Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1934/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı iş üzrə QƏRARI (Açar sözlər: birgə nikah müddətində əldə edilmiş əmlakdan payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “birgə nikah müddətində əldə o lunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 25 fevral tarixli 2(103)-749/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, həmin nikahdan 31 yanvar 2010-cu il təvəllüdlü X5 və 07 iyul 2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)933/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflərin аrаsındа bağlanmış nikahın pozulması, 31 yanvar 2010-cu il təvəllüdlü X5 və 07 iyul 2013-cü il təvəllüdlü X1 anaları İddiaçı himayəsində saxlanılması, uşaqların yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, “Mercedes Benz 280” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci ildən, “BMW 650” minik **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən Cavabdeh adına qeydiyyatdadır. “Range Rover” minik markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü ildə Cavabdeh adına qeydiyyatda alınmış, xx.xx.2018-ci ildə qeydiyyatdan çıxarılmışdır. “BMW 5301” minik markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci ildə Cavabdeh adına qeydiy yata alınmış, xx.xx.2018-ci ildə qeydiyyatdan çıxarılmışdır. 3. **-TJ-*** dövlət qeydiyyat nişanlı Range Rover” minik markalı və “BMW 5301” minik markalı nəqliyyat vasitələrinin əvvəlki qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. 4. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən “BMW 5301” minik markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən X2 10000 manata satılmışdır.
5. İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 117,8 kv.m olan, 39 nömrəli mənzili tikinti işləri başa çatdıqdan sonra bir pay kimi cavabdehə təhvil verməyi, cavabdeh isə mənzili qəbul edib, müqavilədə göstərilən məbləği vaxtında və tamamilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin qiyməti 100130 manat məbləğdə müəyyən olunmuşdur. Müqavilədə həmçinin müəyyən olunmuş mənzilin qiymətinin bir hissəsinin - 37500 manat pulun ödənildiyi əksini tapıb. 6. "xxxx" MMC tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmilş 23 ədəd arayışlara əsasən, xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində cavabdeh tərəfindən "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 538-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaş ayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, 39 saylı mənzilin dəyərindən 29900 manat ödəniş edilmişdir. 7. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd olunur ki, "xxxx" MMC-nin Nizami rayonu, M.Abbasov 538-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, 39 saylı mənzil cavabdehə məxsusdur və təmirə buraxılır. 8. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 007/152 saylı məktubunda göstərilib ki, "xxxx" MMC-nin cavabdehlə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən payçının MMC-yə heç bir borcu yoxdur.
9. Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində təsdiqlənmiş ərizəsində, ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının 1-ci blokunu 9cu mərt əbəsində ümumi sahəsi 117,8 kv.m olan, 3 otaqlı, 39 saylı mənzilə dair onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsiniə və göstərilən mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini, həmin mənzillə bağlı "xxxx" MMC-yə qarşı heç bir iddiasının olmayacağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: a) birgə nikah dövründə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üçotaqlı mənzilin 1/2 hissəsinə onun, 1/2 hissə sinə isə Cavabdeh paylarının müəyyən edilməsi; b) birgə nikah dövründə aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli, “BMW5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli, “RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli və “MERCEDES BENZ 280” markalı, **-HT-*** qeydiyyat nömrəli avtomobillərin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi; c) mediasiya prosesi üçün ödədiyi 51 manat, dövlət rüsumu kimi ödədiyim 50 manat, cəmi 101 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla belə əsaslandırılmışdır ki, 2017-ci ildə "xxxx" MMC-nin Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yaşayış binasında n mənzil alınan dövrdə o da artıq işləyirdi. Belə ki, o artıq 13 iyun 2017-ci il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi işə düzələrək xidmət etməyə başlayıb. Əmək haqqı kifayət qədər normaldır. Onlar həmin mənzili alarkən "xxxx" MMC-yə ilkin olaraq 37500 manat pul ödəyiblər. Sonrakı dövrdə isə hər ay 1300 manat pul ödənilib. Eləcə də birgə nikahda olduqları dövrdə, yəni 2019-cu ilin yay-payız dövründə onlar birgə qazanclarının hesabına həmin mənzili tam təmir edib, təmirə təxminən 60000 manat pul sərf ediblər. Lakin nikahları pozulduqdan sonra cavabdeh evdən gedərkən aylarla birgə yığdıqları pulu da özü ilə götürüb, həmin pul vəsaiti hesabına yüksək mərtəbəli yaşayış binasında aldıqları evin ödənilməmiş hissəsini "xxxx" MMC-nin hesabına köçürüb. Aldıqları evin s ənədləri və evə görə ödəmə qəbzləri hazırda cavabdehdədir, onları məhkəməyə təqdim edəcəkdir. Belə ki, bu barədə vəkili və nümayəndəsi tərəfindən "xxxx" MMC-yə sorğu göndərilib. Məhkəmənin hazırlıq iclasınadək müqavilənin və ödəmə qəbzlərinin surətlərini təqdim edəcəkdir. Bundan başqa, onlar nikahda olduqları dövrdə 23000 manata cavabdehin adına “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli avtomobil alıblar və cavabdeh avtomobili istifadə etməyə başlayıb. Həmin avtomobil hazırda onun mülkiyyətində və istifadəsindədir. Həmçinin cavabdehlə birgə nikahda olduqları dövrdə aşağıda qeyd edilən avtomobillər də alınıb: 1. “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli minik avtomobili; 2. “RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli minik avtomobili; 3. “MERCEDES BENZ 280” markalı, **-HT- *** qeydiyyat nömrəli minik avtomobili. Nikah pozulduqdan sonra cavabdeh birlikdə aldıqları avtomobillərdən və evdən ona pay ayırmayıb.
12. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: a) birgə nikah dövründə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üç otaqlı mənzilin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi; b) birgə nikah dövründə aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli və “MERCEDES BENZ 280” markalı, **-HT-*** qeydiyyat n ömrəli avtomobillərin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi; c) birgə nikah dövründə alınmış və cavabdehin adına rəsmiləşdirilməklə sonradan birgə nikah dövründə 10000 manata satılmış “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobilin dəyərinin 1/2 hissəsinin, yəni 5000 manat pulun; d) birgə nikah dövründə alınmış və cavabdehin adına rəsmiləşdirilməklə sonradan birgə nikah dövründə satılmış 24000 manat dəyərində “RANGE ROVER” markalı, 10TJ103 qeydiyyat nömrəli avtomobilin tam dəyərinin 1/2 hissəsinin, yəni 12000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi; e) mediasiya prosesi üçün ödədiyi 51, dövlət rüsumu kimi ödədiyi 91, cəmi isə 142 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Ərizə b elə əsaslandırılmışdır ki, iddia tələbində qeyd edilmiş “RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil cavabdehlə birgə nikah dövründə alınaraq satılsa da, həmin avtomobilin alğı-satqı müqaviləsini əldə etmək mümkün olmayıb. Ona görə də, göstərilən avtomobilin dəyəri ilə bağlı mütəxəssis rəyi alınmış və elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə olunmuşdur. Digər tərəfdən iş materiallarına əsasən ilkin iddiada göstərilmiş “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil də birgə nikah dövründə alınaraq tərəflər arasında nikah pozulmazdan əvvəl, yəni 25 dekabr 2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Abşeron rayon sakini X2 10000 manata satılmışdır. Həmçinin cavabdehlə birgə nikahda olduqları dövrdə o, cavabdehin yalnız bir ədəd, yəni “BMW-65 0” markalı, **-KC-*** qeydiyyat nömrəli avtomobil aldığını bilib. Cavabdeh digər avtomobilləri alması və satmasından xəbəri olmayıb.
14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi tam əsassızdır və qanunvericiliklə müəyyən olunmuş iddia müddəti ötürülüb. Belə ki, Nizami Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması qət edilib. Həmin qətnamə 14 iyul 2020-ci il tarixdə qüvvəyə minib. Göründüyü kimi, iddiaçı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib və bununla da, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürüb. Göründüyü kimi, qanunvericili klə nəzərdə tutulmasına baxmayaraq mübahisə predmeti barəsində iddiaçı tərəfindən üzürsüz səbəbdən vaxtında məhkəməyə müraciət edilməyib və bununla da iddia müddəti ötürülüb. Qeyd edilənlərə əsasən iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həmçinin iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, “MERCEDES BENZ 280” markalı, **-HT-*** dövlət qeydiyyat nömrəli minik avtomobili cavabdehin adına rəsmiləşdirilsə də, həmin avtomobil iddiaçının əmisi Tofiq adlı şəxsə məxsus olub və onun istifadəsində olub. Mübahisəli avtomobil ümumiyyətlə cavabdehin istifadəsində olmayıb. “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli və “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli minik avtomobilləri birgə nikah dövründə satılıb və əvəzində “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli avtomobil alınıb ki, hazırda həmin avtomobil cavabdehin mülkiyyətində və istifadəsindədir. "xxxx" MMC tərəfindən Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 117,80 kv.m olan 39 saylı 3 otaqlı mənzil 2017-ci ildə alınıb və həmin mənzilin alınması üçün 2017-2019-cu illərdə, cəmi 29900 manat pul vəsaiti ödənilib. İddiaçı mənzilin dəyərinin birgə nikah dövründə tam ödənilməsinə və mənzilin birgə nikah dövründə təmir olunmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməyib. Eyni zamanda MTK və MMC-lər tərəfindən inşa edilmiş binalarda mənzilin dəyəri tam ödənilmədiyi halda mənzilin təmirinə bir qayda olaraq ümumiyyətlə i cazə verilmir (arayış əlavə olunur). Mübahisəli mənzilin təmirinə nikah qeydi pozulduqdan sonra başlanılıb (sübutlar təqdim olunur). Hazırda mənzildə yaşayış yoxdur. Belə ki, mənzilin təmiri tam başa çatmayıb. Qeyd edilənlərə əsasən iddia tələbinin əsasız olduğunu nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsi baxışı zamanı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
17. İddiaçı məhkəmə iclasında həmçinin bildirmişdir ki, mənzillə bağlı edilmiş ödənişlərə dair bəzi qəbzləri cavabdeh avtomobilində saxlayıb, yaşadıqları mənzildə saxlamayıb. Cavabdeh avtomobillərin satışı barədə ona məlumat verməyib, o, avtomobillərin satılmasından xəbərsiz olub. Cavab deh mənzili təmir edib ona verəcəyini bildirib. Hətta cavabdeh 2021-ci ildə notariat ofisində mənzili onun adına rəsmiləşdirəcəyinə dair razılıq verib. Mənzilin tam dəyəri birgə nikah dövründə əldə etdikləri vəsaitlə ödənilib.
18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında əlavə olaraq bildirib ki, məhkəməyə mübahisəli mənzilin dəyərinin hamısının nikah dövründə ödənilməsinə dair heç bir sübut təqdim edilməyib. Mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair sübut verilməsə, mənzildə pay tələb edilə bilməz. Daşınar əşyalar isə nikah dövründə alınaraq, nikah dövründə də satılıb, avtomobillərin ikisinin qeydiyyat nişanı eynidir və biri digərinin satışından əldə edilən vəsait hesabına əldə edilib. “BMW 650” minik **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda cavabdehin mülkiyyətindir və onun üzərində tərəflərin paylarının müəyyən edilməsinə etiraz etmir. “Mercedes Benz 280” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının Tofiq adlı əmisinin olub.
19. Cavabdeh iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, o, şəxsi vəsaiti hesabına uşağına görə bir otaqlı mənzil alıb iddiaçıya verə bilər. Lakin iddiaçı bu təklifi qəbul etmir. O, ikinci qrup əlildir, 240 manat pensiya alır. Mənzilin tam dəyərini nikah pozulandan sonra ödəyib. Nikah pozulandan sonra mənzil üçün 60000-70000 manat pul ödəyib. Mübahisəli mənzilin uşağın adına keçirilməsi barədə iddiaçının təklifi ilə razı deyil. Onun yaşamağa başqa evi yoxdur. 20. “X3” MMC-nin xx.xx.2024-cü il tarixli 08/24 saylı qiymətləndirmə hesabatının surətinə əsasən, texniki cəhətdən işlək vəziy yətdə olan 2004-cü il buraxılışlı, qara rəngli, “Range Rover” markalı minik avtomobilinin hazırkı dövrə olan orta bazar qiyməti 24000 manat təşkil edir.
21. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 30 avqust 2024-cü il tarixli, e-2(007)318/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/3 hissəsi üzərində iddiaçının, 2/3 hissəsi üzərində isə cavabdehin paylarının müəyyən edilməsi, “Mercedes Benz 280” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı və “BMW 650” min ik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində isə cavabdehin paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pulun cavabdehdən tutulub, iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, nikaha daxil olduqdan sonra tərəflər ümumi təsərrüfatı idarə etmiş, iddia tələblərində qeyd olunan əmlaklar cavabdehlə iddiaçı xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olduqdan sonrak ı müddətdə əldə edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2019-cu ildə, “Mercedes Benz 280” markalı 90-HT 522 qeydiyyat nömrəli avtomobil isə xx.xx.2011-ci ildə əldə edilmiş və hazırda da cavabdehin mülkiyyətindədir. Belə ki, əmlakın xüsusi mülkiyyət hüququ üzrə ər-arvaddan kimin adına qeydiyyatdan keçməsindən, habelə tərəfin birinin müstəqil qazancının olub olmamasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı əmlak, ümumi birgə mülkiyyət hesab olunur.
24. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin avtomobillərə aid hissədə əsaslıdır, bu əmlakların üzərində payların müəyyən edilməsinə maneələr yoxdur.
25. Məhkəmə iddia tələbinin “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli və “Range Rover” markalı, **-TJ-** * qeydiyyat nömrəli avtomobillərin satışından əldə edilmiş vəsaitin yarısının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2014-cü ildə cavabdehin adına qeydiyyata alınıb, xx.xx.2018-ci ildə isə özgəninkiləşdirilib, lakin alğı-satqı müqaviləsi məhv olub. İddiaçı texniki cəhətdən işlək vəziyyətdə olan 2004-cü il buraxılışlı, qara rəngli, “Range Rover” markalı minik avtomobilinin hazırkı dövrə olan orta bazar qiymətinin 24000 manat təşkil etməsi ilə bağlı qiymətləndirmə hesabatını məhkəməyə təqdim etmişdir. Həmçinin, “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2018-ci ildə satıldıqdan sonra "BMW5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil həmin gündə cavabdehin adına qeydiyyata alınmış və həmin avtomobil xx.xx.2018-ci ildə X2 10000 manata satılmışdır. Göründüyü kimi hər iki avtomobil birgə nikah dövründə əldə edilmiş, həmçinin birgə nikah dövründə, tərəflərin birgə ailə təsərrüfatını idarə etdiyi vaxtlarda özgəninkiləşdirilmişdir. Hazırda həmin avtomobillər cavabdehin mülkiyyətində deyil və hər biri nikah dövründə özgəninkiləşdirilmişdir.
26. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmlaklar nikah dövründə əldə edilsə də, nikah dövründə və tərəflərin faktiki olaraq ailə təsərrüfatını idarə etdikləri dövrdə satıldığından avtomobillərin satışından əldə edilən vəsaitin ailə məsrəflərinə sərf edildiyi ehtimal edilir. İddiaçı əksini sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddianı mübahisələndiri lən hissədə əsassız hesab etmişdir.
27. Məhkəmə iddia tələbinin “birgə nikah dövründə "xxxx" MMC-dən əldə olunmuş, Cavabdeh adına rəsmiləşdirilmiş mənzilin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin paylarının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən həmin mənzil Cavabdeh verilib. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 100130 manat məbləğində müəyyən olunub. Mənzilin müqavilə ilə müəyyən olunmuş qiymətinin bir hissəsi, 37500 manat ilkin olaraq ödənilib. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 23 ədəd qəbzlə tərəflərin birgə nikahı dövründə həmçinin 29900 manat ödəniş edilməsi öz təsdiqini tapmışdır. Həmin mənzil xx.xx.2021-ci ildə təmirə buraxılıb və hazırda mənzilin dəyəri tam ödənilib. İddiaçı mənzilin dəyərinin tam şəkildə nikah dövründə ödənildiyini və mənzilin nikah dövründə təmir edildiyini qeyd etmiş, cavabdeh tərəf isə 2017-2019-cu illərdə mənzilin dəyərindən 29900 manat ödənildiyi və mənzilin nikah dövründə təmir olunmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini qeyd etmişdir.
28. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edib ki, məhkəmə araşdırması zamanı mənzilin dəyərindən ilkin olaraq 37500 manat və nikah dövründə 29900 manat, yəni ümumilikdə 67400 manat ödənilməsi öz təsdiqini tapmışdır. Lakin tərəflərin birgə nikahı dövründə, birgə ailə təsərrüfatını idarə etdikləri dövrdə mənzilin ödənişlərinin başa çatması halı öz təsdiqini tapmamış, iddiaçı həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən 2(007)-933/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnamə (tərəflər arasında olan nikahın pozulması, alimentin ödənilməsi) nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı həmin iddia tələbinə “2017-ci ildə (tərəflər birgə nikahda olduqları müddətdə) Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 1ci blok 9-ci mərtəbədə ümumi sahəsi 117,80 kv.m olan 3 otaqlı, 39 saylı mənzili almışlar. Hal-hazırda belə binanın inşası davam etdirilir. Bu məqsədlə “İnşaat Konstruksiyaları" MMC-yə (VÖEN:**********) ilkin olaraq 37500 manat, daha sonra isə aylıq 1300 manat olmaqla 29900 manat ödəniş etmişlər. Adı çəkilən tikinti şirkətinə ümumilikdə 67400 manat.” məzmununda bənd daxil etmişdir. Göründüyü kimi iddiaçı m əhkəməyə “nikahın pozulması və s.” tələblə müraciət edərkən mübahisələndirilən mənzilin dəyərindən 67400 manat ödənildiyini və binanın tikintisini hələ də davam etdiyini qeyd etmişdir.
29. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 1-ci blok 9-cu mərtəbədə ümumi sahəsi 117,80 kv.m olan 3 otaqlı, 39 saylı mənzilin əldə edilməsi üçün formalaşdırılan vəsaitin 32730 (mənzilin dəyəri 100130 - birgə nikah dövründə ödənilmiş vəsait 67400) manatı cavabdehin ayrıca əmlakı olduğundan icraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə həmin mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilməlidir. 3
0. Məhkəmə həmçinin cavabdehin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək bildirmişdir ki, məhkəmə iclasında müəyyən edildiyi kimi, tərəflər arasında olan nikahın pozulmasına dair məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci ildə qanuni qüvvəyə minərək, icra olunmuşdur. xx.xx.2023-cü ildə isə iddiaçı əmlak bölgüsü ilə bağlı Bakı 2 saylı mediasiya təşkilatına müraciət etmiş, həmin təşkilat tərəfindən xx.xx.2023-cü ildə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edildikdən sonra xx.xx.2023-cü ildə tarixdə “əmlak bölgüsü” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəni və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi və vəki li aidiyyəti orqanlara (“İnşaat Konstruksiyaları" MMC-yə, Baş X9 İdarəsinə) müvafiq sorğular ünvanlamış, xx.xx.2023-cü ildə yenidən məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilən iddia müddəti ötürülməmişdir.
31. Məhkəmə öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 saylı qərarına, “Azərbaycan Respublikası nda mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra Konstitusiya Məhkəməsi) 21 dekabr 2012-ci il tarixli qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddia tələbinin təmin olunmasına dai r yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və birinci instansiya məhkəməsinin hər iki nəqliyyat vasitəsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə bağlı əlavə olaraq göstərmişdir ki, Cavabdeh “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobili xx.xx.2014-cü ildə alaraq təxminən 4 il müddətində idarə etdiyini, xx.xx.2018-ci il tarixdə isə satdığını görməmişdir. Bundan başqa cavabdeh “BMW5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil birinci avtomobili satdığı gün də alaraq öz adına qeydiyyata saldığı barədə ona heç bir söz deməmiş, onun həmin avtomobili idarə etdiyini belə görməmişdir. Həmçinin onun ikinci avtomobili aldığı gündən təxminən iki ay sonra, yəni xx.xx.2018-ci ildə X2 10000 manata satdı ğını da bilməmişdir. Göründüyü kimi hər iki avtomobil birgə nikah dövründə əldə edilməsinə və birgə nikah dövründə satılmasına baxmayaraq, cavabdehin həyat yoldaşı kimi bu barədə istənilən məlumatı olmamış, onun qeyd edilən avtomobillərin alğı-satqısından hansı məbləğdə gəlir əldə etdiyini bilməmiş, o cümlədən həmin vəsaiti ailə məsrəflərinə sərf etməmişdir. Cavabdeh özü də bütün bunları ondan gizlətmişdir. Eləcə də qeyd edir ki, cavabdehin avtomobillərin satışından əldə etdiyi pul vəsaitlərini ailənin məsrəflərinə sərf etdiyi barədə ehtimal tamamilə qanunsuzdur. Çünki məhkəmənin qətnaməsi ehtimallara əsaslana bilməz. Odur ki, həmin avtomobillərlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə yanlışdır və mülki-prosessual qanunvericiliyinin tələblərinə ziddir. Bununla yanaş ı məhkəməyə yalnız özündə olan 23 ayın ödəniş qəbzini təqdim edə bilmişdir. Bütün ödəniş qəbzləri cavabdehdə olmaqla o, sübutları qəsdən gizlətmiş, məhkəmə də bu barədə heç bir tədbir görməmişdir. Vəkili tərəfindən bir neçə dəfə "xxxx" MMC-yə aldıqları mənzilə görə aparılmış aylıq kredit ödənişləri ilə bağlı sorğular verilsə də, həmin MMC sorğulara cavab verməmişdir. Nəticədə birgə nikahda olduqları dövrdə aparılmış ödənişlərlə bağlı məhkəməyə tam məlumat verə bilməmişdir. Digər tərəfdən, nikahın pozulması ilə bağlı Nizami Rayon Məhkəməsinə 2020-ci ilin yanvar ayında müraciət etmiş və nikahları 02 iyun 2020-ci il tarixdə rəsmi olaraq pozulmuşdur. Ötən 6 ay ərzində də aldıqları mənzilə görə ödənişlər aparılmış, lakin cavabdeh həmin qəbzləri gizlətmişdir. Hətta dediyinə görə o, hər ay 1300 m anat deyil, bundan bir neçə qat artıq ödənişlər etmişdir. Nikah pozulduğu dövrdə artıq cavabdeh ona danışırdı ki, mənzilin dəyəri demək olar ki, tam halda ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadan əsassız olaraq birgə nikah dövründə yalnız 29900 manat ödəniş aparıldığı, ilkin ödəniş kimi 35700 manat, cəmi isə 67400 manat vəsait ödənildiyi, mənzilin əldə edilməsi üçün formalaşdırılan vəsaitin 32730 manatının cavabdehin ayrıca əmlakı olduğu, bu halda mənzilin 1/3 hissəsi üzərində onun, 2/3 hissəsi üzərində isə cavabdehin payının müəyyən edilməli olduğu qənaətinə gəlmişdir. Eləcə də yuxarıda qeyd edildiyi kimi cavabdeh nikahları pozudluqdan sonra evdən çıxıb gedərkən birgə topladıqları 30000 manatdan artıq pul vəsaitini də özü ilə götürmüşdür. Sonradan o, həmin pul vəsaiti ilə aldıqları mənzili tam halda təmir etmişdir. Bu halda mənzilin 1/3 hissəsi üzərində onun, 2/3 hissəsi üzərində cavabdehin payının müəyyən edilməsi tamamilə əsassızdır və mövcud mülki və mülki-prosessual qanunvericiliyinin tələblərinə ziddir. O na görə də iddia tələbim tam təmin edilməlidir. Eyni zamanda məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdehin və 3-cü şəxs kimi cəlb edilmiş "xxxx" MMC-nin təqsiri səbəbindən təqdim edə bilmədiyi sübutların əldə olunması ilə bağlı heç bir təşəbbüs göstərməmiş, onlar barədə prosessual-məcburiyyət tədbirləri tətbiq etməmiş, nəticədə əsassız və ədalətsiz qətnamə qəbul edərək prosessual hüquq normasının tələbini pozmuşdur. Bundan başqa məhkəmə birgə nikah dövründə cavabdehin aldığı 4 avtomobildən ikisinin hazırda onun mülkiyyətində olmaması əsası ilə onun həmin iki avtomobil üzərində mülkiyyət hüququnu əsassız olaraq tanımamışdır.
34. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, birgə nikah dövründə mübahisəli mənzilin alınması üçün ödənilmiş pul məbləğində payların müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin alınması üçün, 2017-2019-cu illərdə, cəmi 37.500 manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin dəyərinin birgə nikah dövründə tam ödənilməmişdir. Bununla yanaşı, mənzilin dəyərinin tam ödənilməsinə və mənzilin birgə nikah dövründə təmir olunmasına dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim edə b ilməmişdir. Eyni zamanda MTK və MMC-lər tərəfindən inşa edilmiş binalarda mənzilin dəyəri tam ödənilmədiyi halda mənzilin təmirinə bir qayda olaraq ümumiyyətlə icazə verilmir (arayış əlavə olunur). Mübahisəli mənzilin təmirinə nikah qeydi pozulduqdan sonra başlanılmışdır (sübutlar təqdim olunur). Hazırda mənzildə yaşayış yoxdur. Belə ki, mənzilin təmiri tam başa çatmamışdır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı mübahisəli mənzilin dəyərinin tam ödənilməsinin cavabdeh tərəfindən nikah pozullduqdan sonra həyata keçirildiyini etiraf etmişdir. Bu hal bir daha onu sübut edir ki, mübahisəli mənzil birgə nikah dövründə alınsa da, onun tam dəyəri nikah pozulduqdan sonra cavabdeh tərəfindən icra edilmişdir. “Mercedes Benz 280” markalı, **-HT-*** qeydiyyat nömrəli minik avtomobili Cavabdeh adına rəsmiləşdirilsə də, həmin avtomobil İddiaçı əmisi Tofiq adlı şəxsə məxsus olmuş və onun istifadəsində olmuş və hal-hazırda onun mülkiyyətindədir. Mübahisəli avtomobil ümumiyyətlə Cavabdeh istifadəsində olmamışdır. Bundan başqa İddiaçı iddia ərizəsinin ikinci abzasında qeyd edərək göstərmişdir ki, “Eləcə də birgə nikahda olduğumuz dövrdə, yəni 2019-cu ilin yay-payız dövründə biz birgə qazancımızın hesabına həmin mənzili tam təmir etdik. Təmirə təxminən 60000 manat pul sərf etdik. Lakin nikahımız pozulduqdan sonra keçmiş ərim Cavabdeh evdən gedərkən aylarla birgə yığdığımız pulu da özü ilə götürüb, həmin pul vəsaiti hesabına yüksək mərtəbəli yaşayş binasında aldığımız evin ödənilməmiş hissəsini "xxxx" MMC-nin hesabına köçürtmüşdür”. Göründüyü kimi, mübahisəli mənzilin dəyərinin tam ol araq birgə nikah dövründə yox, nikah pozulduqdan sonra Cavabdeh tərəfindən ödənilməsi faktiki hallarını birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi payları müəyyən edərkən birgə nikah dövründə ödənilmiş məbləğə münasibətdə iddianı qismən təmin etməli idi. Lakin, birinci instansiya məhkəməsi mübahisəli mənzilin dəyərinin birgə nikah dövründə tam ödənilməsi sübuta yetirilmədiyi halda mənzilə payların müəyyən edilməsi barədə əsassız qətnamə çıxarmışdır.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixi 2(103)-749/2025 nömrəli qətnamə ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), V.Sadıqov və S.Bəhrəmzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayə ti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-2(007)318/2024 nömrəli qətnaməsi - Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/3 hissəsi üzərində iddiaçının, 2/3 hissəsi üzərində isə cavabdehin paylarının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, icraçı "xxxx" MMC ilə payçı cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/2 hissəsi üzərində iddiaçının, 1 /2 hissəsi üzərində isə cavabdehin payları müəyyən edilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, hər iki avtomobil birgə nikah dövründə əldə edilmiş, həmçinin birgə nikah dövründə, tərəflərin birgə ailə təsərrüfatını idarə etdiyi vaxtlarda özgəninkiləşdirilmişdir. Hazırda həmin avtomobillər cavabdehin mülkiyyətində deyil və hər biri nikah dövründə özgəninkiləşdirilmişdir.
38. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edib ki, mübahisələndirilən əmlaklar nikah dövründə əldə edilsə də, nikah dövründə və tərəflərin faktiki olaraq ailə təsərrüfatını idarə etdikləri dövrdə satıldığından avtomobillərin satışından əldə edilən vəsaitinin ailə məsrəflərinə sərf edildiyi ehtimal edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır ona görə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikah qeydi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bu müddət ərzində isə hər iki avtomobil xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə Cavabdeh adından qeydiyyatdan çıxmışdır. Həmçinin də “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2018-ci ildə satıldıqdan sonra "BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil həmin gündə cavabdehin adına qeydiyyata alınmış və həmin avtomobil xx.xx.2018-ci ildə X2 10000 manata satılmışdı.
39. Məhkəmə kollegiyası hesab edib ki, avtomobillərin satışından sonrakı 1 ildən çox müd dətdə tərəflərin ailə olaraq birgə yaşamaları və birgə təsərrüfat idarə etmələri satışdan əldə edilən gəlirin də məhz ailə məsrəflərinə sərf edilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir.
40. Məhkəmə kollegiyası həmçinin hesab edib ki, iddiaçı həmin avtomobillərin satılmasından məlumatlı olmamasını bildirsə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
41. İddiaçı tərəf isə hazırda satışından əldə edilmiş vəsaitin yarısının ödənilməsi tələb edilən avtomobillərin satışından əldə edilən vəsaitin ailə məsrəflərinə sərf edilmədiyini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu hissədə dəlillərini əsassız sayıb.
43. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində iddianın qismən təmin edilən - “birgə nikah dövründə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və cavabdehin adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üç otaqlı mənzilin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi” hissəsi ilə bağlı dəlillərinə qiymət verərək qeyd edib ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abba sov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbədə ümumi sahəsi 117,8 kv.m olan, 39 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub tikinti işləri başa çatdıqdan sonra bir pay kimi cavabdehə verilib. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 100130 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, 37500 manat məbləğində ilkin olaraq ödənilib.
44. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 23 ədəd qəbzlə tərəflərin birgə nikahı dövründə həmçinin 29900 manat ödəniş edilməsi öz təsdiqini tapmışdır. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, qeyd olunan mənzilin dəyərindən ilkin olaraq 37500 manat və nikah döv ründə 29900 manat, yəni ümumilikdə 67400 manat ödənilməsi öz təsdiqini tapmışdır.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb hesab edib ki, qeyd edilən mənzil üzərində tərəflərin payları bərabər qaydada müəyyən edilməlidir.
46. Məhkəmə kollegiyası bildirib ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi formalaşdırılan vəsaitin 32730 manatının cavabdehin ayrıca əmlakı olması mənzil üzərində payların bərabər bölünməməsi üçün əsas yaratmır. Çünki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələri).
47. Göründüyü kimi Ailə Məcəlləsində ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir, eləcə də konkret hallar göstərilməklə birgə mülkiyyətinin bölünməsi zamanı payların bərabər bölünə bilməməsi də nəzərdə tutulmuşdur.
48. Cavabdeh tərəfindən Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən hər hansı bir üstün mənafeyinə dair məhkəmə kollegiyasına hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı da həmin halların mövcudluğu aşk ar edilməmişdir.
49. Məhkəmə kollegiyası xüsusilə vurğulayıb ki, tərəflərin birgə nikahı dövründə, birgə ailə təsərrüfatını idarə etdikləri dövrdə mənzilin ödənişlərinin başa çatması halı öz təsdiqini tapmadığı halda mənzilin dəyəri 100130 manat məbləğin 32730 manat hissəsinin cavabdeh tərəfindən nikah pozulmasından sonra ödəməsi onun həmin mənzil üzərində payının iddiaçıya münasibətdə daha artıq olmasını müəyyən etmək üçün hüquqi əsas yaratmır. Belə ki, ödənilmiş məbləğ məhz cavabdehin ayrıca əmlakı olsa da, tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakına görə ödənilmişdir.
50. Belə olan halda məhkəmə kollegiyası hesab edib ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur və Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli ya şayış binasının 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində isə cavabdehin payları müəyyən edilməlidir.
51. Məhkəmə kollegiyası həmçinin hesab edib ki, cavabdehin nikah pozulmasından sonra birgə nikah dövründə əldə edilmiş əmlaka görə ödədiyi 32730 manat məbləğinin yarısını iddiaçıdan tələb etmək hüququna malikdir.
52. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin “iddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin və 3-cü şəxsin təqdim etmədikləri ödəniş qəbzlərinin əldə olunaraq birgə nikahda olduqları dövrdə əldə etdikləri mənzilin dəyərinin tam ödənilib-ödənilmədiyini aydınlaşdırmadan əsassız qətnamə qəbul etmişdir” dəlilinə münasibətdə bildirib ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Göründüyü kimi iddiaçı tərəf birgə nikahda olduqları dövrdə əldə etdikləri mənzilin dəyərinin tam ödənilməsi barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda qeyd edilən hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin mübahisəli mənzilin dəyərinin birgə nikah dövründə tam ödənilməsə də, faktiki olaraq bu ödənişin hazırda tam ödənilməsi təsdiqini tapır və bu hal birgə nikah dövründə mübahisəli mənzilin alınması üçün ödənilmiş pul məbləğində payların müəyyən edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas deyildir.
54. Kol legiya bu qənaətə gələrkən cavabdehin belə bir tələblə qarşılıqlı iddiası olmamasını və hazırda isə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1-ci bloku, 9-cu mərtəbədə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzil tərəflərin birgə nikah dövründə, birgə təsərrüfat hesabına əldə olunduğundan onların ümumi mülkiyyəti hesab edildiyi iddiaçı mənzilə görə ödənilmiş pul tələbini deyil, mənzilin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə cavabdehin paylarının müəyyən edilməsi tələbini irəli sürməsini nəzərə almışdır.
55. Bu baxımdan məhkəmə kollegiyası hesab edib ki, cavabdehin dəlilləri göstərilən hissədə əsassız olmuşdur. 56. “Mercedes Benz 280” markalı **-HT-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2011ci ildə əldə edilmiş və hazırda da cavabdeh in mülkiyyətindədir. Həmin avtomobilin cavabdehin qeyd etdiyi kimi başqa şəxsin istifadəsinə olması isə işin halları ilə müəyyən edilməmişdir.
57. Məhkəmə kollegiyası tərəfindən mübahisənin sülh yolu ilə həll olunması məqsədi ilə tərəflərin seçiminə görə bir avtomobilin iddiaçıya, digər avtomobilin isə cavabdehə verilməsi ilə bağlı bölgü təklif olunsa da, belə bölgünün aparılmasına tərəflər razı olmadılar.
58. Belə olan halda məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi həmin avtomobilə aid hissədə əsaslıdır, əmlak üzərində payların müəyyən edilməsinə maneələr yoxdur.
59. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5, 225.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3, 36.1, 36.3, 37.1, 37.2-ci maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 80, 88.,106.1, 217.1, 217.3., 218.1, 218.3-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
60. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, a pellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-749/2025 saylı qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
61. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb və əlavə qeyd olunub ki, nikah müddətində alınmış hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün əmlak həm də tərəflərin ümumi gəlirləri hesabına nikah müddətində əldə edilməlidir. Mübahisəli mənzilin dəyərinin nikah müddətində tam ödənilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, mübahisəli mənzilin tam dəyəri, nikah pozulduqdan sonra, cavabdeh tərəfindən 02 noyabr 2021-ci il tarixdə ödənilmişdir (2.11.2021-ci il tarixli arayış iş materiallarına əlavə edilmişdi r). Cavabdeh mənzilin təmirinə 70.000 manat məbləğində pul vəsaiti xərcləmişdir. Digər tərəfdən, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə və qanunvericiliyn tələblərinə əsasən, hesab ediblər ki, iddiaçının payı mübahisəli mənzilin alınması üçün nikah müddətində ödənilmiş ümumi vəsaitə mütənasib olaraq müəyyən edilməlidir.
62. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 36.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5, 225.1-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 saylı qərarına, “Azərbaycan Respublikasında mənzi l fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 77.1, 217-ci maddələrinə istinad edilmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
64. Maddə 213.5 Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər
65. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı raz ılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
66. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
67. Maddə 32.2 Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan ol an paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
68. Maddə 32.3 Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
69. Maddə 36.1 Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
70. Maddə 36.3 Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ə r-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
71. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
72. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
73. Maddə 37.2 Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsi
74. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
77. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəm ə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
78. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
81. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Hazırkı kassasiya şikayətində cavabdeh qətnamənin ləğvini tələb etməsinə baxmayaraq, kassasiya şikaytinin dəlilləri iddianın təmin olunan hissəsində ləğvinə yönəlib. Buna görə də qətnaməsinin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, “mübahisəli mənzilin 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində isə cavabdehin paylarının müəyyən edilməsi”nə aid hissədə maddi və prosessual hüququ normalarının tətbiqində səhvə yol vermiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir.
85. Belə ki, t ərəflər arasında olan mübahisə, ər-arvadın ümumi əmlakının bölünməsi üzrə münasibətlərdən yaranmışdır.
86. Bu tələblərin maddi hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə edilməsi və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.
87. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil "xxxx" MMC-dən xx.xx.2017-ci il tarixli müqavilə əsasında alınmış, mənzilin qiyməti 100130 manat məbləğində müəyyən olunmuş, mənzilin qiymətinin bir hissəsi - 37500 manat ilkin olaraq ödənilmiş, nikah dövründə 29900 manat, yəni ümumilikdə 67400 manat ödənilmiş, qalan 32730 manat isə tərəflərin arasında nikah münasibətlərinə xitam verildiyi və ayrı yaşadığı dövrdə ödənilmişdir. Həmçinin “Mercedes Benz 280” minik markalı **-HT*** dövlət qeydiyyat nişanlı və “BMW 650” minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillər nikah müddətində əldə olunmuşdur.
88. Ailə Məcəlləsinin ər-arvadın əmlak rejimini müəyyən edən təməl əsaslar ondan ibarətdir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:
1. Əmlakın ər-arvadın nikah müddətində əldə olunması;
2. Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.
89. Məhkəmə “Mercedes Benz 280” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı və “BMW 650” minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində isə cavabdehin paylarının müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir.
90. Lakin mənzildən payların müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə görə məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
91. Bu baxımdan işin halları təhlil edildikdə görünür ki, məhkəmələr evin alınması barədə müqavilə nikah müddətində bağlanmış olsa da, dəyərinin cəmi 67400 manat hissəsinin birgə nikah müddətində (xx.xx.2019-cu ilədək), qalan 32730 hissəsinin isə tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra ödənildiyini müəyyən edib.
92. Apelyasiya instansiyası məhkəməsi tərəflərin paylarını müəyyən edərkən Ailə Məcəlləsinin 36.5-ci mad dəsini tətbiq etməmiş, mövqeyini belə əsaslandırmışdır ki, «mənzilin dəyəri olan 100130 manat məbləğin 32730 manat hissəsinin cavabdeh tərəfindən nikah pozulmasından sonra ödəməsi onun həmin mənzil üzərində payının iddiaçıya münasibətdə daha artıq olmasını müəyyən etmək üçün hüquqi əsas yaratmır. Belə ki, ödənilmiş məbləğ məhz cavabdehin ayrıca əmlakı olsa da, tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakına görə ödənilmişdir».
93. Məhkəmə bu əsaslandırma zamanı həm də qeyd etmişdir ki, cavabdehin nikah pozulmasından sonra birgə nikah dövründə əldə edilmiş əmlaka görə ödədiyi 32730 manat məbləğinin yarısını iddiaçıdan tələb etmək hüququna malikdir.
94. Lakin nəzərə alınmalıdır ki, hazırda baxılan iş üzrə bu qaydanın tətbiqi üçün qanuni əsas yoxdur. Buna oxşar qayda Ailə Məcəlləsinin 3 7.3-cü maddəsində müəyyən edilərək, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borcların ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünməsi kimi qayda müəyyən olunub.
95. Bu norma adətən nikah müddətində bankdan alınmış kreditlə mənzilin alındığı və kreditin tam ödənilmədiyi hallara aiddir və bu halda bir qayda olaraq mənzilin satıcısına (podratçıya) mənzilin dəyəri tam ödənilməklə mənzil üzərində mülkiyyət hüququ yatanmış olur və ər-arvadın bank qarşısında kreditin qaytarılması öhdəliyi yaranır. Lakin hazırda baxılan işdə mübahisəli mənzil kreditlə alınmayıb və mənzildən payın müəyyən olunması hissəsində Ailə Məcəlləsinin 36.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
96. MPM-in 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
97. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418.1 və 418.2-ci maddələrinin tələblərinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o ha lda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
98. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Məhkəmə kollegiyası yuxarıd a qeyd olunanlara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəli mənzildən payların müəyyən edilməsinə aid hissədə dəyişdirilməli, mənzilə tərəflərin əmələ gəlmiş hüququnda İddiaçı payı 1/3 hissədə, Cavabdeh payı 2/3 hissədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 25 fevral tarixli 2(103)749/2025 nömrəli qətnaməsi, mübahisəli mənzilin 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində isə cavabdehin paylarının müəyyən edilməsinə aid hissədə dəyişdirilsin. İcraçı "xxxx" MMC ilə pay çı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilə tərəflərin əmələ gəlmiş hüququnda İddiaçı payı 1/3 hissədə, Cavabdeh payı 2/3 hissədə müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.