahəsini qanunsuz zəbt etməsi hazırkı işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RN seriyalı 295126 saylı xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən 0,012 ha dövlət mülkiyyətində olan torpaqda inşa edilmiş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Faiq Rüstəmov küçəsi 38 saylı fərdi yaşayış evinə dair Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranması, belə qeydiyyatın aparılmadığı halda isə dövlətin bu hüquqların müdafiəsinə təminat verməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymayaraq göstərib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki,...mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlak ın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.
33. Həmçinin Qərarda göstərilir ki, əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə g ötürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.
34. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ qanunla qorunur. 35. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanu nla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
36. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.5-ci maddəsinin tələblərinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərt lə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 164.1-ci maddəsinin tələblərinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
38. Mülki Məcəllənin 164.2-ci maddəsinə gör ə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir. Belə ki, Torpaq Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000ci il tarixli 812 saylı sərəncam ilə iddiaçıya 501,2 6 hektar torpaq sahəsi ayrıldığından, Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu ilə ünvan 3 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsinin M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə aid olduğu təsdiq olunduğundan iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti belə əsaslandırılıb: - bələdiyyənin iddia etdiyi torpaq sahəsi üzərində hüququnun olduğunu təsdiq edən qanunla təsbit edilmiş formada hər hansı bir sənədi yoxdur; - eyni zamanda cavabdehin istifadəs ində olan torpaq sahəsinin bələdiyyəyə aid olduğunu təsdiq edən sənəd yoxdur. Cavabdeh dövlət reyestrində qeydiyyatdan keçmiş mülkiyyət hüququ ilə fərdi yaşayış evi almış və həmin evin yerləşdiyi torpaq sahəsi də onun qanuni istifadəsindədir. Torpaq sahəsinin Rəsulzadə Bələdiyyəsinə heç bir aidiyyati yoxdur; - 2015-ci ildən başlayaraq cavabdehə qarşı fərqli sözlərdən istifadə etməklə əslində isə eyni əsaslarla iddialar qaldırılıb. İddiaların tamamilə əsasız və qanunsuz olması habelə həmin torpaq sahəsinin Bələdiyyəyə aid olmaması barədə qanuni qüvvədə olan məhkəmə aktları vardır. Apellyasiya instasniyası məhkəməsi isə bunları nəzərə almamışdır; - hazırki iddia tələbindən görünüdüyü kimi bu tələb Afaq Cəfərovanın cavabdehə qarşı olan iddiaları ilə eyni əsaslar üzərində qaldırılmış iddiadı r. Lakin məhkəmə qətnamə çıxararkən bu halı nəzərə almamış və həmin işlər üzrə müəyyən edilmiş halları da qətnamədə qeyd etməmiş, sübut kimi qəbul etməmişdir; - eyni zamanda, iş materiallarına əlavə edilmiş mütəxəsis və ekspert rəyləri ilə torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığı təsdiq olunur. Əslində Bələdiyyənin belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bu, iş materiallarına əlavə edilmiş və hazırda qanuni qüvvədə olan məhkəmə qərarları ilə də sübut olunmuşdur. 2015-ci ildən başlayaraq torpaq sahəsi ilə bağlı iddialara baxılmışdır. Kifayət qədər araşdırmalar aparılmışdır. Müvafiq ekspertizalar keçirilmiş və mübahisəyə hüquqi qiymət verilmişdir. İddianın əsassız olduğunu təsdiq edən kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq, apellyasiya instansiya məhk əməsi heç bir hüquqi əsas olmadan iddianın təmin olması barədə qətnamə çıxarmışdır; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017 ci il tarixli qətnaməsi hazırda mübahisə olunan torpaq sahəsi ilə bağlı olmuş, həmin iş üzrə hazırkı iddiaçı olan Rəsulzadə Bələdiyəsi cavabdeh olmuşdur. Müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Cavabdeh tərəfindən əlavə torpaq sahəsi zəbt olunmamışdır. Həmin torpaq sahəsi ilə bağlı Bələdiyyənin hər hansı hüquq müəyyənedici sənədi yoxdur; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyaslnın xx.xx.2021-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, tərəflər arasında əvvəllər mövcud olmuş mübahisəni nəzərə almaqla mübahisənin eyni torpaq səhəsindən getdiyin i, müxtəlif sözlərdən istifadə edərək əslində eyni əsaslarla cavabdehin torpaq sahəsindən çıxarılması tələb edildiyi, qeyd olunan torpaq sahəsi ilə bağlı məhkəmələrdə dəfələrlə baxıldığını, belə tələblərə baxılmağın hüquqdan sui-istifadəyə yol açdığını, hər kəsə rəvac verir ki, fərqli sözlərdən istifadə etməklə eyni iddialar irəli sürsünlər, hər dəfə araşdırma predmeti olan halı təkrar təkrar araşdırsınlar (işdəki ekspertiza rəyləri əyani nümunədir). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13, İİ hissə. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələd iyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surət də sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, ş əraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə
66. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə
67. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqəd ar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarı. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmçinin əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəala rının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kass asiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozul ması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
45. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
46. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nətcəni əsaslı hesab etmir.
48. İddiaçı tələbini onunla əsaslandırıb ki, cavabdeh Bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt edib.
49. İddia tələbinin məzmunundan və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, bu tələb vin dikasiya iddiası olmaqla əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsidir.
50. Belə olan halda, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir ki, həmin normaya görə də mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən digər maddi hüquq normaları ilə yanaşı, həmin normaya da istinad etmişdir.
51. Qeyd edilməlidir ki, iddianın Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən təmin edilməsi o halda mümkündür ki, iddiaçının cavabdehdən tələb etdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsun, cavabdeh isə həmin torpaq sahəsinə qanunsuz sahiblik etmiş olsun.
52. Bu baxımdan, ilk olaraq iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüquqları müəyyən edilməli, sonra isə cavabdhein sahibliyinin qanunsuz olub-olmaması araşdırılmalıdır.
53. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən ekspert rəyinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqlarının mövcud olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsinə, bu səbəbdən onun cavabdehdən həmin torpaq sahəsinin boşaldılmasını tələb etmək üçün subyektiv hüququnun olmamasına istinad etmişdir.
54. İddianı təmin edən apellyasiya instansiyası məhkəməsi isə mübahisədə adı keçən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını nə ilə müəyyən etməsi işdən görünmür. Halbuki məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barəd ə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. (MPM, 14.2, 220.4)
55. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 812 saylı sərəncamının surəti və Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu isə mübahisədə adı keçən torpağın iddiaçının mülkiyyətində olmasını müəyyən etmək üçün sübutların mümkünlüyü ilə bağlı MPM-in 81-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, həmin normaya görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən m üəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
56. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda da ünvan 3 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsinin M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə aid olduğu göstərilib. Apellyasiya instansiyası məhkəməsi isə yalnız həmin sübuta istinad etməklə kifayətlənmiş, bu sübuta iddiaçının tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən sənəd kimi hər hansı qiymət verməmişdir. Ümumiyyətlə, mübahisədə adı keçən torpağın M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə aid olmasını bildirən həmin məktubun Bələdiyyənin həmin torpağın mülkiyyətçisi kimi qəbul etmək üçün nə qədər əsas vermə si qətnamədən görünmür.
57. Dəfələrlə qeyd edilib ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi isə yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
58. Başqa bir məsələ, iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi cavabdehin tərəflər arasında əvvəllər də eyni torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olmasına, həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisədə adı keçən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasının təsdiq edilməməsi barədə dəlillərinə əhəmiyyət verməmiş, işdə olan həmin məhkəmə aktlarında müəyyən edilən hallar baxımından hazırda Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 812 saylı sərəncamına və Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna istinad etməklə iddianın təmin edilməsinin mümkün olub-olmamasına qiymət verməmişdir.
59. Eləcə də həmin məhkəmə aktlarının tərəflərin subyekt tərkibi və iddianın predmeti baxımdan hazırki işə münasibətdə preyudisal əhəmiyyət daşyıb-daşımamasına aydınlıq gətirilməyib. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Afaq Rüstəmovanı mübahisə predmeti barəsində m üstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməsi hazırki mübahisənin 150 m2 torpaq sahəsi ilə bağlı əvvəlki mübahisə ilə eyni olmasını qəbul etməsi anlamına gəlir.
60. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyinin hazırki iddia tələbinin təmin edilməsi üçün əsas olub-olmamasına da qiymət verilməmişdir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi bu rəyə əsaslanıb iddianı rədd etsə, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən, həmin rəyə istinad etməmiş, eləcə də rəyi qəbul edib-etməməsini də qətnamədə göstərməmişdir. Baxmayaraq ki, prosessual qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. (MPM, 88, 103 və 206.1-ci maddələr)
61. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin ünvan 5 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsinin boşaldılmasını qət edən apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin ünvanda 0,012 ha torpaq sahəsi üzərində istifadə hüququnun rəsmi reyestrdə qeydə alınmasına, ümumiyyətlə, qiymət verməmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi qətnaməsində DƏDRX-in RN seriyalı 295126 say lı 28 noyabr 2013-cü il tarixli Çıxarışına sübut kimi istinad etmişdir. Həmin Çıxarışa görə ünvan 5 Cavabdeh adına mülkiyyət hüququ ilə qeydə alınıb, evin yerləşdiyi 0,012 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla Cavabdeh istifadəsindədir.
62. Qeyd edilən məsələyə qiymət verilmədiyi üçün məlum deyil ki, cavabdeh tərəfindən boşaldılması qət edilən 0,01794 ha torpaq sahəsi cavabdehin qanuni istifadəsində olan 0,012 ha torpaq sahəsini də əhatə edir, ya həmin sahədən kənarda zəbt edilən torpaqdır. Boşaldılması qət edilən torpaq sahəsi cavadehin qanuni istifadəsində olan 0,012 ha torpaq sahəsini də əhatə edirsə, belə olan halda, bələdiyyənin, ümumiyətlə, həmin torpağa hər hansı aidiyyəti də müəyyən edilməlidir, çünki Çıxarışa əsasən cavaddehin istifadəsində olan torpağın mülkiyyətçisi bələdiyyə yox, dövlətdir.
63. Bələdiyyənin həmin torpağa aidiyyəti müəyyən edilmədiyi halda, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 139.1 və 140-cı maddələrinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
64. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apel lyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.
65. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-489/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.