Məhkəmə qərarları › İş №2(102)-1932/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1932/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1932/2025 26.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonunda qarşı “hərəkətlərin qanunsuz, məktubun və qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(1*2)-157*/2*25 Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nəsimi Ray on Məhkəməsinin *3 aprel 2*25-ci il tarixli, 2(**6)-273*/2*25 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonunda qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kreditor tələbinin iddiaçının hesabına ödənilməsindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Şirkətin təsisçisi Khuseyn Maraevin adından yazılmış *2 dekabr 2*21-ci il tarixli qərarın və iddiaçının ləğv prosesində olan banka qarşı 823822,16 ABŞ dolları məbləğində kreditor tələbinin bankın xeyrinə güzəşt edilməsi ilə bağlı *3 dekabr 2*21-ci il tarixli məktubunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3 aprel 2*25-ci il tarixli, 2(**6)273*/2*25 nömrəli qərardadı ilə (hakim R.Xəlilov) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış və iddiaçıya izah edilmişdir ki, iddiaçının ümumi qaydada müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır.

3. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 26.2, 152.1.3-cü maddələrinə istinad edərək göstərmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qar şı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

4. Məhkəmə müəyyən etmişdir ki, həm iddiaçı, həm də cavabdeh hüquqi şəxsdir. Məhkəmə bu xüsusatları nəzərə alaraq qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərin xarakterinə qiymət verilərkən müəyyən edilir ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar münasibətlərdən yaranmışdır. Göründüyü kimi tərəflə r arasındakı mübahisə predmeti kommersiya məqsədi daşıdığından həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Şikayətin dəlilləri:

5. İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasının mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 31, 151.1, 152.1.3, 269-cu maddələrinin tələbləri pozulmuşdur.

7. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2*2*-ci il tarixli Qərarının mənasından göründüyü kimi tərəfin sahibkarlıq subyekti olması kommersiya məhkəməsinə aidiyyəti olması əsas şərt deyil, əsas şərt mübah isənin predmetini təşkil edən tələbdir. Mövcud iddia tələbi “hərəkətlərin qanunsuz, məktubun və qərarın etibarsız hesab edilməsi tələbi”nə dair olduğundan, mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı deyil. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin № 226-İİİQ, 29 dekabr 2**6-cı il tarixdə təsdiq etdiyi “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanuna əsasən cavabdeh təşkilat kommersiya fəaliyyəti ilə məşğul deyil. Həmçinin, iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyil, ərizənin etibarsız hesab edilməsi, həmin ərizəni qəbul edilməsi ilə bağlı cavabdehin hərəkətlərini qanunsuz hesab edilməsindən ibarətdir.

8. Birinci inst ansiya məhkəməsinin 28 aprel 2*25-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahi sələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 4*3-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 1* gün müddətində baxılır. Maddə 4*3-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2*2*-ci il 18 sentyabr tarixli 1* nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üz rə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna mali k olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, kreditor tələbinin iddiaçının hesabına ödənilməsindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsinin geri qaytarılması hissədə ləğv edilməli və iddia ərizəsi həmin tələbə münasibətdə iddianın yolverilənliyinə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, hazırkı işdə iddiaçının şirkət olaraq hüquqi şəxs olması mübahisə doğurmur. Cavabdeh Fond həmçinin hüquqi şəxs olaraq kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır.

14. Nəzərə alınmalıdır ki, hazırkı iddia 2 tələbdən ibarətdir.

15. Birincisi: iddiaçı Şirkətin təsisçisi Khuseyn Maraevin adından yazılmış *2 dekabr 2*21-ci il tarixli qərarın və iddiaçının ləğv prosesində olan banka qarşı 823822,16 ABŞ dolları məbləğində kreditor tələbinin bankın xeyrinə güzəşt edilməsi ilə bağlı *3 dekabr 2*21-ci il tarixli məktubunun etibarsız hesab edilməsidir (bu tələb iddianın “Xahiş” hissəsində ikinci abzasda qeyd olunsa da, faktiki birinci abzasda qeyd olunan tələbin əsaslılığı bu tələbdən asılıdır).

16. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəx slərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

17. Hazırkı işdə cavabdeh qismində Əmanətlərin Sığortalanması Fondu qeyd olunsa da, bu tələbin mahiyyətindən müəyyən olunur ki, iddia Fonda qarşı sonuncunun hüquq və vəzifələrinin icrası ilə bağlı deyil, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi kimi qanuni nümayəndəliyinin həyata keçirilməsi ilə bağlı yönəldilmişdir. Yəni bu tələbə cavab verməli olan şəxs Ləğv prosesində olan Bank olmaqla, Fond “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.1 və 71.3-cü maddələrinə əsasən onun qanuni nümayəndəsi kimi çıxış edir.

18. Belə ki, “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinin birinci cümləsinə əsasən məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici tə yin edir.

19. Həmin Qanunun 71.3-cü maddəsinə əsasən Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. 20. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2*2*-ci il 18 sentyabr tarixli 1* saylı Qərarının 11 və 12-ci bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümum i və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

21. Bu nöqteyi-nəzərdən iddiaçının bu tələbi həm subyektiv tərkibi, həm predmeti, həm də tərəflərin hüquq münasibətlərinin xarakterinə görə kommersiya məhkəməsinə aid olduğundan, birinci instansiya məhkəməsi bu tələbi geri qaytarmaqla Mülki Prosessual M əcəllənin 152.1.3-cü maddəsini düzgün tətbiq etmişdir.

22. İddianın digər tələbi isə, kreditor tələbinin iddiaçının hesabına ödənilməsindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsidir. Bu tələb üzrə mübahisə cavabdehin hüquqi şəxs olaraq və ya ləğv prosesində olan Bankın qanuni nümayəndə kimi fəaliyyətindən irəli gəlmir. Tələb cavabdeh Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi kimi inzibati səlahiyyətlərinə əsaslanır.

23. Qeyd olunmalıdır ki, iddia ərizəsinə əlavə olunmuş Əmanətlərin Sığortalanması Fondunun 27 fevral 2*25-ci il tarixli məktubunun məzmununa görə, İddiaçı FZE-nin ləğv prosesində olan "xxxx" ASC-yə qarşı 823822,16 ABŞ dolları məbləğində kreditor tələbinin Bankın xeyrinə güzəşt edilməsi ilə bağlı *3 d ekabr 2*21-ci il tarixdə ləğvediciyə ünvanlanmış müraciətinə və bununla əlaqədar Şirkətin yeganə təsisçisi Khuseyn Marayevin *2 dekabr 2*21-ci il tarixli qərarına əsasən, sözügedən tələb Banka qarşı tələblər siyahısından çıxarılmış, bununla bağlı məlumatlar Bakı Apellyasiya Məhkəməsinin 2* aprel 2*22-ci il tarixli, 2-3(1*3)-17/2*22 nömrəli qərardadı ilə təsdiq edilmiş Bankın 2*22ci ilin İ rübü üzrə ləğv planında öz əksini tapmış, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2*24-cü il tarixli, 2-3(1*3)-8/2*24 nömrəli qərardadına əsasən Bankın kreditorlarının təsdiq edilmiş tələblərinin siyahısında tələb əks olunmamışdır. 24. “Banklar haqqında” Qanunun 71.7-ci maddəsinə əsasən bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həya ta keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsin ə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.1*. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiy ası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

26. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən ger i alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

27. Göründüyü kimi, iddia üzrə qeyd olunan tələb cavabdehin ləğv prosesində olan bankın ləğvedicisi kimi fəaliyyətinə qarşı yönəldildiyindən və həmin fəaliyyətə İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi nəzarət edərək, müvafiq şikayətlərə həmin məhkəmə baxdığından, bu tələbə iddia icraatı qaydasında baxılması Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzdir. 28. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli Qərarının 16.3-cü bəndinə əsasən “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.*, 261.*.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

29. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın bu hissəsini də Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarmaqla prosessual hüquq normalarını pozmuşdur.

30. Beləliklə, qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 4*3-1.6, 4*3-1.7, 4*3-1.8 və 4*3-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3 aprel 2*25-ci il tarixli, 2(**6)-273*/2*25 nömrəli qərardadı qismən, iddianın “Kreditor tələbinin Şirkətin hesabına ödənilməsindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsinin geri qaytarılması hissəsində ləğv edilsin və iş iddianın həmin tələbin yolverilənliyinə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *3 aprel 2*25-ci il tarixli, 2(**6)-273*/2*25 nömrəli qərardadı qalan, yəni iddia ərizəsinin “iddiaçı Şirkətin təsisçisi Khuseyn Maraevin adından yazılmış *2 dekabr 2*21-ci il tarixli qərarın və iddiaçının ləğv prosesində olan banka qarşı 823822,16 ABŞ dolları məbləğində kreditor tələbinin bankın xeyrinə güzəşt edilməsi ilə bağlı *3 dekabr 2*21-ci il tarixli məktubunun etibarsız hesab edilməsi” hissəsinin geri qaytarılması hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar