Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1939/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1939/2022 (Açar sözlər: mənzilə istifadə hüququnun itirilməsi, yaşayış sahəsinə ehtiyacın aradan qalxması ) Bakı şəhəri, 18 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9367/2021 nömrəli, 13 oktyabr 2021 il tarixli qətnaməsindən Cavabdeh kas sasiya şikayətinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzil 07.01.1998-ci il tarixdən İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətindədir.
2. Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının qızıdır.
3. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, 2016-cı ildə ailə qurub və həmin ildən də öz ailəsi ilə birlikdə başqa ünvanda yaşayır.
4. Mübahisə cavabdehin həmin evə istifadə hüquq ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzildən istifadə hüququn un itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, mübahisədə adı keçən mənzil iddiaçının atası X3 məxsus olub, 1998-ci ildə bağışlanma yolu ilə atası mənzili iddiaçıya vermişdir.
7. İddiaçı 05.02.1989-cu ildə X2 ilə rəsmi nikaha daxil olmuşdur və bu nikahdan iddiaçının iki uşağı var: hazırki iş üzrə cavabdeh olan xx.xx.1989-cu ildə təvəllüdlü qızı Cavabdeh və 25.01.1991-ci il təvəllüdlü X1.
8. İddiaçının nikahı 28.03.2014-cü il tarixdə Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur.
9. Cavabdeh iddiaçının mənzilində qeydiyyatdadır. Buna baxmayaraq, 2016-cı ildə ail qurub və öz ailəsi ilə birlikdə yaşayır.
10. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Cavabdehin iddiaçının evində qeydiyyatda qalması səbəbəindən id diaçı əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır və bu da iddiaçıya maddi cəhətdən ziyan vurur. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin ona məxsus evdən istifadə hüququ itirilməlidir.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2-ci, 1982-ci il Mənzil Məcəlləsinin 60, 61, 87, 97, 123-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarına istinad etmişdir.
12. Cavabdeh iddiaya yazılı etiraz verib. Etirazın dəlilləri: - iddiaçı iddiasının hüquqi əsası kimi 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin normalarına və Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarına istinad edib. İddia ərizəsindən də göründüyü kimi, mübahisəli mənzil özəlləşdirilmiş mənzildir, buna görə də Konstitusiya Məhkə məsinin 12.03.1999-cu il tarixli qərarı cavabdehə şamil oluna bilməz. Eyni zamanda mübahisəli mənzildə yaşamadığı iddia olunan müddət 2009-cu ildən sonraya aid olduğundan, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları da bu işə tətbiq oluna bilməz. - digər tərəfdən cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. Cavabdeh 2016-cı ildə ailə qurduqdan sonra başqa mənzildə yaşasa da, mübahisəli mənzillə və mənzilin mülkiyyətçisi olan iddiaçı ilə bağlılığını itirməmişdir. Cavabdeh mütəmadi olaraq həmin mənzilə gedir, orada yaşayır. Hətta mənzildə çəkilən internet cavabdehin ərinin adına rəsmiləşdirilib, onun ödənişlərini də əksər hallarda cavabdeh və onun əri ödəmişdir; - cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya hər hansı çətinlik yaratmır. Çünki hazırda bütün kommu nal ödənişlər işlədilən sərfiyyata uyğun olaraq ödənilir. Buna görə də bu, iddiaçıya maddi ziyan vurmur; - hətta cavabdeh övladı doğulanda bir müddət həmin mənzildə yaşayıb. Üstəlik, mənzildə aparılan təmir xərcini cavabdeh qarşılayıb. - mübahisəli mənzilə istifadə hüququ olduğundan cavabdehə yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına görə, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, kon stitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.
13. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-4338/2021 saylı, 03 iyun 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, qətnamə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatlarının ləğvi üçün əsas olması qət edilmişdir. (hakim Sərdar Mehrəliyev)
14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən şahid ifadəsinə istinadən müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 07.01.1998-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzildə qeydiyyatdadır.
15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzillə bağlı hüquq münasibətləri 2009-ci il oktyabrın 1-dək yarandığı üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08.10.2013-cü il tarixli Qərarına əsasən hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir.
16. Birinci instansiya məhkəməsi diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il Qərarına çəkərək qeyd edib ki, həmin Qərara görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına əsasən cavabdehin uzun müddət ərzində (5 il) iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 75 saylı mənzildə yaşamamasını, onun həmin mənzildən istifadə hüququnun əldə edilməsini zəruri edən əsasların (yaşayış sahəsinə ehtiyac) aradan qalxmasını nəzərə alıb, belə nəticəyə gəlib ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 228.2, 228.5-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 9-cu maddələri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh mənzildə qeydiyyatdadır. Cavabdeh 2016-cı ildə ailə qurduqdan sonra başqa mənzildə yaşasa da, həmin mənzillə və mənzilin mülkiyyətçisi olan iddiaçı ilə bağlılığını itirməmişdir. Cavabdeh mütəmadi olaraq həmin mənzilə gedir, orada yaşayır; - mübahisəli mənzilə istifadə hüququ olduğundan cavabdeh yalnız ona kompensasiya ödənilməklə istifadə hüququndan məhrum edilə bilər.
21. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9367/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(011)-4338/2021saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Namiq Cəfərov, Emin Meh diyev)
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin ona kompensasiya verilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti idd iaya etirazın dəlilləri və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq aşağıdakılar qeyd edilib: - cavabdehin hər hansı səbəbdən mübahisəli mənzildə yaşamaması, başqa yerə getməsi həmin şəxsi yaşayış sahəsinə olan hüquqdan məhrum etmir; - Mülki Məcəllənin 27.3-cü maddəsinə görə şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; - həmçinin cavabdehin yaşamağa başqa yeri yoxdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Kassasiya şikayətinə yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) kö çürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edi lməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tama milə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
31. İddiaçı tələbi iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun itirirməsi bərədədir. İşin məhkəmlər tərəfindən tərəfindən müəyyən edilən halına görə də mübahisədə adı keçən mənzil 1998-ci ildən iddiaçının mülkiyyətindədir, cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, ailə qurub 2016-cı ildən orada yaşamır.
32. Məhkəmə kollegiyası mənzilə istifadə hüququna xitam verilməsi müqabilində cavabdehin ona kompensasiya verilməsi ilə bağlı dəlilinə münasibətdə apellyasiya məhkəməsinin verdiyi qiymətlə razılaşır. Belə ki, cavabdehin ailə qurmaqla 2016-cı ildən mübahisədə adı keçən mənzildə yaşamaması işin mübahisə edilməyən halı kimi müəyyən edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əld ə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.Yaşayış sahəsinə ehtiyacın aradan qalxmasının bir əsas da keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsidir.
33. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərti iddianın təmin edilməsi üçün əsas olub. Bu baxımdan, iddianın təmin edilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun olmuşdur.
34. Apellyasiya instansiyası təqdim olunmuş sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.
35. Cavabdehin hər hansı səbəbdən mübahisəli mənzildə yaşamamasının, başqa yerə getməsinin onu yaşayış sahəsinə olan hüquq dan məhrum etməməsi, Mülki Məcəllənin 27.3-cü maddəsinin tələbi baxımından cavabdehin yaşayış yerini itirməməsi, cavabdehin yaşamağa başqa yerinin olmaması barədə kasassiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir.
36. Əvvəla, cavabdehin ilk iki dəlili Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında əks edilən hüquqi mövqe ilə təkzib edilir.
37. Cavabdehin yaşamağa başqa yerinin olmaması barədə kasassiya şikayətinin dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, bu dəlil yeni dəlildir, işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyib. Kassasiya instansiyasında işə mahiyyəti üzrə baxan məhkəmələrin baxış predmeti olmayan yeni dəlillərin irəli sürülməsi istisna edilir. Üstəlik, bu dəlil işin faktiki hallarının müəyyən edilməsi ilə bağlıdır ki, kassasiya instansiyası da işin faktiki hallarını müəyyən edən məhkəmə instansiyası deyil.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
39. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9367/2021 nömrəli, 13 oktyabr 2021 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.