Məhkəmə qərarları › İş №2(102)-1924/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1924/2025

31.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1924/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsinə, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1466/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.55 kv.m., yaşayış sahəsi 75.55 kv.m., yardımçı sahəsi 29 kv.m. olan 5 otaqlı mənzili iddiaçı “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına bağışlamışdır.

2. Hazırda həmin mənzil iddiaçı bankın mülkiyyətində olsa da, Cavabdeh qeydiyyatdadır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, iddiaçının x eyrinə cavabdehlər MMC-dən və X2 müştərək qaydada 302.315 manat əsas və 114.495,63 manat faiz olmaqla, cəmi 416810,63 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlər MMC-dən, X2, X1 tutulması, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə bütövlükdə rədd oluması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9 ünvanında yerləşən, ümumi sahəsi 104.55 kv.mdən ibarət olan 34 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq İdd iaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil bağışlama müqaviləsinə əsasən bankın mülkiyyətinə keçməsinə baxmayaraq həmin mənzil İddiaçı QSC-yə (hədiyyə alana) təhvil verilməmişdir. Hal-hazırda hədiyyə verən X3 özü həmin mənzildə yaşamasa da, qeyd olunan mənzil onun yaxın qohumu Cavabdeh tərəfindən istifadə edilməkdədir. İddiaçı tərəfindən cavabdehlə mənzilin banka təhvil verilməsi barədə danışıqların aparılması cəhdləri göstərilsə də, mənzilin qapısı bağlı olduğundan, həmçinin telefon zənglərinə cavab verilmədiyindən belə danışıqlar baş tutmamışdır. Buna görə də “Aqrarkredit" QSC cavabdehə 13 may 2024-cü il tarixli, 13-7/23-15/1179/2024 nömrəli rəsmi xəbərdarlıq məktubu göndərmiş, x x.xx.2024-cü il tarixdə “ünvan bağlı” qeydi ilə həmin xəbərdarlıq məktubu qeri qaytarılmışdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3407/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Rübabə Qafarova) ilə iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan, mənzilin keçmiş mülkiyyətçisi və orada yaşayan digər şəxslər mənzilin bağışlanması ilə mənzilə münasibətdə bütün hüquqlarını itirmişlər.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin həmin mənzildən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması da müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında bununla bağlı razılaşma olmadığından, cavabdehin hazır da həmin mənzilə münasibətdə istifadə hüququ yoxdur.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 178.1, 228.1 və 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı bağışlama müqaviləsi formal bağlanmış, yəni cavabdehin qardaşı Afət İsmayılovun direktoru olduğu "xxxx" MMC-nin iddiaçıya olan borcunun qarşılığında iddiaçının adına keçirilmişdir. Razılığa görə, borc ödənildikdən sonra mənzil yenidən cavabdehin arvadının adına qaytarılmalı idi. Müqavilə bağlandıqdan sonra mənzilin iddiaçıya təhvil verilməməsi də onu təsdiq edir ki, bağışlama formal olmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1466/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, bağışlama müqaviləsi əhəmiyyətsiz əqddir. Belə ki, iddiaçının özünün apellyasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mənzilin iddiaçıya bağışlanmasının əvəzində "xxxx" MMC-nin iddiaçıya olan ümumi borcu 104.100 manat azalmışdır. Bundan başqa, həmin kredit münasibəti üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)2640/2022 nömrəli qərarına əsasən (23-cü bəndinə) borcalan tərəf həmin mənzilin bağışlanması müqabilində borcun bir hissəsinin ödənildiyini bildirmişdir (iş v. 36). Yəni, mənzil pul borcunun bir hissəsinin əvəzində verilmişdir. Pul borcunun əvəzində mənzil verilməsi mümkündür, lakin bunun üçün müvafiq müqavilə bağlanmalıdır.

14. Belə ki, pul borcunun əvəzində mənzil verilməsi barədə müqavilə Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd deyildir. Lakin pul borcunun əvəzində verilən mənzilin “hədiyyə”, müqavilənin isə “bağışlama” adlandırılması Mülki Məcəlləsinin 666.1-ci maddəsinin göstərişinə zidd olmuşdur.

15. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, haz ırkı iddia öhdəliyin icrası barədə olmuşdur. Belə ki, müqavilə bağlansa da müqavilədən əmələ öhdəlik icra edilməmiş, yəni mənzil iddiaçıya təhvil verilməmişdir. Mənzili təhvil verilməli olan şəxs (hədiyyə verən) vəfat etdiyinə görə, öhdəliyin icrası barədə iddia onun ərinə qarşı irəli sürülmüşdür. İcrası tələb olunan öhdəliyin əsaslandığı müqavilə əhəmiyyətsiz olduğuna görə, iddia təmin oluna bilməz, çünki öhdəlik müqavilənin hüquqi nəticəsi sayılır, belə müqavilə isə onun etibarsızlığı ilə bağlı nəticə istisna olmaqla, hüquqi nəticəyə səbəb olmur. Həmçinin, iddiaçının öz mülkiyyət hüququnu reyestrdə qeydə aldırması borclunun hərəkəti hesab olunmur. Mənzilin boşaldılaraq kreditora təhvil verməsi borclunun hərəkəti sayılır, bununla da borclu müqavilədən əmələ gələn öhdəliyi icra etmiş olur.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 337.3, 337.4, 385.1 və 390.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi mənzilin “hədiyyə”, müqavilənin isə “bağışlama” adlandırılması Mülki Məcəlləsinin 666.1-ci maddəsinin göstərişinə zidd olmasını əsas götürərək bel ə müqaviləni əhəmiyyətsiz hesab etmiş, lakin həmin müqavilənin nəyin nəticəsində əhəmiyyətsiz olmasını qeyd etmədən, həmçinin əhəmiyyətsizliyin nəticələrinə dair maddi hüquq normalarını düzgün tətbiq etmədən iddia tələblərini rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.3-cü və 337.4-cü maddələrinin müddəalarına istinad edərkən həmin Məcəllənin tərəflər arasında yaranmış münasibətlərə tətbiq edilməli olan 337.5-ci maddəsinin müddəalarını tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan m üqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

21. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

22. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

25. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

26. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habe lə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunverciliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının vahid məhkəmə təcbübəsinə dair 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı

27. O da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yü kündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər.

28. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı.

29. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının ə şya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

38. Belə ki, işdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər MMC-dən və X2 müştərək qaydada 302.315 manat əsas və 114.495,63 manat faiz olmaqla, cəmi 416810,63 manat borcun tutulmuş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.55 kv/m, yaşayış sahəsi 75.55 kv/m, yardımçı sahəsi 29 kv/m olan 5 otaqlı mənzili iddiaçı “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına bağışlamışdır.

39. İşin digər mübahisələndirilməyən hallarından görünür ki, bağışlama müqaviləsi bu qərarın 31-ci bəndində göstərilən öhdəliyin qismən icrası məqsədi ilə bağlanmışdır.

40. Hazırda iddiaçı, mübahisəli evin xüsusi mülkiyyətində olduğunu, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, mənzilə olan mülkiyyət hüququnun pozulduğunu göstərir, cavabdehin evdən istifadə hüquqlarına xitam verilməklə, onun evdən çıxarılmasını, evin boşaldılmasını tələb etmişdir.

41. Cavabdeh mübahisəli mənzilə dair mülkiyyətçi ilə iddiaçı arasında bağlanmış bağışlama müqaviləsini formal bağlandığını, cavabdehin qardaşı Afət İsmayılovun direktoru olduğu "xxxx" MMC-nin iddiaçıya olan borcunun qarşılığında iddiaçının adına keçirildiyini bildirmişdir.

42. Göründüyü kimi, birinci insitansiya məhkəməsində işə baxılmasının predmetini iddiaçının cavabdehə qarşı “ evdən istifadə hüquqlarına xitam verilməsi və onun evdən çıxarılması” təşkil edib və tərəflər arasında bağlanmış bağışlama müqavsiləsinin hər hansı əsasla etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən iddiaçının adına verilmiş mülkiyyət hüququna dair çxarışın ləğv edilməsi məhkəmə baxışının predmeti olmayıb.

43. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsində işə baxılmasının predmeti olmayan və ümümiyyətlə verilməyən tələbləri məhkəmə baxışının predmetinə çevirib və bununla da MPM-nin 218.3 və 372.4-cü maddələrinin tələblərini pozub. Halbuki, sözügedən normaların mənasına görə, bir qayda olaraq məhkəmə, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır və apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində işə baxılmasını n predmeti olmayan tələblərə baxılmır.

44. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qətnamədə, sözügedən mənzilə dair bağışlama müqaviləsinin etibarlı olmadığını qeyd etmiş və göstərmişdir ki, pul borcunun əvəzində mənzil verilməsi barədə müqavilə Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd deyildir. Lakin pul borcunun əvəzində verilən mənzilin “hədiyyə”, müqavilənin isə “bağışlama” adlandırılması Mülki Məcəlləsinin 666.1-ci maddəsinin göstərişinə zidd olmuşdur. Kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır.

45. Belə ki, nəzərə alınmalıdır ki, əqdə əsaslanan tələblər, əşya hüquqlarına söykənən iddialardan fərqləndirilir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlılığı prezumpsiyası vardır və M ülki Məcəllənin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

46. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd o lunan prezumpsiyalarını nəzərdə tutan normalarına, reyestrin mötəbərliliyinə qarşı etiraz hüququna dair Mülki Məcəllənin 141.2-ci maddəsinə, habelə MPM-in 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Çünki, sözügedən normaların mənasına görə, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu mənzil üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə dü zəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verilməsini tələb edə bilər.

47. Eyni zamanda Mülki Məcəllənin 141.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

48. Eyni hüquqi mövqe “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunverciliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının vahid məhkəmə təcbübəsinə dair 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadının 54-55-ci bəndlərində də ifadə olunub.

49. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə əşya hüququnun mövcudluğunu təsdiq edən 19 mar t 2021-ci il tarixli qeydin və onun aparılmasına əsas olan müqaviləyə dair cavabdeh tərəfindən yazılı tələb irəli sürülməklə etiraz verilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin qeydin əsasında duran 26 fevral 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarlılığını yoxlamaqla yuxarıda sadalanan normaların tələblərini pozmuşdur.

50. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh iddiaçının mübahisəli mənzilə əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirmədiyi üçün (bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; çıxarışın ləğv edilməsi və sair), apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbləri çərçivəsində sözügedən əqdin etibarlılığını yoxlamaqda və əşya hüququna söykənən hazırkı tələbləri rədd etməkdə haqlı olmamışdır.

51. Qey d edilməlidir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması.

52. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.

53. Apellyasiya insitansiyası məhkəməsi, əşya hüququna söykənən hazırkı tələbi rədd etməklə açıq-aşkar Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərini pozub və əksi sübuta yetirilməyincə əşya hüququnun qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezupsiyasının qüvvədə sayılmasını nəzərə almayıb.

54. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edil miş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

55. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müqavilə bağlandığı andan mübahisəli mənzilə mövcud olmuş istifadə hüququnu itirmişdir, bu hüququn mövcud olmadığı halda həmin hüquqa xitam verilməsinə dair qərar qəbul edilməsi yolverilən hesab edilə bilməz. Bununla yanaşı qeyd edilməlidir ki, iddianın mənzilin boşaldılması tələbinin də təmin olunması hazırkı icraat daxilində mümkünsüzdür. Çü nki, iddiaçı iddia ərizəsində göstərir ki, müqavilə bağlanarkən cavabdehin digər ailə üzvləri buna razılıq vermişlər. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehin ailə üzvlərinin mənzildən çıxarılmalarına dair tələb irəli sürülməmişdir. Cavabdeh isə izahatında göstərir ki, mübahisəli mənzildə onunla birlikdə ailə üzvləri də yaşayır. Yaranmış vəziyyətdə mənzilin boşaldılmasına dair tələbin təmin olunması işə cəlb olunmayan şəxslərin hüquq və mənafeyinin pozulmasına səbəb olar.

56. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunmasına dair yeni qərar qəbul olunmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2025-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qərar qəbul edilsin və iddia qismən təmin olunsun. Cavabdeh ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 104,55 kv.m. olan 34 saylı mənzildən çıxarılsın. Qalan hissədə iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar