Məhkəmə qərarları › İş №2(102)-1928/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1928/2024

28.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1928/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Qeyri-yaşayış sahəsinin boşaldılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-216/2024 nömrəl i, 15 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 3264 saylı, 24 dekabr 2010-cu il tarixli Çıxarışdan və həmin xidmətin 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli 809-1/9914 inventar nömrəli Texniki Pasportdan göründüyü kimi, Salyan şəhəri, İ.Quliyev küçəsi, 33A, yeni qaydalarla, AZ5202 ünvan 1 ünvanında yerləşənqeyri-yaşayış binası iddiaçı X (bundan sonra - iddiaçı) tam formada xüsusi mülkiyyətindədir.

2. İddiaçının rəisinə Cavabdeh2 X tərə findən verilmiş izahatdan görünür ki, iddiaçının nümayəndələri tərəfindən cavabdehə həmin binada qanunsuz yaşadığı izah olunmuş və tərk etməsi bildirilmişdir. İddiaçının nümayəndələri tərəfindən cavabdehlərə mübahisə predmeti mövzusunda xəbərdarlıq məktubları göndərilmişdir.

3. Mübahisə predmeti olan binada yoxlamalar aparılmış və cavabdehlərin orada qanunsuz yaşaması və binanın konstruksiya elementlərində dəyişiklik aparması aşkarlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsi tərəfindən verilən xx.xx.2010-cu il tarixli, 3264 nömrəli Dövlət Əmlakının Reyestrindən Çıxarışda qeyd edilən idarə binası və 900 kv.m. torpaq sahəsinin bəzi vətəndaşlar tərəfindən mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakının öz hesabına boşadılması və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər vətəndaşların məskunlaşdığı əraziləri boşaltmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanunsuz məskunlaşma, dövlət əmlakının mənimsənilməsi və torpaq sahəsinin zəbt edilməsi faktlarının araşdırılması məqsədi ilə İddiaçı əmrinə əsasən Hidrometeorologiya Xidməti əməkdaşları tərəfindən Aran X2 (ARHM) X3 baxış keçirilmişdir. Əraziyə baxış zamanı müəyyən olmuşdur ki, Salyan HMS-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən xx/xx/2010-cu il tarixi 3264 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda qeyd edilən ***-*******9 reyestr nömrəli ev-idarə binasının bir hissəsi və binanın yerləşdiyi ərazidə olan Dövlət Reyestrində ***-*******5 reyestr nömrəli 900 kv.m. torpaq sahəsinin bir hissəsi Cavabdeh1 Əhadağa qızı, Cavabdeh2 X, Cavabdeh3 və digər şəxslər tərəfindən qeyri-qanuni istifadə olunur. Ev-idarə binasının yarı hissəsi vətəndaş Cavabdeh1, digər hissəsi isə Cavabdeh2 X tərəfindən zəbt edilmişdir. Salyan HMS-ın torpaq sahəsi isə Cavabdeh3 və şəxsiyyəti müəyyən edilə bilməyən digər vətəndaşlar tərəfindən zəbt edilərək müxtəlif məqsədlər üçün istifadə edilir. Torpaq sahəsinin yerləşdiyi ərazidə vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni ti kililər inşa edilmiş, müxtəlif ağac və gül kolları əkilmişdir. Cavabdeh1 tərəfindən onun istifadəsində olan sahənin bir hissəsi ev quşlarının saxlandığı hin kimi istifadə olunur. Digər vətəndaş Cavabdeh2 inzibati binanı bölərək yola ayrıca çıxışı olan qapı açmış, həyətdə əlavə olaraq qanunsuz tikililər inşa etmişdir. Mövcud inzibati binanın ərazisində olan torpaq sahəsi ayrıayrı şəxslər tərəfindən faktiki olaraq istifadə edilir. Baxış zamanı müəyyən edilmişdir ki, Salyan HMS-in rəhbərliyinin və işçilərinin inzibati binada onlar üçün nəzərdə tutulmuş otaqlardan istifadələrinə vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhdudiyyət qoyulmuşdur. Belə ki, Salyan HMS-in işçilər inzibati binasından faktiki olaraq istifadə edə bilmirlər və yuxarıda adları qeyd olunan şəxslər tərəfindən əraziyə buraxmırlar. Salyan HMS-in işçiləri Kənd Təsərrüfatı Nazirliyinin X4 inzibati binasında şəraitsiz vəziyyətdə iş fəaliyyətlərinə davam edirlər. Qanun pozuntuları aşkar edilmiş Aran RHM-nin Salyan HMSnin strateji əhəmiyyəti və beynəlxalq ötürücülüyə malik obyekt olmasına baxmayaraq, stansiyanın mövcud yerləşdiyi ərazidə texniki şərtlər kobud şəkildə pozulmuş və işçilərin normal iş şəraitinə davam etmələrində məhdudiyyətlər yaranmışdır. Salyan HMS-in evbinası Cavabdeh1, Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh3 və şəxsiyyəti müəyyən edilə bilməyən digər vətəndaşlar tərəfindən zəbt edilmiş, həmin ərazidə dövlət əmlakından qanunsuz istifadə hal mövcuddur. X1suz zəbt olunmuş ev-idarə binası və onların yerləşdiyi torpaq sahəsinin boşaldılması ilə bağlı Xidmət tərəfindən vətəndaşlar Cavabdeh1 və Cava bdeh2 xx.xx.2023-cü il tarixli, 20/99-354 və 20/99-355 nömrəli, məktublar ünvanlanmışdır. Qanunsuz məskunlaşmış vətəndaşlar ilə söhbətlər aparılmış və Cavabdeh2 Yadulla oğlu xx.xx.2023-cü il tarixində izahat yazaraq bildirmişdir ki, qanunsuz yaşadığı Milli Hidrometeorologiya Xidmətinin balansında olan inzibati binanı tərk edəcəyini bildirmişdir. Aran RHM-nin Salyan HMS-nin yerləşdiyi əraziyə baxış zamanı aşkar edilmiş kobud qanun pozuntularını nəzərə alaraq X məhkəməyə müraciət etmək və bu qanun pozuntularını qanun çərçivəsində həll etmək qərarına gəlmişdir.

6. Məhkəmə iclasında Cavabdeh1 yoldaşının vəfat etdiyini, 3 övladı və 2 nəvəsi ilə birgə yaşadığını, 1980-ci il tarixindən həmin binada məskunlaşdığını, həmçinin digər Cavabdeh2 da 1980-ci il tarixindən onunla eyni binada yaşadığını, g etməyə yerinin olmadığını, bu səbəbdən iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birinci instansiya məhkəməsində iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır.

7. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 6 oktyabr 2023-cü il tarixli, 2(057)-1474/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Salyan şəhəri, İ.Quliyev küç., 33A yeni qaydalarla AZ-5202 Salyan şəhəri, İ.Quliyev küçəsi, giriş 162-də yerləşən iddiaçının qeyri-yaşayış binasından (ARAN X2 X6) Cavabdeh1 və Cavabdeh2 çıxarılması və qeyd edilən qeyri-yaşayış sahəsinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının mülkiyyətində olan qeyri-yaşayış bin asından çıxmamaqla mülkiyyətçinin həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırır. b) Apellyasiya instansiya məhkəməsində icraat

9. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə MPM-in 157.2-ci maddəsinə əsaslanmış və bildirmişdir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından çıxmamaqla mülkiyyətçinin həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Lakin məhkəmə cavabdehlə rin həmin qeyri-yaşayış binasında məskunlaşmamasını, həmin yer üzrə qeydiyyata alınmağının hüquqi əsası barədə araşdırma aparmamış, ünvanlar arasında müxtəliflik məsələsinə qiymət verməmişdir. Həmçinin məhkəmə araşdırmamışdır ki, cavabdehlər tərəfindən mübahisəli qeyri-yaşayış binasında hansı yaxşılaşdırmalar edilmiş, nə kimi təmir tikinti, abadlaşdırma və yenidənqurma işləri həyata keçirilmişdir. Halbuki iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi cavabdeh uzun illərdir orada məskunlaşıb yaşadığı üçün orada müxtəlif təmir tikinti, abadlaşdırma və yenidənqurma işləri həyata keçirmişdir.

11. X7 (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) (hakimlər C.İmanov (məruzəçi), P.Əhmədov, T.Kərimov) 2(106)-216/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilm iş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şiukayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. 12.Apellyasiya instansiyası məhkəməsi cavabdehin əşyaları götürmək və ya kompensasiya almaq hüququnun olması dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh qeyri-qanuni olaraq iddiaçıya məxsus bina-evdə məskunlaşmış özlərinin dediyi kimi 1969cu ildən indiyədək orada yaşayırlar. Yəni qeyd edilən ev-bina cavabdehin mülkiyyətində deyildir. Buna görə də ona iddiaçı tərəfindən kompensasiya verilməsindən söhbət gedə bilməz.

13. Həmçinin məhkəmə cavabdehin 2005-ci ildən qeyd edilən ev-binada pasport qeydiyyatına durmasına aydınlıq gətirilməməsi dəlilinə münasibətdə qeyd edib ki, pasport qeydiyyatında du rma əmlaka sahib olmanı ehtiva etmir və bu əmlakın onun mülkiyyətində olması demək deyildir. Cavabdehin həmin mübahisəli qeyri-yaşayış binasında pasport qeydiyyatına düşməsi özü belə qanunsuz olmuşdur.

14. Məhkəmə gəldiyi qənaitini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152.1, 157.6, 161, 180-ci, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 15.Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir.

16. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıyla münasibətləri 1974-cü ildən başladığı üçün bu münasibətlərə keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalı idi. Həmin Məcəllənin 89-cu maddəsinin sonuncu hissəsinə əsasən isə onu yaşayış sahəsindən çıxararkən başqa yaşayış sahəsi vermək icarədarın vəzifəsi idi. Məhkəmə isə bunu nəzərə almamışdır. 17.Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçı nə əlavə yaşayış vermədən, nə kompensasiya ödəmədən həmin sahədən çıxarmaq niyyətindədir. Amma onlar həmin sahəni özbaşına tutmamışlar. Mərhum həyat yoldaşı, iddiaçının özünün də etiraf etdiyi kimi “xx.xx.1974-cü ildən 2014-cü ilə qədər Salyan HMS-də müxtəlif vəzifələrdə işləmiş, daha sonra isə həmin stansiyanın rəisi vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində mərhum Rafiq Ağayevin və ailə üzvlərinin yaşamağa yerləri olmadığı və iş yerinə yaxın olmaq üçün stansiyanın ərazisində yerləşən inzibati binanın bir ot ağında müvəqqəti yaşamalarına icazə verilmişdir.” Bununla da iddiaçı özü etiraf edir ki, o hələ 1974-cü ildən onlara həmin sahədə yaşamağa icazə verib. Demək yaşamaqların qanuni əsasları mövcuddur. 18.Cavabdeh həmçinin bildirmişdir ki, məhkəməyə təqdim etdiyi X8 filialı tərəfindən verilmiş 35 nömrəli arxiv çıxarışından da görünür ki, Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 414 nömrəli əmri ilə Lesxoz küçəsi 7 nömrəli kommunal mənzilində yaşayan R.Ağayev yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Onlar elə əvvəldən adıçəkilən mənzildə yaşadıqları üçün, elə həmin yaşayış yerində də mənzil qeydiyyatına alındılar. Göstərilən tarixdən həmin ünvanda yaşamış, həmin mənzili özlərinin mülkiyyəti hesab eləmiş, hətta həmin ünvana yaşayış yeri üzrə qeydiyyata da düşmüşlər. O, arxivdən çıxarışı məhkəməyə təqdim etsə də, məhkəmə bunu sübut kimi qəbul etmədi. Halbuki, onun bu sübutu apellyasiya mərhələsində təqdim etməyinin səbəbi dəfələrlə arxivə sorğu versə də, müraciətinə uyğun cavab ala bilməməyi idi. Çünki arxiv idarəsi konkret il (məsələn 1993) üzrə araşdırma aparır. Yəni bir sorğuda cəmi bir il üzrə araşdırma aparılmasını xahiş edə bilər. O isə bilmirdi ki, mərhum mənzil növbəsinə konkret olaraq hansı ildə qeydiyyata düşüb. Onun mərhum həyat yoldaşı isə iddiaçının xx.xx.1974-cü ildən 2014-cü ilə qədər, yəni 30 ildən çox Salyan HMS-də müxtəlif vəzifələrdə işləmiş, daha sonra isə həmin stansiyanın rəisi vəzifəsində çalışmışdır. İddiaçı isə bu normalara əməl etmədən onları birdəfəlik həmin sahədən çıxarmağa çalışır. 19.Cavabdeh kassasiya şikayətini Azərbayc an Respublikasının Mənzil Məcəllənin 89, 97, 98-ci, Torpaq Məcəlləsinin 49.1 və 84-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 37.Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyasının məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz a raşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

40. Kassatorun uzun illər həmin ərazidə yaşaması bu müddət ərzində iddiaçının öz əmlakına sahiblik, istifadə və sərəncam hüquqlarını qanunsuz məhdudlaşdırmaqla, iddiaçının dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur.

41. Cavabdeh tərəfin həmin məskunlaşdığı sahəni yaşayış üçün yararlı hala gətirməsi, orada əlavə tikililər inşa etməsi ona həmin təmir-tikinti işlərinə görə iddiaçıdan pul (kompensasiya) tələb etməsinə əsas vermir.

42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-216/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar