Məhkəmə qərarları › İş №2(102)-1933/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1933/2025

07.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1933/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:gediş-gəliş yolunun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-562/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli Qərarına əsasən, X3, İddiaçı2 və X2 mülkiyyətinə Masallı rayonu, Göyəçöl kəndində 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

2. Masallı Rayon Məhkəməsinin 2(050)-343/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X4 və ailə üzvlərinin mülkiyyətində olan 0.006 ha həyətyanı torpaq sahəsinin cənub hissəsində 36.6 kv.m sahəyə tökülmüş çınqıl daşlarının Nümayəndə tərəfindən təmizlənməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyət hüququna qanunsuz müdaxilənin qadağan edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərb aycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24.050.2022-ci il tarixli, 2(102)3198/2022 saylı qərarı ilə Nümayəndə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollyegiyasının 2(106)- 462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına hasar qoyulmaqla bağlanmış gediş-gəliş yolunun onun hesabına açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli qərarı ilə ha zırkı yaşadıqları evin yerləşdiyi həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə onlara JN 663A saylı şəhadətnamə verilmişdir. Uzun müddətdir ki, istifadə etdikləri və rəsmi sənədlərdə yol kimi nəzərdə tutulmuş ərazidə cavabdeh darvaza qoymaqla həmin yeri özünün torpaq sahəsinin daxilinə salır ki, nəticədə də həyətlərinə gediş-gəliş yolu bağlanmış olur. Bununla bağlı cavabdehə dəfələrlə iradlarını bildirsələr də, nəticəsi olmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, ekspert rəyində gediş-gəliş yolunun nəzərdə tutulmadığı, həmçinin rəyin digər bəndində qeyd edilmişdir ki, həmin əraziyə digər tərəfdən yolun olması göstərilmişdir. Ekspertin qeyd etdiyi digər yol piyada yoludur, həmin yoldan maşın keçmir. İddiaçının tələb etdiyi yol isə bələdiyyə mülkiyyətində olan həmin ərazid ə olan kanalın yanında olan torpaq sahəsidir. Cavabdeh isə həmin bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etmiş və əvvəllər iddiaçılar tərəfində yol kimi istifadə edilən ərazinin giriş hissəsini bağlamışdır. Hazırda da iddiaçılar həmin yoldan istifadə edə bilmirlər. Bundan əvvəl iddiaçılar həmin yoldan istifadə etdiklərindən həmin yola qum və çınqıl tökmüşlər. Həmin qum və çınqıl tökülərkən cavabdeh torpaq sahəsinə tökülən çınqılın təmizlənməsi üçün onların barəsində əvvəllər məhkəməyə müraciət etmiş və məhkəmə iddianı qismən təmin edərək, yalnız cavabdehin torpaq sahəsinə tökülən 36 kv metr hissədən çınqılın çıxarılması qərara alınmış, lakin müdafiə etdiyi şəxsin yol kimi istifadə etdiyi əraziyə tökdüyü çınqılın təmizlənməsi hissəsində iddia tələbi təmin edilməmişdir. Yolun bağlanmasına səbəb tərəflər arasında olan münaqişə ilə bağlıdır. Öz aralarında olan sözsöhbətdən sonra bu məsələlər meydana çıxmışdır. Cavabdeh yalnız öz ərazisinə tökülmüş qum və çınqıl daşlarının təmizlənməsi, iddiaçının gediş-gəliş yolu kimi istifadə etdiyi kanalın mühafizə zonasına tökülmüş çınqılla bağlı iddia təmin edilmədiyini gördükdən sonra gediş-gəlişə mane olmaq üçün qəsdən həmin yolun girişinə, yəni özünə aid olmayan bələdiyyəyə məxsus torpaq sahəsinə darvaza qoymaqla gedişgəliş yolunu bağlamışdır. Əraziyə mütəxəssislər tərəfindən baxılıb rəy verilərkən düzgün verilmir. Mütəxəssislər darvaza qoyulan torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğunu qeyd etsələr də, oradan yol olmasını qeyd etmirlər. Həmin torpaq sahəsi yol kimi nəzərdə tutulmasa da, bələdiyyə mülkiyyəti olduğundan ümumi istifa dədə olmalıdır. Lakin, cavabdeh həmin torpaq sahəsini zəbt etməklə iddiaçının faktiki yol kimi istifadə etdiyi torpaq sahəsinin giriş hissəsini bağlamışdır.

5. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandıraraq qeyd etmişdir ki, iş üzrə dəfələrlə ekspertiza keçirilmiş, mütəxəssislər mübahisəli əraziyə baxıb rəy vermişlər, ekspert də həmin mütəxəssis rəylərinə uyğun ekspert rəyləri vermişdir. Bütün verilən rəylərdə yolun olmadığı qeyd edilmişdir. Cavabdehin darvazanı qoyaraq zəbt etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Bələdiyyənin cavabdehlə həmin torpaq sahəsi ilə bağlı heç bir mübahisəsi yoxdur. İddiaçının başqa tərəfdən yolu vardır. Əvvəllər həmin yoldan iddiaçı istifadə etmişdir. Lakin, həmin yola qum və çınqıl tökülən vaxt cavabdehin torpaq sahəsinin də bir hissəsinə töküldüyündən iddiaçını məhkəməyə vermiş və məhkəmə qətnaməsi ilə həmin qum və çınqıl daşları müdafiə etdiyin şəxsin torpaq sahəsinə düşən 36 kv metr hissədən təmişlənmişdir. Ümumiyyətlə həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olsa da, orada yol nəzərdə tutulmamışdır. Cavabdeh də yol olmadığından əraziyə darvaza qoyaraq iddiaçının yol kimi istifadə etdiyi ərazini zəbt etmişdir. Buna müdafiə etdiyi şəxsin hüququ vardır. Çünki həmin ərazinin iddiaçıya aidiyyatı yoxdur. Bundan başqa iddianın predmeti düzgün qoyulmamışdır. İddiaçı bələdiyyəni məhkəməyə verməlidir ki, ona hardansa yol versinlər. Bu barədə bələdiyyə nəsə tələb edə bilər.Odur ki, hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.

6. Məhkəmə Tikinti Texniki ekspertizasının 04 iyul 2024-cü il tarixli rəyində göstərilmişdir ki, t orpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı JN663A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və JN-662A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Cavabdeh mülkiyyətlərində olan həyətyanı torpaq sahələrinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Gediş-gəliş yolu kimi istifadə olunan və iddia olunan ərazidə kompleks yerquruluşu layihəsində yol olması müəyyən edilməmişdir. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin cənub sərhədində kanalın (su arxının) olması müəyyən edilmişdir.

7. Mütəxəssis rəyinə əsasən, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” A zərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Masallı rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Masallı rayonu, Göyəçöl kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-663 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçılar İddiaçı1, İddiaçı2 mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan ərazidən deyil, digər yerdən (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmi şdir) olması müəyyən edilmişdir. JN-662A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Cavabdeh mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun isə mübahisə predmeti olan ərazidə, kəndin ümumi istifadədə olan yola bitişik yerdən (kanalın üstünə keçid atılmaqla) olması müəyyən olunmuşdur.

8. Masallı Rayon Məhkəməsinin 2(050)-9/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Coşqun Abdullayev) iddia təmin edilmiş, Masallı rayonu, Göyəçöl kəndində yerləşən iddiaçıların mülkiyyətində olan həyətyanı torpaq sahəsinin kanal kənarı gediş-gəliş yolunun üzərində quraşdırılmış darvazanın cavabdehin hesabına götürülməklə yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.

9. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, Masallı rayonu, Göyəçöl kənd ində iddiaçılara məxsus 0.06 hektar həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıların adına dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. İddiaçı təxminən 2017-ci il tarixdən etibarən özünə məxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi bələdiyyənin mülkiyyətində olan kanalın mühafizə zonasından istifadə etmiş, həmin gediş-gəliş yolunun girişinə cavabdeh tərəfindən darvaza qoyulduqdan sonra gediş-gəliş yolu bağlanmışdır.

10. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin darvazanı qoyduğu torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan, yəni cavabdehə məxsus torpaq sahəsininin hüdudlarından kənarda yerləşir. Gediş-gəliş yolu kimi mübahisə edilən torpaq sahəsi soldan cavabdehlə bələdiyyənin mülkiyyəti ndə olan torpaq sahələrinə bitişik olmaqla, sağ tərəfdən bələdiyyənin mülkiyyətində olan su kanalı ilə həmsərhəddir.

11. Məhkəmənin mövqeyi həmçinin ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən qoyulmuş darvaza baza məlumatları üzrə verilmiş mütəxəssis və ekpsert rəylərinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində yerləşmədiyi, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun başqa ərazidən keçdiyi göstərilsə də, işin faktiki halları ilə tam müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi alternativ hər hansı imkanı olmamış, o, yalnız qeyd edilən mübahisəli ərazidən istifadə etməklə həmin hüququnu təmin edə bilər. Cavabdehin hər hansı hüquqi əsas olmadan bələdiyyə məxsus torpaq sahəsinə darvazanı qoymaqla gediş-gəlişə mane olması iddiaçının öz mülk iyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qeyd edilən özbaşınalığına son qoyulmalı, gediş-gəliş yolunun girişinə qoyulmuş maneə aradan qaldırılmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 170.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Torpaq M əcəlləsinin 47, 111-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, çıxarılmış qətnamə maddi hüquq normalarının tam şəkildə pozulması ilə qəbul edilmişdir. Ona və iddiaçılara verilmiş həyətyanı torpaq sahəsinin yanında əlavə olaraq bələdiyyə torpaq sahəsi də yerləşir. Bələdiyyə torpağından o 7 sotunu zəbt edərək həyətyanı torpaq sahəsinə birləşdirmişdir. İddiaçılar isə bələdiyyə torpağından 11 sotunu zəbt edərək həyətyanı torpaq s ahəsinə birləşdirmişlər. Buna sübut olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə X5 rayon Gəyəçöl bələdiyyəsinə xx.xx.2019-cu il tarixli məktubunda tam şəkildə qeyd edilmişdir ki, iddiaçılar bələdiyyə mülkiyyətinə məxsus 11 sot torpaq sahəsini zəbt etmişlər. Yəni mülkiyyətində olan torpaq sahəsindən artıq hissə bələdiyyə mülkiyyətidir. O, Gəyəçöl bələdiyyəsi ilə mülkiyyətində olan torpaq sahəsinin ona satması barədə razılaşmışdırlar. Məhkəmələr qurtardıqdan sonra həmin torpaq sahəsini o alğı-satqı müqaviləsi əsasında alacaqdır. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları dəfələrlə təyin edilmiş, istər mütəxəssis, istərsə də ekspert rəyləri bir mənalı olaraq ərazidən iddiaçıların mülkiyyətlərinə gediş-gəliş yolunun nəzərdə tutulmadığı qeyd edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, iddiaçıların mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan ərazidən deyil digər yerdən olması göstərilmişdir. Həmin yeridə rəyə əlavə edilmiş yer quruluşu planında göstərmişlər. Rəydə konkret olaraq yazılmışdır ki, darvazanın qoyulduğu torpaq sahəsi yol kimi nəzərdə tutulmamışdır. Qətnamədə qeyd edilən su kanalı kəndin qərbindən şərqinə doğru uzanmaqdadır və həmçinin yüzlərlə evin həyətindən gəlib keçir. O kanalı və onun mühafizə zolağını zəbt etməmişdir. Bələdiyyə sədrinin məhkəmə iclasında verdiyi ifadə tamamı ilə əsassızdır. O, məhkəmə iclasında bildirmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla su kanalının mühafizə zonasına daxil olan ərazidir. İddiaçılara verilmiş torpağın mü lkiyyətinə dair çıxarışda qanunsuzdur. İlk öncə torpaq sahəsinə gedən yol müəyyən olunmalı, sonra isə çıxarış verilməlidir. Məhkəmə məhkəmə iclasında iddiaçılara verilmiş çıxarışı tədqiq edərkən, əmlak komitəsinin baza məlumatlarına yox, Google Map-in və digər sosial şəbəkələrin koordinatlarına istinad etmişdir. İşin qırılma nöqtəsi iddiaçının iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasıdır. Məhkəmə iddiaçının subyektiv hüququnu yaratmaq üçün heç bir sənədə istinad etmədən zəbt etdiyi bələdiyyə mülkiyyəti torpağını, su kanalının mühafizə zolağı kimi qətnaməsində qeyd etmişdir. O təxminən bələdiyyə mülkiyyətinin 7 sot torpaq sahəsini qanuni əsaslarla zəbt etmişdir. Yəni torpaq sahələri bölünərkən kimin mülkiyyətində olan torpaq sahəsinin yaxınlığında bələdiyy ə torpaqları var idisə, həmin torpaq sahələri ona çatırdı. Məhkəmə qətnaməsində maddi hüquq norması kimi mülkiyyət hüququna aid normalara səhvən istinad etmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-562/2025 nömrəli iş üzrə 13 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən, məruzəçi), Tofiq Heydərov və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışıdr.

16. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, cavabdeh tərəfindən qoyulmuş darvaza baza məlumatları üzrə verilmiş mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində yerləşmədiyi, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun başqa ərazidən keçdiyi göstəri lsə də, işin faktiki halları ilə tam müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi alternativ hər hansı imkanı olmamış, o, yalnız qeyd edilən mübahisəli ərazidən istifadə etməklə həmin hüququnu təmin edə bilər. Cavabdehin hər hansı hüquqi əsas olmadan bələdiyyə məxsus torpaq sahəsinə darvazanı qoymaqla gediş-gəlişə mane olması iddiaçının öz mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qeyd edilən özba şınalığına son qoyulmalı, gediş-gəliş yolunun girişinə qoyulmuş maneə aradan qaldırılmalıdır.

17. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Masallı rayonu, Göyəçöl kəndində iddiaçılara məxsus 0.06 hektar həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıların adına dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. İddiaçı təxminən 2017-ci il tarixdən etibarən özünə məxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi bələdiyyənin mülkiyyətində olan kanalın mühafizə zonasından istifadə etmiş, həmin gediş-gəliş yolunun girişinə cavabdeh tərəfindən darvaza qoyulduqdan sonra gediş-gəliş yolu bağlanmışdır. Cavabdehin darvazanı qoyduğu torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan, yəni cavabdehə məxsus torpaq s ahəsininin hüdudlarından kənarda yerləşir. Gediş-gəliş yolu kimi mübahisə edilən torpaq sahəsi soldan cavabdehlə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə bitişik olmaqla, sağ tərəfdən bələdiyyənin mülkiyyətində olan su kanalı ilə həmsərhəddir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən qoyulmuş darvaza baza məlumatları üzrə verilmiş mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində yerləşmədiyi, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun başqa ərazidən keçdiyi göstərilsə də, işin faktiki halları ilə tam müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi alternativ hər hansı imkanı olmamış, o, yalnız qeyd edilən mübahisəli ərazidən istifadə etməklə həmin hüququnu təmin edə bilər.

19. Məhkəmə koll egiyası qeyd etmişdir ki, cavabdehin hər hansı hüquqi əsas olmadan bələdiyyəyə məxsus torpaq sahəsinə darvazanı qoymaqla gediş-gəlişə mane olması iddiaçının öz mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qeyd edilən özbaşınalığına son qoyulmalı, gediş-gəliş yolunun girişinə qoyulmuş maneə aradan qaldırılmalıdır.

20. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki hall arı tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 1521, 157.4, 170.1,170.2, 560.1, 560.2-ci, habelə MPM-in 14.1, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir.

23. Kassasiya şikayəti Mülki Məcəllənin 157 və Torpaq Məcəlləsinin 18, 47-ci maddələrinə istinad etməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mütəxəssis və ekspert rəylərində baza məlumatlarına deyil reyestr çıxarışının arxa tərəfində torpaq sahəsinin planı təsvir edilmiş, həmin təsvirin alt hissəsində xəritədə bax sözləri yazılmış, alt hissəsində isə ştrixt koda istinad etmişdir. Halbuki sübut toplamaq və təqdim etmək iddiaçının vəzifəsi olsada məhkəmə tərəfindən sübut toplanılmışdır. Eyni zamanda torpaq bələdiyyə mülkiyyəti olduğundan eyni zamanda iddaçının evinə gedən əlavə yol olduğundan iddiaçının subyektiv hüququnun olmaması məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

25. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

26. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edənd ən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

30. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

31. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

32. Maddə 560.2. Hüquqdan sui-istifadə yə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normal arının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən qoyulmuş darvaza baza məlumatları üzrə verilmiş mütəxəssis və ekpsert rəylərinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində yerləşmədiyi, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun başqa ərazidən keçdiyi göstərilsə də, işin faktiki halları ilə tam müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi alternativ hər hansı imkanı olmamış, o, yalnız qeyd edilən mübahisəli ərazidən istifadə etməklə həmin hüququnu təmin edə bilər. Cavabdehin hər hansı hüquqi əsas olmadan bələdiyyə məxsus torpaq sahəsinə darvazanı qoyma qla gediş-gəlişə mane olması iddiaçının öz mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qeyd edilən özbaşınalığına son qoyulmalı, gediş-gəliş yolunun girişinə qoyulmuş maneə aradan qaldırılmalıdır.

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Masallı rayonu, Göyəçöl kəndində iddiaçılara məxsus 0.06 hektar həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıların adına dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. İddiaçı təxminən 2017-ci il tarixdən etibarən özünə məxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi bələdiyyənin mülkiyyətində olan kanalın mühafizə zonasından istifadə etmiş, həmin gediş-gəliş yolunun girişinə cavabdeh tərəfindən darvaza qoyulduqdan sonra gediş-gəliş yolu bağlanmışdır. Cavabdehin darvazanı qoyduğu torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan, yəni cavabdehə məxsus torpaq sahəsininin hüdudlarından kənarda yerləşir. Gediş-gəliş yolu kimi mübahisə edilən torpaq sahəsi soldan cavabdehlə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə bitişik olmaqla, sağ tərəfdən bələdiyyənin mülkiyyətində olan su kanalı ilə həmsərhəddir.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh t ərəfindən qoyulmuş darvaza baza məlumatları üzrə verilmiş mütəxəssis və ekpsert rəylərinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində yerləşmədiyi, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun başqa ərazidən keçdiyi göstərilsə də, işin faktiki halları ilə tam müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi alternativ hər hansı imkanı olmamış, o, yalnız qeyd edilən mübahisəli ərazidən istifadə etməklə həmin hüququnu təmin edə bilər.

49. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin hər hansı hüquqi əsas olmadan bələdiyyəyə məxsus torpaq sahəsinə darvazanı qoymaqla gediş-gəlişə mane olması iddiaçının öz mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövl ət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qeyd edilən özbaşınalığına son qoyulmalı, gediş-gəliş yolunun girişinə qoyulmuş maneə aradan qaldırılmalıdır.

50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2025-ci il tarixli, 2(106)-562/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar