Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1928/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1031/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh (bundan sonra – cavabdeh) 27 sentyabr 2005-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) oğlu Elşən Hacıyevlə rəsmi nikaha daxil olmuşdur. Onların bu nikahdan iki övladı doğulmuşdur – xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9.
2. X4 23 yanvar 2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.
3. Mənzil Kommunal Təsərrüfatı Birliyinin (bundan sonra – MKTB) balansında olan Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 4 «b» saylı evin 47 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) xx.xx.1992-ci il tarixdə arvadı, iki oğlu və bir qızından ibarət olan ailə üzvləri ilə birlikdə iddiaçının icarəsinə verilmişdir.
4. Cav abdeh xx.xx.2006-cı il tarixdən, övladları isə doğulduqları tarixdən mübahisəli mənzildə pasport qeydiyyatındadırlar.
5. Bakı Şəhəri 8 saylı Notariat Ofisində təsdiq edilmiş 24 yanvar 2019-cu il tarixli ərizə ilə, cavabdeh iddiaçıya və onun arvadı X1 qarşı heç bir əmlak tələbinin olmadığını bildirmişdir.
6. Bakı Şəhəri 8 saylı Notariat Ofisi tərəfindən verilmiş 04 fevral 2019-cu il tarixli, 2V117 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən, cavabdehin iddiaçının oğlu ilə birgə nikah dövründə əldə olunmuş əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə “BYD GF3” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair verilmişdir.
7. Bakı Şəhəri 8 saylı Notariat Ofisi tərəfindən verilmiş 04 fevral 2019-cu il tarixli, 2V118 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, cavabdehin və iki övladının iddiaçının oğlu ilə birgə nikah dövründə əldə olunmuş əmlakın sonuncuya aid 1/2 hissəsindən ibarət miras əmlakdan hər birinin 1/6 hissədə olmaqla pay almaq hüquqları var. Şəhadətnamə “BYD GF3” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair verilmişdir.
8. Quba rayonu Afurca kəndində yerləşən 0,11 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə hər birinin payı 1/3 olmaqla cavabdehin, övladları X8 və X5 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin azyaşlı övladları ilə birlikdə ona məxsus olan mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı atasından miras qalmış Quba rayonu, Afurca kəndində yerləşən əmlakı oğluna bağışlamış, oğlu vəfat edəndən sonra da həyat yoldaşı ilə birlikdə həmin əmlaka dair miras paylarından imtina etmişlər. Gəlini də, onlardan heç bir əlavə əmlak tələbi olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Bundan əlavə, oğlu ilə birgə nikahda olarkən digər fərdi yaşayış evi inşa edərək, orada birgə yaşamışlar. Oğlunun vəfatından sonra da həmin əmlak gəlini və onun iki oğluna qalmışdır. Lakin sonuncular xx.xx.1992-ci il tarixli 017054 saylı orderlə ona məxsus olan mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalırlar. Bir neçə d əfə müraciət etsə də, gəlini qeydiyyatdan çıxmamış, Bakı Şəhəri Qaradağ rayon Polis İdarəsi isə həmin şəxslərin onlar tərəfindən qeydiyyatdan çıxarılmasının mümkün olmadığını bildirmişdir. Belə olan halda, mübahisənin məhkəmə müstəvisində həll edilməsindən başqa yol mövcud olmamışdır.
11. Cavabdeh ayrıca icraatda iddiaçıya qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə onun birgə nikahından doğulmuş, yetkinlik yaşına çatmamış uşaqları Röyalın və Xəyalın və həmin uşaqların qəyyumu kimi onun mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ərinin vəfatından sonra övladlarını təkbaşına böyütməyə çalışmış, ona ərinin ailəsi tərəfindən heç bir köməklik göstərilməmiş, ərinə vərəsəlik əsasında məxsus olan mübahisəli mənzildən onun istifadə hüququna maneələr yaradılmışdır.
13. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(002)-1208/2022 nömrəli qərardadı ilə mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilə köçürülmə tələblərinə dair mülki işlər bir icraatda birləşdirilmişdir.
14. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1208/2022 nömrəli qətnaməsi ilə (hakim K.Əsədov) mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia təmin edilmiş, mənzilə köçürülmə barədə iddia isə rədd olunmuşdur.
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birinci iddia əsaslıdır. Belə ki, cavabdeh əri və övladları ilə mübahisə edilən, MKTB-nin balansında olan mənzi ldə mənzilin icarədarı ilə bir yerdə birgə təsərrüfat aparmış, sonradan könüllü şəkildə, heç bir təzyiq və basqıya məruz qalmadan həmin mənzili tərk edərək, yaşamaq üçün başqa yerə köçmüşdür. İddiaçı tərəf hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən dövrədək, cavabdeh heç yerə şikayət və yaxud ərizə ilə müraciət edərək, mənzili tərk etməyə məcbur edildiyini bildirməmişdir. Əksinə, o, notarial qaydada ərizə yazaraq, iddiaçıya qarşı heç bir əmlak tələbinin olmadığını bildirmiş, ona haqqı çatan əmlakların vərəsəlik və s. qaydada adına rəsmiləşdirilməsinə iddiaçı tərəfindən maneə yaradılmamışdır. Cavabdehin hazırda mübahisə etdiyi mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxmışdır. Onun mübahisə etdiyi mənzilə ehtiyacı olsa idi, o, həmin mənzillə bağlı iddia ərizəsi ilə məhkəməyə müra ciət edər, müxtəlif orqanlara şikayət edərdi. Lakin bu cür addımlar atılmamışdır. Göründüyü kimi, cavabdehin məhkəmə mübahisəsi olanadək və bundan sonra da mübahisələndirdiyi mənzil sahəsinə ehtiyacı olmamışdır və o, kifayət qədər uzun müddət ərzində könüllü olaraq çıxıb getdiyi yaşayış yerində yaşamışdır.
16. İkinci iddia tələbi isə əsassızdır və təmin edilməməlidir. Birinci iddianın təmin edilməsi üçün sadalanan əsaslar ikinci iddianın rədd edilməsi üçün əsaslar kimi çıxış edir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh apel lyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, yetkinlik yaşına çatmamış övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi özü qətnaməsində qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin analoji mübahisələrlə bağlı işlər üzrə formalaşdırdığı mövqeyə görə, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddin dən artıq məhdudlaşdırılmasının qarşısını almalıdır. Buna baxmayaraq məhkəmə cavabdehin və onun uşaqlarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1031/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni Mülki Məcəlləsinin 228.5-ci, MPM-in 14.2, 77.1, 88, 217.3 cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı e tirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Lakin iddiaçı cavabdehə heç bir kompensasiya ödəməmiş və müxtəlif təzyiqlər vasitəsi ilə cavabdehi notarial qaydad a ərizə yazmağa məcbur etmişdir. Hazırda uşaqları Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə zidd olaraq ataları X2 məxsus mənzildən istifadə edə bilmirlər. Hər iki məhkəmə uşaqların mənafeyini pozmuşdur. Məhkəmələr mülki işi obyektiv olaraq dəyərləndirməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsi
25. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
26. Maddə
53. İcarə dar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
27. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
28. Maddə
127. İcarədar öl dükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi bağlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı 29.... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçin in göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcə llənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, dövlət mənzil fonduna aid olan mübahisəli mənzil xx.xx.1992-ci il tarixdə arvadı, iki oğlu və bir qızından ibarət olan ailə üzvləri ilə birlikdə iddiaçının icarəsinə verilmişdir. Cavabdeh xx.xx.2005-ci il tarixdə iddiaçının mərhum oğlu ilə nikah daxil olduqdan sonra mübahisəli mənzilə köçmüşdür.
43. Cavabdehin mübahisəli mənzilə köçdüyü dövrdə qüvvədə olmuş əvvəlki Mənz il Məcəlləsinin 53-cü maddəsinin mənasına görə icarədar (iddiaçı) ilə birlikdə ailə üzvü kimi yaşamış cavabdeh onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olmuşdur.
44. Lakin nəzərə alınmalıdır ki, əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İstinad olunan maddənin rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya on un ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
45. Hazırkı işə baxılması zamanı məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğlu olan keçmiş əri ilə başqa yerdə yaşayış evi inşa edərək daimi yaşamaq üçün ora köçmüşlər.
46. Cavabdeh özü də məhkəməyə ünvanladığı yazılı ərizəsində bildirmişdir ki, 2010-cu ilədək iddiaçı və ailəsi ilə mübahisəli mənzildə yaşadıqdan sonra 2010-cu ildə başqa yaşayış evi inşa edərək o rada yaşamağa başlamışlar. Əri öldükdən sonra iddiaçı ilə bir-birilərinə qarşı əmlak tələblərindən imtina etmək barədə razılığa gəlmiş və notariat qaydada qarşılıqlı imtina ərizələri vermişlər. İddiaçı cavabdehdən əmlak tələbi olmadığı üçün notariusa ərizə verdiyini, amma iddiaçının nəvələrinin hüquqlarının qorunmasını xahiş etdiyini bildirmişdir.
47. Beləliklə cavabdehin mübahisəli mənzili 2010-cu ildə başqa yerdə daimi yaşamaq üçün tərk etdiyi işin məhkəmələr tərəfindən müəyyən edilmiş halı olmaqla yanaşı, cavabdeh tərəfindən də yazılı etiraf edilmiş və MPM-in 106.3-cü maddəsinə əsasən bu hal iddiaçını həmin faktları sübut etmə vəzifəsindən azad etmişdir.
48. Bu baxımdan işə baxmış məhkəmələr cavabdehin mübahisəli mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxdığı üçün iddianın əsassız olduğu barədə qanuni nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1031/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.