Məhkəmə qərarları › İş №2(102)-1932/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1932/2020

16.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1932/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, maraqlı şəxsin vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs xxx rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin 2(061)-889/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Ə rizəçi Mixailovnanın ərizəsi təmin edilmiş və onun xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan müddət ərzində Tərtər rayon Xoruzlu kənd doğum evində işlədiyi iş illərinin əmək stajı kimi müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən, məruzəçi), R.Muradov və Ş.Əliyeva, 2(104)-3674/2019 saylı mülki iş) hazırki iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-889/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi «Ərizəçi xxxnın xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə qədər olan müddət ərzində Tərtər rayon Xoruzlu kənd doğum evində işlədiyi iş illərinin əmək (sığorta) stajı kimi müəyyən edilməsi» hissəsində dəyişdirilmiş, Ərizəçi xxxnın 20 aprel1982-ci il tarixdən xx xxxxxx 1993-cü il tarixədək olan müddət ərzində Tərtər rayonunun Xoruzlu kənd doğum evində mama kimi əmək münasibətlərində olması faktı kimi müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi Mixailovna ərizə ilə məhkəməyə müraciət edərək onun 1982-1993-cü illər ərzində işlədiyi iş illərinin əmək (sığorta) stajı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xxxnın xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan müddət ərzində Tərtər rayon Xoruzlu kənd doğum evində işlədiyi müddətin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən əmək kitabçasında olmadığı üçün sığorta stajının nəzərə alınması mümkün deyil. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Ərizəçi xxxnın xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə qədər olan müddət ərzində Tərtər rayon Xoruzlu kənd doğum evində işlədiyi müddətin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən yəni, həmin illərin əmək kitabçasında olmadığı üçün sığorta stajının nəzərə alınması mümkün deyildir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin vəkili Abbasov Rəfil Arif oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xxx xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü ilə qədər olan müddət ərzində Tərtər rayon Xoruzlu kənd doğum evində əmək münasibətində olsa da, həmin illər onun əmək kitabçasında qeyd edilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tərtər rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli 33 saylı arayışından görünür ki, Tərtər rayon Mərkəzi xəstəxanasının əmr kitabları 1 989-cu ilə kimi təhvil verilmiş, 1990-1991-1992-1993-cü illərin əmr kitabları mühafizə olunmaq üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tərtər rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli 33 saylı arayışından görünür ki, Mirbəşir rayon xəstəxanasının əmrlər kitabından Çıxarışlara əsasən Mirbəşir rayon Mərkəzi xəstəxananın xx.xx.1982-ci il tarixli 19 saylı əmrinə əsasən Xoruzlu kənd doğum evinin maması xxx xx.xx.1982-ci ildən məzuniyyətdən qayıtdığı üçün işdə sayılmış, xx.xx.1988-ci il 204 saylı əmrinə əsasən isə Oktyabr kolxozunun doğum evinin maması xxx xx.xx.1988-ci ildən məzuniyyətdən qayıtdığı üçün işdə sayılmışdır. Tərtər MRX-nın xx.xx.2019-cu il tarixli 200 saylı arayışından görünür ki, Tərtər MRX-nın Xoruzlu doğum evinin mam asıxxx tam təqaüd alması və müqavilə müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.1993-cü il tarixlı 41 saylı əmrə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. DSMF-nin Tərtər rayon şöbəsinin Ərizəçi xxxa ünvanladığı xx.xx.2019-cu il tarixli **********4 saylı arayışında bildirilir ki, ona xx.xx.1982-ci il tarixdə 26 il sosial sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir (192,47 man). 1952-1953-cü illərin sosial sığorta stajına hesablanması üçün əmək kitabçasını təqdim edərək pensiyanı yenidən hesablada bilər. Əmək kitabçası olmadığı halda staja aid sənədləri (arxiv arayışını və ya arxivə təhvil verilməyən iş stajınızı) məhkəmədə təsdiq etdirərək pensiyanı yenidən hesablada bilər. Məhkəmə baxışı zamanı ərizəçi ilə birlikdə işləmiş şahidlər onun həmin doğum evində mama vəzi fəsində işləməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. İşin təsdiq olunan halları ondan ibarətdir ki, ərizəçi təsdiq olunmasını xahiş etdiyi dövrdə qeyd olunan doğum evində işləmiş, həmin illər onun əmək kitabçasına işlənməmiş və ərizəçi həmin faktı başqa qaydada təsdiq etdirə bilmir. Lakin həmin illər işləməsi faktı onun əmək pensiyasının yenidən hesablanması üçün əsasdır. Ona görə məhkəmələr həmin işə baxmaqda və faktı təsdiq etməkdə haqlı olmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv e dilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs xxx rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar