Məhkəmə qərarları › İş №2(102)-1937/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1937/2023

08.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1937/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim) Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 mart 2023 -cü il tarixli, 2(103)- 5731/2022 saylı qərardadından cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 08 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı AMEA-nın M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnistituna qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Milli Elmlər Akademiyası akadem ik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ona münasibətdə ləğv edilməsi, işə bərpa olunması və qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 2(011)5197/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin İddiaçı aid hissədə ləğv olunması, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) 2(103)-5731/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2732/2022 saylı işi üzrə, 17 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət e dilmişdir.

6. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Fuad Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) 7 mart 2023-cü il tarixli, 2(103)5731/2022 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5731/2022 saylı işi üzrə, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən verilmiş kassasiya şikayətinin (müddətin bərpası barədə ərizə) geri qaytarılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1-ci maddəsi ilə müəyyən edilmiş formada və məzmunda tərtib edilmədiyindən, (qrafaların göstərilən konkret tələblərinə müvafiq) tamlığına, məğzinə və ardıcıllığına riayət edilmədiyindən və “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmədiyindən, kassasiya şikayətinin və müddətinin bərpası barədə ərizə qaytarılmalıdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5731/2022 saylı işi üzrə, xx.xx.2022ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixində kassasiya şikayəti vermiş, kassasiya şikayəti elektron imza ilə imzalanmadığına və şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edil məməsi əsası ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə qaytarılmışdır (iş v. 225, 243). xx.xx.2022ci il tarixində cavabdeh tərəfindən yenidən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(102)-795/2023 nömrəli qərardadı ilə qanunvericiliklə müəyyən edilmiş formada tərtib edilməməsi əsası ilə qeyri-mümkün hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə yolverilməz hesab edilərək qaytarılmışdır (iş səh.273,280). İş üzrə icra vərəqəsi xx.xx.2023ci il tarixində icraya yönəlmişdir (iş səh.286-289). Cavabdeh tərəfindən yenidən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı (Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-ci il tarixli 2(102)795/2023 nömrəli qərardadında qeyd edilən əsaslandırmaya mütənasib olaraq) Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti və müddətin bərpası barədə ərizə qanunvericiliklə müəyyən edilmiş forma (məzmuna) riayət edilmədən verildiyindən və geri qaytarılmalı olduğundan müddətin bərpası barədə ərizənin təyin edilməsi (baxılması) üçün əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)- 5731/2022 nömrəli, 7 mart 2023-cü il tarixli qərardadının ləğv edil məsi və kassasiya şikayətinin icraata götürülməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf məhkəmə qərardadını tamamilə qanunsuz və əsassız hesab edərək, həmin qərardaddan 30 noyabr 2022-ci il tarixdə şikayət vermiş və həmin şikayətində qeyd etmişdir ki, verilmiş kassasiya şikayəti faktiki olaraq elektron imza ilə imzalanmışdır. Digər tərəfdən isə qeyd etmişdir ki, verilmiş kassasiya şikayətinə görə dövlət rüsumu ödənilməməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumunu ödəməkdən azad olunurlar. Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu isə b üdcədən maliyələşən təşkilatdır. Kassasiya şikayəti və müddətin bərpası haqqındakı ərizə Bakı Аpеllyаsiyа Məhkəməsinə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir və asan imza ilə imzalanmışlar. Kassasiya şikayəti və müddətin bərpası haqqındakı ərizə asan imza ilə imzalanmasaydılar, əks halda həmin sənədləri cavabdeh tərəf Bakı Аpеllyаsiyа Məhkəməsinə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi göndərə bilməzdi və Bakı Аpеllyаsiyа Məhkəməsi də həmin sənədləri “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ala bilməzdi. Odur ki, cavabdeh tərəf hesab edir ki, Bakı Аpеllyаsiyа Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(103)-5731-2022 saylı qərardadının qəbul olunması sadəcə olaraq, cavabdeh tərəfi kassasiya şikayətini vermək qanuni hüquqlarından məhrum etmək məqsədi da şıyır. Bu hal isə eyni zamanda, Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun işgüzar nüfuzuna xələl gətirməklə yanaşı, böyük məbləğdə Dövlət vəsaitinin əsassız, tamamilə qeyri-qanuni itkisinə və qanunsuz hərəkətlərə qanuni don geyindirmək üsullarına yol açır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

15. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən ş əxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

16. Maddə 408.1. Mülki Prosessua l Məcəlləsinin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şik ayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

18. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş formaya (məzmuna) riayət edilmədən verildiyindən və geri qaytarılmalı olduğundan müddətin bərpası barədə ərizənin təyin edilməsi (baxılması) üçün əsaslar mövcud deyildir. Çünki müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Bu baxımdan da müddətin bərpasına dair ərizə ilə birlikdə verilən kassasiya şikayəti də qanunverciliklə müəyyən edilmiş forma və məzmuna uyğun olmalıdır.

23. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 mart 2023-cü il tarixli, 2(103)5731/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar