Məhkəmə qərarları › İş №2(102)-1930/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1930/2019

01.04.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1930/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2954/2018 saylı 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)-10992/2018 saylı qətnaməsi ilə (hakimlər T.Səmədov sədrlik edən, məruzəçi, İ.Şirinov və E.Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhər Biənəqədi Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına qarşı iddia ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunması ilə bağlı 22.01.2018-ci il tarixli, 5 saylı əmrin ləğv olunması, əvvəlki işinə bər pa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, qətnamə qanunsuz, əsassız olduğundan ləvğ edilməlidir. Belə ki Binəqədi RPİ-nin 4-cu PB-nin təhqiqatcısı işi araşdırarkən, onun haqqında hər hansı inzibatı tənbeh tədbiri görməməsinə qiymət verilməmiş, işin faktiki halları araşdırılmamış, sübutlarla düzgün qiymət verilməmişdir.Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edr ilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin d üzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru İftixar Piriyev tərəfindən verilmiş əmrlərin lazımi qaydada təsdiqlənmiş surətlərindən görünür ki, İddiaçı işlədiyi müddətdə 20.02.2017-ci il tarixdə 15 s aylı əmrlə “üzürsüz səbəbdən məşqə gəlmədiyimə görə” töhmət, əmrlə ona həvalə edilmiş roldan imtina etdiyinə görə 24.04.2017-ci il tarixdə 24 saylı əmrlə şiddətli töhmət, teatrın texniki işçisi X3 qarşı təhqiramiz ifadələr işlətməyi və bunların internet səhifəsində yayımlandığı üçün barəsində 15.09.2017-ci il tarixli, 72 saylı əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinə müəyyən edilmiş səlahiyyətinə əsaslanaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru İftixar Piriyev tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən aktyor İddiaçı ilə bağlanılmış əmək müqaviləsi ləğv olunmaqla tutduğu vəzifədən azad edilməsi barədə 26.01.2018-ci il tarixli 5 saylı əmr verilmişdir. Apellyasiya ins tansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1, X2 və X5 ifadələrində göstərmişlər ki, 22 yanvar 2018-ci il tarixdə teatrda onların tamaşası var idi. Həmin gün səhər, yəni saat 09:55-də İddiaçı davamiyyət kitabına imza etmək üçün otağa daxil olmuş, imza etdikdən sonra həmin səhifəni öz telefonu ilə çəkmiş, tamaşanın axşam olduğu halda onların nəyə görə səhər işə gəlib tabeli imza edirlər kimi etarazını səsləndirərək, davamiyyət kitabının icrası həvalə olunmuş teatrın truppa köməkçisi X8 ilə mübahisə etmiş, dava-dalaş salaraq, nəlayiq sözlər işlətmişdir. X4 şikayəti əsasında Binəqədi RPİ-nin 4-cü PB-nin təhqisatçısı, polis leytenantı X6 cinayət işinin başlanlınasının rədd edilməsi haqqında 29 yanvar 20 18-ci il tarixli qərarından görünür ki, 27 yanvar 2018-ci il tarixində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında baş vermiş hadisələrlə əlaqədar X5 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır, onun barəsində inzibati qanunvericiliyin tələblərinə uyğun inzibati tənbeh tədbirləri görülməlidir, lakin təhqiqat dövründə 27.01.2018-ci il tarixində X9 və X8 ərizə ilə müraciət edərək, aralarında ədavət olmadığını, barışdıqlarını, eləcə də şikayət-tələb olmadığını nəzərə alınaraq cinayət işinin başlarnması rədd olunmuşdur və inzibati xəta tədbirləri görülməsi üçün materiallar müvafiq orqana göndərilməmişdir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları nə birinci instansiya məhkəməsində, nə də ki, kollegiyanın iclasında sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının dəlilləri heç bir sübutla təsdiq olunmamaqla, onun işə bərpa olunması və məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi nəticəsinə gəlmək üçün əsas vermir. Göründüyü kimi hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmə k münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollekt ivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddaçı şikayətlərində işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yerinə bərpa edilməsi və məcburi iş buraxmaya görə cavabdehdən onun xeyrinə əmək haqqının tutulmasını tələb etsə də, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi halların mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etməməsindən əlavə göstərdiklərinin həqiqi olmasına dair də heç bir mötəbər sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məh kəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalı dır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar