Məhkəmə qərarları › İş №2(102)-1929/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1929/2025

22.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1929/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qürbətəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Qürbətəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və C avabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3354/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Simpatiya-S" MMC ilə İddiaçı Qürbətəli oğlu arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 95 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə ilə “Simpatiya-S" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində 3 otaqlı, 180 saylı mənzilini tikib sifarişçiyə təhvil verməsini öhdəsinə götürmüşdür. “Simpatiya-S" MMC-nin inşa etdiyi mənzilin dəyəri İddiaçı Qürbətəli oğlu tərəfindən tam ödənilmiş və həmin mənzilə görə “Simpatiya-S" MMC qarşısında heç bir borcu yoxdur. 2. “Simpatiya-S" MMC-yə Cavabdeh1 tərəfindən ərizə verilmişdir ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı, 180 saylı ümumi sahəsi 132,1 kv.m olan mənzil onun tərəfindən alınmışdır. Həmin mənzildən imtina edir və İddiaçı Qürbətəli oğlunun adına rəsmiləşdirilməsini xahiş etmiş, məsələ ilə bağlı heç bir etirazı yoxdur. Gələcəkdə həmin mənzilə görə heç bir iddia tələbi irəli sürməyəcək və yarana biləcək hər hansı bir problemdə cavabdeh qismində özü çıxış edəcək. 3. "xxxx" ASC-nin Yasamal rayon sukanal idarəsinin hesab fakturası ilə müəyyən edilir ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı, 180 saylı mənzilin borcu olaraq 65 manat 12 apre l 2023-cü il tarixdə ödənilmişdir. 4. 5904024330 nömrəli qəbz ilə müəyyən edilir ki, "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246,08 manat ödənilmişdir.

5. İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 27 mart 2024cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 132,1 kv.m-dən ibarət 3 otaqlı 180 nömrəli mənzili ilə bağlı İddiaçı Qürbətəli oğlu ilə "xxxx" arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 132,1 kv.m-dən ibarət 3 otaqlı 180 nömrəli mənzilinin müqavilə öhdəliklərinə əsasən ona təhvil verilməsi və həmin müqavilənin əslinin ona qaytarılması öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoy ulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(004)-2205/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Qürbətəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132,1 kv.m. olan mənzildən cavabdehlərin çıxarılması və mənzili iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246 manat və "xxxx" ASC-yə yaranmış kommunal borca görə 65 manat məbləğində borcun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə uzun illərdir ki, işgüzar münasibəti var. İşgüzar münasibətləri nəticəsində 2021-ci il tarixədək cavabdehin 102000 manat məbləğində borcu yaranmışdır. Cavabdehdən dəfələrlə borcun qaytarılmasını xahiş etsə də o, hər dəfə müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Daha sonra, 16 avqust 2021-ci il tarixdə, Cavabdeh1 "xxxx" MMC-nin direktoru T.Məmmədova ərizə ilə müraciət edərək, həmin MMC-nin Yasamal rayonu, Yeni Yasamal Y/M, Yeni Alatava 80A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən, 3 otaqlı 180 saylı ü mumi sahəsi 132.1 kv.m-dən ibarət mənzil almışdır, həmin mənzildən imtina etmiş və İddiaçı Qürbətəli oğlunun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra, 01 sentyabr 2021-ci il tarixdə, "xxxx" MMC-nin direktoru T.Məmmədovla arasında, "çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 95 nömrəli müqavilə bağlanmış və mənzilin dəyəri 92470 manat məbləğində müəyyən olunaraq onun adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh ondan bir müddət möhlət istəyərək mənzildə qalmasını xahiş etmişdir. Daha sonra o, cavabdehdən mənzilin boşaldılmasını xahiş etsə də o, hər dəfəsində müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan yayınmışdır. Bununla bağlı 2023-cü ilin iyun ayında tərəfindən DİN Yasamal Rayon 29-cu Polis Bölməsinə şikayətlə müraciət etmişdir. Şikayət əsasında cavabde h 14 iyun 2023-cü il tarixdə, polis bölməsinə dəvət olunmuş və ondan izahat alınmışdır. Cavabdeh izahatında bildirmişdir ki, “İddiaçı 102 min borcu olduğu üçün ona məxsus olan Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən mənzil 180, alqı-satqı ilə vermişdir. Aralarında olan razılığa əsasən 15 iyul 2023-cü il tarixədək o, söz verir ki, İddiaçı 102 min manat pulunu verəcək. Vermədiyi halda o mənzili boşaldıb İddiaçı təhvil verəcək." kimi qeyd etmişdir. Hazırda cavabdehin polis bölməsində yazdığı izahatı ilə verdiyi vədə əməl etməmişdir və hazıradək ona məxsus mənzildə ailə üzvləri ilə birgə yaşayır. Daha sonra, tərəfindən "Azərişıq” ASC və "xxxx" ASC-yə müraciət edərək, onun yeni abonent müqavilə bağlanmasını xahiş etmişdi. "xxxx" ASC-nin Enerji Satış Departamentinin nümayəndəsi tərəfindən o na bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin 246 manat elektrik borcu mövcuddur və borc ödənildiyi təqdirdə abonent müqaviləsi bağlanılacaqdır. Bu səbəbdən istifadə etmədiyi mənzilə yaranmış 246 manat elektrik borcunu ödəmiş və "xxxx" ASC-nin Enerji Satış Departamentinin direktoru Elçin Dadaşovla 25 avqust 2023-cü il tarixli, 704897№-li abonent müqaviləsi bağlanmışdır. Həmçinin "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsinin nümayəndəsi tərəfindən ona bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması nəticəsində 65 manat borcu mövcuddur və borc ödənildiyi təqdirdə abonent müqaviləsi bağlanılacaqdır. Bu səbəbdən 65 manat borcu öd əmiş və "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsinin rəisi Ramin Sadıqovla 25 avqust 2023-cü il tarixli, 47670545№-li abonent müqaviləsi bağlanmışdır. Beləliklə, göründüyü kimi, müqaviləyə əsasən ona məxsus olan mənzilə daxil olmaq, ondan istifadə etmək, mənzildən faydalanmaq və ümumilikdə mülkiyyət hüququndan məhrum edildiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, onun iddiaçıya borcu olmuşdur, mənzillə bağlı nəsə olmamışdır. Mənzil ona məxsusdur və sübutları var. Sənədlərdən məlumatı olmamışdır. Odur ki, iddia tələbi qanunsuz və əsassızdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(004)5380/2023 nö mrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, işin hallarından görünür ki, Cavabdeh1 ərizə ilə “Simpatiya-S" MMC-yə müraciət edərək ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı, 180 saylı ümumi sahəsi 132.1 kv.m olan mənzildən imtina etdiyini və həmin mənzilin İddiaçı Qürbətəli oğlunun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmçinin “Simpatiya-S" MMC ilə İddiaçı Qürbətəli oğlu arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə razılaşdırılmış məbləğ İddiaçı Qürbətəli oğlu tərəfindən ödənilmişdir. Daha sonra iddiaçı cavabdehlərdən mənzildən çıxamalarını xahiş etsə də, cavabdehlər mənzildən çıxmamışdır.

11. Məhkəmə hesab etmişdir ki, İddiaçı Qürbətəli oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132.1 kv.m olan mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadəsi qanunsuzdur və həmin mənzildən çıxarılmalıdırlar.

12. Həmçinin İddiaçı Qürbətəli oğlu tərəfindən ödənilmiş "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246 manat və "xxxx" ASC-yə yaranmış kommunal borca görə 65 manat məbləğində borc cavabdehlər tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157ci, Mənzil Məcəlləsinin 2.1, 5.1, 9.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apelly asiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzilə dair ilkin alqı-satqı müqaviləsi Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmışdır. Lakin, həmin müqavilənin bir surəti ona təqdim edilməmişdir. Çünki, ona bildirilmişdir ki, müqavilə üzrə 30.000 manat borcu qalmış və həmin borc ödənildikdən sonra müqavilənin bir surəti ona təqdim olunacaq. Eyni zamanda həmin mənzilin bütün kommunal bildirişləri də, Cavabdeh2 adına olub və bütün bildirişlər 2023-cü ilin sentyabr ayınadək onun adına gəlmişdir. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş akt da Cavabdeh2 adına tərtib olunmuşdur. Eyni zamanda əgər həmin müqavilə onunla bağlanmasa belə, sözügedən mənzil birgə nikah dövründə alındığına görə onun üzərində aparılan hər hansı hüquqi hərəkətlər barəsində Cavabdeh2 və digər ailə üzvlərinin razı lığı əsasında aparılmalı idi. Lakin, burada yalnız bir şəxs Cavabdeh1 Cavabdeh2 və digər ailə üzvlərinin (cavabdehlərin) hüquqlarını kobud surətdə pozaraq birgə nikah dövründə əldə olunmuş mənzili digər bir şəxsə şəxsi borcu əsasında vermişdir. Hətta bu müqavilə dəyişdirilən zaman "xxxx" MMC tərəfindən həmin evdə yaşayan digər ailə üzvlərinə məlumat verilməli və razılıqları alınmalı idi. Lakin, bunların heç biri olmamış və məhkəmə işi düzgün araşdırmadan iddia tələbini təmin etmişdir. Eyni zamanda cavabdehlər mənzilə olan pay haqlarından imtina etməmiş, bu barədə hər hansı bir ərizə ilə "xxxx"MMC-yə müraciət etməmiş və yaxud müqavilənin tərəfi kimi, pay hüququ olan şəxslər kimi onların razılığı alınmamışdır. Bütün bunlar qeyri-qanuni olaraq Cavabdeh2 ilə "xxxx" MMC arasında olan müqavilə l əğv edilmədən "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Cavabdeh2 həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və həmin mənzilin tikilməsində, ərsəyə gətirilməsində ailə təsərrüfatlarının böyük rolu olmuşdur. Elnarə özü şəxsən külli miqdarda pul xərcləyərək həmin evi təmir etdirmişdir. Mülkiyyətçi olmayan şəxsin də əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməlidir. Lakin, bu iş üzrə onun və ailə üzvlərinin hüquqları kobud şəkildə pozularaq mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmuşdur. Qanunvericiliyin tələbində göstərildiyi kimi bunlar arasında nikah kontraktında və ya digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıb. Yəni sözügedən əmlak bunların birgə mülkiyyətidir və birgə nikah dövründə əldə ediblər. Mən zildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrum etmə qanunsuz sayılır. Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzilə sahiblik və istifadə hüquqları var. Əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Birinci instansiya məhkəməs i işi araşdırarkən mübahisəli əmlakın birgə nikah dövründə alınıb – alınmaması və həmin əmlaka dair digər payçıların hüquqlarının və onların razılıqlarının olub-olmaması məsələsi aydınlaşdırılmamışdır. İddia tələbinin təmin edilməsi cavabdehlərin hüququnun pozulması kimi qiymətləndirilməlidir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3354/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fərrux Qasımov-sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Xəyal Sarıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, “Simpatiya-S" MMC ilə İddiaçı Qürbətəli oğlu arasında bağlanmış müqavilə qüvvədədir, həmin müqavilənin etibarsızlığı ilə bağlı məhz hazırkı iş üzrə apellyat or Cavabdeh2 tərəfindən iddia qaldırılsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(004)-2205/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin qətnamənin məzmunundan görünür ki, iddianın əsasını təşkil edən hallar hazırki apellyasiya şikayətinin də əsasını təşkil edir. Məhz buna görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(103)-3354/2024 nömrəli qərardadına əsasən həmin iş üzrə icraat başa çatanadək hazırkı iş üzrə icraat dayandırılmış, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraat təzələnmişdir.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e2(004)2205/2024 nömrəli qətnaməsinin məzmunundan görünür ki, Cavabdeh2 tərəfindən apellyas iya şikayətinin dəlili olaraq irəli sürülmüş bütün əsaslara həmin qətnamədə qiymət verilmişdir.

20. Həmin qətnamədə qeyd olunmuşdur ki, “... iddiaçı mübahisəli mənzilin ona məxsus olmağını, yəni onunla cavabdeh arasında müqavilə mövcud olmuşdursa, həmin müqaviləni və ya digər sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh MMC isə məhkəmə sorğularına cavab olaraq belə bir müqavilənin mövcud olmadığını qeyd etmişdir. Mübahisəli mənzilin qanuni sahibinin başqa şəxs, yəni İddiaçı Qürbətəli oğlu olduğu qeyd edilmiş və bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edilmişdir.”

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.8, 164.1, 164.2-ci, Mənzil Məcəlləsinin 112.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkili X1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və onun ailə üzvləri mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxslərdir. Həmin mənzildə yaşayaraq, bütün kommunal ödənişlər onların adına olub və mənzil müqaviləyə əsasən onlara satılmışdır.

24. Həmin mənzil birgə nikah dövründə alınmış və birinci instansiya məhkəməsi qətnamə çıxararkən Cavabdeh2 hüquqlarını kobud surətdə pozaraq qətnamə qəbul etmiş və apellyasiya məhkəməsi də, həmin qətnaməni qüvvədə saxlamışdır. Qeyd etmişdir ki, qanunvericiliyin tələbində göstərildiyi kimi onlar arası nda nikah kontraktında və ya digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıb. Yəni, sözügedən əmlak bunların birgə mülkiyyətidir və birgə nikah dövründə əldə ediblər.

25. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Mənzil Məcəlləsinin 2.1, Ailə Məcəllənin 32, 36, 37.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayıl ır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

32. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

33. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş h əmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırıl ması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3354/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar