Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1925/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı mübahisə, pul tələbi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1328/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh arasında nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
2. Azərbaycan Respublikası DİN BDYPİ-nin məhkəməyə göndərmiş “Hyundai Accent” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə əsas olmuş sənədlərə əsasən, avtomobil xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs2 adına rəsmiləşdirilmiş, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə isə 15.000 manat qiymətə Maraqlı şəxs2 tərəfindən Maraqlı şəxs1 satılmışdır.
3. Qeyd edilən avtomobilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə Cavabdeh mülkiyyətçi tərəfindən sərəncam hüququnu da ehtiva edən etibarnamələr verilmişdir. xx.xx.2021-ci il tarixdə isə İddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə verilmişdir. 4. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs1 adından qeydiyyatdan çıxmışdır. Müqavilə satıcının adından etibarnamə əsasında Cavabdeh tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh (Maraqlı şəxs2, Maraqlı şəxs1 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən satılmış X8 markalı, ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin yarı hissəsi olan 10.000 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını хahiş еtmişdir.
6. İddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə birgə nikah dövründə X8 markalı, ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mülkiyyətçi Maraqlı şəxs2 satın almışlar. Həmin avtomobili birgə vəsaitlə əldə etdikləri üçün mülkiyyətçi tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehə, daha sonra isə xx.xx.2021-ci il tarixində mənə sərəncam hüququ verən etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh ona məlumat vermədən və razılığını almadan həmin nəqliyyat vasitəsini öz tanışı olan iş yoldaşı Maraqlı şəxs1 adına rəsmiləşdirmişdir. Rəsmiləşdirmə zamanı avtomobilin addan ada keçməsini bilməməyi üçün avtomobilin dövlət qeydiyyat nişanını olduğu kimi saxlatdırmışdır. O, avtomobilin addan ada keçirildiyi gün yəni xx.xx.2023-cü il tarixində öz adına yenidən etibarnamə alaraq avtomobili idarə etməyə davam etmişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixində avtomobili sərəncam hüququ verən etibarnamə ilə X1. Avtomobilin satılmasından bir neçə gün sonra avtomobilin harada olduğunu maraqlandıqda o guya avtomobili gündəlik arendaya verdiyini demişdir. Beləliklə cavabdeh birgə təsərrüfatla və birgə vəsait hesabına əldə etdikləri avtomobili ona xəbər vermədən sataraq ona aid olan pulu özünə götürmüşdür. Hal-hazırda avtomobilin dəyəri nəzərə alınmaqla 20000 manat məbləğində pul vəsaitinin ona aid olan yarı payının cavabdehdən tutulub mənə verilməsi zəruridir.
7. Cavabdehin nümayəndəsi və vəkilinin iddiaya etirazı belə əsaslandırılmışdır ki, sözügedən avtomobil heç vaxt cavabdehin mülkiyyətində olmamışdır. Başqa şəxsin mülkiyyətində olan əmlakın tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak kimi qəbul edilməsi yolverilməzdir. Surxayın əmlaka sərəncam ver ilməsi barədə etibarnamə əsasında Maraqlı şəxs2 ilə Maraqlı şəxs1 arasında bağlanmış alqı-satqı müqaviləsini imzalaması onun sözügedən avtomobilin mülkiyyətçisi və sahibi olmağı anlamına gəlmir.
8. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X4 bildirmişdir ki, avtomobili Badamdar Avtomobil Bazarından Hatəm adlı şəxsdən 12,700-12,800 manat qiymətinə avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnaməyə əsasən əldə etmişdir. Daha sonra avtomobili təmir etdirərək Cəvahir adlı xanıma avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnaməyə əsasən 16.000 manat pula satmışdır. Hatəm adlı şəxsi əvvəldən tanımamışdır. Hatəm avtomobili satarkən bazarda tək idi. Surxay adlı şəxsi isə tanımır.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2073/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim İlkin Rüstəmli).
10. Məhkəmə nəticəsini onunla əsaslandırmışdır ki, “Hyundai Accent” markalı **-EB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh xüsusi mülkiyyətində olmamaqla tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakları olmamışdır. İş üzrə üçüncü şəxs R.Muxtarovun da məhkəmə iclasında vermiş olduğu izahatdan məlum olmuşdur ki, o, avtomobili Maraqlı şəxs1 almışdır. Avtomobilin alqı-satqısı zamanı isə Cavabdeh iştirak etməmiş və ümumiyyətlə avtomobilin ona məxsusluğuna dair alıcı və satıcı arasında heç bir söhbət olmamışdır. Hazırda isə iddiaçı onun keçmiş ərinə məxsus olmayan əmlaka dair iddia edir. Belə olan halda isə iddiaçının cavabdehin heç zaman mülkiyyətində olmayan əmlaka dair birgə nikah dövründə əldə edilmiş əmlak əsası ilə iddia etməsi əsassızdır. Beləliklə, iddiaçının satışdan əldə olunmuş vəsaitin yarı hissəsini tələb etdiyi əmlak iddiaçı ilə cavabdehin birgə nikahı dövründə dəyəri ödənilərək əvəzli surətdə əldə edilmədiyindən, həmin əmlak onların ümumi birgə mülkiyyəti sayıla bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəllənin 32.1, 32.2.2, 33.1, 34.1, 34.2, 36.1, 36.3, 37.1, 37.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 185.5, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2073/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş e tmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlakın ümumi gəlirlər hesabına alınması ər və arvadın birgə mülkiyyəti sayılır. Məhkəmə tərəfindən sübutlara işin hallarına obyektiv qiymət verilsəydi avtomobil alınarkən həm cavabdehə, həm də ona mülkiyyət üzərində sərəncam hüququ verilən etibarnamənin mövcudluğu nəzərə alınardı. Cavabdeh bu əmlakın sahibi deyildisə və o əmlak başqasının idisə o zaman hansı səbəblə iddiaçının adıma etibarnamə verildiyi də araşdırılardı ki, bununla da birgə təsərrüfat apardıqları müəyyən edilərdi.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2025-ci il tarixli, 2(103)-1328/2025 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2( 009)-2073/2024 nömrəli qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş, 7500 manat Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət etmişdir (hakimlər N.Cəfərov (sədrlik edən), İ.Şirinov və E.Kazımov).
15. Məhkəmə kollegiyası nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh aldığı 15.000 manat pulun yarısını – 7.500 manatı iddiaçıya verməlidir. Belə ki, avtomobil ərarvadın ümumi birgə mülkiyyəti hesab edilmir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Ona görə hazırkı mübahisədə iradə ifadələri təfsir edilərkən yalnız hərfi məna (etibarnamələrin mətni) deyil, ağlabatan mühakimə əsas götürülməlidir. Avtomobilə dair ər-arvadın hər ikisinin adına etibarnamə verilməsi, habelə avtomobilin bir neçə il ər-arvadın hər ikisinin istifadəsində olması faktı onu təsdiq edir ki, ər-arvad avtomobilə sahiblənmək üçün pul ödəyiblər. Ona görə də xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə avtomobil özgəninkiləşdirilərkən ərin (cavabdehin) əldə etdiyi 15.000 manat pul ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Pulun ər-arvadın ümumi birgə mülkiyyəti kimi onların arasında bölünməsi mümkündür, çünki pul əşya sayılır.
16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 135.1, 324.5-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36, 37-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392-ci maddələrinə istinad etmiş dir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin mətnindən görünür ki, onu satıcının adından cavabdeh imzalayıb, bu isə onu təsdiq edir ki, 15.000 manat pulu da cavabdeh alıb. Məhkəmə Maraqlı şəxs2 ifadəsi alınmadan ona məxsus pulun Surxay Axıyevin sərəncamında olduğu qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən yalnız ehtimal və fərziyyələrə əsasən qətnamə çıxarılmışdır. Həmin pulun onun sərəncamında qaldığını fərz etsək belə bu onunla Maraqlı şəxs2 arasında olan mülki mübahisədir. Məhkəmənin 15.000 manat pul üzərində İddiaçı mülkiyyət hüququnu tanınması mülkiyyət hüququ institutunun tələblərinə ziddir. Məhkəmənin mövqeyindən belə başa düşülür ki, sanki etibarnamə tam mülkiyyət hüququ yaradan sənəd statusundadır. Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamə İddiaçı əsassız varlanmasına səbəb olmuşdur. Surxay adlı şəxsi isə tanımır. Məhkəmə araşdırması zamanı Cavabdeh avtomobilin mülkiyyətçisi olduğu öz təsdiqini tapmamışdır. Halbuki İddiaçı avtomobilin Maraqlı şəxs1 satılmadığını, Cavabdeh avtomobili Ruslan Muxtarova satıldığını bildirmişdir. X6 verdiyi ifadədən də göründüyü kimi o, avtomobili şəxsən Maraqlı şəxs1 almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə iddiaçı tərəfindən etiraz verilərək edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılma sı xahiş edilmişdir. şikayətin təmin Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
21. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
22. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
23. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçi lik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.
24. Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.
25. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
27. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətinin dəlillərinə ə sasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən ləğv edilməlidir.
35. MPM-nin 217-ci maddəsinin tələblərinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, yəni qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Eyni zamanda MPM-nin 77.1-ci maddəsi öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini iddiaçının üzər inə qoymuşdur.
36. İddiaçı iddia etmişdir ki, “Hyundai Accent” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehlə birgə nikah dövründə əvəzli şəkildə əldə edilmiş onların ümumi birgə mülkiyyətində olan əmlak olduğundan və onun razılığı olmadan cavabdeh tərəfindən satıldığından bazar dəyərinin yarısı ona ödənilməlidir.
37. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələbinin əsaslı olduğu, yəni “Hyundai Accent” markalı, **EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olduğu işdəki sübutlarla təsdiq edilmir.
38. Apellyasiya instansiyası məhkəməsi də “Hyundai Accent” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ər-arvadın birgə mülkiyyət i olmadığına dair mövqe ilə razılaşsa da hesab etmişdir ki, avtomobilə dair ər-arvadın hər ikisinin adına etibarnamə verilməsi, habelə avtomobilin bir neçə il ər-arvadın hər ikisinin istifadəsində olması faktı avtomobilə sahiblənmək üçün pul ödənildiyini təsdiq etdiyindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə avtomobil özgəninkiləşdirilərkən ərin (cavabdehin) əldə etdiyi 15.000 manat pul ər-arvadın ümumi birgə mülkiyyəti olduğundan onların arasında bölünməsi mümkündür
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi bu Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə uyğun deyil. Belə ki, həmin normaya əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmələr tərəfindən işin müəyyən edi lmiş mübahisəsiz halıdır ki, Cavabdeh “Hyundai Accent” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ əldə etməmiş, avtomobilin mülkiyyətçisi olmuş Maraqlı şəxs2 tərəfindən ona yalnız nəqliyyat vasitəsini idarə etmək və onun adından özgəninkiləşdirmək hüququ verən etibarnamələr verildiyindən cavabdehin həmin etibarnamələr əsasında əldə etdiyi hüquqlar yalnız sahiblik və istifadə hüquqları olmuşdur. Bu hüquqların əldə edilməsi üçün mülkiyyətçiyə hər hansı pul vəsaiti ödənildiyi ehtimal edilsə belə, iddia edilən bu hal sübutlarla (ödəniş qəbzi, şahid ifadələri və s) təsdiq edilmədiyi halda qətnamədə işin sübut edilmiş halı kimi qeyd edilməsi MPM-nin 217.3 və 217.4-cü maddələrinin tələblərinin pozuntusudur.
40. Bundan əlavə “Hyundai Accent” markalı, * *-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ər-arvadın nikahda olduqları müddətdə əldə etdikləri əmlak olmadığı məhkəmə tərəfindən müəyyən edildiyi halda üçüncü bir şəxsin mülkiyyətində olmuş və tərəflər arasında nikah pozulduqdan sonra özgəninkiləşdirilmiş bu avtomobilə görə ödənilmiş pul vəsaiti MM-nin 782.1-ci maddəsinə əsasən cavabdehə məxsus olmadığı üçün, ər-arvadın ümumi birgə mülkiyyəti kimi qiymətləndirilə bilməz.
41. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən pul vəsaitinin yarısının iddiaçının xeyrinə tutulmalı olduğuna dair nəticəyə gələrkən qərarda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan MPM-nin 417.1.4-cü maddəsinə əsasən qətnamə ləğv edilərək məhkəmə tərəfindən müəyyən edilmiş h allar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
42. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1328/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1328/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. İddia ərizəsi və apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları iddiaçıya aid edils in. Kassasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu İddiaçı Cavabdeh xeyrinə tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.