Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1926/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1926/2019 Bakı şəhəri 07 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 i yul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-5930/2018, hakim S.R.Səlimova) İddiaçı cavabdeh “X3 Company Limited” şirkətinin Azərbaycan filialına qarşı 26.02.2018-ci il tarixli əmrin ləğv edilməsi, təmirçi-çilingər işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10446/2018, hakimlər A.Q.Hüseynov, X.A.Cəmilova və İ.K.Xəlilov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “X3 Company Limited” şirkəti ilə İddiaçı arasında 23.08.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətlərindən görünür ki, İddiaçı 23.08.2016-cı il tarixdən 23.02.2017-ci il müddətinə təmirçi-çilingər vəzifəsinə işə götürülmüşdür. İşəgötürən işçiyə ünvanladığı 26.02.2018-ci il tarixli məktubla əmək müqaviləsinin müddəti 23.02.2018-ci il tarixdə qurtardığı üçün həmin tarixdən etibarən əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. “X3 Company Limited” şirkətinin 26 fevral 2018-ci il tarixli əmri ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə 26.02 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xita m verilmişdir. İddiaçı 13.06.2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamədə yalnız hakimlərin şəxsi mülahizəsi, iddiaçının mənafeyi nəzərə alınmış, işin faktiki hallarına qiymət verilməmiş, işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 2, 9.2, 9.3, 14.1, 80 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi əmək müqaviləsinin müddətinin qurtarılması ilə işdən çıxarılmanı nəzərdə tutur. Kassator isə müəssisədə daimi işçi olmuşdur. Müddətli əmək müqaviləsi bağlamamışdır. Belə müqavilə varsa da, aldadıb imza atdırıblar. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının iddia tələbinin əsasını əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə görə Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin 2-ci bəndinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 80-cı maddəsi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar müəyyən edilmişdir. Apellyasiya məhk əməsi tərəfindən müəyyən edilmişdir ki, 23 avqust 2016-cı il tarixli 6 ay müddətinə bağlanılan əmək müqaviləsinin müddəti bir neçə dəfə eyni müddətə uzadılmış, növbəti müddət 23.02.2018-ci il tarixdə bitdiyindən 7 gün ərzində işəgötürən bildiriş göndərməklə işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə üst-üstə düşür və məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Nəzərə alınmalıdır ki, iddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə işdən azad edilmişdir. Əmə k qanunverciliyi ilə bu halda həmkarlar ittifaqının razılığının alınması qaydası nəzərdə tutulmamışdır. Müddətli əmək müqaviləsi bağlanmaması və həmin müqaviləyə aldadılmaqla imza etdirilməsi barədə kassatorun dəlillərinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-1926/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1926/2019
07.03.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver