Məhkəmə qərarları › İş №2(102)-1935/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1935/2025

02.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1935/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin tabeliyində “İri Şəhərlərin X10 Xidməti” X8rşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1340/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiy yəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı xx.xx.2012-ci il tarixindən "xxxx" ASC-də, 2024-cü ilin aprel ayından isə Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X10 Xidməti” Publik Hüquqi şəxsdə işləmişdir;

3. Belə ki, iddiaçı xx.xx.2012 - xx.xx.2013-cü il tarixlərində 18-ci dərəcə ilə Kommersiya departamentinin rəisi, xx.xx.2013 - xx.xx.2014-cü il tarixlərində 18- ci dərəcə ilə Əmlak məsələləri departamentinin rəisi, xx.xx.2014 – xx.xx.2016-cı il tarixlərində 16-ci dərəcə ilə Əsas fondların idarə olunması şöbəsinin rəisi, xx.xx.2016 - xx.xx.2022-ci il tarixlərində "xxxx" ASC-nin İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsində ç alışmışdır; 4. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Bundan sonra iddiaçı işəgötürənin qanunsuz və əsassız verilmiş həmin əmrinin qüvvədən salınması, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 2(004)-3768/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir;

5. Cavabdeh "xxxx" ASC xx.xx.2022-ci il tarixli apelyasiya şikayəti ilə Yasamal Rayon Məhkəməsinin 2(004)3768/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2022 saylı mülki iş üzrə xx.xx.2022ci il tarixli Qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3768/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır;

6. Cavabdeh "xxxx" ASC həmin qərardan da narazı qalaraq kassasiya şikayəti vermiş və Azərbaycan RespublikasıAli Məhkəməsinin 2(102)1356/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

7. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X5 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər h aqqında 17 noyabr 2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC-i çevrilmə yolu ilə yenidən təşkil edilərək “İri şəhərlərin X10 Xidməti” X15 olaraq fəaliyyət göstərməyə başlamışdır; 8. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilat tərəfindən yenidən iddiaçıya onun tutduğu ştat vahidinin ixtisara düşülməsi barədə xəbərdarlıq edilmiş, tutduğu vəzifənin 9 təqvim həftəsi sonra ləğv ediləcəyi iddiaçıya bildirilmişdir. Belə ki, xəbərdarlıq bildirişində qeyd edilmişdir ki, Azərbaycan Dövlət X5 29 may 2024-cü il tarixli 002/F saylı əmri İqtisadiyyat və uçot idarəsinə şöbə statusu verilmiş, iddiaçının rəhbərlik etdiyi Əsas fondların idarə olunması şöbəsi “Əsas fondlarla iş sektoru” kimi təsbit edilmişdir. Amma iddiaçıya təqdim olunmuş xəbərdarlıqda Əsas fondların idarə olunması şöbəsi nin rəisi vəzifəsi xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi qeyd edilmişdir (eləcə də “İri şəhərlərin X10 Xidmətinin strukturu”nda İqtisadiyyat və uçot İdarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür);

9. Xəbərdarlıq müddəti dövründə, hələ iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 90-k nömrəli əmri ilə “İri Şəhərlərin X10” Xidməti X15n yeni strukturunda İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun müdiri vəzifəsinə bu müəssisədə iş stajı olmayan, tamamilə bu sektora aid olmayan müəssisələrdə işləmiş X3 təyin edilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçıya heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin X10 Xidmətinin” X14nin xx.xx.2024-cü i l tarixli 666-K nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X10 Xidməti” PHŞnin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 666-K nömrəli əmrinin ləğv edilməsinə, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinə və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda göstərilən hallarına istinad edərək öz tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh müəssisə rəhbərliyinin (K.Həsənov) qanunsuz və qərəzli mövqeyi hələ 2022-ci ildən bəri olmuşdur. Lakin, iddiaçı hüquqlarının müdafiəsi üzrə məhkəməyə müraciət edərək əvvəlki vəzifəsinə bərpa edilmişdir. Cavabdeh "xxxx" ASCnin (hazırkı “İri Şəhərlərin X10 Xidməti” Publik Hüquqi şəxs) iddiaçıya qarşı qərəzli, barışmaz və qanunsuz mövqeyi məhkəmə qərarının icrası mərhələsində də özünü aşkar şəkildə büruzə vermişdir. Belə ki, Azərbaycan Respublikası adından çıxarılmış və çıxardığı gündən qüvvə minmiş AR Ali Məhkəməsinin 26 aprel 2023-cü il tarixli Qərarı uzun sürən çətinliklərdən sonra düz 5 aydan sonra cavabdeh tərəfindən icra edilmişdir. Bunun səbəbi isə tərəfimizdən Ali Məhkəmənin Qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyi nə, həmin nazirliyin İcra Xidmətinə və digər aidiyyəti orqanlara ünvanlanmış şikayətlərimiz olmuşdur. Çoxsaylı şikayətlərdən sonra yuxarıda da qeyd etdiyimiz kimi düz 5 aydan sonra cavabdeh məcburiyyət qarşısında qalaraq 22 sentyabr 2023-cü il tarixli, 94-K nömrəli əmr ilə iddiaçını İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsinə bərpa etmişdir. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həmdə nəzəri bilikləri baxımından iddiaçı peşəkarlıq səviyyəsinə görə daha yüksək olduğu və əmək müqaviləsinə xitam verildiyi günə qədər peşəkar işçi olduğuna görə hər ay tarif maaşından əlavə 1000 (min) manat məbləğində peşəkarlığa görə əlavə ödəniş də aldığı halda, bu kimi hallar ixtisar zamanı nəzərə alınmamışdır. Yeni strukturda yaradılmış İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun müdiri vəzifəsinə uyğun ixtisaslı kadr hesab edilə bilməyən X3 təyin edilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı struktur bölməsinin olmasına baxmayarq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət X5 sədri ilə heç bir razılaşdırılma aparılmamış, idarə heyəti sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əvvəlki mübahisə üzrə xx.xx.2022-ci il tarixində işdən çıxarılmış iddiaçı Ali Məhkəmənin müvafiq qərarı əsasında 22 sentyabr 2023-cü il tarixdə işə bərpa edildikdən sonra ona 1 il 4 ay məcburi i şburaxma dövrü üçün olduqca yüksək məbləğdə pul ödənilmişdir. Cavabdeh müəssisə rəhbərinin (Köçərli Həsənovun) qanunsuz əmri nəticəsində dövlət müəssisəsinin büdcəsinə külli miqdarda ziyan dəyməsinə baxmayaraq, cavabdeh yenidən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq bir neçə aydan sonra eyni motivlə (formal ştat ixtisarı həyata keçirməklə) iddiaçını işdən çıxarmışdır. Belə görünür ki, PHŞ-in X14 K.Həsənov ona qarşı heç bir reqress tələbin yönəlməyəcəyindən əmin olduğundan rahatlıqla qanunsuz əmr verərək iddiaçını işdən çıxarmışdır.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Ülkər Xəlil) ilə iddianın tələbinin qismən təmin edilməsi, Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X10 Xidməti” X11 xx. xx.2024cü il tarixli, 666-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X10 Xidməti” X15 tərəfindən iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən tərəflər arasında əvvəllər də məhkəmə çəkişməsinin olduğunu, əvvəl də iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin eyni əsası ilə xitam verildiyini, lakin məhkəmə qərarı ilə əvvəlki işinə bərpa edildiyini nəzərə alaraq cavabdehin yenidən eyni əsaslarla iddiaçı ilə əmək müqaviləsinə xitam verməsini cavabdehin qərəzli mövqeyi kimi qiymətləndi rmişdir.

14. Məhkəmə bununla bağlı ilk növbədə müəyyən etmişdir ki, Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə iddiaçının işinə xitam verilərkən cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamışdır.

15. Əmək məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə istinad edən məhkəmə qeyd etmişdir ki, iddiaçıya tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun iki ay əvvəl işəgötürən tərəfindən xəbərdalıq olunsa da, lakin görünür ki, bu formal xarakter daşımışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır.

16. Məhkəmə daha sonra qeyd etmişdir ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işdə saxlanılan şəxlərlə ixtisar aparılmış şəxslər arasında hansı qaydada qiymətləndirmə aparması, işçilərin peşəkarlıq səviyyəsinin hansı formada müəyyən etməsi ilə bağlı heç bir sübut təqdim edə bilməmiş, əksinə illərdir həmin vəzifədə işləyən şəxslə bağlanmış əmək müqaviləsinə xitam verərək, həmin vəzifəyə kənar şəxsi təyin etmişdir. Həmçinin, işçilərin sayı və ştat ixtisar edilərkən, iddiaçıya ixtisasına uyğun iş təklif edilməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 11, 71.1, 71.3, 74.2, 77.1, 77.2, 77.3, 77.4, 78.1, 172.5, 300.1-ci maddələrinə, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 17.2, 18.2-ci maddələrinə, Azərbaycan R espublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 217.1, 218.3, 227, 233-cü maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi iş üzrə maddi hüquq normlala rını düzgün tətbiq etməmişdir. Cavabdeh tərəf deyir ki, agentlik mərkəzi icra hakimiyyəti orqanıdır. Onun ştat vahidləri müvafiq orqan tərəfindən müəyyən edilir və təsdiq edilir. Həmçinin, Azərbaycan Respublikası Dövlət X5 29 may 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X10 Xidməti” X15n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüş, ümumilikdə şöbə ləğv edilmişdir. Bu səbəbdən iş üzrə iddiaçının peşəkarlıq səviyyəsinin bir əhəmiyyəti qalmamışdır. Əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya iş axtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Məhkəməyə işin hallarını sübut edən bütün dəlillər təqdim olunmuşdur, lakin məhkəmə sü butların əksinə əsassız qətnamə qəbul etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1340/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh “İri şəhərlərin X10 xidməti” X11 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)5026/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir (hakimlər X12 oğlu (sədrliyi və məruzəsi ilə), X4 və X1 ibarət tərkibdə).

21. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Qanunun tələbinə əsasən iddiaçıya tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericili yin tələbinə uyğun iki ay əvvəl işəgötürən tərəfindən xəbərdalıq olunması formal xarakter daşımışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işdə saxlanılan şəxlərlə ixtisar aparılmış şəxslər arasında hansı qaydada qiymətləndirmə aparması, işçilərin peşəkarlıq səviyyəsinin hansı formada müəyyən etməsi ilə bağlı heç bir sübut təqdim edə bilməmiş, əksinə illərdir həmin vəzifədə işləyən şəxslə bağlanmış əmək müqaviləsinə xitam verərək, həmin vəzifəyə kənar şəxsi təyin etmişdir.

22. Eyni zamanda Az ərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən verilmiş Azərbaycan Dövlət X5 tabeliyindəki “İri Şəhərlərin X10 Xidməti” X15n fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmr verilərkən X14 vəzifəsini müvəqqəti icra edən qarşısında həll olunması qoyulan tələblərdən biri də ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təklifləri 1 ay müddətinə aparatın rəhbərinə təqdim edilməsi olmuşdur. Lakin cavabdeh bu təkliflərin hazırlanması, qiymətləndirmənin aparılması ilə bağlı hər hansı sübut təqdim edə bilməmiş, cavabdehin şifahi mülahizəsinə əsasən qiymətləndirmənin aparıldığını bildirmişdir. Həmçinin, işçilərin sayı və ştat ixtisar edilərkən, iddiaçıya ixtisasına uyğun iş təklif edilməmişdir.

23. İşin müəyyən edilmiş hallarından g örünür ki, iddiaçının işlədiyi əsas fondların idarə edilməsi şöbəsi ləğv edilmiş, onun yerinə isə həmin şöbənin funksiyalarını yerinə yetirən əsas fondların idarə edilməsi sektoru yaradılmış, şöbənin işçilərinin sayı 9, ixtisar olunduqdan sonra sektorun işçilərinin sayı isə 4 nəfər olmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi şöbə əslində ləğv olunsa da, lakin eyni funksiyanı idarə edən sektor yaradılmışdır.

24. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan həmin hissələrdə təmin edilməlidir.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

26. Beləli klə, tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının əsassız olaraq işdən çıxarılması müəyyən edilmişdir. Belə ki, işlədiyi müddətdə dəfələrlə əmək funksiyasını yüksək peşəkərlıqla icra etdiyinə görə mükafatlandırmış işçisini, cavabdeh hər hansı dəyərləndirmə aparmadan ştat vahidinin ixtisara düşməsi ilə bağlı əmək müqaviləsinə xitam vermiş, yeni yaradılmış sektora kənar şəxsi təyin etmişdir. Həmçinin, cavabdeh əsas fondların idarə edilməsi sektorunun müdiri vəzifəsinə yeni təyin olunmuş müdirin peşəkarlıq səviyyəsinin daha yüksək olması ilə bağlı da sübut təqdim edə bilməmişdir.

27. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, cavabdeh iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla, yəni qanun pozuntusu ilə işdən azad etməsi iş materialları ilə tam təsdiq edilir.

28. Apelyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasınının Konstitusiyasının 35-ci maddəsinin İİ, İV, Vİ hissələri, Əmək Məcəlləsinin 2-ci maddəsi, 11-ci maddəsi, 12.1-ci maddəsinin “b” bəndi, 68.1, 70-ci maddəsinin “b” bəndi, 71.1, 71.3, 74.2, 77.1, 77.2, 77.3, 78.1, 300-cü maddələrinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 107,119.1 372.6, 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri:

29. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bak ı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1340/2025 saylı qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia ərizəsinə etirazın həmçinin apelyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etmiş və cavabdeh tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-nın 175.1-ci maddəsinin tələbini pozaraq sübut qismində təqdim olunan sübutlara baxmamış və həmin sübutları tədqiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

32. M addə

11. İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

33. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

34. Maddə 70, “b” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

35. Maddə 78, hissə

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

36. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçü n əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Əmək Məcəlləsinin Maddə 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

46. Mübahisəyə mahi yyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh əsas fondların idarə edilməsi sektorunun müdiri vəzifəsinə yeni təyin olunmuş müdirin peşəkarlıq səviyyəsinin daha yüksək olması ilə bağlı da sübut təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli, 666-K nömrəli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası ap ellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1340/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar