Məhkəmə qərarları › İş №2(102)-1931/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1931/2024

21.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1931/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): bağışlama müqaviləsi, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1343/2024 nömrəli, 14 fevral 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfində n verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş FM seriyalı N 022286 saylı qeydiyyat vəsiqəsinə əsasən X4 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsi, 5 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüquqları 4 saylı reyestr kitabında 538 səhifədə 30/17317 saylı qeydə alma nömrəsi ilə qeydə alınmışdır.

2. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş FM seriyalı N 033857 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsi, 5 say lı fərdi yaşayış evinə dair mülkiyyət hüquqları 4 saylı reyestr kitabında 538 səhifədə 30/3250 saylı qeydə alma nömrəsi ilə qeydə alınmışdır.

3. Hədiyyə verən Cavabdeh1 ilə hədiyyə alan Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış, Bakı şəhəri 32 saylı notariat ofisinin tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən hədiyyə verən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov (6-cı Masazır) küçəsi, 5 saylı fərdi yaşayış evinin özünə məxsus hissəsini hədiyyə alana bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov (əvvəlki 6-cı Masazır) küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh1 ilə X5 arasında bağlanılan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, 99 saylı evin 76 saylı mənzili və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 5 saylı fərdi yaşayış evi iddiaçının mərhum atası X4 mülkiyyətində olmuş, T.İ.Əmrahov vəfat etdikdə həmin daşınmaz əmlaklar miras əmlak kimi iddiaçının anası Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçı və onun bacıları atalarından sonra analarını ailənin başçısı hesab etdiklərinə görə daşınmaz əmlakları analarının adına rəsmiləşdirilməsinə razılıq vermişlər. İddiaçı ünvan 1 saylı evin 76 saylı mənzilində daimi qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Lakin son zamanlar iddiaçının anasının ona qarşı münasibəti dəyişərək pisləşmişdir. Belə ki, iddiaçının anası atasından qalan miras əmlaklardan ona heç bir pay verilməyəcəyinə, bütün əmlakların digər cavabdeh olan iddiaçının bacısına veriləcəyini bildirmişdir. İddiaçıya anası qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, 99 saylı evin 76 saylı mənzilinin bacısının adına bağışlanma yolu ilə rəsmiləşdirilməsinə razılıq verməsini təklif etmiş, lakin iddiaçı mənzilin bağışlanmasına razı olmadığı üçün anası ona qarşı iddia qaldıraraq, həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Bir necə gün əvvəl iddiaçıya anası Cavabdeh1 iddiaçının atasından miras qalan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 6, Masazır küçəsi, 5 saylı fərdi yaşayış evini cavabdeh iddiaçının bacısı X2 bağışlaması məlum olmuşdur. İddiaçının həmin evdə qeydiyyatı olmağına görə notariat orqanında onun razılığı tələb edilməmiş və bu səbəbdən anası iddiaçının icazəsi və razılığı olmadan həmin evi iddiaçıdan xəbərsiz bağışlamışdır.

6. Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, iddia tələbinin heç bir əsası yoxdur və formal mülahizələrdən ibarətdir. Belə ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçının doğma anası və bacısıdır. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 5 nömrəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətində olmuş və həmin fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə digər Cavab deh2 bağışlanmışdır. Cavabdeh1 oğlu İddiaçı "xxxx" MTK-da mənzil alıb vermiş və həmin mənzili iddiaçı xx.xx.2023-cü il tarixdə X1. Bütün bunlarla bağlı Binəqədi Rayon Məhkəməsinin icraatında olan kompensasiya verməklə istifadə hüquqlarının itirilməsi tələbinə dair mülki işə baxılan zaman MTK-dan sorğu əsasında əldə edilmişdir. Lakin iddiaçı hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən evin 76 saylı mənzildən istifadə hüququna kompensasiya verməklə xitam veriləndən sonra belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu hal bir daha onu göstərmişdir ki, iddiaçı qərəzli olaraq anasının ona qarşı iddia qaldırmasından sonra belə bir addım atmışdır. Əslində isə əmlakların ananın adına keçməsi və digər hərəkətlər zamanı İddiaçı razılıq vermiş və üzərindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq he ç zaman bu məsələni mübahisələndirməmişdir. Cavabdeh1 hər iki övladına mənzil və ev alaraq bağışlamışdır. Bağışlama tam qanuni və əsaslı şəkildə həyata keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin iddiaçı etibarsızlıqla bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 illik mübahisələndirmə müddətini ötürməklə iddia qaldırmış, yəni bağışlamadan xeyli keçməsinə baxmayaraq iddiaçı bu halı mübahisələndirməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş əsaslara deyil, yalnız əmlakda məcburi pay hüququnu əsas gətirərək, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini bildirmişdir. Məcburi pay və digər tələblər mülkiyyətçinin əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdıra bilməz. Mül kiyyətçinin öz əmlakına dair sahiblik, istifadə və onunla bağlı sərəncam vermək hüququ üçüncü şəxslərin davranışından asılı ola bilməz.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X6) 14 noyabr 2023-cü il tarixli, 2(001)-4522/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, araşdırma zamanı cavabdehlər arasında bağlanmış əqdin mülki qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış etibarlı əqd olması öz təsdiqini tapdığından, qanun üzrə vərəsələrin məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları onların əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət etdiyindən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və y a ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirildiyindən, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biri olduğu üçün bu hüquqların məhdudlaşdırılması, yalnız qanunvericilik qaydasında mümkün olmaqla belə məhdudlaşdırmanın digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməli olduğundan, məcburi paya hüququ olan şəxsin, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə, məcburi payın hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına tamamlanmasını tələb etmək hüququ olduğundan iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitus iyasının 13-cü, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2-ci, 666.1-ci, 667-ci, 668.1.1-ci, 670-ci, 1145-ci, 1193-cü, 1194-cü, 1195-ci, 1196-cı, 1197-ci, 120-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə uyğun əsaslandırm ış, əlavə olaraq göstərmişdir ki, işə baxan məhkəmə iddiaçı ilə cavabdehlərin şəxsi motiv əsasında pozulan münasibətlərinin xarakterini nəzərə almamış, bu zaman hüquqdan suiistifadə məqamlarına diqqət yetirməmiş, işin bununla bağlı faktiki hallarını müəyyən etməmişdir. Nəticədə iddiaçının sosial xarakterli mülki hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) 2(103)1343/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(001)-4522/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021 - ci il tarixdə bağlanmaqla Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu E.A.İmanlı tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən hədiyyə verən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (6-cı Masazır) küçəsi 5 saylı fərdi yaşayış evinin özünə məxsus hissəsini hədiyyə alana bağışlamışdır. İddiaçı cavabdehlər anası Cavabdeh1 və bacısı Nərmin Əmrahova arasında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Cümşüdov (6-cı Masazır) küçəsi 5 saylı fərdi yaşayış evinə dair 11. 12.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin, gələcəkdə həmin əmlakın mirasa daxil olacağı halda onun m əcburi payının arta biləcəyi ehtimalı ilə etibarsız əqd hesab edir.

14. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakın mirasa daxil olacağı halda onun məcburi payının arta biləcəyi ehtimalı olduğunun bildirmişdir. Lakin iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, müqavilənin etibarsız hesab edilməsi üçün aldadılmanın nədən ibarət olması barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia ərizəsində anası və bacısı ilə münasibətlərinin pozulmasını və anası ilə əlaqələrinin gərginləşməsini bildirməsi iddia tələbinin yeganə əsaslandırmasıdır.

15. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab etmiş dir ki, iddiaçının anası tərəfindən bağışlama müqaviləsi əsasında əmlakın iddiaçının bacısına bağışlanması mülkiyyətçi kimi qanunvericiliyin ona verdiyi hüquqdur, yəni öz mülkiyyəti üzərində sərbəst surətdə sərəncam vermək hüququndan istifadəsini özündə ehtiva edir. Həmin hüququn həyata keçirilməsi zaman iddiaçının razılıq verməsi də, qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının isə öz tələbinin əsası kimi istinad etdiyi hallar işin faktiki halları ilə də öz təsdiqini tapmamaqla, sözügedən müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

16. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbləri baxımından miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi pa yının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır”. Göründüyü kimi, maddə kifayət qədər açıq və dəqiqdir. Belə ki, qeyd edilən müddəadan çox aydın şəkildə məlum olur ki, söhbət əşyanın miras qoyan tərəfindən hələ öz sağlığında 3-cü şəxsə (bu digər vərəsədə ola bilər) bağış olaraq verilməsindən gedir. Sonra yenə açıq şəkildə qeyd olunur ki, bu üçüncü şəxsə bağışlanan əşya miras əmlaka daxil edildikdə məcburi pay həcmi arta biləcəksə, onda həmin bu artan məbləğ məcburi pay sahibi vərəsə(lər) tərəfindən tələb oluna bilər. Nəhayət, həmin müddəanın sonunda bariz şəkildə göstərilir ki, hədiyyənin verilməsindən 2 il keçdikdən sonra miras açılarsa (miras qoyan vəfat etmişsə) məcb uri payın həcmi müəyyənləşdirilərkən miras qoyan tərəfindən verilən hədiyyələr hesaba alınmır. Bu eyni zamanda digər tərəfdən məntiqi zərurət olaraq o deməkdir ki, mirasın açılmasından əvvəlki 2 il ərzində edilən bağışlamalar məcburi payın müəyyənləşdirilməsi zamanı nəzərə alınır. Lakin hazırki halda cavabdehlərdən biri olan Şərəbanı Əmrahova öz mülkiyyətində olan əmlak üzərində sərəncam verməklə həmin əmlakı xx.xx.2021-ci tarixdə bağışlamış və bağışlamadan 2 illik qanunvericilikdə göstərilən müddət ötmüşdür. Bunu vurğulamaqla kollegiya qeyd edir ki, hətta gələcəkdə də ananın vərəsəsi kimi iddiaçıya münasibətdə mübahisəsi gedən bağışlanan əmlak hesabına məcburi payın tamalanmasını tələb etmək hüququ mövcud ola bilməz. Hazırki halda isə sağ olan mülkiyyətçinin iddiada qeyd edilən əsasa gö rə öz amlakı üzərində sərəncam vermək hüququnun bu formada məhdudlaşdırılması qanuni və əsaslı sayıla bilməz.

17. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə raşılaşaraq qeyd etmişdir ki, bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığından onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.1, 337.1, 337.2, 666.1, 668.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

20. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, həmin əmlak, yəni atasından qalan miras ev üzərində onun da birinci növbədən olan vərəsə kimi məcburi payı vardır. Digər tərəfdən, cavabdeh olan anasının da birinci növbədən olan vərəsəsidir və həmin fərdi yaşayış evində əmlak payı vardır. Belə olduğu halda həmin evin digər vərəsəyə onun razılığı olmadan bağışlanması qanunsuzdur. Çünki həmin ev üzərində cavabdeh anasının mülkiyyət hüquqları vərəsəlik hüququ ilə məhdudlaşdırılmışdır. Lakin işə baxan məhkəmə Mülki Məcəllənin normasının tələblərini kobud şəkildə pozmuşdur. Həmin normanın məzmunundan göründüyü kimi, mübahisəli fərdi yaşayış evi onun xeyrinə vərəsəlik hüququ ilə yüklü edilmiş və cavabdehin onun üzərindəki hüquqları, xüsusilə bağışlama yolu ilə sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Cavabdehlər arasında həmin əmlaka dair bağışlama müqaviləsi yalnız onun razılığı ilə bağlanıla bilərdi. Həmin müqavilənin bağlanılmasına isə razılığı alınmamışdır. Bu isə mülki qanunvericiliyin məhkəmə tərəfindən pozulmasıdır. Cavabdeh əmlakı digər cavabdehə hədiyyə edərkən iddiaçının məhz məcburi payla bağlı hissəsinə münasibətdə səlahiyyətsiz olmuş, həmin hissədə səlahiyyət (icazə vermək səlahiyyəti) iddiaçıya məxsus olmuşdur. Lakin işə baxan məhkəmə həmin maddənin məzmununa uyğun olmayan nəticəyə gəlmişdir. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi qətnamədə (səh.8) «iddiaçının məcburi payın hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına tamamlanmasını tələb etmək hüququ olduğundan iddia tələbi əsassızdır» nəticəsinə gəlmiş və bu zaman da maddi hüquq normasını səhv tətbiq (şərh) etmişdir. Məhkəmənin qənaətinə görə, məcburi pay hüququ olan şəxs hədiyyə edənin (miras qoyanın) ölümündən əvvəlki iki il ərzində bağışladığı əşya ilə bağlı iddia irəli sürə bilər. İşə baxan apellyasiya instansiyası məhkəməsi bu hüquqi mövqeyi əsassız olaraq müdafiə etmişdir. Halbuki bu göstəriş hədiyyə edənin vəfat etməsi halında həmin əqdi mübahisələndirmək üçün ağlabatan müddətin müəyyən edilməsi zərurəti ilə əlaqədar olaraq müəyyənləşdirilmişdir. Belə iddialar üçün hədiyyə edənin vəfat etməsi zəruri şərt kimi irəli sürülmür. Məcburi pay hüququ olan şəxs hədiyyə edənin sağlığında da həmin əqdi mübahisələndirə bilər. Hesab edirlər ki, cavabdeh iddiaçının məcburi pay hüququ olan yaşayış evini bağışlama müqaviləsi əsasında hədiyyə etmək üçün iddiaçının razılığını almalı idi. Lakin bu razılıq olmadığı üçün həmin əqd etibarsızdır. İşə baxan məhkəmə qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir.

21. Mülki Məcəllənin müvafiq normalarının qarşılıqlı əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Qərarı məcburi pay hüququ olan şəxslərin bağışlanan əmlakdakı payının qounmalı olduğunu, Mülki Məcəllənin 667-ci maddəsində müəyyən olunan şərtin həmin hüquqların qorunmasına xidmət etdiyini açıq şəkildə göstərmişdir. Lakin işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmələri həmin Qərarın yuxarıda qeyd olunan göstəriş və istiqamətlərini nəzərə almamışdır. Məhk əmənin nəzərinə çatdırırlar ki, bağışlanan fərdi yaşayış evi əvvəlcə iddiaçının mərhum atası X4 mülkiyyətində olmuş, atası 2004-cü ildə vəfat etdikdən sonra ev vərəsəlik qaydasında cavabdehin adına rəsmiləşdirilmişdir. Bu zaman İddiaçı anası olan Cavabdeh1 tam etibar edərək evin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Çünki cavabdeh onun anasıdır və atasından sonra ailə başçısı da anası olmuşdur. İddiaçı cavabdeh olan anasına hər cəhətdən etibar edib inanmış, evin və həyətyanı sahənin ona və ailəsinə məxsus olduğunu və həmişə də belə olacağını düşünmüşdür. Həmin vaxtdan keçən 18 il ərzində bu münasibət dəyişməmiş, hər şey qaydasında olmuş, iddiaçı həmin evdən öz evi kimi istifadə etmiş, ona baxmış, qulluq etmiş, qorumuşdur. X12 2004-cü ildə vəfat edəndə hazırkı ev ondan bütün ail əyə miras qalmışdır və ailə olaraq qərara gəlmişlər ki, ev ananın, yəni Cavabdeh1 adına rəsmiləşdirilsin. Yəni həmin ev cavabdehlərin şəxsi qazancları ilə alınmayıb, evdə iddiaçının atasının da payı olmuş, ev bütün ailəyə məxsus olmuşdur. Cavabdeh1 cavabdehi nə vaxtsa həmin evə olan hüquqlardan, eləcə də miras paydan məhrum edəcəyini iddiaçı heç vaxt düşünməmiş və təsəvvür etməmişdir. Əksinə, cavabdeh həmin evin ailəyə, eləcə də iddiaçıya məxsus olduğunu həmişə bildirmişdir. Əgər cavabdeh iddiaçıya qarşı belə davranacağını bildirsəydi, iddiaçı atasından miras qalan həmin evdən özünə çatan paydan anasının xeyrinə imtina etməz, payını öz adına rəsmiləşdirərdi. Lakin bu hərəkət ailədə bərqərar olan qarşılıqlı hörmət, etimad anlayışlarına zidd olduğu üçün iddiaçı bunu etməmişdir. Bu mənada Cav abdeh1 iddiaçıya qarşı hazırkı hərəkəti, yəni dəyəri bir milyon manatdan yüksək olan evini iddiaçıya heç bir pay təklif etmədən qızına bağışlaması hüquqdan sui-istifadədir. Hüquqdan sui-istifadə hərəkətlərinə isə qanunla yol verilmir. Cavabdeh1 bu hərəkətinin hüquqdan sui-istifadə olması iki cavabdehin iddiaçıya qarşıbaşqa mülki işdə birləşərək ailəyə məxsus olmuş digər mənzildən onu cüzi məbləğdə kompensasiya verməklə çıxarmaq istəkləri ilə də öz təsdiqini tapır. Belə ki, həmin mülki işdə Əmrahova Şərabanu əvvəlcə həm İddiaçı qarşı, həm də qızı Cavabdeh2 qarşı iddia qaldırmış, sonradan isə Cavabdeh2 cavabdehlər sırasından çıxarmışdır. Bundan sonra isə Cavabdeh2 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşularaq İddiaçı qarşı tələb irəli sürmüşdür. Baş verən bu dəyişikliklər Əmr ahova Şərabanu ilə Cavabdeh2Telman qızının əlbirliyinin, iddiaçıya qarşı birləşərək hüquqdan sui-istifadə etmələrinin bariz nümunəsidir. Lakin məhkəmə nədənsə bu hallara düzgün hüquqi qiymət verməmiş, cavabdehin hüquqdan sui-istifadə etməsi ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materialları ilə və tərəflərin izahatları ilə tanış olanda həqiqətən də görmək olur ki, cavabdehlər iddiaçıya qarşı şəxsi qərəz nümayiş etdirirlər və bunun müdafiə edilməli olan şəxsi mənafe ilə heç bir bağlılığı yoxdur. X9 həmin evi bütünlüklə bağışlamaqla həmin evə ehtiyacı olmadığını ifadə etmiş və maddi-iqtisadi dəyər kimi ondan imtina etmişdir. Bu halda həmin ev üzərində hüquqların qanuna uyğun şəkildə müəyyən olunmasına onun hər hansı etirazı əsaslı hesab edilə bilməz. Belə etiraz şəxs i motivlərlə bağlı ola bilər və bu da sırf hüquqdan sui-istifadə olduğu üçün Konstitusiya Məhkəməsi həmin Qərarda «qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür» tezisini irəli sürmüşdür. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu məqamları nəzərə almamışdır.

22. Bildiririk ki, məhkəmə mülki prosessual qanunvericiliyin tələbini kobud şəkildə pozmuş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, bununla da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozmuşdur.

23. İşə baxan məhkəmələr nə Mülki Məcəllənin 667-ci maddəsini, nə də onun şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarını tətbiq etməmiş, beləliklə də MPM-nin 13-cü maddəsinin tələblərini pozmuşdur.

24. Cavabdehlər bağışlama müqaviləsinin qanuni şəkildə bağlanılmasını sübut etməmişlər. Apellyasiya instansiyası məhkəməsi isə bu hala düzgün hüquqi qiymət verməmişdir.

25. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdehlərin şəxsi motiv əsasında pozulan münasibətlərinin xarakterini nəzərə almamış, bu zaman hüquqdan sui istifadə məqamlarına diqqət yetirməmiş, işin bununla bağlı faktiki hallarını müəyyən etməmişdir. Nəticədə iddiaçının sosial xarakterli mülki hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

26. Kassasiya şikayəti Azərbaycan Respublik asının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337 və 348- ci maddələri 355-358-ci maddələr Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 667-ci maddəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159,1193 və 1200-cü maddələri «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Qəra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi. 13-cü maddəsi. 14-cü maddəsi. 77-ci maddəsi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq A zərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 329.1.Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

29. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

32. Maddə 668.1.1.Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

33. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 4

3. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin giriş hissəsində “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(011)-2806/2023 nömrəli qətnaməsi”ndən verilmiş apellyasiya şikayətinə baxıldığını, təsviri hissəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(011)-2806/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilmədiyini, nəticə hissəsində isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(011)-2806/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qeyd etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, göstə rilənlərə baxmayaraq apellyasiya məhkəməsinin qətnaməsinin məzmunundan məlum olur ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X6) 14 noyabr 2023-cü il tarixli, 2(001)-4522/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxmış və apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Belə olan təqdirdə kassasiya kollegiyası göstərilən səhvliyi texniki səhvlik kimi qəbul edir.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilm ir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(103)-1343/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar