Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-193/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1413/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ilə Cavabdeh1 2017-ci ildə tanış olmuş, aralarında səmimi dost münasibətləri yaranmışdır.
2. Tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələn hüquq və vəzifələr yaranmışdır. 3. xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlanması haqqında müqaviləyə əsasən hədiyyə verən Əliyev X4 rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.1766 ha torpağın icarə hüquqlarını hədiyyə alan X2 bağışlamışdır.
4. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının 436 nömrəli 26 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Sahibkarlıq fəaliyyəti ilə məşğul üçün X3 Sa bunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa avtomobil yolunun sol tərəfindən 0.04 ha torpaq sahəsi ayrılmışdır. 5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 6-2-41/28594/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası MM-nin 967.1-ci maddəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.2-ci maddəsinə əsasən isə “bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər”. Buna müvafiq olaraq, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci bəndinə əsasən “bank sirrini t əşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir”. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının nəzərə alınması və bank sirri təşkil edən məlumatların verilməsi üçün Banka məhkəmə qərarının, həmçinin barəsində sorğu edilmiş şəxslərin eyniləşdirmə məlumatlarının təqdim edilməsinin zəruri olması bildirilmişdir. 6. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 2023/111/2422 nömrə li məktubundan görünür ki, sorğu edilən məlumatlarla (Cavabdeh1 və Cavabdeh2) bağlı bildirilir ki, bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən bank sirri hesab olunur. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. 7. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 8-30/225-23 nömrəli məktubundan aydın olur ki, məhkəmə qərarı təqdim edilmədiyindən sənədin icrasının mümk ün olmaması bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 580000 rubl, 290000 rubl (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq), Cavabdeh1 2500 ABŞ dolları, 8000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı4 ödənilməsi, cavabdehlər Cavabdeh2 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq), Cavabdeh1 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkə zi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı6 ödənilməsi, Cavabdeh1 2500 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh1 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı2 ödənilməsi, Cavabdeh1 3700 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı5 ödənilməsi, Cavabdeh1 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə 2017-ci ildə tanış olmuşdur. Bundan sonra səmimi münasibətləri yar anmış, hətta ailəvi gediş-gəlişləri olmuşdur. Bu müddət ərzində Cavabdeh1 İddiaçı1 daşınmaz əmlak almaqla bağlı müəyyən təkliflər vermiş, hətta bəzi evlərin şəkillərini də göndərmişdir. Bundan sonra İddiaçı1 və digər iddiaçılar daşınmaz əmlak alınması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif dövrlərdə pul məbləği göndərmişlər. Göndərilmiş pul məbləğləri pul köçürmə sistemləri vsaitəsilə olmuşdur. Köçürülən pul vəsaitlərinə alınmalı olan daşınmaz əmlaklar barədə Cavabdeh1 ilə dəfələrlə əlaqə saxlamasına baxmayaraq nəticəsi olmamışdır. Nəticədə göndərilən vəsait hesabına heç bir daşınmaz əmlak əldə edilməmişdir. İddiaçı4 tərəfindən Cavabdeh2 580000 rubl, 290000 rubl, Cavabdeh1 isə 2500 ABŞ dolları, 8000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı6 tərəfind ən Cavabdeh2 5000 ABŞ dolları, Cavabdeh1 da 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı1 tərəfindən Cavabdeh1 2500 ABŞ dolları göndərilmişdir. İddiaçı2 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı5 tərəfindən Cavabdeh1 3700 ABŞ dolları göndərilmişdir. İddiaçı3 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları göndərilmişdir.
10. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 və digərləri pul tələbinə dair iddia ərizəsi ilə ona və qardaşı Cavabdeh2 qarşı Zəngilan Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində İddiaçı1 və digərləri cavabdeh olaraq ondan və qardaşı Cavabdeh2 daşınmaz əmlak alınması ilə bağlı müxtəlif dövrlərdə yaşadıqları Rusiya Federasiyasından pul köçürmə vasitə ilə göndərilən pul məbləğlərinin qətnamə əs asında tutularaq onlara ödənilməsini xahiş edirlər. İddia ərizəsində İddiaçı1 ilə onun arasında daşınmaz əmlak alınması ilə bağlı təkliflərdən və razılaşmadan bəhs olunmuş, nəticədə göndərilən pul hesabına heç bir daşınmaz əmlak əldə olunmadığı göstərilmişdir. İddia ərizəsində qeyd olunan şəxslərdən yalnız İddiaçı1 tanıyır, həmin şəxslə özünün də iddia ərizəsində göstərdiyi kimi 2017-ci ildən etibarən tanımış, sonradan münasibətləri daha da genişlənmişdir. Məhz İddiaçı1 şərikli yeri almaq, şərikli biznes qurmaq təklifinə (avtoservis xidməti göstərən obyekti tikmək və s.) əsasən o, Bakı şəhəri və Abşeron rayonu ərazisində müvafiq yerlər əldə olunması ilə məşğul olmuş və iddiaçı Respublikadan kənarda olduğundan əldə olunacaq əmlakların onun atası X1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçının atası X9 rayonu 2-ci Nügədi kəndində yaşamaqla qeydiyyatdadır.xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinə əsasən o, hədiyyə verən qismində, iddiaçının atası hədiyyə alan qismində iştirak edərək notarial qaydada təsdiq olunmuş müqaviləyə görə Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,1766 ha torpağın icarə hüquqlarını istifadəsində olan hissəsindən göstərilən hissəni hədiyyə alanın mülkiyyətinə vermişdir. Razılaşmaya əsasən İddiaçı1 həmin torpağın dəyərinin yarısını 60.000 manatı hissə-hissə olaraq ona göndərməli idi, belə ki, həmin pulu əvvəlcədən birdəfəlik verməyə maddi imkanı yox idi. Bundan əlavə o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa avtomobil yolunun sol tərəfində 0,04 ha torpaq sahəsini sahibk arlıq fəaliyyəti məqsədi ilə iddiaçının atası X1 adına icarə hüququ əsasında uzunmüddətli istifadəsinə verilməsinə dair Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncamın alınmasını təşkil etmişdir. Həmin sərəncam əsasında iddiaçının atası Şahid Qayıbovun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət sənədləri rəsmiləşdirilmişdir. Razılaşmaya əsasən sözügedən torpaq sahəsində şərikli olaraq bizneslə məşğul olmalı idilər. Qeyd olunan torpaq sahələrinə dair müvafiq sənədləri məhkəməyə təqdim edərək bildirir ki, məhz həmin torpaq sahələrinin alınması, əldə olunması məqsədi ilə RF-da yaşayan İddiaçı1 tərəfindən göstəriln pul məbləğləri onun və qardaşı Cavabdeh2 adına köçürülmüşdür. Xüsusilə qeyd edir ki, iş üzrə cavabdeh qismində qoyulan qard aşı Cavabdeh2 İddiaçı1la yuxarıda qeyd olunanlar barədə heç bir razılaşması və ya danışıqları olmamış, bundan əlavə, nə o, nə də qardaşı digər iddiaçıları tanımırlar, o, özü yalnız İddiaçı1la danışaraq yuxarıda göstərilən məsələləri razılaşdırmış, digər iddiaçıları tanımamaqla yanaşı, onlar qarşısında hər hansı bir öhdəliklərinin olmasından söhbət belə gedə bilməz. İddia ərizəsində AR Mülki Məcəlləsinin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Aralarında belə bir müqavilə mövcud deyildir, lakin işin faktiki hallarından o, bəhs etmişdir. AR MPM-nin 152-ci maddəsində iddia ərizəsinin qaytarılmasından bəhs olunur və göstərilir ki, aşağıdakı əsaslar mövcud olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qa ytarır. İddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə tərtib olunduqda, bir və bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə və sairə. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının tələbləri, o, cümlədən bir neçə cavabdehə verildikdə iddiasının onlardan hər birinə qarşı yönələn tələbləri, həmçinin bu tələblərin əsaslandırıldığı hallar göstərilmədikdə iddia ərizəsi geri qaytarılır. Cavabdeh qismində iddia ərizəsində göstərilən qardaşı Cavabdeh2 faktiki hallara heç bir aidiyyəti olmadığı ilə yanaşı, iddia ərizəsində İddiaçı1 ilə onun arasında daşınmaz əmlakla bağlı təkliflərdən bəhs olunmuşdur. Odur ki, iddia ərizəsində Cavabdeh2 cavabdeh qismində cəlb olunmasına dair heç bir əsaslandırma mövcud deyil dir. Bundan başqa iddia ərizəsində bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələb birləşdirildikdə AR MPM-nin 152.1.7-ci maddəsi tətbiq olunur. AR MPM-nin 154-cü maddəsində iddia ərizəsinə etiraz etmədən bəhs edilir və göstərilir ki, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır.
11. Digər Cavabdeh2 nümayəndəsi müddətin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsivə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 aprel 2023-cü il tarixli, 2(034)-75/2023 nömrəli qətnaməsi (hakim Gülsarə İmanova) ilə iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında yaranmış səmimi münasibətlər ərzində Cavabdeh1 İddiaçı1 daşınmaz əmlak almaqla bağlı müəyyən təkliflər vermiş, hətta bəzi evlərin şəkillərini də göndərmişdir. Bundan sonra İddiaçı1 və digər iddiaçılar daşınmaz əmlak alınması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif dövrlərdə pul məbləği göndərmişlər. Göndərilmiş pul məbləğləri pul köçürmə sistemləri vasitəsilə göndərilmişdir. İddiaçı1 Rusiya Federasiyasından göndərdiyi pul məbləğlərinin böyük məbləğlər olduğundan öz adından göndərə bilmədiyinə görə yaxın qohumları, yəni digər iddiaçılar vasitəsi ilə göndərilmişdir. İddiaçı4 tərəfindən Cavabdeh2 580000 rubl, 290000 rubl, Cavabdeh1 isə 2500 ABŞ dolları, 8000 ABŞ doll arı, 5000 ABŞ dolları, 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı6 tərəfindən Cavabdeh2 5000 ABŞ dolları, Cavabdeh1 da 5000 ABŞ dolları, İddiaçı1 tərəfindən Cavabdeh1 2500 ABŞ dolları, İddiaçı2 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları, İddiaçı5 tərəfindən Cavabdeh1 3700 ABŞ dolları və İddiaçı3 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları göndərilmiş və iddiaçılar həmin pulların cavabdehlərdən alınaraq onlara ödənilməsini tələb edirlər. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı1 Cavabdeh1 şərikli torpaq sahələrini almaq və şərikli biznes qurmaq kimi təklif (avtoservis xidməti göstərən obyekti tikmək və s) etmiş və onun təklifi əsasında Cavabdeh1 Bakı şəhəri və Abşeron rayonu ərazilərində yerləşən torpaq sahələrinin əldə olunması ilə maraqlanmışdır. İddiaçı1 respublikadan kənarda old uğundan əldə olunacaq əmlakların onun atası X1 adına rəsmiləşdirilməsini cavabdehdən xahiş etmişdir. Yəni tərəflər arasında biznes fəaliyyəti ilə məşğul olmaq üçün şifahi razılaşma əldə olunmuş, lakin sonradan tərəflərin iş birliyi alınmamışdır. Cavabdeh1 dəniz kənarında yerləşən obyektlərə baxmış, lakin həmin yerdə olan obyektlər baha olduğu üçün tərəflərin bu iş birliyi də alınmamışdır. Həmin şifahi razılaşmaya əsasən iki obyekt əldə olunmuş və iddiaçının xahişi əsasında Quba rayonunda yaşayan iddiaçının atası X1 mülkiyyətinə xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinə əsasən Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,1766 ha torpağın icarə hüquqlarını vermişdir. Həmçinin cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-M aştağa avtomobil yolunun sol tərəfində 0,04 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə iddiaçının atası X1 adına icarə hüququ əsasında uzunmüddətli istifadəsinə verilməsinə dair Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncamın alınmasını təşkil etmiş, həmin sərəncam əsasında torpaq sahəsinə dair mülkiyyət hüququ iddiaçının atasının adına rəsmiləşdirilmişdir. Cavabdeh tərəfin dediyinə görə əmlakların alınması üçün 240.000 manat vəsait cavabdeh tərəfindən qoyulmuş, onun yarısı iddiaçının, yarısıda cavabdehin üzərinə düşmüş, bu razılaşma ilə bağlı cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, iddiaçının isə vəsaiti ödəməyə birdəfəlik imkan olmadığına görə aralarında olan razılaşmaya əsasən o, hissə-hissə g öndərməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəf gətirdiyi dəlillərin sübutu olaraq məhkəməyə xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinin və Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncamının surətlərini təqdim edərək, iddiaçılar tərəfindən köçürülən pulları qəbul etdiyini etiraf etmiş və həmin pulların iddiaçının ona borclu olduğu pullar olması ilə əsaslandırmışdır. İddiaçı tərəf cavabdeh tərəfin gətirdiyi dəlillərlə razılaşmadığını bildirsə də, cavabdeh tərəfindən iddiaçının atasının adına rəsmiləşdirilmiş torpaq sahələri ilə bağlı cavabdehlərin əsaslandığı fakt və hallara dair heç bir təkzibedici dəlillərini məhkəməyə bildirməmiş və həmin məsələnin başqa bir məsələ olduğunu bildirməklə kifayətlənmişdi r. Eyni zamanda iddiaçı tərəf cavabdehlərin adına göndərilən pulların tərəflər arasında olan başqa bir şifahi razılaşmaya əsasən biznes fəaliyyəti ilə məşğul olmaları üçün göndərilmiş pul vəsaitləri olmasını sübuta yetirə bilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia tələbi təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair vəsatəti ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfin mübahisənin tərəflər arasında olan şifahi razılaşmaya əsasən torpaq sahələrinin alınması ilə bağlı olduğunu etiraf etdiyinə görə, iddia müddəti pul tələbi ilə bağlı deyil, daşınmaz əmlaklar ilə bağlı iddia müddəti tətbiq olunmalıdır.
16. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlər İddiaçı1 başqa digər iddiaçıları tanımadıqlarını, onlar ilə hər hansı pulun göndərilməsi ilə bağlı razılaşmalarının olmadığını, məhz buna görə də digər iddiaçıların iddiaçı kimi çıxış etmək hüquqlarının olmadığını bildirsələr də, məhkəmə araşdırması zamanı həmin iddiaçılar tərəfindən göndərilmiş pulları qəbul etdiklərini, göndərilən pul vəsaitlərinin eyni əsasla, yəni Cavabdeh1 İddiaçı1 ilə aralarında olan şifahi razılaşma əsasında əldə olunmuş torpaq sahələri üçün göndərilmiş borcları olduğunu, İddiaçı1 Rusiya Federasiyasında yaşadığına görə Rusiyadan Azərbaycana belə çox məbləğdə pul köçürülməsinə icazə olmadığına görə İddiaçı1 göndərilməli pulları öz yaxın qohumlarının vasitəsi ilə göndər diyini bildirmişlər. Bununla da iddiaçılar qanunvericiliyin tələblərinə uyğun olaraq iddia qaldırmışlar.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 373.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 51, 51.2 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(034)-75/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 və digər iddiaçılar daşınmaz əmlak alınması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müx təlif dövrlərdə pul məbləği göndərilmişdir. Göndərilmiş pul məbləğləri pul köçürmə sistemləri vasitəsilə olmuşdur. Köçürülən pul vəsaitlərinə alınmalı olan daşınmaz əmlaklar barədə Cavabdeh1 ilə dəfələrlə əlaqə saxlamağıma baxmayaraq nəticəsi olmamışdır. Cavabdeh1 sahibklarlıq məqsədi ilə əldə edilməli olan daşınmaz əmlak əldə edilməsi əvəzinə yararsız torpaq sahəsini ucuz qiymətə alaraq göndərilən pulların ora xərcləndiyini bildirmişdir. Belə olan halda iddiaçılar aldadıldığını bilmiş və ondan pulun geri qaytarılması üçün uzun müddətli danışıqlar aparılmış, lakin nəticəsi olmadığını görən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə isə öz növbəsində cavabdehlərin iddiaçılar qarşısında öhdəliyinin yararsız torpaq sahəsini onlara bağışlaması ilə bitmiş hesab etmiş dir. Halbuki cavabdehlərə göndərilən pul məbləği ilə alınmış torpaq sahəsi arasında böyük fərq var.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2(105)-1413/2023 nömrəli qətnaməsi ilə (hakim İ.K.Dəmirov- sədrlik edən və məruzəçi, hakimlər L.M.Məmmədova və A.M.Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, yalnız iki tərəf – İddiaçı1 və Cavabdeh1 arasında şifahi qaydada bağlanmış tapşırıq müqaviləsinə əsasən cavabdeh həmin müqavilədə müəyyən edilmiş pul məbləğini iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında öhdəliyi icra etmək barədə iddiaçı qarşısında həmin vəzifələrin daşıy ıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə üzrə müxtəlif vaxtlarda pul almasına dair hüququndan istifadə etmiş, bunun müqabilində müqavilədən irəli gələn vəzifələrini yerinə yetirərək iki obyekt əldə etmiş və iddiaçının xahişi ilə xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinə əsasən Cavabdeh1 Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,1766 ha torpağın icarə hüquqlarını Quba rayonunda yaşayan iddiaçının atası X3 bağışlamış, həmçinin Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa avtomobil yolunun sol tərəfində yerləşən 0,04 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə iddiaçının atası X1 adına icarə hüququ əsasında uzunmüddətli istifadəsinə verilməsini təşkil etmiş və həmin sərəncam əsasında torpaq sahəsinə dair icarə hüququ iddiaçının atasının uzunmüddətli istifadəsinə verilmişdir.
22. İşin araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, məhz yuxarıda qeyd olunan torpaq sahələri əldə edildikdən sonra Rusiya Federasiyasında yaşayan İddiaçı1 və onun göstərişi ilə digər iddiaçılar tərəfindən pul məbləğləri Cavabdeh1 və onun qardaşı digər Cavabdeh2 adına köçürülmüşdür. Yuxarıda göstərilən məsələlər isə yalnız İddiaçı1la Cavabdeh1 arasında razılaşdırılmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 torpaq sahələrinin əldə olunmasını təşkil etmiş, İddiaçı1 isə payına düşən pul məbləğini hissəhissə nəticə etibarı ilə Cavabdeh1 göndərmişdir.
23. Apellyasiy a instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki. iddia tələbində heç bir daşınmaz əmlakın əldə olunmamasının göstərilməsi ilə iddiaçılar tərəflər arasında mövcud hüquq münasibətlərini düzgün şərh etməyərək iddia tələbini düzgün əsaslandırmamışlar.
24. Apellyasiya şikayətinin dəlili kimi əldə olunmuş torpaq sahələrinin yararsız torpaq sahələri olduğu və göstərilən pul məbləği ilə alınmış torpaq sahələrinin arasında böyük fərq olduğu qeyd olunmuşdur. Bununla əlaqədar Cavabdeh1 apellyasiya şikayətinin həmin dəlilinin əsassız olduğunu göstərərək aşağıdakıları qeyd etmişdir: “...Qeyd etməliyəm ki, əldə olunmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı deyildir, yəni orada əkin-biçin, meyvəçiliklə məşğul olma kimi bir məqsəd və ya niyyət mövcud olmamışdır, həmin torpaq sahələrinin yararsız o lduğuna dair fikir qəbuledilməzdir, digər bir məsələ ilə bağlı, bu gündə həmin torpaq sahələrinin bazar dəyərləri vardır, xüsusən də yol kənarında yerləşən torpaq sahəsindən biznes fəaliyyəti üçün istifadə edilməsinin izahına heç bir lüzum yoxdur. Əldə olunmuş torpaq sahələri və onların dəyərləri ilə bağlı mənimlə İddiaçı1 arasında danışıqlar aparılmış və razılaşmalar əldə olunmuşdur, sonuncu əldə olunmuş torpaq sahələri haqqında yetərli qədər məlumatlı olmuşdur. Yəni aramızdakı razılaşmaya əsasən bütün məsələlər həllini tapmış və aradan xeyli vaxt keçdikdən sonra, çox ehtimal iddiaçının planları dəyişmişdir, ola bilsin ki, artıq Respublikaya qayıtmaq və ya burada biznes qurmaq kimi fikirlərindən daşınmışdır. Lakin bu hallar mənim onun qarşısında əlavə hər hansı bir öhdəlyin yaranmasına sə bəb ola bilməz...”.
25. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 442, 777.1, 777.2, 778.1,779.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri
27. İddiaçılar (vəkili Nümayəndə) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirmədən qüvvədə saxlaması əsassızdır. Belə ki, məhkəmənin tapşırıq müqaviləsinə istinad etməsinin heç bir əsası yoxdur. Tərəflər arasında tapşırıq münasibətini təsdiq edən heç bir müqavilə bağlanmamış və şifahi razılıq əsasında müvafiq daşınmaz əmlak və müvafiq icazə və lisenziyaların alınmasına dair şifahi əqd olmuşdur. Cavabdehlər isə göndərilmiş pul vəsaitini təyinatı üzrə istifadə etməmiş və əsassız varlanmışdır. Göründüyü kimi cavabdehlər öhdəliklərini icra etməmiş və əsassız varlanaraq iddiaçılara zərər vurmuşdurlar. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə orun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və təl əblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə 777.1 Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
35. Maddə 777.2 Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
36. Maddə 778.1 Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
37. Maddə 779.1 Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət ve rənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
47. Kasasiya baxışının hədləri
48. Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələn dirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquq i qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1413/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.