Məhkəmə qərarları › İş №2(102)-1930/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1930/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1930/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İlk iddia üzrə iddiaçı: İddiaçı İlk iddia üzrə cavabdeh: “xxxx” MMC (“xxxx” MMC) və X7 xxxx İlk iddia tələbi: qərarların etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi, mənəvi zərərin ödənilməsi Qarşılıqlı iddia üzrə iddiaçı: “xxxx” MMC (“xxxx” MMC) Qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı Qarşılıqlı iddia tələbi: qanunsuz hərəkətlərə son qoyulması və vurulmuş zərərin əvəzinin ödənilməsi Açar sözlər: təmsilçi vasitəsilə bağlanan əqdlər, əqdlərin sonradan bəyənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəs i ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili X4, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” MMC xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X5 Dövlət Qeydiyyat İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “xxxx” MMC-nin təsisçilərinin xx.xx.2016-cı il tarixli qərarına əsasən, MMC-nin nizamnamə kapitalına X7 xxxx tərəfindən 10 manat pul şəklində əlavə pay qo yularaq yeni təsisçi olaraq daxil edilmiş, cəmiyyətin nizamnamə kapitalı hər biri 2 manat olmaqla 10 paydan ibarət olmaqla 20 manat həcmində müəyyən edilmişdir. Həmin qərarla cəmiyyət təsisçiləri İddiaçı və X7 xxxxın nizamnamə kapitalında payları və mayalarının miqdarı 50 %, 5 pay, 10 manat pul şəklində müəyyən edilmiş və cəmiyyətin direktoru vəzifəsinə X7 xxxx və X11 təyin edilmişlər. MMC-nin təsisçilərinin xx.xx.2017-ci il qərarı ilə təsisçisi X7 xxxx nizamnamə kapitalındakı payını 980 manat pul şəklində artırması məqsədi ilə əlaqədar olaraq cəmiyyətin nizamnaməsinin dördüncü redaksiyada təsdiq edilməsi və AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilməsi, Nizamnamə kapitalına edilən dəyişikliklərə əsasən cəmiyyətin nizamnamə kapitalının 1000 manat həcmində və hər birinin nominal dəyəri 1 manat olan 1000 paydan ibarət olması, X7 xxxxın cəmiyyətin nizamnamə kapitalındakı payının 99 %, 990 pay, 990 manat pul şəklində miiəyyən edilməsi, İddiaçıun cəmiyyətin nizamnamə kapitalındakı payının 1%, 1 pay, 10 manat pul şəklində müəyyən edilməsi, Cəmiyyətin direktoru vəzifəsinə X7 xxxxın təyin edilməsi qərara alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2018-ci il tarixdə İddiaçı “xxxx” MMC və onun təsisçisi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra isə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, xx.xx.2016-cı il tarixdə “xxxx” MMC-nin Nizamnaməsinin 3-cü redaksiyada qeydə alınması üçün əsas olmuş “xxxx” MMC-nin Ümumi Yığıncağının xx.xx.2016-cı il tarixli qərarın ın etibarsız hesab edilməsi və həmin qərarın davamı olan hüquqi nəticə kimi “xxxx” MMC-nin təsiçilərinin Nizamnamə kapitalındakı təsis paylarının dəyişdirilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının etibarsız sayılması, qeyd olunan qərarların hüquqi nəticələrinin ləğv edilməsi, “xxxx” MMC-nin təsisçisi X3 mənəvi zərərə görə 500000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda “xxxx” MMC İddiaçıa qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, mənəvi zərərə görə ******* manat tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2247/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia qismən təmin edilmiş, “xxxx” MMC-in Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il t arixli və xx xxxx 2017-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi və həmin qərarların nəticələrinin ləğv edilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşlılıqlı iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, araşdırılmış sübutlarla “xxxx” MMC-nin 100% təsis payı ilə Almaniya Federativ Respublikasının vətəndaşı İddiaçıun adına Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X5 dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydə alınması, “xxxx” MMC-nin İraq İslam Respublikasında təmsil etmək məqsədi ilə İddiaçı tərəfindən X10 verilmiş, xx.xx.2016-cı il tarixli etibarnamə əsasında sonuncunun X9 xxxx ilə birlikdə ilkin iddiaçının tərəfindən vəkaləti olmadan, qanunvericiliyin tələblər i pozulmaqla cəmiyyətin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarı ilə X9 xxxxın MMC-nin təsisçiləri sırasına daxil edilməsi, hər ikisinin cəmiyyətin direktoru təyin edilməsi, xx.xx.2017- ci il tarixli ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalının artırılması, X9 xxxxın MMC-nin nizamnamə kapitalının 99%-nə sahib çıxması və nəticədə İddiaçıun əmlakından məhrum olması təsdiq olunmuşdur. Qarşılıqlı iddia hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbinin əsaslandırılmasına dair dəlillər heç bir mötəbər sübutla təsdiqini tapmır, inandırıcı deyil və özünü müdafiə xarakteri daşıyır. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində İddiaçıun qarşı qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etsə də, bu hərəkətlərin nədən ibarət olması vurulmuş ** ***** manat ziyanı heç bir sübutla əsaslandırmamış, ümumi ifadələrlə kifayətlənmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Həmin qətnamədən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-448/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə mübahisələnd irilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin mübahisələndirilən hissələr üzrə dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3552/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov, E.R.Vəliyeva, Ə.G.Nurməmmədov) “xxxx” MMC-nin kassasiya şikayəti qi smən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, “xxxx” MMC-nin Ümumi Yığıncağının xx.xx.2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “xxxx” MMC-nin Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində iddianı təmin birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İddia ərizəsindən görünür ki, İshaq Ed mond ilkin olaraq “xxxx” MMC-in Ümumi Yığıncağının xx xxxx 2017-ci il tarixli qərarını mübahisələndirir və ərizədə Nizamnamə kapitalının 100 faizinin özünə məxsus olması, xx.xx.2016-cı il tarixli yığıncağın qərarına əsasən isə cavabdeh X7 xxxxın da təsisçi kimi MMC-yə daxil olub, hər ikisinin Nizamnamə kapitalındakı payının 50 faiz olmasını göstərir. İddiaçı sonradan iddia tələbini artırmaqla xx.xx.2016-cı il tarixli yığıncağın qərarını da mübahisələndirmişdir. Mülki Məcəllənin 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. İddia ərizəsinin məzmunundan iddiaçının xx.xx.2016-cı il tarixli yığıncağın qərarından xəbərd ar olması görünsə də, apelyasiya məhkəməsi həmin yığıncağın qərarının iddiaçı tərəfindən sonradan bəyənilib-bəyənilməməsini müəyyən etməmişdir. Halbuki ərizədən görünür ki, iddiaçı Nizamnamə kapitalındakı payların 50 faizlə cavabdeh arasında bölünməsini bilmişdir. Belə olan halda, ilk iddiaçının həmin qərarı bəyənib-bəyənməməsi halının müəyyən edilməsi Mülki Məcəllənin 357-ci maddəsinin tələbləri baxımından işin həlli üçün əhəmiyyət kəsb edir. Lakin apelyasiya məhkəməsi xx.xx.2016-cı il tarixli yığıncağın qərarının etibarsız hesab edilməsi hissəsində də eyni əsasla, yəni yığıncaqların keçirildiyi tarixlərdə ilk iddiaçının Azərbaycan Respublikasında olmaması, ümumi yığıncağın qərarındakı imzanın ilk iddiaçıya məxsus olmaması, etibarnamədə nümayəndəyə səlahiyyətlərin İraq İslam Respublikas ında həyata keçirilməsi ilə əsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi işin bu halları “xxxx” MMC-in Ümumi Yığıncağının xx xxxx 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün əsas olsa da, bunu xx.xx.2016-cı il tarixli yığıncağın qərarına aid etmək olmaz. Əvvəla, xx.xx.2016-cı il tarixli yığıncağın qərarında imzanın təsisçi İshaq Edmondundan adından sonuncunun nümayəndəsi X12 imzalayıb. Buna görə də İshaq Edmondun xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasında olmaması hər hansı əhəmiyyət kəsb etmir. Həmçinin əqdin sonradan bəyənildiyi halda, nümayəndəyə verilən salahiyyətlərin İraq İslam Respublikasında həyata keçirilməli olması barədə etibarnamədəki qeydin də əhəmiyyəti itir. Bu səbəbdən xx.xx.2016-cı il tarixli yığıncağın qərarının İ.Edmond tərəfindən imzalanmaması v ə nümayəndəyə verilən səlahiyyətin İraq İslam Respublikasında həyata keçirilməsi əsası ilə həmin qərarın etibarsız edilməsi işin müəyyən edilmiş halına uyğun deyil. Bu hissədə apelyasiya məhkəməsi sübutları MPM-in 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirməmişdir. Buna görə də xx.xx.2016-cı il tarixli yığıncağın qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7146/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov, Q.A.Əsgərov, A.N.İmanov) “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən “xxxx” MMC-nin Ümumi Yı ğıncağının xx.xx.2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə ilkin iddia rədd edilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilkin olaraq “xxxx” MMC-in Ümumi Yığıncağının xx xxxx 2017-ci il tarixli qərarını mübahisələndirmiş və ərizədə Nizamnamə kapitalının 100 faizinin özünə məxsus olması, xx.xx.2016-cı il tarixli yığıncağın qərarına əsasən isə cavabdeh X7 xxxxın da təsisçi kimi MMC-yə daxil olub, hər ikisinin nizamnamə kapitalındakı payının 50 faiz olmasını göstərmişdir. İddia ərizəsinin məzmunundan iddiaçının xx.xx.2016-cı il tarixli yığıncağın qərarından xəbərdar olması görünür, həmçinin o, nizamnamə kapitalındakı payların 50 faiz lə cavabdeh arasında bölünməsini bilmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli yığıncağın qərarı bəyənilmişdir. Həmçinin qeyd edilmişdir ki, xx.xx.2016-cı tarixli etibarnamənin məzmunundan müəyyən edilir ki, etibarnamə üzrə səlahiyyətlər İddiaçı tərəfindən “xxxx” MMC-ni yalnız İraq İslam Respublikasında təmsil etmək üçün verilməmişdir, məhkəmənin bu barədə gəldiyi nəticə düzgün olmamışdır. xx.xx.20116-cı il tarixli qərarı X11 İddiaçıun əvəzindən onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olaraq imzalamışdır. Həmin qərarın etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir hal müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şik ayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin həcminin artırılması yalnız mənəvi zərərin məbləğinin artırılması ilə bağlı olmuşdur. Nə iddia ərizəsinin məzmununda, nə də iş materiallarında olan hər hansı sənəddə İddiaçıun İraq İslam Respublikasında təmsilçilik üçün verilmiş etibarnamə əsasında Azərbaycan Respublikasında onun adından X11 tərəfindən yerinə yetiirmiş hər hansı bir hərəkətin bəyənməsini təsdiq edən sübut yoxdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edə rək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onla ra xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı and an geriyə təsir qüvvəsinə malikdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar