Məhkəmə qərarları › İş №2(102)-1926/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1926/2025

24.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1926/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən), məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X10 Xidməti mübahisə predmeti barəd ə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “işə bərpa edilmə, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2025-ci il tarixli 2(103)-1519/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən işçi İddiaçı xx.xx.2023-cü il tarixdə kassir vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh MMC-nin baş direktorunun Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli Təqdimatdan görünür ki, P ərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı son bir neçə ay ərzində seyfdəki məbləğlə dəfələrlə maxinasiyalar edərək seyfin artıq-əskiyini gizlətməsi ilə əlaqədar olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndinə əsasən xitam verilməsi tələbini Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarılmasını xahiş etmişdir. 3. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 25 №-li Protokolundan görünür ki, Yığıncağın gündəliyi “Pərakəndə satış departamentində xəzinədar vəzifəsində işləyən İddiaçı seyfdəki məbləğlə dəfələrlə maxinasiyalar edərək seyfin artıq-əskiyini gizlətməsi ilə bağlı məsələsinə baxılması” olmuşdur, xx.xx.2024-cü il tarixindən İddiaçı ilə bağl anılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilməsi qərara alınmışdır.

4. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam edilməsi ilə bağlı verilmiş xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, Cavabdeh Məhdu d Məsuliyyətli Cəmiyyət tərəfindən İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlayaraq Cavabdeh MMC-nin Pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə eyni departamentdə satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə həmin MMC-nin eyni departamentində Xəzinədar vəzifəsinə keçirilmişdir. Sözü gedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 700 manat məbləğdə ə mək haqqının ödənilməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Lakin bu barədə ona məlumat verilməmiş, həmin gün ona son haqq-hesab ödənilməmiş və əmək kitabçası ona təhvil verilməmişdir. Əmək müqaviləsinə qeyd edilən maddə ilə xitam verildiyi üçün həmin tarixdən hazırkı vaxtadək heç bir yerdə işə qəbul edilə bilməmiş, işsiz qalmışdır. Hazırda heç bir yerdən gəliri yoxdur. Cavabdehin bu qanunsuz hərəkətlərindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə şikayət etsə də, Xidmət tərəfin dən şikayəti araşdırılsa da bu günə kimi araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Cavabdehlə işdən onu qanunsuz olaraq çıxardıqları üçün əlaqə saxlayıb işə bərpa olunmağını xahiş etsə də, müraciətləri cavabsız qaldığına görə və X10 Xidməti tərəfindən ona cavab verilmədiyindən xx.xx.2024cü il tarixdə Cavabdeh MMC-yə mediasiya prossesinin tətbiqi barədə təklif göndərmişdir. Mediasiya haqqında qanunvericiliyə əsasən 10 iş günü ərzində cavabdeh onun təklifinə cavab vermədiyi üçün Bakı şəhəri 13 saylı mediasiya təşkilatına müraciət etmiş və cavabdehin nümayəndəsinin iştirakı ilə həmin Mediasiya təşkilatında ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə baş tutmuşdur. Cavabdehin nümayəndəsi rəhbərliklə danışıb onların fikrini bildirmək üçün vaxt istəmiş və növbəti m ediasiya sessiyası xx.xx.2024-cü il tarixinə təyin edildi. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməkdən imtina etdiyi üçün həmin tarixdə Bakı 13 saylı mediasiya təşkilatı tərəfindən ona “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə Arayış təqdim edilmişdir. Bildirmək istəyir ki, Cavabdeh MMC tərəfindən işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış olmamışdır və ona Əmək Qanunvericiliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Cavabdehin onu qanunsuz olaraq işdən çıxarmasına, bağlanmış əmək müqaviləsinə əsassız və qanunsuz olaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq onu işə bərpa etmədiyi, məcburi iş buraxma müddətinə görə orta aylıq əmə k haqqını ödəmədiyi üçün hüquqlarının bərpa edilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, xanım digər şəxslərin əskiyini gizlədib bununla bağlı xidməti məlumat və protokol da tərtib edilib. O, müştərilərə az pul qaytarmışdır. Kassada olmayıb xanım. 20 manat bir dəfə əskik olub bu barədə məlumatı var. Həmin əskikliyi öz vəsaiti hesabına bağlayıb. Hər dəfə belə hal olanda iş ahəngi pozulur. İş dayanmasa da pozulma halı olur. Aktı tərtib edənlər mağaza işçiləridir. Bu əməli törədən digər şəxs öz ərizəsi ilə işdən çıxıb. O proseslə bağlı məlumatı yoxdur ki niyə öz ərizəsi ilə çıxıb işdən. Həmkarlar İttifaqının iclası ilə bağlı məlumat verilib id diaçıya, lakin məlumat çatmayıb. Əvvəl iddiaçı kassir olub sonra əlavə müqavilə ilə vəzifəsi dəyişdirilib və xəzinədar olub. Təhvil-təslimə nəzarət edən şəxs Arzuman bəy olub. Sonda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Şahid qismində ifadə verərək bildirmişdir ki, mağaza müdiri vəzifəsində çalışır, iddiaçı xəzinədar işləyirdi. Mart ayında Rəqsanə xanım ona dedi ki, Ceyran xanım 20 manatlıq kəsri öz vəsaiti hesabına bağlayıb və bu barədə heç kimə məlumat verməyib. Demişdir ki, “sübut oluna bilər? Dedi, bəli, görüntülərlə etmək olar.” Bu barədə araşdırma başladı. Xəzinə otağı kameralıdır, lakin sübut oluna bilmədi. Bir müddət sonra iddiaçı yaxınlaşıb ki, “məndə yazışmalar var Ceyran xanımla.” Məzmununda kassada olan əskiklikdə bağlı məlumat idi. O da həmin an şübhələ nmişdir. Daha sonra bu barədə insan resurslarına yönəltmişdir Ceyran xanımı. Daha sonra Ceyran xanım ona bildirmişdir ki, “mən bunu Rəqsanə xanımla birgə eləmişəm”. İddiaçıdan heç bir narazıçılığı yoxdur, əksinə çox yaxşı işçidir. O, onu işdən çıxartmamışdır. Ceyran xanımı ora göndərmişdir ki, tədbir görülsün sonradan Rəqsanə xanım da ora göndərildi və onun barəsində də tədbir görüldü. Rəqsanə Ceyrandan təhvil alanda 24,32 manat əskiklə təhvil alıb. Sonra 24 manat 80 qəpiklə iddiaçı Rəqsanəyə təhvil verib. Sonra öz hesabına bağlayıb. Öz aralarında təhvil təslim edirlər sonra o isə imzalayır. Hər dəfə özləri təhvil verir bir-birinə. İş yerində format odur ki bir-birlərinə təhvil verirlər. İnsan resurslarının tam doğru qərar verdiyini düşünüb imzalayıb sənədi. O demir ki, iddiaçı nəsə eləyib. Rəqsanə xanım haqqında hər hansı mənfi rəyi yoxdur. X4 yoxdur. Araşdırma gedən zaman iddiaçını işdən uzaqlaşdırmışdılar.

9. X5 şahid qismində ifadə verərək bildirmişdir ki, fevral ayından işdən çıxmışdır, Cavabdehdan Ceyran xanım Rəqsanənin yerinə gəlmişdir. Rəqsanə xanımla işləyirdi, bir müddət işdə olmamış, yerinə Ceyran gəldi. Ceyran o zaman onların kassasına girirdi. Ceyranı əvəz edəndə əskiklər yaranırdı. 3 gün olmamış, işə gələndə isə görüb ki, seyf bərbad gündə idi qarışmışdı, sayılmamışdı, əskiklər gəlmişdi, 50 manat, 70 manat və s. Onunla iddiaçı arasında heç zaman əskik olmayıb.

10. Hüseynzadə Fidan Hicran qızı şahid qismində ifadə verərək bildirmişdir ki, mağazada 11 ay işləyib, 6 aydır ki, işləmir, Ceyran gəlib orda işləyənə qədər əskik olmayıb, özləri kassadan götürüb gedi rdi pulları, kassir saymırdı, kassası düz olub, Ərzumana Ceyranın əməlləri barədə məlumat verilib, hamısı Ceyrandan şikayət edirmişlər.

11. X6 şahid qismində ifadə verərək bildirmişdir ki, Rəqsanə yaxşı işçidir, işdən uzaqlaşandan 1-2 həftə sonra danışıblar. Həmin vaxt işdə olmayıb. Müdir deyib ki, Rəqsanə və Fidan şikayətə gəlib Ceyrandan, lakin nəsə tapa bilməyiblər, akta qol çəkib, o da düşünüb ki, insan resursları araşdırıbsa düz olar.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(011)7713/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh "İddiaçı əmək müqaviləsinə xitam verilməsi" barədə xx.xx.2024-cü il tarixli 2341 K saylı əmrinin ləğv edilməsi, İddiaçı “Bazarstore" MMC-də “xəzinədar” vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən 05 iyul 2024-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, Cavabdeh MMC-dən 100 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Şəhriyar Əliyev)

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçinin əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməsinə, o cümlədən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən işdən çıxarma barədə əmr, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamaqla, qanuni deyildir. Belə ki, iş materiallarında o lan əmrin məzmunundan görünür ki, işəgötürən işçini “özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” kimi müxtəlif əsaslarla işdən çıxarsa da, onun tərəfindən “əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməməsinin” nədə ifadə olunması, işçinin Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı kobud pozuntulara yol verməsi göstərilməmişdır.

15. Məhkəmə hesab etmişdir ki, əmrdə əsas kimi göstərilmiş “İşçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qərarı, HİK-nin tərtib etdiyi akt kimi istinadlar əmrin əsaslılığını təmin etməməklə bərabər, işin faktiki hallarını da özündə ifadə etmir. Belə ki, cavabdeh tərəfindən dəvət edilən şahidlər həmin aktlardakı faktları təsdiq etməməklə bərabər, iddiaçının dəlillərinə uyğun ifadə verməklə onun qeyd edilən hallar üzrə əmək funksiyaları və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsini təsdiq etmişlər. Bundan başqa, müəssisənin həmkarlar orqanının razılıq qərarı formaldır. Belə ki, müəssisənin Həmkarlar İttifaqı Komitəsinin protokolundan görünür ki, iclas iştirakçıların adları göstərilməmiş, işçinin yol verdiyi nöqsanlar barədə onlar tərəfindən müzakirə aparılmamış, işçi lazımi qaydada iclasa çağırılmamışdır. Odur ki, əmr əsassız və qanunsuzdur və ona görə ləğv edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 2.3 və 68.1-ci, 70-ci maddəsinin “ç” bəndi, 7 1.2, 71.3, 72, 76.2, 83.1, 83.2, 84.1, 84.2, 288, 292.2, 294.1 və 300.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Qətnamədən cavabdeh işəgötürən apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək funksiyalarını pozması nəticəsində müəssisədə iş ahəngi pozulmuş, müəssisəyə maddi ziyan vurulmuşdur. İşçi öz vəzifəsinə aid olmayaraq, kassalarda əməliyyatlar aparmışdır. Bu hal iş materiallarında mövcud olan sms yazışmaları ilə təsdiq olunsa da, məhkəmə bu faktı nəzərə almamışdır. Şəxsin xəzinədar olduğu halda kassada əməliyyatlar apar ması, həm müəssisəyə maddi ziyan vurulmasına, həm də digər işçilərinin normal əmək fəaliyyətinə mane olan hal hesab edilməlidir. Beləliklə, iddiaçının əmək funksiyasını pozması nəticəsində işəgötürənin və digər işçilərin mənafelərinə ziyan dəymişdir. Bununla da məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi öz təsdiqini tapmışdır. İşçinin işə xitam verilməsi barədə əmr də müvafiq maddəyə istinad edilərək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ƏMAS altsisteminə daxil edilərək xitam verilmişdir. Həmin ƏMAS sistemində qeyd edilmiş forma və məzmuna riayət edilmədikdə və işəgötürənin vəzifəli şəxsi tərəfindən kənara çıxma hallarında əmək müqaviləsinə xitam verilməsi təsdiq edilmir (sistem qəbul etmir). Məhkəməyə təqdim edilən sms yazışmalar və təhvil-tə slim aktları əsasında şəxsin əmək vəzifələrini pozması sübut olunsa da, məhkəmə bu hallara fikir vermədən qətnamə qəbul etməklə qeyd edilən normanın tələbini pozmuşdur. İddiaçı tərəfindən məhkəmə iclaslarına dəvət edilən şahidlərin ifadələrinə diqqət yetirilsə, nə X3, nə də Hüseynzadə Fidan Hicran qızının hadisə baş verən zaman mağazada işləmədiyi görünür. Şahidlərin mağazada olmadığı dövrə aid verdikləri ifadələr sübut kimi qəbul oluna bilməz. Belə ki, bu şəxslər hadisənin zamanı mağazada işləmədikləri üçün hadisənin onlara bilavasitə məlum olması da mümkün deyildir. Digər tərəfdən həmin şəxslərin verdikləri ifadələrdəki məlumatlar mübahisə predmetinə aid deyildir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1519/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə birin ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. (nəticə hissədə səhvən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1519/2024 nömrəli 21 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.) (hakimlər X7 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə)

20. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, işdən çıxma barədə əmrdə işçinin hansı əmək funksiyasını və ya öhdəliyini yerinə yetirmədiyi qeyd edilməmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı əmək vəzifəsini kobud surətdə pozması halları göstərilməmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr, həmin əmrin verilməsinin zəruri liyi əsaslandırılmamışdır.

21. Əsaslandırılmış əmrin “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) daxil edilməməsinin qeyri-mümkünlüyünə münasibətdə kollegiya qeyd etmişdir ki, əsaslandırılmış əmr kağız daşıyıcıda da məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən altsistemə daxil edilmiş məlumatlar əmrdən çıxarış xarakterlidir.

22. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, işçi törətdiyi pozuntuya görə barəsində intizam tənbehi tətbiq olunmasına razılıq verilməsi ilə bağlı Həmkarlar İttifaqı təşkilatında aparılan müzakirəyə dəvət edilməsi iş materialları ilə təsdiq olunmur. İş materialları ilə yalnız cavabdehin iclasa dəvət olunması müəyyən olunur.

23. Şahidlərin ümumiyyətlə iddiaçı ilə eyni vaxta işləməməsi barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı nın törətdiyi hesab edilən pozuntuların təsdiqi kimi məhz Şahid və Ü.Nəzərovun imzaladığı Akt təqdim edilmişdir. Belə olduqda apellyasiya şikayətinin bu dəlili də əsassızdır.

24. Məhkəmə həmçinin apellyasiya şikayətinin dəlili kimi “təqdim edilən sms yazışmalar və təhvil-təslim aktları əsasında şəxsin əmək vəzifələrini pozması”na münasibətdə qeyd etmişdir ki, təsvir edilən həmin hərəkətlər sübut olunacağı təqdirdə pozuntu hesab edilməsi mümkündür. Lakin bu pozuntunun məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqinə səbəb olması sübut olunmur.

25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 76, 83, 187, 292 və 300-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya ş ikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1519/2025 nömrəli 25 fevral 2025-cü il tarixli il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qətnamənin nəticə hissəsində məhkəmənin gəldiyi nəticə ilə dəyişdirilmədən saxlanılması qət edilmiş qətnamə fərqlidir. Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinin nəticə hissəsində əks edilmiş 1-ci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin tarix və iş nömrələri hazırki iş ə aid deyildir. Məhkəmə şahid X1 məhkəmə baxışında iştirakı üçün verilən vəsatətə hüquqi qiymət vermədən rədd etməsinin əsasları barədə qətnaməsində heç bir əsaslandırma qeyd etməmiş və ya hər hansı məhkəmə aktı qəbul etmədən məhkəmə baxışında gəldiyi qənaəti proses iştirakçılarına bildirməmişdir. Məhkəmə əmrin kağız daşıyıcıda təqdim edilmədiyinə istinad edərək əsassız qətnamə qəbul etmişdir. Halbuki, ƏMAS sisteminə və məşğulluqla bağlı alt sistemlərə (e-sosial.az və s.) diqqət edilsə, işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin vahid formasına uyğun, elektron sistemdə tərtib edildiyini görmək mümkündür.

28. Kassasiya şikayətində Əmək Məcəlləsinin 12, 71, 84, Mülki Prosessual Məcəlləsinin 88, 104, 220-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayəti ilə bağlı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, hab elə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

33. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təq sirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.

34. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

35. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qəra rı) ilə rəsmiləşdirilməlidir.

36. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir

37. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.

38. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci mad dəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.

39. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbl əğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istin ad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.

48. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər öz təsdiqini t apmadığından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1519/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar