Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1937/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, Cavabdeh2 BOKT ASC-yə və "xxxx" MMC-yə qarşı, AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız sayılması və bunun nəticələrinin tətbiqi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8672/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsin dən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə cəmi 27.193,73 ABŞ dolları borcun tutulması, tələbin İddiaçı məxsus ünvan 2 (yeni qaydalarla AZ 5000, ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir.
2. Sumqayıt Apelyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin aktı əsas borc və faiz borcu hissəsində dəyişdirilməklə İddiaçı cəmi 26.763,45 ABŞ dolları borcun Cavabdeh2 BOKT ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə d əyişdirilmədən saxlanılması qət edilmişdir. 3. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Y-741 nömrəli yekun protokolun surətindən görünür ki, ipoteka saxlayan Cavabdeh2 BOKT ASC qeyd edilən mənzili 25.500 manata almışdır.
4. İddiaçı hərracın keçirilmə qaydalarının pozulduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb olunmaqla) cavabdehlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə, Cavabdeh2 BOKT ASC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Əmlak İxtisalaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş 25 may 2018-ci il tarixli hərra cın və onun nəticəsi olaraq qəbul edilmiş 25.05.2018-ci il tarixli Y-741 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız sayılması və bu protokol əsasında cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh2 BOKT ASCyə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzil mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsinə əsasən borc məbləği cəmi 26.763,45 ABŞ dolları müəyyən edilmiş, borcun ödənilməsi ipotekaya yönəlməklə mənzilin açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə gönd ərilmiş, icra işi açılmışdır. Bunun əsasında İcra İdarəsi 28.02.2018-ci il tarixli 12K-83/8 saylı sifariş məktubu ilə cavabdeh Əmlak İxtisalaşdırılmış Hərrac Mərkəzi” MMC-yə müraciət etmiş və sonuncu mənzilin hərracdan satışını təşkil etmişdir. 16 mart 2018-ci il tarixdə Hərrac Mərkəzi 18 aprel 2018-ci il tarixə hərrac təyin etmişdir. Bu ərəfədə iddiaçı mənzilin qiymətləndirilməsini və ipoteka müqaviləsini müxtəlif məhkəmələrdə mübahisələndirmiş və bu məhkəmə baxışları zamanı Bakı şəhər Yasamal rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərardadı ilə mənzilin üzərinə həb qoyulmuş, Sumqayıt şəhər Məhkəməsinin 23 may 2018-ci il tarixlə qərardadı ilə isə mənzilin hərracdan satılmasına qadağa qoyulmuşdur. Bütün bunlara baxmayaraq cavabdehlər 25 may 2018-ci il tarixdə iddiaçıya bu barədə məl umat vermədən hərrac keçirmiş və mənzili bank öz mülkiyyətinə qəbul etmiş və yekun protokolu imzalamışdır. Bu hərrac “İpoteka haqqında” Qanunun tələblərinə əməl edilmədən, AR MM-nin tələbləri pozulmaqla keçirilmiş, üzərində məhkəmə tərəfindən həbs qoyulmuş və bu həbs Reyestr xidmətində qeydiyyatdan keçmiş olduğu halda, mənzilin özgəninkiləşdirilməsi baş vermiş və mənzilə bankın adına yeni çıxarış verilmişdir ki, bütün bunlar yekun protokolun etibarsız hesab edilməsini və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Belə ki, məhkəmə mübahisəsi olduğu üçün Yasamal rayon məhkəməsinin qərardadı əsasında mənzilin üzərinə həbs qoyulmuş və həmin həbs hərrac dövründə qüvvədə olmuş və bu həbs Yasamal Rayon Məhkəməsinin qərardadına əsasən yalnız 14.10.2019-cu il tarixdə, hərrac keçi riləndən 1 il 7 ay sonra götürülmüşdür. Bu halda üzərində həbs olan mənzilin hərracdan satılması qanunsuz olmuşdur. Bundan başqa, hərracın 25 may 2018-ci ildə keçiriləcəyi barədə bildiriş iddiaçıya təqdim edilməmiş və bu hərrac ona məlumat verilmədən keçirilmişdir və bununla da hüquqları pozulmuşdur. Mübahisələndirilən hərrac “İpoteka haqqında” Qanunun tələbləri pozulmaqla keçirildiyindən etibarsız hesab edilməli, bunun əsasında verilmiş çıxarış isə ləğv olunmalıdır.
7. Cavabdeh Finiko BOKT ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyun olaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsi qətnamədə qeyd olunan daşınmaz əmlakın satışının təşkil edilməsi məqsədilə hərrac mərkəzinə sifariş vermişdir. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun 25.05.2018-ci il tarixli, Y-741 saylı protokola əsasən Cavabdeh2 BOKT ASC tərəfindən əldə edilmişdir. 25.05.2018-ci il tarixli, Y-741 saylı protokol əsasında “FİNOKOBOKT ASC sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. Hal-hazırda sözü gedən mənzil "FİNOKO” BOKT ASC-nin mülkiyyətindədir. İddiaçının məqsədi işi əsassız olaraq uzatmaqdır. O daha əvvəllər də "FİNOKO” BOKT ASC-yə qarşı “kredit müqaviləsinin etibarsı zlığı” və ipoteka müqaviləsinin etibarsızlığı” tələbinə dair əsassız iddialar qaldırmış, iddiaçının iddia tələbləri təmin edilməmişdir. İddiaçı keçirilən hərracların vaxtı və yeri barəsində məlumatı olmuşdur. Belə ki, İddiaçı əri X1 Cavabdeh2 BOKT ASC-yə qarşı Cavabdeh2 BOKT ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. X1 həmin iş üzrə məhkəmə prosesinin gedişatında iddianı təmin etmə tədbiri barədə ərizə vermiş və ərizəsində göstərmişdir ki, ipoteka predmeti olan əmlakın hərraca çıxarılma prosesi başlanmışdır. Qeyd olunanlar Yasamal rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli 2(004)-2507/2018 saylı qərardadında öz əksini tapmışdır. Bundan başqa, 18.04.2018-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş 0 5.04.2018-ci il tarixində Alməmmədova soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadan çatdırılmışdır. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. Hərracın keçirilmə vaxtı ilə bağlı, “Market” qəzetinin 30 mart-05 aprel 2018-ci il tarixli buraxılışında, 20-26 aprel 2018-ci il tarixli buraxılışında və 04-10 may 2018-ci il tarixli buraxılışında elanlar verilmişdir. F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (o ferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında olan mövqeyə uyğun olaraq, qeyd edilməlidir ki, hərrac təşkilatının hərracın keçirilməsi ilə bağlı bildi rişin ipoteka qoyana rəsmi təqdim edilməsi ilə bağlı vəzifəsi yoxdur. Məhz hərrac barədə məlumatların KİV vasitəsilə elan edilməsi eyni zamanda ipoteka qoyanın hərracda iştirakla bağlı məlumatlandırılması nəticəsinə gəlməyə imkan verir. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Yasamal rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərardadı ilə İddiaçı məxsus olan və ipoteka qoyulmuş əmlakın üzərinə həbs qoyulmuşdur. İddiaçı əmlak üzərindən həbs götürülmədən hərracın keçirilməsini qanunsuz hesab etmişdir. Bununla bağlı olaraq ilk növbədə əmlak üzərinə qoyulan həbsin anlayışına nəzər salmaq vacibdir. İcra haqqında Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunm asından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Yasamal rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərardadı ilə əmlak üzərinə həbs qoyulmuşdur. Əmlak üzərinə qoyulmuş həbs dedikdə isə İcra haqqında Qanunun 50.2-ci maddəsində qeyd olunan tədbirlər nəzərdə tutulur. Həmin tədbirlər sırasında isə əmlakın hərracdan satışının qadağan edilməsi qeyd olunmamışdır. Yasamal rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərardadı ilə də əmlak üzərinə həbs dedikdə əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunması nəzərdə tutulmuşdur. Əmlak üzərində həbsin olduğu müddətdə də əmlak özgəninkiləşdirilməmiş, İddiaçı mülkiyyətində olmuşdur. Yalnız Yasamal rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli qərardadı ilə əmlak üzərindən həbs götürüldükdən sonra ipoteka predmeti olan mənzil "FİNOKO” BOKT ASC-nin mülkiyyətinə keçmişdir. İddia ərizəsində məhkəmə qərarı əsasında əmlakın hərracdan satılmasının qadağan edilməsi göstərilmişdir. Ümumiyyətlə məhkəmə qərarı ilə əmlakın hərraca çıxarılmasının qadağan edilməsi mümkün deyildir. Çünki Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(060)-13933/2016 saylı qətnaməsi ilə İddiaçı məxsus ünvan 2 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən əmlakın açıq hərracda satılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarının icrası isə məcburidir. Digər tərəfdən, Sumqayıt şəhər Məhkəməsinin 23.05.2018-ci il tarixli, 2(060)-5967/2018 saylı qərardadı ilə iddiaçıya məxsus Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 16/17A-da yerləşən 9 saylı mənzilin açıq hərracdan satılmasının dayandırılması qərara alınsa da, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən həmin qərardad Hərrac Mərkəzinə yalnız 05.06.2018-ci il tarixdə, yəni əmlak 25.05.2018-ci il tarixli, Y-741 saylı protokola əsasən Cavabdeh2 BOKT ASC tərəfindən əldə edildikdən çox sonra göndərilmişdir ki, bu barədə sənədi məhkəməyə təqdim edir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) 23 iyun 2021-ci il tarixli, 2(009)1254/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəsi gedən mənzilin hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barəd ə İddiaçı xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 02 noyabr 2021-ci il tarixli, 2(103)-8672/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1254/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədə n saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Ofeliya Alməmmədova kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zamanı məlum olmuşdur ki, ikinci hərrac barədə ipoteka saxlayana məlumat rəsmi qaydada çatdırılmış və sonuncu hərracda iştirak etmiş, amma iddiaçıya məlumat verilmədiyi üçün iştirak edə bilməmişlər. Məhkəmə kollegiyası isə iddiaçının iştirak hüququnun pozulması ilə keçirilmiş hərracı qanuni hesab etmişdir. Bu da onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə işə baxarkən ipoteka qoyana h ərracın tarixi və yeri barədə məlumat vermədiyini aşkar etdiyi halda yuxarıda göstərilən maddi normaları tətbiq edərək hərracın nəticələrini etibarsız hesab etməli olduğu halda, bu maddi normaları tətbiq etməmiş, maddi normaların qoyduğu qaydaları pozmaqla keçirilmiş hərracın nəticələrini etibarsız hesab etməli olduğu halda bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həm iddia ərizəsində, həm apellyasiya şikayətimdə irəli sürülmüş dəlilləri tam surətdə araşdırmalı, iddiaçının dəlillərimə qiymət verməli, hansı dəlilləri nəyə görə və hansı maddi və ya prosessual hüquq normasına əsasən qəbul etmədiyini öz qətnaməsində göstərməli idi. Amma kollegiya bunu etməmiş, iddiaçının irəli sürdüyü halları, istinad etdiyi maddi hüquq normalarını nəyə görə qəbul etmədiyini, nəyə görə təkzib etdiyi ni öz qətnaməsində maddi və prosessual hüquq normaları ilə əsaslandırmamışdır, eləcə də, işə tam hüquqlu məhkəmə kimi deyil, yalnız yoxlama funksiyalı məhkəmə kimi baxmışdır. 1-ci instansiya məhkəməsi tərəfindən kobud prosessual pozuntulara yol verildiyi, maddi normaların pozuntusu və düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş qətnaməni qüvvədə saxlamışdır. Belə ki, apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, iddiaçı ilkin satış qiyməti və digər iddialarla məhkəmələrə müraciət etmiş və bununla da təsdiq edilir ki, onun hərracın keçirilməsindən məlumatı olmuşdur. Buna əsaslanan məhkəmə kollegiyası beh hesab etmişdir ki, hərrac barədə məlumatı olan iddiaçının indi bu barədə məlumatı olmaması barədə gətirdiyi dəlillər əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 14. "FİNOKO” BOKT ASC kassasiya şikayətinə qarşı etiraz göndərərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Etirazda qeyd edilmişdir ki, iddiaçının keçirilən hərracların vaxtı və yeri barəsində məlumatı olmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
17. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olm azsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
20. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qa çırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
21. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
22. Maddə
2. İpoteka ilə bağlı münasibətlər bu qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
23. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutm a yönəldilə bilər.
24. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
25. Maddə 41.2, 41.3, 41.4 və 41.5. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təs diqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir.
26. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
27. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.
28. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
29. Maddə 43.8. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticə lənir.
30. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
37. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13933/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsinin s urətindən görünür ki, iddiaçı Cavabdeh2 BOKT ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə cəmi 27.193,73 ABŞ dolları borcun tutulması, tələbin cavabdeh İddiaçı məxsus ünvan 2 (yeni qaydalarla AZ 5000, ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir.
38. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-822/2017 saylı, 16 may 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13933/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətna məsi əsas borc və faiz borcu hissəsində dəyişdirilməsi, cavabdeh İddiaçı cəmi 26.763,45 ABŞ dolları borcun Cavabdeh2 BOKT ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 39. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, 25 may 2018-ci il tarixdə hərrac keçirilmiş, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 16/17A, mən. № 9 (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəh., Azərbaycan pr., 148, Mİ, mən.2) ünvanın ilkin satış qiyməti 40.000 manat, son qiyməti isə 25.500 manat müəyyən edilmişdir. 40. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Y-741 nömrəli yekun protokolun surətindən görünür ki, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 16/17A, mən. № 9 (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 148, Mİ, mən.2) mənzili ipotekasaxlayan Cavabdeh2 BOKT ASC 25.500 manata almışdır. 41. “Market” qəzetinin 30 mart 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, ünvan 2-a (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 148, Mİ, mən.2) dair açıq hərracın 18 aprel 2018-ci il tarixdə keçiriləcəyi barədə elan verilmişdir. 42. “Market” qəzetinin 20 aprel 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, ünvan 2-a (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 148, Mİ, mən.2) dair açıq hərracın 23 may 2018-ci il tarixdə keçiriləcəyi barədə elan verilmişdir.
43. Poçt göndərişi barədə xəbərnamənin surətindən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda o lduğu ünvana çatdırılmış və iddiaçı xəbərnaməni imza etməklə həmin bildirişi qəbul etmişdir.
44. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Lakin, İddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. 45. “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
46. Apellyasiya məhkəməsinin qənaətinə görə, İddia çı ona məxsus əmlakın hərraca çıxarılması, hərracın keçirilməsi və nəticəsi barədə məlumatlı olmadığını, bu barədə ona rəsmi qaydada məlumat verilmədiyini, bildiriş göndərilmədiyini, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iştirakı təmin edilmədiyini və hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini göstərsə də, həmin dəlillər formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı ilə bank arasında bağlanmış ipoteka müqaviləsindən aydın olur ki, iddiaçı ipoteka müqaviləsini imzalayarkən bank qarşısında olan kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyi halda borcun ipoteka predmetinə yönəldilnəsi qaydası və halı ilə tanış edilmiş və bundan sonra o, ipoteka müqaviləsini imzalamışdır. Lakin o, bankdan götürmüş old uğu 23.000 ABŞ dolları məbləğində borcdan borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilən 30 sentyabr 2016-cı il tarixə kimi olan müddətdə cüzi məbləğdə ödəniş etmişdir ki, onun qətnamə qəbul edildiyi tarixə əsas borca görə 22.637.06 ABŞ dolları ödənilməmiş əsas kredit borcu qalmışdır. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı kredit götürdüyü zamandan banka cüzi ödəniş etməklə, yəni öhdəliyini tam icra etməməklə ipoteka predmetinin taleyinin həmin zamandan keçən uzun müddət ərzində hansı qaydada həll ediləcəyi barədə məlumatlı olmuş, həmçinin kredit müqaviləsinin etibarsızlığı, ipoteka müqaviləsinin etibarsızlığı, ipoteka predmetinin qiymətləndirilməsi barədə qiymətləndirmə aktı müxtəlif məhkəmə proseslərində mübahisələndirilmiş və həmin məhkəmə pro seslərində ipoteka predmetinin hərraca çıxarılmasından məlumatlı olmuşdur.
47. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
48. Kollegiya bildirir ki, iddiaçının tələbi əsasında ipoteka müqaviləsinin etibarsız sayılmadığı, habelə iddianın təmini tədbirinin nəticə etibarilə ləğv edildiyi nəzərə alındıqda məhkəmə qərarının məcburi icrası çərçivəsində, habelə iddiaçının məlumatı daxilində keçirilmiş hərracın etibarsız sayılmasına əsas olmaması barədə məhkəmələrin gəldiyi qənaət qanunvericiliyə uyğundur.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfin dən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8672/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv vəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov