Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1935/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7301/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin xx.xx.2017-ci il tarixli, 133 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X3 adına Azərbaycan Respublikas Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (Buzovna Tərəvəzçilk-Südçülü sovxozu) tərəfindən xx xxxxx 1991-ci il tarixli 34/K nömrəli əmrində siyahıda adı 2-ci olan Çıxarışa əsasən müəssisənin balansından 0,10 ha hesabı ilə fərdi yaşayış sahəsi üçün torpaq sahəsi ayrılmışdı r. Lakin sözügedən ərazi həmin sənədə uyğun deyildir. Məhz bununla əlaqədar vətəndaş X4 müəssisə tərəfindən verilmiş 618 saylı xx xxxxx 2017-ci il tarixli arayış və torpaq sahəsinin sxemi etibarsız sayılır. Belə ki, həmin ərazi müəssisənin ərazisinin hüdudları xaricindədir. Azərbaycan Respublikası Abşeron rayon Xalq Deputatları Sovetinin xx xxxxx 1991-ci il tarixli qərarı ilə X4 Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozu ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Kənd Təssərüfatı Müəssisəsinin xx.xx.2017-ci il tarixli, 110 nömrəli tərəvəzçiliksüdçülük sovxozu üzrə əmrdən çıxarışdan görünür ki, Abşeron XDS İcraiyə Komitəsinin xx.xx.1990-cı il tarixli 249 saylı və Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1990-cı il tarixli 6 00 saylı qərara əsasən Tərəvəzçilik-Südçülük sovxozunun Həmkarlar İttifaqı Komitəsi və Əmək Kollektivi Şurasının xx.xx.1991-ci il tarixli birgə iclasının 7 nömrəli protokoluna əsasən Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun 34/K nömrəli xx xxxxx 1991-ci il tarixli əmrindən siyahıda adı 2-ci olan X4 fərdi ev tikintisi üçün 0,10 ha. torpaq sahəsi ayrılmışdır. Buzovna bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 376/06 nömrəli müqavilədən görünür ki, İddiaçı 50 il müddətinə 2500 kvadrat metr torpaq sahəsi icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 376/06 saylı, xx.xx.2006-cı il tarixli Buzovna bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə torpaq sahəsi almaq üçün Buzovna bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Bələdiyyə tərəfindən ona xx.xx.2006-cı ildə 376/06 saylı müqavilə əsasında Buzovna qəsəbəsi, H.B.Sadiq küçəsində 25000 kvadrat metr torpaq sahəsi 50 ilə icarəyə verilmişdir. Həmin torpaq sahəsinə görə Buzovna bələdiyyəsinə hər il üçün 25 manat icarə pulu ödəmişdir. Bir müdət Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu zaman torpaq sahəsinin tanımadığı şəxs tərəfındən zəbt olunmasını müəyyən etmişdir. Həmin şəxs torpaq sahəsini mişar daşları ilə hasara almışdır. Sonradan ona məlum ol muşdur ki, həmin şəxs Buzovna qəsəbəsi, Albalı bağlar massivində yaşayan Cavabdeh1dur. O bu faktla əlaqədar Xəzər rayon polis idarəsinin 2-ci bölməsinə ərizə ilə müraciət etmiş və ərizəsi üzrə araşdırılma aparıldıqdan sonra xx.xx.2017-ci idə cinayət işinin başlanması rədd edilmiş, Naxçıvan MR Şərur rayonu Dərəkəndində qeydiyyatda olan, Buzovna qəsəbəsi, Albalı bağlar massivində yaşayan Cavabdeh1 əməlində İXMnin 385.1-ci maddəsinin əlamətləri mövcud olduğundan barəsində inzibati tədbirlər görülməsi üçün qərarın surəti Xəzər rayon RPl-nin 2-ci PB-nə verilmişdir. Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 bildirir ki, xx xxxxx 1991-ci il tarixdə Abşeron rayon XDS icrayyə komitəsinin 64 saylı qərarı ilə Cavabdeh2 Əyyub qızına Buzovna qəsəbəsində fərdi ev tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. 2000-ci ildə Cavabdeh2 həmin torpaq sahəsini ona etibarnamə ilə satmış, bir müddət maddi imkanı olmadığından torpaq sahəsində tikinti işləri aparılmamışdır. xx.xx.2017-ci ildə etibarnamənin müddəti keçdiyinə görə yenilənmişdir. xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə müraciət etmiş, Kənd Təsərrüfatı müəssisəsinin baş mütəxəssisi N.Qarayeva torpaq sahəsinə baxış keçirərək qeyd edilən torpaq sahəsinin guya ona məxsus olmasını, torpaq sahəsinin sxemini çəkərək torpaq sahəsinin faktiki 0,1328 ha təşkil etməsi barədə arayış verilmişdir. Halbuki material üzrə araşdırma zamanı Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin kənd təsərrüfatı müəssəsinin rəhbərliyinə təhqiqat zərurəti ilə əlaqədar olaraq X3 adına Azərbaycan Respub likası Prezidenti İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsi tərəfindən torpaq sahəsinin ayrılıb-ayrılmamasını və adı göstərilən şəxsə məxsus torpaq sahəsinin yerini müəyyən edib həmin torpaq sahəsinə baxış keçirilməsi üçün mütəxəssis ayrılmasını bildirmişdir. xx.xx.2017-ci il tarixdə Kənd Təsərüfatı müəssisəsinin 13 saylı məktubunda qeyd edilmişdir ki, X3 adına AR Prezidnetinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssəsinin (Buzovna Tərəvəzçilik–südçülük sovxozu) tərəfindən xx xxxxx 1991-ci il tarixli, 34/K nömrəli əmrində siyahıda adı 2-ci olan çıxarışa əsasən müəssisənin balansından 0,10 hesabı ilə fərdi yaşayış sahəsi ayrılmışdır. Lakin göstərilən ərazi həmin sənədə uyğun deyildir. Məhz bununla əlaqədar vətəndaş X4 müəssisə tərəfindən verilmiş, 618 saylı, xx xxxxx 2017-ci il tarixli a rayış və torpaq sahəsinin sxemi etibarsız sayılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********66 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 376/06 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə üzrə İddiaçı icarəyə verilmiş 0,25 ha. torpaq sahesinin sxemi və eyni zamanda Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxx 1991-cı il tarixli, 64 nömrəli qərarı ilə X6 ayrılmış 0,10 ha. torpaq sahesinin sxemi resmi olaraq təqdim olunmaması səbəbindən üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı, lakin mübahisəli torpaq sahəsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin ele ktron baza məlumatlarına əsasən müəyyən edildi ki, dövlət mülkiyyətidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Zaur Tağıyev) 2(003)-644/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəllləsinin 139.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 4, 14.2, 77, 21-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Mübahisəli torpaq sahəsi naturada bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə aid deyil, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti hesab olunur. Hazırkı ha lda isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu aşkar edilmişdir, hazırkı iddia tələbi ilə müraciət etmək hüquq İddiaçı yox, dövlətin müstəsna səlahiyyətindədir. Məhkəmə qeyd etmişdir ki, belə olan halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. İddiaçı Namazov X9 bələdiyyəsi tərəfindən ona torpaq sahəsinin ayrılmış olduğunu iddia etsə də, ayrılmış olan torpaq sahəsinə dair hüququ dövlət reyestrində qey də alınmamış və torpaq sahəsinin texniki sənədi verilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 2(003)-644/2020 saylı xx xxxx 2020- ci il tarixli qətnaməsini ləğv edib və onun iddiasının təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qənaətinə görə, guya onun cavabdehləri torpaq sahəsindən çıxarılmaları və qanunsuz tikintinin sökülməsinə dair sübyektiv hüququ yoxdur. Çünki qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətindədir. O, Buzovna bələdiyyəsinə müraciət etmiş, torpaq sahəsini 50 il müddətinə icarəyə götürmüş və icarə haqqını ödəmişdir. O, vicdanlı icarəçi və istifadəçidir. Torpaq sahəsi ona icarəyə verilən anda, yəni 2006-cı ildə torpaq sahəl əri bələdiyələrə aid idi. Həmin ərəfədə bələdiyyə və dövlət torpaqlarının sərhədləri müəyyən edilməmişdir. Bələdiyyə və dövlət torpaqlarının sərhədlərinin müəyyən edilməsi vətəndaşların səlahiyyətlərinə aid deyil, o, həmin torpaq sahəsinin hətta dövlətə aid olub- olmamasını bilə bilməzdi. O, torpaq sahəsini icarəyə götürərkən həmin ərəfədə mövcud olan qanunvericiliyin tələblərinə tam riayət etmişdir. Beləliklə, o, vicdanlı icarəçi və istifadəçidir. Cavabdehlərin isə qeyd edilən torpaq sahəsinə dair ümumiyyətlə heç bir sənədləri yoxdur. Məhkəmə işin faktiki hallarını araşdırmadan, əsassız qətnamə qəbul etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Faud Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Ziya Şirinov) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni nəticəyə gəlmiş və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, iddia edilən torpaq sahəsinin və onun üzərində olan hüquqların müvafiq qeydiyyatının və ünvanının olmaması araşdırmanın belə aparılmasına imkan vermir. Belə ki, iddiaçı ilk olaraq torpağın dövlət reyestrində qeydə alınması və ünvanın verilməsi üç ün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və torpaq sahəsinin koordinatları üzrə hüquqlar əldə edib torpağın ünvanı müəyyən edilməlidir. Diqqətə çatdırılmalıdır ki, ünvanın mövcud olmaması iddianın araşdırılması ilə bərabər gələcəkdə məhkəmə qərarının mükəmməl icrasını da mümkünsüz edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq no rmalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarı: “...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uy ğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7301/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov