Məhkəmə qərarları › İş №2(102)-193/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-193/2023

01.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-193/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, vindikasiya tələbi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, maddi zərər, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4374/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı və c avabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 01 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 11 sentyabr 2003-cü il tarixli 4 “Ə”-4-661 saylı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2593-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətinə verilmiş və torpağın mülkiyyətə verilməsinə dair 16 dekabr 2005-ci il tarixli, JN-16086H (Kod: ********) nömrəli şəhadətnamə verilmişdir.

2. İddiaçı ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 28 iyul 2009-cu il tarixli ilkin müqaviləyə əsasən, iddiaçı sözügedən 0,02 ha torpaq sahəsindən 0,015 ha hissə sini 60247,5 manata cavabdehə satmış, əsas müqavilənin bağlanmasının bir il müddətinə başa çatdırılması nəzərdə tutulmuş, cavabdeh daşınmaz əmlakın razılaşdırılmış qiymətinin 28115,5 manatını notariat kontorunun depozit hesabına qoyaraq ödəmişdir, qalan 32132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinin yerinə yetirilməməsinin Mülki Məcəllənin 491-492-ci maddələri ilə tənzimlənməsi qeyd edilmişdir.

3. Qeyd olunan ilkin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı tərəflər arasında yaranmış əvvəlki məhkəmə mübahisələri üzrə aşağıdakı məhkəmə aktları qəbul olunmuşdur: 3.1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2799/2011 nömrəli, 16 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə və onun qardaşı Nümayəndə qarşı Bakı şəh əri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2593-cü məhəllədə yerləşən üzərində 10 otaqdan ibarət 3 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi 0,015 ha torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən yaranmış 40000 ABŞ dolları borcun tutulması, maddi və mənəvi zərər tələblərinə dair iddia ərizəsi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. 3.2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3668/2013 nömrəli, 13 dekabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçının həmin cavabdehlərə qarşı (Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoru üçüncü şəxs qismində cəlb edilməklə) torpağın alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun cavabdehlərdən tutulması barədə iddia tələbi təmin olunmamışdır. Bu qətnamə də qanuni qüvvəsini almışdı r.

4. Mübahisəli fərdi yaşayış evi üçün verilmiş 04 oktyabr 2019-cu il tarixli, **********84-10301 reyestr nömrəli texniki pasportda və ona əlavə edilmiş torpaq sahəsinin planında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (bundan sonra – mübahisə predmeti olan ev) və 0,01412 ha hissəsi tikinti altı sahə və 0,00588 ha hissəsi digər sahələr üçün nəzərdə tutulmaqla, ümumilikdə 0,02 ha torpaq sahəsi üzrə hüquq subyekti kimi iddiaçı qeyd olunmuşdur.

5. Həmin fərdi yaşayış evi və torpaq sahəsi 05 oktyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli fə rdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və dəymiş ziyanın əvəzi olaraq 100.200 manatın, 500 manat ekspertiza xərcinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli ev yaşayış üçün hazır vəziyyətdə olduqdan sonra iddiaçı maddi vəziyyəti ilə əlaqədar olaraq satmaq qərarına gəlmiş, bu məqsədlə həmin torpaq sahəsini almaq istəyən cavabdeh və onun qardaşı ilə alqı-satqıya dair razılıq əldə etmişlər. xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontorunda cavabdehlə arasında yuxarıda qeyd olunan şərtlərlə ilkin müqavilə bağlanmışdır. Əsas müqavilənin bağlanılması üçün tərəfindən cavabdehlərə bir neçə dəfə şif ahi və yazılı şəkildə notariat kontoruna müraciət edilməsi təklif olunsa da, müraciətləri cavabsız qalmış, alqı-satqının yekunlaşması və əsas müqavilənin imzalanması üçün heç bir addım atılmamışdır. Bu məsələ ilə bağlı aralarındakı əvvəlki məhkəmə mübahisələri üzrə qəbul edimiş məhkəmə qətnamələrindən və cavabdehin davranışından da göründüyü kimi, 10 ildən artıq müddətdir ki, mülkiyyət hüquqları kobud surətdə pozulur. Cavabdehlər nə müqavilə üzrə qalıq borcu ödəmiş, nə də ona məxsus olan yaşayış evini tərk etmişdir. Məhkəməyə təqdim edilən sübutlardan (torpağın texniki pasportu, şəhadətnaməsi, çıxarış) da göründüyü kimi, qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdehin həmin ev üzərində hər hansı mülkiyyət, yaşamaq, yaxud istifadə hüququ yoxdur. Lakin göstər ilən xüsusatlara rəğmən, cavabdehlər 10 ildən artıqdır ki, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış, yaşayış evini tərk etməmiş, bununla da, ona xeyli miqdarda maddi ziyan vurmuşlar. Belə ki, özünə məxsus olan evi kirayəyə verərək gəlir əldə elmək məqsədində olsa da, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu mümkün olmamışdır. Qeyd olunan evin real əmlak bazarında hazırkı aylıq kirayə məbləği 1000 manat təşkil edir. Əvvəlki illərin kirayə qiymətlərini və dəymiş ziyanın real məbləğini nəzərə alaraq, hesab edir ki, cavabdehdən ona məxsus əmlakdan qanunsuz olaraq istifadə etdiyi və qaytarmaqdan boyun qaçırdığı üçün 2008-ci ilin avqust ayından etibarən hər aya görə ortalama 800 manat dəyərində kirayə ödənişi tutulmalıdır. Əmlak artıq 10 il 7 aydır (ilkin müqaviləyə ə sasən müqavilə xx.xx.2010-cu ilədək bağlanmalı idi) ki, cavabdehin qanunsuz istifadəsində olduğundan və ortalama kirayə pulu 800 manat təşkil etdiyindən dəymiş ziyanın ümumi məbləği 101.600 manat təşkil edir.

8. İddia ərizəsinə əlavə edilmiş "xxxx" Qiymətləndirmə Şirkətinin 21 aprel 2021ci il tarixli, BF-3471 ER saylı mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş cədvəldən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən mübahisəli fərdi yaşayış evinin 28 iyul 2009-cu il tarixdən 01 aprel 2021-ci il tarixinədək hər ay və hər il üçün ümumi kirayə haqqının məbləği 100.200 manat təşkil etmişdir

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (qardaşı) Nümayəndə iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, onun və cavabdehin iddiaçı ilə hər hansı mübahisəsi olmamışdır. Hazırda iddia predmeti olan evi o, “Birja” qazeti vasitəsi ilə tapmış, bundan sonra ev-alqı satqısı ilə məşğul olan şəxs kimi tanıdığı X2 ilə tanış olub, onun vasitəsilə evə baxış keçirmişdir. Ailə üzvləri, o cümlədən, cavabdehlə məsləhətləşərək evi 130.000 ABŞ dollarına almaq qərarına gəlmişlər. Həmin vaxt 100.000 ABŞ dolları pulu olduğunu Məcidə bildirmiş, Məcid isə ona narahat olmamasını, 100.000 ABŞ dollarını ilkin olaraq ödəməsini, pulun qalan hissəsini isə ilkin müqavilə bağlayaraq ödəməsinə şərait yaradacaqlarını bildirmişdir. Məcidlə aralarında şifahi söhbət zamanı pulun qalan hissəsini 1-2 il ərzində deyil, 5-6 il ərzində ödəyəcəyi barədə razılaşmışlar. Bundan sonra, onlar Bakı şəhərində yerləşən 36 saylı notariat kontoruna getmişlər. Orada əvvəllər tanımadığı şəxsi görmüş, sonra dan həmin şəxsin evi satan iddiaçı olması ona məlum olmuşdur. Məcid sənədə imza atdıqdan sonra iddiaçının gedəcəyini ona bildirsə də, qeyd olunan şəxslər onun və cavabdehin təcrübəsizliyindən istifadə edərək, onlara müxtəlif sənədlərə imza çəkdirmişlər. Məcid dövlət rüsumunu az ödəməsini əsas gətirərək, onun verdiyi pulu hissələrə bölmüşdür. Bununla yanaşı, hazırda vəfat etmiş keçmiş qonşusu Vaqif Xəlilova bir əvvəl qaraj satmasına baxmayaraq, notariat kontorunda olarkən, həmin qarajın sənədləşməsini də evin sənədləşməsi ilə eyni vaxtda aparmışdır. Belə ki, araşdırma aparılarsa, onun qeyd olunan tarixdə həm qarajın, həm də evin satılması müqabilində ödəniş etməsini əks etdirən iki bank rekvizitinin mövcud olması müəyyən olunar. Notariat kontorunda olarkən, cavabdehlə bir il müddətinə ilkin müqavilə bağlanmış, həmin vaxt evin çıxarışının bir ay ərzində veriləcəyinə dair onlara vəd verilmişdir. Məcid alqı-satqı zamanı onun verdiyi pulun təxminən 1/3 hissəsini müqavilədə qeyd etdirmiş, buna görə də o, təxminən 40.000 ABŞ dolları məbləğində pulu ödəmiş, qalan hissəsini isə əlbəəl vermişdir. Öz evini satdığına görə yeni ev yiyəsinin ondan çıxmalarını tələb etdiyi üçün Məciddən hazırda özünün aldığı evi boşaltmalarını və evə köçmələrini tələb etmişdir. Məcid isə ona ev tikdirdiyini bildirib, bir müddət gözləməsini xahiş etmişdir. İyul ayında alqı-satqı olmasına baxmayaraq, onlar soyuq qış vaxtına təsadüf edən dekabr ayında təmirsiz evə köçmüşlər. Məhz bundan üç gün sonra Məcid evi boşaltdırmış, çıxarış tələb etdikdə isə bunun müqabilində Məcid ona biraz pul verməsini təklif etm işdir. Onlar evə köçdükdən iki həftə sonra 2304 manat borcun olması əsası ilə, evə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Məcidə zəng edib bu barədə bildirmiş, Məcid isə ona narahat olmamasını, hər şeyi yoluna qoyacağını demiş, bir müddət sonra isə özü ilə kəlbətin gətirib elektrik enerjisinin verilməsini bərpa etmiş, lakin sonradan yenidən eyni problemlə üzləşmişdir. Həmin ərəfədə Məcid ondan 500 manat pul istəmiş, o isə aralarında danışıq olmasını bildirib razılaşmamışdır. Məcbur olub qonşunun evindən öz evinə işıq xətti çəkdirmiş, lakin bunun da xeyri olmamış, sonda işıq idarəsinə gedərək ərizə yazmışdır. Belə ki, o, aylıq sərfiyyat ödənişindən əlavə, ilkin olaraq 250 manat, daha sonra hər ay üçün 100 manat olmaqla ödəniş etmişdir. Bundan sonra, 3 oktyabr 2010-cu ildən etibarə n iddiaçı Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Onların aralarında ümumilikdə dörd dəfə məhkəmə mübahisələri olmuş, iddia tələbi isə onun və cavabdehin guya ilkin müqavilənin şərtlərinə əməl etmədiyi üçün evdən çıxarılmaları barədə olmuşdur. Qeyd edilən əsassız və haqsız mübahisələr hal-hazıradək davam edir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1539/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia qismən təmin edilərək, cavabdehin istifadəsində olan mübahisəli fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilm işdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, boşladılması tələb edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin satılmasına dair ilkin müqavilə mövcud olsa da, əsas müqavilənin bağlanması qanunla müəyyən edilmiş bir il müddətində başa çatdırılmamış, bu müddətdən sonra isə torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır, daşınmaz əmlakın dövlət reyestrində aparılmış həmin qeydiyyat qüvvədədir, mübahisələndirilməmişdir. İddiaçının ona məxsus olan əmlaka faktiki sahib olmaq, əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək hüququ vardır, hansı ki, bu hüquq, qanuni əsaslar olmadan cavabdeh tərəfindən məhdudlaşdırılmışdır, həyata keçirilmə sinə maneə yaradılır. Cavabdehin həmin evdən istifadə etməsinə və boşaltmamasına hər hansı qanuni əsas yoxdur, mülkiyyətçinin qanunvericiliklə tanınan və qorunan hüququ təmin edilməklə, iddia həmin hissədə təmin edilməli, fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

12. Tərəflər arasında bağlanmış ilkin müqavilədən irəli gələn əsas müqavilənin onun bağlanmalı olduğu müddət qurtaranadək bağlanmadığı vəziyyətdə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verildiyindən, hazırda bu barədə tələb irəli sürülmədən fərdi yaşayış evinin boşaldılması barədə iddianın təmin edilməsinə yolverilməzlik yoxdur. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə iclaslarında etibarnamə əsasında nümayəndəsi (qardaşı) vasitəsi ilə təmsil olunmuş, lakin qanunla müəyyən edilmiş qaydada iddia ərizəsinə dair etiraz, mülahizə və ya qarşılıqlı iddia verməmiş, iddia tələbinin əsassızlığına dair hər hansı qanuni dəlil irəli sürməmiş, etirazının əsasını təşkil edəcək sübutlarını təqdim etməmişdir.

13. Məhkəmə iddia tələbini dəymiş ziyanın ödənilməsi hissəsində rədd edərkən isə qeyd etmişdir ki, işin faktiki müəyyən olunmuş halları və tərəflər arasında bağlanmış ilkin müqavilənin şərtləri ilə təsdiq olunur ki, iddiaçının xx.xx.2009-cu il tarixli müqaviləni bağlamaqda niyyəti ona məxsus olan mübahisəli 0,02 ha torpaq sahəsindən 0,015 ha hissəsini cavabdehə satmaq olmuş, sonrakı məhkəmə mübahisələrinin predmeti də “üzərində fərdi yaşayış evi inşa edilmiş torpağın alqı-satqısına dair ilkin müqavilədən yaranmış borc pulun, vurulmuş maddi (pulun infilyasiyası baxımından) və m ənəvi zərərin ödənilməsi”, bundan başqa “torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun tutulması” olmuşdur. İddiaçı həmin iddialarında heç vaxt iddia etməmişdir ki, əmlakı kirayə vermək niyyətində olmuşdur. 2014-cü ildə sonuncu məhkəmə mübahisəsindən sonra tərəflərin heç biri birbirinə qarşı hər hansı predmetlə bağlı iddia qaldırmamışlar. İlkin müqavilənin özündən, eləcə də məhkəmə mübahisələrinə dair qətnamələrdən də aydın olur ki, iddiaçının niyyəti məhz əmlakı satmaq olub, o, həmin əmlakı kirayə vermək məqsədilə tikməsi, kirayəyə vermə ilə məşğul olması və s. bu kimi sübutlarını təqdim etməmişdir.

14. Təqdim etdiyi mütəxəssis rəyi isə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, rəydən görünür ki, mütəxəssis öz rəyini subyektiv fikirləri ilə əsaslandırmışdır, ərazi üzrə oxşar əmlakların kirayə qiymətini əks etdirən mötəbər sübut qismində qəbul ediləcək sənəd (arayış), bilavasitə kirayə əmlak sahəsində fəaliyyət göstərən mütəxəssisin rəyi, internet resurslarında yerləşdirilmiş elanlar və sair sübutlar təqdim edilməmişdir.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 178.1, 402.5, 228.1, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 82.3, 88, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmışdır.

17. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, ilkin alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair iddiaçının adına mülkiyyət hüququ üzrə çıxarışın xx.xx.2019-cu il tarixdə verilməsi, halbuki aralarında bağlanmış ilkin alqı-satqı müqaviləsindən sonra iddiaçının həmin evə dair çıxırışı bir il müddətində əldə etməsinə vəd verməsi, lakin çıxarışın 11 il sonra əldə olunması, bu səbəbdən də əsas müqavilənin bağlanmamasında on un təqsirinin olmaması, öhdəliyin iddiaçının özü tərəfindən pozulması, buna görə də, qalan pulu iddiaçıya ödəməməsi, iddiaçıya hazıradək 100.000 ABŞ dolları pul ödəməsi, həmin pulun həm torpaq sahəsinə, həm də onun üzərində yerləşən fərdi yaşayış evinə aid olması, hazırda 18850 ABŞ dolları borcunun qalması, birinci instansiya məhkəməsi tərəfindən onun evdən çıxarılması barədə qətnamə qəbul olunsa da, evin dəyərinin iddiaçı tərəfindən ona ödənilməsinə münasibət bildirilməməsi, evin hazırkı bazar dəyərinin 350.000 ABŞ dolları həddində olması, həmçinin evi alan zamanı yararlı vəziyyətdə olmadığından ora 50.000 ABŞ dolları vəsait xərcləməsi, işin tam və hərtərəfli araşdırılmaması və s. kimi əsaslandırmışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instan siyası məhkəməsi) 2(103)-4374/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində qətnamənin qanuniliyinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı əvvəllər cavabdehə qarşı iki dəfə müxtəlif iddia tələbləri ilə (əvvəlcə “ilkin alqısatqı müqaviləsindən yaranmış borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi”, sonra isə “torpağın alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq pulun cavabdehlərdən tutulması”) məhkəməyə müraciət etsə də, iddia tələbləri təmin olunmamışdır. Məhkəmələrin hüquqi mövqeyinə görə, ilkin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş 1 il müddət ərzində əsas müqavilə bağlanmamış, öhdəliklərə xitam verilmişdir. Bu səbəbdən də, iddiaçının ilkin müqaviləyə istinad edərək razılaşdırılmış pulu tələb etməsi və ya əsas müqavilənin bağlanmış sayılması və s. tələbləri əsaslı hesab oluna bilməz. Göründüyü kimi, iddiaçı ilkin müqavilənin bağlanmasından sonra məsələnin bu və ya digər formada başa çatdırılması istiqamətində müvafiq hərəkətlər etmiş, bir neçə dəfə məhkəməyə müraciət etmiş, lakin tərəflər mübahisəni həll edə bilməmiş, ümumi razılığa gəlməmişlər. Bundan sonra iddiaçı mübahisə predmeti olan daşınmaz əmlakın tam mülkiyyətçisi kimi hazırkı iddia tələblərini irəli sürmüşdür.

21. Cavabdeh hazırkı vaxtda mübahisə predmeti olan daşınmaz əm lakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinin dəlillərini əsaslandırmamışdır. Cavabdeh tərəf iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçərək, orada yaşamasının əsası kimi aralarında bağlanmış ilkin müqaviləyə əsaslansa da, yuxarıda da qeyd edildiyi kimi, ilkin müqavilə ilə tərəflər məhz gələcəkdə əsas müqavilənin bağlanmasını öhdələrinə götürürlər. Əks halda isə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Yəni, ilkin müqavilə cavabdehə daşınmaz əmlak üzərində hər hansı əmlak hüquqları yaratmamışdır. Eyni zamanda, tərəflər ilkin müqavilədə gələcəkdə müvafiq torpaq sahəsinin (0,015 ha) alqı-satqısı barədə razılığa gəlmiş, müqavilədə fərdi yaşayış evi ilə bağlı hər hansı qeyd aparı lmamışdır.

22. Hətta, tərəflər şifahi olaraq fərdi yaşayış evinin də alqı-satqısını şərtləşdirmişlərsə belə, bu hal yenə də cavabdehin hazırkı vəziyyətdə həmin yaşayış sahəsindən istifadəsini qanuni hala gətirmir. Cavabdehin mübahisəli yaşayış sahəsini zəbt etməməsi, iddiaçının razılığı ilə ilkin müqaviləyə əsasən orada yaşamağa başlaması halı da vəziyyəti dəyişdirmir. Çünki yuxarıda da qeyd edildiyi kimi, ilkin müqavilə öz əhəmiyyəti itirmişdir və cavabdehin hazırkı vaxtda iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə (orada yaşamasına) haqq qazandıran digər qanuni əsas mövcud deyildir (cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir).

23. Cavabdeh etirazının digər əsası kimi əsas müqavilənin bağlanmamasının onun təqsirindən baş verməməsini, iddiaçının fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının 2019-cu ildə qeydiyyata alınmasını göstərmiş, Məhkəmə kollegiyası bu dəlillə münasibətdə qeyd etmişdir ki, hazırkı iddianın qanuni həlli baxımından əsas müqavilənin bağlanmamasının kimin təqsirindən baş verməsi xüsusi önəm daşımır. Önəmli olan məsələ əsas müqavilənin bağlanmaması, bununla da ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsidir. Belə olan halda isə, mülkiyyətçinin dəyişməsi baş vermir və hüquqi vəziyyət dəyişmir.

24. Kollegiyanın qənaətinə görə, işin qeyd olunan halları fonunda iddiaçının hazırkı vindikasiya (əmlakın qanunsuz sahibdən alınması) tələbi əsaslı hesab olunmalıdır. Çünki iddiaçının tələb hüququ həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir ki, qeyd edilən şərtlər məcmu halda işdə mövcud dur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmiş, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

25. Cavabdeh tərəf etirazının əsası kimi – fərdi yaşayış evinin təmirinə xərc çəkməsini, eyni zamanda iddiaçıya 100000 ABŞ dolları pul ödəməsini, evdən çıxdığı təqdirdə evin bazar dəyərinin ona ödənilməli olmasını və s. göstərsə də, həmin hallara hazırkı icraat çəkçivəsində hüquqi qiymət verilməsi mümkün deyil. Çünki cavabdeh bununla bağlı müstəqil tələb (qarşılıqlı iddia) verməmişdir. Müvafiq tələb olmadağı halda isə cavabdehin etirazında göstərdiyi pul vəsaitlərinin iddiaçıdan tutulması məsələsinə baxılması prosessual qanuünvericiliyin tələbləri ilə uzlaşmır (lakin cavabdeh qeyd etdiyi hallarda bağlı müstəq il qaydada məhkəməyə müraciət etməkdə tələb hüquqlarını özündə saxlayır).

26. Məhkəmə kollegiası iddianın təmin olunmayan hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı maddi zərər kimi əldən çıxmış faydanı tələb etdiyi halda bu halı sübut etmək yükünü daşıyır.

27. Keçən müddət ərzində iddiaçı cavabdeh tərəfindən istifadə edilən yaşayış sahəsini kirayə verməklə iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini, lakin həmin gəlirlərdən məhrum olmasını və s. bu istiqamətdə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Yəni, iddiaçı həmin əmlakı cavabdehin istifadəsinə verməmişdən əvvəl kirayəyə verməsi və kirayə haqqı almasına və ya sonradan belə b ir hüquqi əsasın yaranmasına, yaşayış sahəsinə dair digər şəxslərlə real olaraq kirayə müqaviləsini bağlamasına, məhz cavabdehin təqsiri üzündən bunun baş tutmamasına və s. dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Əksinə, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçı əvvəllər cavabdehə qarşı qaldırdığı iddia tələblərində bu hala istinad etməmiş, yaşayış evinin qaytarılmasını, cavabdehin çıxarılmasını və s. tələb etməmişdir.

28. İddiaçı yoxlanılan hissədə mütəxəssis rəyinə görə 500 manat pul da tələb etmiş, lakin Kollegiyanın yuxarıda sadalanan mövqeyinə görə iddia zərər hissədə əsassız olduğundan, iddiaçının kirayə haqqına dair təqdim etdiyi mütəxəssis rəyi hər hansı əhəmiyyət daşımır. B u səbəbdən də iddiaçının həmin xərci özünə aid edilməlidir. Kassasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, məhkəmə əsaslandırması ilə cavabdehin mülkiyyətdən istifadəsini qanunsuz hesab etdiyi halda, heç bir əsas olmadan ona vurulmuş maddi ziyanı təmin etməmişdir. Əvvəlki məhkəmə prosesləri zamanı dəymiş ziyanın ödənilməsinə dair hər hansı tələbin olmaması hazırkı iş üzrə dəymiş ziyanın ö dənilməsini tələb etməyə mane olmur. Məhkəmə dəymiş ziyanın ödənilməsi barədə iddiaçı tərəfindən təqdim edilən sübutlara (21 aprel 2021-ci il tarixli, BF-3471 ER saylı mütəxəssis rəyi, xx.xx.2021-ci il tarixli, 490800 saylı ödəniş qəbzi) düzgün hüquqi qiymət verməyərək, iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

31. Cavabdeh (Vəkil2) də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qanuna əsasən əqd etibarsız olduqda, qarşı tərəf aldığını geri qaytarmalıdır. Məhkəmə qətnaməsindən görünür ki, iddiaçı ilə arasında bağlanmış xx.xx.2008-ci il tarixli ilkin müqavilə etibarsız sayılaraq həmin ilkin müqavilə əsasında iddiaçıdan aldığı fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilsə də, onun iddiaçıya ödədiyi 100000 ABŞ dollarının qaytarılması barədə qətnamə qəbul edilməmiş, bununla da, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri pozulmuşdur.

33. Eyni zamanda, məhkəmə tərəfindən yalnız tərəflər arasında bağlanmış ilkin müqavilədə işlənən söz və ifadələrin hərfi mənasına fikir verilmiş, lakin tərəflərin əsl iradə ifadəsinin həqiqi mənası nəzərə alınmamışdır. Belə ki, ilkin müqavilədə torpaq sahəsinin alqı-satqısı göstərilsə də, əslində həm həmin torpaq sahəsinin, həm də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Belə ki, iddiaçı özü də əvvəlki məhkəmə proseslərində bunu etiraf etmiş və ondan 100.000 ABŞ dolları aldığını təsdiq etmişdir. Məhkəmə isə yalnız ilkin müqavilənin şərtlərinə istinad etmiş, lakin işin həqiqi hallarına və tərəflərin iradə ifadəsinə düzgün qiymət verməmiş, bununla da Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini pozmuşdur.

34. Digər tərəfdən, işin hallarından da görünür ki, hər iki tərəf fərdi yaşayış evinin və torpaq sahəsinin alqı-satqısı barədə razılığa gəldiklərini etiraf etmişlər. Belə olan halda, həmin müqavilə şifahi şəkildə olsa da bağlanmış sayılmalıdır. Lakin məhkəmə işin bu halına düzgün hüquqi qiymət vermədiyi üçün Mülki Məcəllənin 405-ci maddəsinin də tələblərini pozmuşdur.

35. Həmçinin, işin hallarından görünür ki, cavabdeh vicdanlılıq prinsipini əsas tutaraq həmin evin dəyərinin çox hissəsini ödəyərək üzərinə düşən öhdəliyi yerinə yetirsə də, iddiaçı həmin fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışı ilkin müqavilə bağlandıqdan 1 il müddətində əldə edərək ona təqdim etməli olduğu halda, həmin çıxarışı 2019-cu ildə əldə etmişdir. Lakin 2019-cu ildə də üzərinə düşən öhdəliyi yerinə yetirməyərək evə dair alqı-satqı müqaviləsinin bağlanmasından yayınmışdır. Məhkəmə tərəfindən işin bu hallarına da fikir verilməmiş, ona görə də Mülki Məcəllənin 425-ci maddəsinin tələbləri pozulmuşdur. b)

36. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə e dilməsinə yol verilmir.

38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

41. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

42. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

43. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

44. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Maddə 157.4. Əgər mülkiyyətə q əsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

47. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

48. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini təl əb edə bilər.

49. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

50. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

51. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

52. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).

53. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

54. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 55.

45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 56.

46. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayətinə münasibətdə iddianın təmin olunmayan hissəsində yoxlanılır.

67. Cavabdehin kassasiya şikayətinin məzmunundan məlum olur ki, o apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsini mübahisələndirir. Ona görə də apellyasiya instansiya məhkəməsinin aktı cavabdehin kassasiya şikayətinə münasibətdə iddianın təmin olunan hissəsində yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası İddiaçı kassasiya şikayətinin dəlillərini müzakirə edərək belə nəticəyə gəlir ki, iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

69. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, iddiaçı maddi zərər kimi əldən çıxmış faydanı tələb etdiyi halda bu halı sübut etmək yükünü daşıyır.İddiaçı keçən müddət ərzində cavabdeh tərəfindən istifadə edilən yaşayış sahəsini kirayə verməklə iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini, lakin həmin gəlirlərdən məhrum olmasını və s. bu istiqamətd ə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.Yəni, iddiaçı həmin əmlakı cavabdehin istifadəsinə verməmişdən əvvəl kirayəyə verməsi və kirayə haqqı almasına və ya sonradan belə bir hüquqi əsasın yaranmasına, yaşayış sahəsinə dair digər şəxslərlə real olaraq kirayə müqaviləsini bağlamasına, məhz cavabdehin təqsiri üzündən bunun baş tutmamasına və s. dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır.Əksinə, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı əvvəllər cavabdehə qarşı qaldırdığı iddia tələblərində bu hala istinad etməmiş, yaşayış evinin qaytarılmasını, cavabdehin çıxarılmasını və s. tələb etməmişdir.

70. Kassasiya instansiyası məhkəməsi də apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə əlavə dəyərləndirmə aparılmasına lüzum görmür və belə hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

71. Kollegiya Cavabdeh kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq nortmaları düzgün tətbiq edilməmişdir.

72. Belə ki, İddiaçı, özünün mülkiyyət hüququna istinad edərək cavabdehin istifadəsində olan fərdi yaşayış evinin boşaldılmasını tələb edir.

73. Cavabdeh tərəf etirazının əsası kimi – fərdi yaşayış evinin tə mirinə xərc çəkməsini, torpaq sahəsi ilə birlikdə yaşayış evinin də alqı satqısı üçün iddiaçıyla razılaşdıqlarını, eyni zamanda iddiaçıya 100000 ABŞ dolları pul ödəməsini, iddiaçının evin sənədlərini 2019-cu ildə evin sənədlərini aldığına görə alqı-satqının baş tutmadığını evdən çıxdığı təqdirdə evin bazar dəyərinin ona ödənilməli olmasını və s. göstərir.

74. Belə olan halda, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.

75. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir.

76. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

77. Baxılan işdə mübahisəli yaşayış evinin iddiaçının mülkiyyəti ndə olması mübahisəsiz haldır.

78. Eyni zamanda o hal da işin mübahisəsiz halıdır ki, mübahisəli yaşayış evi Cavabdeh tərəfindən istifadə edilir.

79. Aşağı instansiya məhkəmələri iddianın təmin olunan hissəsi üzrə nəticəyə gələrkən iddiaçının mülkiyyətçi olmasına istinad etmişlər.

80. Kollegiya qeyd edir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

81. Hüqu qdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

82. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə yaşayış evindən istifadə edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.

83. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan fərdi yaşayış evindən mülkiyyətçisinin razılığı ilə istifadə edildikdə, istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.

84. Bu razılıq açıq şəkildə bəyan ed ilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər ( istifadə edən şəxsin fərdi yaşayış evinə köçərək orada yaşamasına şərait yaratması və s.).

85. Bununla belə, mülkiyyətçi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, fərdi yaşayış evindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla təmir aprmış, yaxşılaşdırmalar etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir.

86. Çünki mülkiyyətçinin icazəsi ilə yaşayış evində təmir işləri üçün xərc çəkidikdə təmir üçün xərc çəkən şəxsin yaşayış evində n çıxarılması nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, şəxs oradan çıxarılacağı halda yaşayış evinin mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir.

87. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (§ 53-56)

88. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götür mək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.

89. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. (§ 52)

90. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır.

91. Yeri g əlmişkən, kollegiya onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.

92. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

93. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır (Mülki Məcəllə m 152.5). Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.

94. Çünki mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (§ 37, 49-51).

95. Kassasiya kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, hazırkı işin düzgün həlli üçün cavabdeh tərəfindən müvafiq təmir işlərinə xərc çəkilib-çəkilməməsi, yəni yaxşılaşdırmalar edib-etməməsi, iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman təmirin aparıldığı il, tərəflərin o vaxtkı münasibətləri, aralarında hər hansı sövdələşmə olub-olmaması, iddiaçının təmirə etiraz edib-etməməsi, əgər etməmişsə səbəbi, etmişsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehin orada yaşadığı müddət və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəki şmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir.

96. Bu araşdırmanın nəticəsindən asılı olaraq iddiaçının hüquqdan sui-istifadə halına yol verib-vermədiyi nəzərə alınmalıdır.

97. Baxılan işdə isə apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Bu isə nəticə etibarilə sadalanan maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, habelə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulmasına dəlalət edir (§ 57,58,60-62).

98. Ona görə də cavabdehin kassasiya şikayəti qi smən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

99. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 avqust 2022-ci il tarixli 2(103)4374 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 avqust 2022-ci il tarixli 2(103)4374 nömrəli qətnaməsi iddia tələbin in təmin edilmiş hissəsinə münasibətdə ləğv edilsin və həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar