Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1925/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və X11 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutunun nümayəndəsi X8, vəkili Vəkil və Şəmkir Mərkəzi rayon xəstəxanasının Ağciyər Xəstəlikləri xəstəxanasının baş həkimi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutu və Şəmkir Mərkəzi rayon xəstəxanasının Ağciyər xəstəliklər xəstəxanasının baş həkimi X6 qarşı “ağır xəstəliyə görə yol pulunun və çəkilən əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-3016/2019 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutu və Şəmkir Mərkəzi rayon xəstəxanasının Ağciyər xəstəliklər xəstəxanasının baş həkimi X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət idərək, onun ağır xəstəliklərinin nəzərə alınaraq yol pulunun və çəkilən əlavə xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(076)-748/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş dir. (hakim Mustafa Mustafayev) Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(104)-3016/2019 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən – cavabdehlərdən yol xərcinin tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutundan 1320 (bir min üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəfiqə Əliyeva - sədrlik edən və məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(104)-3016/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, Vərəmlə Mübarizə üzrə Dövlət Proqramı layihəsi çərçivəsində 2013-2015-ci illər ərzində yol xərci üçün maddi yardımın nəzərdə tutulmadığına və bu faktı təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, proqram çərçivəsində nəzərdə tutulmayan maddi yardımın verilməsi ilə bağlı iddia tələbini qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırdıcı hissəsində Vərəmlə Mübarizə üzrə Dövlət Proqramı çərçivəsində 2013-2015-ci illər üzrə yol xərci ilə ilə bağlı maliyyə yardımının iş materiallarında olan sənədlərə əsasən nəzərdə tutulmadığını qeyd etmiş, lakin qətnamənin nəticə hissəsində bu məbləğin X4 İnstitutundan tutularaq iddiaçının xeyrinə ödənilməsini qət etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edərkən “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunun 14-cü maddəsinə istinad edərək vərəm xəstəliyinə tutulmuş şəxslərin stasionar və sanatoriya müalicəsi zamanı sərf olunan yol xərclərinin dövlət və yerli büdcələrin vəsaitləri hesabına ödənildiyini qeyd etmiş və bununla da, iş üzrə qəbul etdiyi qətnaməsini əsaslandırmağa çalışmışdır. Lakin qeyd edilən qanunun normasına istinad edərkən, məhkəmə iddiaçın ın nə stasionar, nə də ki, sanatoriya müalicəsində olmadığını, Vərəmlə Mübarizə üzrə Dövlət Proqramı çərçivəsində verilən dərmanların ambulator şəraitdə, yerli tibb müəssisəsinin nəzarəti altında qəbul edildiyini, həmçinin, qeyd edilən qanunun 14-cü maddəsinin ambulator şəraitdə müalicə alan xəstələrə aid olmadığını nəzərə almamış və bununla da, qanunun tətbiqində səhvə yol verilmişdir. Kassatorun nümayəndəsi X12 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Digər cavabdeh Şəmkir Mərkəzi rayon xəstəxanasının Ağciyər Xəstəlikləri xəstəxanasının baş həkimi X1 şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə teleqram göndərərək səhətinin pisləşməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İŞİN HALLARİ Mülki işdən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi xx.xx.2008-ci il tarixdən etibarən sağ ağ ciyərin yarım payının infiltirativ vərəmi, dağılma və sol ağ ciyərə səpələnmə mərhələsində diaqnozu ilə Şəmkir rayon X15 Xəstəxanasında qeydiyyatda dayanmasına, xx.xx.2010-cu il tarixli Referens laboratoriyanın 1237 saylı analizin nəticəsinə əsasən onda multirezistent vərəm forması (MDR) olduğu aşkarlanmasına və xx.xx.2011-ci ildən DOTS”+” müalicə proqramına keçirilməsinə istinad etmişdir. Həmin proqrama uyğun olaraq iddiaçı 2011-ci il tarixdən 2013-cü il tarixədək müalicə almış və ona yol xərci olaraq hər ay 55 manat ödənilmişdir. Lakin 2013-cü il tarixdən müalicəsi davam etdirilsə də, ona yol xərcləri ödənilməmişdir. Sonradan 2016-2017-ci illərdə yenə müalicə proqramı çərçivəsində ona yol xərci ödənilmişdir. 2018-ci il tarixdə yenə müalicəsi davam etdirilsə də, ona yol xərci ödənilməmişdir. Hesab edir ki, 2013-2015-ci illərdə 1320 manat, 2018-2010-ci il üçün il üçün ona ödənilməli olan yol xərci ödənilməmişdir. Digər tərəfdən ona yol xərci ödənilmədiyindən o, hər gün xəstəxanaya gedə bilməmiş və aldığı iynələri öz vəsaiti hesabına vurdurmalı olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutunun iddiaya etirazı ondan ibarət olub ki, Səhiyyə Nazirliyi tərəfindən Global F ondun maliyyə dəstəyi ilə həyata keçirilən “Əsas ÇDD/GDD vərəmin idarə olunması müdaxilələrinə çıxış imkanının və onların keyfiyyətinin təmin oluması” adlı layihə çərçivəsində iddiaçı “Ağ ciyərlərin fıbrozkavernoz vərəmi, VMB-müsbət, dərmanlara davamlı forma” diaqnozu ilə xx.xx.2011-ci il tarixində 85 №-li protokol ilə müalicəyə qoşulmuşdur. Layihənin şərtlərinə görə gündəlik müalicə alan xəstələrə ərzaq məhsullarının alınması və müəssisəyə dərman qəbul etmək üçün gündəlik gələ bilməsi məqsədilə yol xərci üçün hər ay 55 manat maddi yardım verilməsi nəzərdə tutulmuşdur və bu şərt ilk dəfə müalicəyə qoşulan xəstələrə şamil olunmuşdur. İddiaçı birinci dəfə qoşulduğu üçün 2 illik müalicə müddəti ərzində 1312 manat maliyyə vəsaiti ilə təmin olunmuşdur. xx.xx.2013-cü il tarixində 167 №-li protok ola əsasən iddiaçının müalicəsi uğursuz kimi qiymətləndirilmiş və iddiaçıda vərəm prosesi sağalmadığına görə, o, xx.xx.2013-cü il tarixində 172 №-li protokolla Vərəmlə Mübarizə üzrə Milli Dövlət Proqramı çərçivəsində müalicəyə qoşulmuşdur. Bu proqramın şərtlərinə görə müalicə alan xəstələrə maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. Buna görə xx.xx.2015-ci il tarixdə İddiaçı pul vəsaiti ayrılmamışdır. xx.xx.2015-ci il tarixində 246 №-li protokola əsasən iddiaçının müalicəsi uğursuz kimi qiymətləndirilmiş və o, təkrarən xx.xx.2015-ci il tarixində 247 №-li protokolla Vərəmlə Mübarizə üzrə Milli Dövlət Proqramı çərçivəsində müalicəyə qoşulmuşdur. Bu proqramın şərtlərinə görə müalicə alan xəstələrə maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. 2016-cı ildə Global Fond layihəsinin növbət i qrantının ölkədə tətbiqinə başlanılması ilə əlaqədar iddiaçının müalicəsi Global Fond layihəsi çərçivəsində davam etdirilmiş, bu layihə çərçivəsində müalicə aldığı 20162017-ci illər üçün 1485 manat məbləğində pul iddiaçının sosial yardım bank kartına yüklənmişdir. Hazırda iddiaçı müalicəsini davam etdirməkdədir. 2018-2020-ci illəri əhatə edən Global Fondun maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən “Əsas ÇDD/GDD vərəmin idarə olunması müdaxilələrinə çıxış imkanının və onların keyfiyyətinin təmin oluması” adlı layihə çərçivəsində müalicə alan xəstələr üçün maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddia ərizəsinə, etiraza və əlavə edilən sənədlərə istinadən iddiaçının sağ ağ ciyərin yarım payının infiltirativ vərəmi, dağılma v ə sol ağ ciyərə səpələnmə mərhələsində diaqnozu ilə xx.xx.2008-ci ildən Şəmkir rayon X15 Xəstəxanasında da qeydiyyatda dayanmasını, həssas xəstə kimi bir sıra preparatlarla (rifampisin, izoniazid, etambutof pirazinamid) müvafiq müalicə ilə təmin olunmasını, xx.xx.2011-ci ildən DOTS”+” müalicə proqramına keçirilməsini, sağalmadığı üçün onun yenidən eyni diaqnozla xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilə kimi DOTS “+” müalicə proqramına müvafiq müalicə ilə təmin edilməsini, səhhətində müsbət dəyişiklik olmadığı üçün 4-cü dəfə 2019-2020-ci illəri əhatə edən Global Fondun maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda Əsas ÇDD/GDD Vərəm xidmətlərinə Çıxış İmkanının və onların Keyfiyyətinin təmin olunması” adlı müalicə proqramına qoşulmasını, müalicə müddətinin xx. xx.2019-cu il tarixdə başa çatmasını, 2019-2020-ci illəri əhatə edən dövr üçün həmin layihə çərçivəsində müalicə alan xəstələrə maddi yardımın verilməsi nəzərdə tutulmamasını, layihənin şərtlərinə görə iddiaçının 2011-2013cü illər (hər ay üçün 55 manat) və 2015-2017-ci illər üçün (55 manat, sonradan isə artırılaraq 70 manat) nəzərdə tutulmuş maddi yardımı (gündəlik müalicə alan xəstələrə ərzaq məhsullarının alınması və müəssisəyə dərman qəbul etmək üçün gündəlik gələ bilməsinə görə yol xərci üçün verilən pulu) tam məbləğdə alsa da, xx.xx.2013-xx.xx.2015ci illər üçün nəzərdə tutulmuş maddi yardımı (hər ayda 55 manat) almamasını müəyyən edərək iddianı yalnız xx.xx.2013-xx.xx.2015-ci illər üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutuna münasibətdə təmin etmiş, gəldiyi nəticəni də “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunun 14-cü maddəsi ilə əsaslandırmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat X2rşı 2013-2015-ci illər üzrə 1320 (bir min üç yüz iyirmi) manat pul hissəsində təmin etmiş, cavabdeh müəssisə (kassator) həmin hissədən kassasiya şikayəti versə də, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni yalnız kassatorun şikayəti üzrə həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3016/2019 saylı, xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi də şikayətin belə dəlillər ini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara istinad etməsi işin faktiki hallarını araşdırma qəbul edilməm əlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi, yuxarıda qeyd edilən nəticən əsaslı saymır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi 2013-2015-ci illər üzrə hər ay üçün 55 manat olmaqla, 1320 (bir min üç yüz iyirmi) manat pul hissəsində iddianı təmin edərkən Global Fondun maliyyə dəstəyi ilə müvafiqlayihə çərçivəsində gündəlik müalicə alan vərəm xəstələrinə ərzaq məhsullarının alınması və müəssisəyə dərman qəbul etmək üçün gündəlik gələ bilmələrinə görə 2013-2015-ci illər üzrə yol xərcinin ayrılmasına dair sübuta istinad etmişdir. Lakin apelyasiya instansiyasının istinad etdiyi həmin sübut iş materiallarında yoxdur. Həmçinin məhkəmənin başqa hər hansı əsasla da bu nəticəyə gəlməsi qətnamədə əsaslandırılmayıb. Mülki Prosessual Məcəllənin 392.1.5ci m addəsinin tələbinə görə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsinin mübahisəyə “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunun 14-cü maddəsini tətbiq etməsi də düzgün olmamışdır. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunun 14-cü maddəsinin 6-cı hissəsinə görə vərəm xəstəliyinə tutulmuş şəxslərin stasionar və sanatoriya müalicəsi zamanı sərf olunan yol xərcləri dövlət və yerli büdcələrin vəsaitləri hesabına ödənilir. Əvvəla, apelyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi qanunun bu normasına görə vərəm xəstəliyinə tutulmuş şəxslərin yalnız stasionar və sanatoriya müalicəsi zaman sər f etdikləri yol xərcləri dövlət və yerli büdcələrin vəsaitləri hesabına ödənilir. Hazırki işdə isə iddiaçının stasionar və sanatoriya müalicəsi alması təsdiq edilmir. Həmçinin iddiaçı özü də tələbində stasionar və sanatoriya müalicəsinə sərf etdiyi yol xərcini deyil, ambulator müalicə üçün sərf etdiyi yol xərcini tələb edir. Bundan başqa, məhkəmənin istinad etdiyi qanunvericilik normasında stasionar və sanatoriya müalicəsi üçün xərcin dövlət və yerli büdcə vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. İddia tələbi və işin halları isə Global Fondun maliyyə dəstəyi ilə ayrılmış xərclər barədədir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin iddianın təmin edilən hissəsində ləğvi üç ün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən apaşdırılması üçün apely asiya instansiyasına qaytarılmalı, işə yenidən baxan məhkəmə Global Fondun maliyyə dəstəyi ilə vərəm xəstələrinə (müvafiq layihə çərçivəsində) ərzaq məhsullarının alınması və müəssisəyə dərman qəbul etmək üçün gündəlik gələ bilmələrinə görə 2013-2015-ci illər üzrə yol xərcinin ayrılb-ayrılmamasını araşdırımalı, bunun nəticəsi olaraq mübahisəyə hansı maddi hüquq normasının tətbiq edilməsini müəyyən etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutunun kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)3016/2019 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən apaşdırılması üçün apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1925/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1925/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver