Məhkəmə qərarları › İş №2(102)-1927/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1927/2025

23.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1927/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-517/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur.

2. Cavabdeh Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar tərtib edilmiş, həmin aktlar üzrə cəmi 14.174,28 manat ziyan hesablanmışdır.

3. Abonent saldosuna əsasən, İddiaçı qalıq və aktlar üzrə 2020-ci il üzrə cəmi 1.180,80 manat; 2021-ci il üzrə cəmi 3.952,80 manat; 2022-ci il üzrə 6.043,68 manat; 2023-cü il üzrə 2.937,60 manat olmaqla, ümumilikdə 14.174,28 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh, yaxud İstehsalat Birliyi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən bağ sahəsinə - **********00029 saylı abunə koduna əsassız olaraq İstehsalat Birliyi tərəfindən cərimə kimi yazılmış 14.089 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin yayında Bakı şəhəri, Xəzər rayonu, Bi nə qəsəbəsi, Südçülük sovxozu ərazisində 4 sot torpaq almışdır. Həmin torpaq sahəsindən bağ sahəsi kimi istifadə etmişdir. Təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında bağ sahəsinə təbii qaz çəkdirmək üçün Xəzər rayon qaz istismar idarəsinə müraciət etmişdirlər. Buna baxmayaraq həmin vaxtdan 2021-ci ilin iyul ayınadək bağ sahəsi təbii qazla təmin olunmamışdır. xx.xx.2021-ci il tarixdən isə o ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasına getmişdir. xx.xx.2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasına qayıtdıqdan sonra təxminən 2023-cü ilin yanvar ayında sözügedən bağ sahəsinə getdikdə iddiaçı orada işləyən qaz sayğacının quraşdırıldığını görmüşdür. Lakin sayğacın smart kartı iddiaçıya təqdim edilmədiyindən və qış ayları olduğundan sayğacın kartını qaz idarəsindən götürməmişdir. Ca ri ilin aprel ayında yay mövsümü yaxınlaşdığından smart kart alınması üçün müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə smart kart ona təqdim edilmişdir. O, vaxtlıvaxtında qazdan istifadəyə görə xərcləri ödəmiş və qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Smart karta qazdan istifadə üçün pul yükləyən zaman onun abonent koduna 1.4089 manat borc hesablandığının şahidi olmuşdur. X6 tərəfindən 14.089 manat cərimə borcu hesablanmışdır.

6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

7. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-trasoloji ekspertizası və təkrar məhkəmətrasoloji ekspertizası təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiz ası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli 3-16-16/23/1288 №li ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə və iz aşkar edilmədiyi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədiyi müəyyən edilmişdir. 8. 14 iyun 2024-cü il tarixli 3-16-16/2-3/588 №li ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə və iz aşkar edilmədiyi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədiyi müəyyən edilmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-187/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia təmin edilmiş, cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən evinin **********00029 saylı abonent koduna hesablanmış 14.089 manat məbləğində borc silinməsi, cavabdeh İstehsalat Birliyindən 132,27 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri 64 manat və 64 manat olmaqla cəmi 128 manatın cavabdeh İstehsalat Birliyi tərəfindən X1 hesabına köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə kənar xətt, sayğacın qu raşdırılması, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimənin silinməsi barədə iddia tələbi təmin edilməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, abonent saldosuna əsasən iddiaçının abonent koduna ümumilikdə 14.174,28 manat borcun hesablandığını müəyyən edilsə də iddiaçı 14.089 manat borcun silinməsini xahiş etmişdir. Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçının abonent koduna 27 akt əsasında cərimələrin hesablanması abonent saldosuna əsasən öz təsdiqini tapır. İddiaçı aktların əldə edilməsi ilə bağlı İstehsalat Birliyinə müraciət etsə də aktların hər birinin ona təqdim edil mədiyini bildirmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddia tələbindən kənara çıxmamış və hesab etmişdir ki, 27 akt əsasında iddiaçının abonent koduna hesablanmış 14.089 manat məbləğində cərimə borcu silinməlidir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1, 551.2, 551.2.1, 614.3, 1096.1 və 1096.2-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 97.1, 115, 124.1 və 217-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. İstehsalat Birliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmişdir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünü r ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa, abonentin İstehsalat Birliyinə dəymiş ziyanı öz təsdiqini tapmış olardı Məhkəmə mülki iş tədqiq edərkən iddiaçının istifadə edib ödəmədiyi borcu müəyyən etməsinə baxmayaraq tərtib edilmiş aktların heç birini tədqiq etməmişdir. Belə ki, məhkəmə ödənilməyən borcu müəyyən edərkən istifadə edilmiş qazın həcmini çoxluğunun qarşısını almaq məqsədi ilə iddiaçının təbii qazdan qeyri qanuni istifadə etmə hallarını müəyyən edə bilərdi. Habelə məhkəmə, istifadə edilmiş ödənilməmiş məbləğin səbəblərini müəyyən edərək yuxarıda qeyd etdiyi məqsədə nail ola bilərdi. Məhkəmə qətnaməsində, kənar xəttin qoşulması üçün şübhə doğuduğunu qeyd etsə də, obyektiv nəticəyə gəlmək üçün hər hansı hüquqi tədbir görməmiş qanunverciliyin müddəasına zidd qətnamə qəbul etmişdir.

15. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X3 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavaba əsasən, abonent İddiaçı kənar xətt vasitəsilə qazdan qanunsuz istifadəyə görə 2020-ci ilin yanvarından 2023-cü ilin may ayına qədər 27 aktla 14.114,08 manat məbləğində əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. İtirilmiş qazın həcmi 2020-ci ildə tərtib edilmiş 2 akt üzrə: 2 ay üzrə x 432 m3=864 m3 - 86,40 manat; 2021-ci ildə tərtib edilmiş 11 akt üzrə: 11 ay üzrə x 432 m3=4.752 m3 - 967 manat; 2022-ci ildə tərtib edilmiş 10 akt üzrə: 10 ay üzrə x 432 m3=4.320 m3 - 859 manat; 2023cü ildə tərtib edilmiş 4 akt üzrə: 4 ay üzrə x 432 m3=1.728 m3 - 249,60 manat miqdarda hesablanmış zərərin, müvafiq olaraq 2.162 manat məbləğində olması müəyyən edilmişdir. Bundan əlavə abonent saldosunun təhlili ilə iddiaçı tərəfindən bu borcdan 135 manat ödənildiyi müəyyən edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-517/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdeh İs tehsalat Birliyi tərəfindən iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən evinin **********00029 saylı abonent koduna xx.xx.2022-ci il tarixinə qədər tərtib olunmuş aktlar üzrə hesablanmış borcun 599,4 manat məbləğində silinməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçıya məxsus abonent koduna tərtib olunmuş aktlara əsasən hesablanmış borc ilə əlaqədar qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, iddianın həlli ilə əlaqədar nəticəyə gələrkən mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Halbuki bu cür yanaşma müvafiq qanunvericiliyin istinad olunan maddələrinə uyğun hesab oluna bilməz. Belə ki, məhkəmə abonentin saldosuna əsasən müəyyən e tmişdir ki, cavabdeh tərəf iddiaçının abonent koduna 2020-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayına qədər dörd ay istisna olmaqla ardıcıl olaraq hər ay, ümümilikdə 27 akt üzrə cərimə borcu yazmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş aktlara nəzər yetirdikdə cavabdeh tərəfindən tərtib edilmiş aktlarda ayın tarixlərinin qeyd edilmədiyini müəyyən etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir. İddiaçıya yazılmış iyirmi yeddi aktdan onu 2022-ci ilin may ayından sonrakı dövrdə yazılmışdır. İddiaçının abonent koduna yazılmış cərimə aktı 2022-ci ilin fevral ayından sonraya təsadüf etdiyin dən, həmin aktlar tərtib edilərkən Qanunun 13.8-1-ci maddəsində qeyd edilən şərtlərə müvafiq qaydada əməl edilmədiyini nəzərə almışdır.

18. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab edilə bilməz. 2022-ci il mayın 1-dən sonra **********00029 abonent hesabına akt tərtib edilməklə hesablanmış borc, iddiaçı tərəfindən qanunsuz hərəkətlərə yol verildiyi halların mövcudluğu icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun, cinayət tərkibinin əlamətləri olduğu halda isə cinayət təqibi orqanının tərtib etdiyi aktlarla öz təsdiqini tapmadığı üçün silinməlidir. Qeyd olunan aktlar üzrə hesablanmış borc ilə əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmışdır. Bununla belə nəzərə alınmalıdır ki, məhkəməni n istinad etdiyi “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanuna əsasən 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, mübahisələndirilən aktlardan 17-si Qanuna edilmiş bu dəyişikliyin mövcud olmadığı dövrdə tərtib edilmişdir. Həmin maddəyə əsasən də qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X3 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavabdan müəyyən edilimişdir ki, iddiaçının qaz paylayıcısına vurulmuş maddi zərər - 2020-ci ilin 2 ayı ərzində istehlak edilmiş təbii qazın həcmi 864 m3, 2021-ci ilin 11 ayı ərzində istehlak edilmiş təbii qazın həcmi 4.752 m3, 2022-ci ilin 4 ayı ərzində istehlak edilmiş təbii qazın həcmi 1.728 m3, cəmi 7.344 m3 olaraq təşkil edir.

20. İddiaçı **********00029 saylı abonent kodu verilmiş evdə yaşamadığına dair dəlillərə münasibətdə isə kollegiya qeyd etmişdir ki, abonent saldosundan göründüyü kimi həmin evdə kimin yaşamasından asılı olmayaraq qaz sərfiyyatı olmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən rəylərə əsasən tədqiqata təqdim olunan borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş; qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Halbuki iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixdə Zenner G-4 markalı, Smart tipli qaz sayğacı quraşdırılmış, qazın alqı-satqısı barədə müqavilə tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Beləliklə də istehlakçının yalnız xx.xx.2023-cü il tarixdən sonra qoşulduğu qazpaylayıcı borunun və sayğacın üzərində qeyri-qanuni qoşulma üçün xarakterik izlərin aşkar olunmaması hazırki iş üzrə məhkəmə kollegiyasının gəldiyi nəticə ilə ziddiyyət təşkil etmir.

22. Məhkəmə kollegiyas ı cavabdehin 27 akt tərtib etməklə, bununla da abonent tərəfindən təbii qazdan qanunsuz istifadə hallarını və təbii qazın talan etməsini daha sərt tədbirlər ilə qarşısını almamaqla, öz davranışı ilə zərərin yaranmasına və artmasına müəyyən həcmdə şərait yaratması hallarına yol verdiyini nəzərə alaraq hesab etmişdir ki, qeyd edilən aktlar üzrə qaz itkisinə görə ziyanın məbləği itirilmiş təbii qazın 1 m3 -nin qiyməti 0,10 qəpikdən hesablanmaqla müəyyən edilməlidir. Beləliklə də, 2020-ci ildə tərtib edilmiş digər 2 akt üzrə 864 m3 həcmdə hesablanmış zərərin 86,4 manat; 2021-ci ildə tərtib edilmiş 11 akt üzrə 4.752 m3 həcmdə hesablanmış zərərin 475,2 manat; 2022-ci ildə tərtib edilmiş 4 akt üzrə 1.728 m3 həcmdə hesablanmış zərərin 172,8 manat olmaqla, cəmi 734,4 manat məbləğində olması müəyyən edilməli, bu borcdan 135 manat ödənildiyindən isə iddiaçının silinməsini tələb etdiyi 14.089 manat məbləğindən 599,4 manat məbləği saxlanılmaqla, qalan məbləğ əsassız hesablandığı üçün silinməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 386.1, 427.3, 433.1, 442, 448.1, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalar”ına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11, 13-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzə r yetirməmiş, halbuki diqqət etməli olsa idi, iddiaçının təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilməmişdir. Qeyd edilən halı məhkəmə öz qətnaməsində qeyd etməsinə baxmayaraq tərtib edilmiş akları əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi etiraf edilməyən aktları əsaslı hesab etməyərək birliyə vurulmuş ziyanın həqiqiliyini araşdırmaqdan yan keçərək iddianın çox hissəsini təmin etmişdir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş saldodan istehlak edilmiş təbii qazın göstəricilərindən məlum olsa da ki, abonent təbii qazdan qanuni şəkildə istifadə etməmiş və ya qeyd edilən bu hala dair sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə qətnaməsində cavabdehin kənar xəttdən istifadə etmə halını sübut edə bilməməsini qeyd edərək iddianı təmin etmişdir. Tərtib edilmiş aktlar həmçinin saldodan qeyd edilən göstəricilərin əslində iddianın əsassızlığını sübut etmişdir. Məhkəmə qətnaməsində istfadə ediləcək təbii qazın dəyərini və ya həcmini nəzərə alsa da, birliyə vurulmuş ziyanı nəzərə almamışdır. İddiaçı müqavilənin tələblərini pozaraq İstehsalat Birliyi vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq cavabdehə ziyan törətməsinə baxmayaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. M addə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gə lməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

31. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsi nə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

37. Maddə

11. Bənd

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

38. Maddə

13. Bənd

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

39. Maddə

13. B ənd

9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğacları nın növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

40. Maddə 22. “Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təy in edən” Qaydaları

41. Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”.

42. Bənd 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir.

43. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

44. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

45. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini m ütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

46. Bənd 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.

47. Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

48. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

49. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmət in və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

50. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

51. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

52. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdiri lməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

55. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamış, kassasiya şikayətində hazırki işə heç bir aidiyyəti olmayan məhkəmə qərarlarına istinad edilmişdir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassa siya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

68. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görün ür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətn amə qəbul etmişdir.

71. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-517/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar