Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1936/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: doğum faktın müəyyən edilməsi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlundan və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ərizəçi “doğum faktının müəyyən olunması” tələbinə dair iddia mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)- 9457/2021 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin Ərizəçi (bundan sonra ərizəçi) müraciətinə əsasən verilmiş 23 avqust 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edilir, aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində 08 mart 1948-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X1 doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, heç vaxt təhsil almamışdır. Doğulduğu vaxtdan hazırkı vaxtadək o, Bakı şəhərində anası ilə birlikdə kirayədə yaşamışdır. Ərizəçinin anası X4 08 mart 1948-ci ildə Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuşdur, təqaüdçüdür. Ərizəçinin atası barədə məlumatı yoxdur, onu heç vaxt görməmişdir, atasının adının Rəhman adlı bir şəxs olduğunu anasından öyrənmişdir. Ərizəçi tibb müəssisəsindən kənarda doğulduğu və o doğularkən anasına kömək edən həkim olmadığı, anası ərizəçinin doğulması ilə bağlı sənəd almaq üçün həkimə müraciət etmədiyi üçün ərizəçinin doğum faktının qeydiyyata alınması və ona doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Hazırda ərizəçinin 28 yaşı var. Lakin onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Ərizəçi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Onun doğum haqqında şəhadətnaməsi olmadığına görə şəxsiyyət vəsiqəsi də ala bilməmişdir.
4. Məhkəmə tərəfindən 09 fevral 2021-ci il tarixli 2(011)-564/2021 saylı qərardadla məhkəmə tibbi-bioloji ekspertiza təyin olunmuş, ekspertizanın aparılması Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi MTEvə PA Birliyinin 16 aprel 2021ci il tarixli məktubundan görünür ki, məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsi üçün təyin olunmuş gün ərzində Ərizəçi X4 ilə birlikdə şöbəyə gəlmiş, lakin ekspertizanın qrup göstəricilərinə görə aparılması üçün ərizəçinin digər valideyni tədqiqatda iştir ak etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Həmçinin qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş ərizəçiyə qarşı analıq faktına aid, bioloji ekspertiza keçirməklə hər hansı bir fikir söyləmək üçün şəxsin atasının qrup göstəricilərinin tədqiqi mütləqdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(011)-564/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Həsənova) Ərizəçi-onun xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində 08 mart 1948-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X1 doğulması faktının müəyyən edilməsi barədə ərizəsini rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunun tələblərinə görə məhkəmə tibb müəssisəsindən kənarda doğulan uşaqların doğum faktını müəyyən edərkən ananın hamiləliyi və doğuşla bağlı bütün hal ları aydınlaşdırmalıdır. Hazırkı iş üzrə ərizəçinin tibb müəssisəsindən kənarda doğulması halı işin hər hansı halı ilə aşkarlanmamışdır. Belə ki, zamanı Ərizəçi tibb müəssisəsindən kənarda doğulması, doğuşun həkim nəzarətində olmaması səbəbindən hal-hazırkı vaxtadək doğum haqqında şəhadətnamə ala bilməməsini qeyd etsə də, məhkəmə ərizəçinin dəlillərini, eyni zamanda şahidlərin ifadələrini onun tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etməmişdir. Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1, 217.4, 307.2, 307.2.3 və 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə mə hkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3-cü bəndinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
9. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(011)-564/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(103)-9457/2021 nömrəli qətnaməsi ilə (hakimlər - F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə. Eyvazov və Ş.A.Məmmədova) Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(011)-564/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Ape llyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillərin ziddiyyətli olması da diqqətdən qaçırılmamalıdır. Ərizəçinin vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyində və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhəri Reginonal Miqrasiya İdarəsində qeydiyyata alınması şəffaf olmayan mətləblərə işarə edir və şübhələrdən kənar olaraq şəxsin statusunun və şəxsiyyətinin müəyyən edilməsinə imkan vermir.
12. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 217.3, 217.4, 307, 310, 384 və 385-ci maddələrinə istinad edərək əsaslandır mışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. Ərizəçi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-9457/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayətinə görə işə baxan məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin, Mülki Məcəllənin 25, 26, 28 və 31-ci maddələrinin və Ailə Məcəlləsinin 22-ci fəsilin və “VVAQ-n dövlət qeydiyyatı qaydası”nın 2.6-ci bəndinin tələblərini pozmuş, valideynləri naməlum olan şəxs kimi ərizəçinin doğum faktının müəyyən edilməsi ilə bağlı arqumentlərinə münasibət bildirməmişdir.
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərba ycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.
17. Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.
18. Maddə 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsi
19. Maddə 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 20. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atası nın ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2-ci məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1-ci hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88-ci isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
25. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. (307.2, 307.2.1 və 307.2.11ci maddələr).
26. Maddə 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2-ci apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 28.Maddə 417.1.1-ci kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 29.Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. 30.Azərbaycan Resp ublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı. Kassasiya baxışının hədləri: 31.Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. 32.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəçi tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 33.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 36.Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin tələblərinin əsası kimi istinad etdiyi hallar, yəni onun xx xxxx 1992-ci il tarixdə tibb müəssisəsindən kənarda anadan olması, doğuşa kömək göstərmiş həkimin olmaması, anasının 08 mart 1948-ci il təvəllüdlü X4 olması və atasının anası ilə nikahda olmayan şəxs olması barədə irəli sürdüyü dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, ərizəçi həmin halları sübuta yetirə bilməmişdir. 37.Məhkəmə iddianı rədd edərkən həmçinin şahid kimi dindirilən X2, X5, iddiaçının anası kimi göstərdiyi X3 ifadələrini və ərizəçinin izahatını sübut kimi qəbul etməmiş, ərizəçi ilə Dünyaxanım Ağayevanın qohumluq əlaqələrini (anası olması) müəyyən etmək üçün təyin edilmiş məhkəmə bioloji ekspertizasının keçirilməsinin mümkün olmaması, bunun səbəbinin atan ın iştirak etməməsi olması barədə barədə ekspert müəssisəsinin rəy verməkdən imtinasını nəzərə almışdır. 38.İşə baxan apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi qənaəti ilə razılaşmışdır. 39.Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr bu qənaətə gələrkən MPM-nin 2.1 və 14.1-ci maddəsinin tələblərinə riayət etməmiş, habelə işdə olan sübutlara həmin Məcəllənin nin 88-ci maddəsinə uyğun qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Həmin normalara görə, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. İddia ərizəsindən görünür ki, tələb iki hissədən ibarət olmaqla ərizəçi xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmasının və anasının 08 mart 1948-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X4 olmasının məhkəmə qaydasında təsdiqini xahiş edir və həmin faktları təsd iq edən lazımi sənədləri başqa qaydada alınmasının mümkünlüyü müəyyn edilmir. 41.Ərizəçinin tibb müəssisəsində doğulması və doğuş tibb müəssisəsindən kənarda olsa da həkimin kömək göstərməsi də müəyyən edilmir. Belə olan halda Ailə Məcəlləsinin 44.1-ci və Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddələrinə görə onun xx xxxx 1992ci il tarixdə Bakı şəhərində doğulması faktı yalnız şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilməlidir. 42.İşə baxan məhkəmələr isə şahid kimi dindirilən X2, X5, iddiaçının anası kimi göstərdiyi X3 ifadələrini sübut kimi qəbul etməmiş və bunu kifayət qədər əsaslandırmamışdır. Halbuki hazırkı vəziiyyətdə isə ərizəçinin doğum faktı ilə bağlı istənilən sübutun mötəbərliyini nəzərə almalı idi. 43.Məhkəmə kollegiyası hesab edir ki, ərizəç inin xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi üçün məhkəmə təkcə onun tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməməli, işin spesifikliyini nəzərə alaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, ərizəçiyə prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, onun həm əvvəllər, həm də hazırda yaşadığı yer üzrə, habelə anası kimi göstərdiyi mərhum Dünyaxanım Ağayevanın yaşadığı yer üzrə qonşuların, mənzil istismar sahəsi əməkdaşlarının, sahə polisinin şahid kimi dinidirilməsi, iş üzrə həll olunası məsələ ilə bağlı aidiyyatı dövlət orqanlarına (polis orqanları, tibb müəssisələri) ərizəçi barədə sorğular verilməklə cavablar almaq kimi zəruri əlavə sübutlar təqdim etməyi təklif etməli, həmin sübut ları sərbəst əldə etmək mümkün olmadıqda isə bu barədə məhkəmə qarşısında vəsatət qaldırmaq hüququnun olmasını izah etməli idi.
44. Ərizəçinin mərhum X4 ilə qohumluğunun (anası olması) müəyyən etmək üçün təyin edilmiş məhkəmə bioloji ekspertizasının keçirilməsinin mümkün olmaması, bunun səbəbinin atanın iştirak etməməsi olması barədə barədə ekspert müəssisəsinin rəy verməkdən imtinasını qəbul edən məhkəmələrin qənaəti də əsaslı olmamışdır.
45. İşdən görünür ki, məhkəmə tərəfindən ekspert qarşısında xx xxxx 1992-ci il təvəllüdlü Ərizəçi 08 mart 1948-ci il təvəllüdlü X4 ilə qohumluq əlaqələrinin, onun bioloji anası olub-olmamasının müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Lakin Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxs “Ekspertizanın bi oloji səviyyədə, qrup göstəricilərinin tədqiqinə əsasən keçirilməsi üçün hər iki valideynin iştirakının mütləq olması, ata tərəfi olmadığı üçün ekspertizanın bioloji səviyyədə keçirilməsinin mümkün olmaması” əsası ilə ekspertizanın keçirilməsindən imtina etmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza müəssisəsinin ekspertiza keçirməkdən imtnası kifayət qədər əsaslandırılmamışdır. Həmin məsələnin həlli işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə təkrar ekspertiza keçirilməsi, yaxud genetik ekspertizanın təyin olunması imkanlarını nəzərdən keçirməmişdir. 48.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazım i hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.
50. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 51.Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzr ə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-9457/2021 nömrəli ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.