Məhkəmə qərarları › İş №2(102)-1939/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1939/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1939/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X3 Cəmiyyəti, Respublika Xammal və X6 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X3 Cəmiyyəti, Respublika Xammal və X6 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3nə qarşı sifarişin, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-213/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 22 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Masallı Rayon Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2(050)-193/2010 saylı qətnaməsinə əsasən X1 «KredAgro» Qeyri Bank Kredit Təşkilatı ilə bağlanmış 16 iyul 2**8-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə yaranmış 39489,88 ABŞ dolları məbləğində kredit borcunun, ona hesablanmış faiz və cərimənin, 18 iyul 2**8-ci il tarixli CAMas 22054/08 saylı ipoteka m üqaviləsinə əsasən ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan mağazaya yönəldilməklə qiymətləndirmə təşkilatına yönəldilmədən açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş mağazanın ilkin satış qiymətinin 56399 ABŞ dolları müəyyənləşdirilməsi, satışdan əldə olunan pulun 39498,88 ABŞ dolları, ona hesablanmış faiz və cərimənin ödənilməsinə kifayət etmədikdə X1 və digər əmlaklar hesabına ödənilməsi qət edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə Şiraslan Məmmədov və İddiaçı apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 29 aprel 2010-cu il tarixli qətnaməsinin qismən qiymətləndirmə təşkilatına yönəldilməməsi, digər əmlakları hesabına ödənilməsi h issədə ləğv edilməsi, ipoteka ilə yüklü edilmiş mağazanın ilkin satış qiymətinin 56399 manat müəyyənləşdirilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

3. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icraat zamanı 01 iyul 2011-ci il tarixdə Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və hərracın yekununa dair 45/02 saylı protokola əsasən hərracın qalibi Cavabdeh1 BOKT QSC olmuşdur. Həmin tarixdə də sifarişçi Masallı rayon İcra Bölməsi ilə hərracın qalibi olan Cavabdeh1 BOKT QSC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

4. Masallı Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(050)-1832/2012 saylı qətnaməsi ilə iddia tələbi (iddiaçı: İddiaçı) təmin edilərək, hərracın yekunları barə də 01 iyul 2011-ci il tarixli, 45/02 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2011-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, ipotekaya xitam verilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 24 dekabr 2013-cü il tarixli, 2(106)-934/2013 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli, 2(050)-1832/2012 saylı qətnaməsi ipotekaya xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd olunmuşdur.

6. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 05 avqust 2014-cü il tarixdə icra vərəqəsi verilmişdir. Masallı rayon İcra Bölməsinin icra məmuru Gündüz Mehdiyev tərəfindən 21 avqust 2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və hərracın k eçirilməsi ilə bağlı sifariş verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun 12 dekabr 2018-ci il tarixli 1854/14 saylı sifarişinin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə 18 mart 2019-cu il tarixli 14/02 saylı protokolun etibarsız hesab olunması və ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən 19 yanvar 2015-ci il tarixdə, 13 mart 2015-ci il tarixdə, 8 iyun 2015-ci il tarixdə üç dəfə hərrac keçirilmiş, lakin əmlakı alan olmamışdır. İcra məmuru sözügedən ipoteka predmetinin satılması ilə bağlı 12 dekabr 2018-ci il tarixli 1854/14 saylı məktubla yenidən sifariş vermiş və həmin sifariş əsasında 28 yanvar 2019cu il tarixdə, 18 fevral 2019-cu il tarixlərdə hərraclar keçirilmiş, əmlakı alan olmamışdır. 18 mart 2019-cu il tarixdə isə Hərracın yekunları barədə 14/02 saylı protokol tərtib edilərək ipoteka predmetinin tələbkarın əldə etməsi qeyd edilmişdir. Yuxarıda göstərildiyi kimi, birinci hərrac 19 yanvar 2015-ci il tarixdə, təkrar hərrac 13 mart 2015-ci il tarixdə keçirilmiş, bundan sonra isə 8 iyun 2015-ci il tarixdə üç dəfə hərrac keçirilmiş, lakin əmlakı alan olmamışdır. Qanunvericiliyin tələbinə görə 13 mart 2015-ci il tarixdə keçirilmiş təkrar hərracdan sonra 30 gün ərzində, yəni 13 aprel 2015-ci il tarixədək ipoteka saxlayanın ipoteka predmetini onun dəyərindən 25% aşağı qiymətə almaq hüququ var idi. Bu müddət ərzində o, hüququndan istifadə etmədiyindən artıq ipotekaya xitam verilməlidir. Lakin bundan sonra ipoteka predmeti ilə bağlı keçirilmiş hərraclar, o cümlədən 8 iyun 2015-ci il tarixli hərrac, eləcə də icra məmurunun sözügedən ipoteka predmetinin satılması ilə bağlı 12 dekabr 2018-ci il tarixli 1854/14 saylı sifariş və bunun əsasında keçirilmiş 28 yanvar 2019-cu il tarixli və 18 fevral 2019-cu il tarixli hərraclar, həmçinin hərracın nəticələri barədə 18 mart 2019-cu il tarixli protokol tamamilə qanunsuz olmuşdur. Belə olan vəziyyətdə ipotekaya xitam verilməli olduğu təqdirdə, ipoteka predmeti ilə bağlı hərracın yekunlarına dair 18 mart 2019-cu il tarixli protokol tərtib edilməklə qanunvericiliyin tələbləri və sözügedən əmlakla bağlı onun hüquqları p ozulmuşdur.

9. Cavabdeh1 BOKT MMC iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-566/2020 nömrəli iş üzrə 8 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia tələbi təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 2015-ci ilin mart ayının 13-də təkrar hərrac keçirilməklə, hərrac baş tutmadığından həmin tarixdən 30 təqvim günü, yəni aprel ayının 13-dək ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanı olmuşdur. İpoteka saxlayan isə qeyd olunan müddət ərzində bu istiqamətdə heç bir tədbir görməmişdir. İcraatın dayandırılması barədə təqdimat aprel ayının 24-də verildiyindən tələbkarın ipoteka predmetini əldə etməsi mü ddətinə təsiri olmamışdır. Konstitusiya Məhkəməsinin istinad olunmuş qərarında hərracların sayına qiymət verilmiş və 2-dən artıq hərracın hər hansı əsasla keçirilməsi qanunazidd hesab edilmişdir. Bu baxımdan hazırkı icra işi üzrə 2015-ci ildə keçirilmiş ilkin və təkrar hərraclar istisna olmaqla, sonrakı hərraclar qanunazidd olmuşdur. Cavabdeh1 BOKT MMC-nin nümayəndəsi Ülviyyə Mirzəyeva və icra məmuru Gündüz Mehdiyev iddia tələbinə etirazlarını 2015-ci ildə keçirilən hərraclar zamanı məhz borclunun müraciəti əsasında icraatın dayandırılması səbəbindən sifarişin geri tələb edilməsi, 2019-cu ildə təkrar hərracdan sonrakı 30 gün ərzində isə tələbkarın ipoteka predmetini əldə etməsi ilə əsaslandırmışlar. Məhkəmə aşağıdakı xüsusatlara görə həmin arqumentlərlə razılaşmamışdır. Əvvəla, icraatın da yandırılması barədə icra məmurunun təqdimatı 24 aprel 2015-ci il tarixdə verilmişdir. Həmin tarixədək isə 19 yanvar 2015-ci il tarixdə ilkin hərrac, 13 mart 2015-ci il tarixdə isə təkrar hərrac keçirilmişdir. Yəni icraatın dayandırılması barədə təqdimat 24 aprel 2015-ci il tarixdə verilənədək artıq qanunvericiliklə nəzərdə tutulan hər iki hərrac keçirilmiş, icraatın dayandırılması hərracların keçirilməsinə mane olmamış, 13 aprel 2015-ci il tarixədək ipoteka saxlayanın ipoteka predmetini satın almaq hüququ olmuşdur. Həmin tarixədək isə Cavabdeh1 BOKT MMC göstərilən hüququndan yararlanmamışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 19, 317.1, 317.2, 337.5 və 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 43.1, 4 3.4-43.8-ci maddələrinə, Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh1 BOKT MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya icraatı zamanı icra işinin materiallarına istinadən müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən hərrac təşkilatına mübahisəli ipoteka predmetinin açıq hərracdan realizə edilməsinə dair sifariş 6 noyabr 2014-cü il tarixdə verilmişdir. Hərrac təşkilatı tərəfindən 1-ci hərrac 19 yanvar 2015-ci il, 2-ci hərrac 13 mart 2015-ci il, 3cü hərrac isə 8 iyun 2015-ci tarixlərinə təyin olunmuşdur.

15. Apellyasiya icraatı zamanı Cavabdeh3ndən 2019-cu il üçün "İdarə, müəssisə və təşkilatlardan daxil olan sənədlərin qeydiyyat kitabı" istənilmiş, kitaba məhkəmə iclasında baxış keçirilmiş və 18 mart 2019-cu il tarixdə hərrac təşkilatı olan "xxxx" MMC-dən hər hansı bir məktubun daxil olmadığı müəyyən edilmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1494/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi) Tofiq Heydərov və İsmayıl Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 BOKT MMC-nin apellyasiya şikayətin ə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qeyd olunan protokolun daha sonradan əvvəlki 18 mart 2019-cu il tarixinə tərtib olunması ilə bağlı iddiaçı tərəfin arqumentləri əsaslı olmuşdur. Belə ki, icra və probasiya şöbəsi ilə hərrac təşkilatı arasında aparılan bütün yazışmalar rəsmi sənədlər olmaqla, qurumların müvafiq qeydiyyat kitablarında qeydiyyatdan keçirilməlidir. İcra işinin materiallarında olan hərrac təşkilatından daxil olan bütün məktublara daxil olma ştampları vurulmaqla, daxil olduğu tarix və qeydiyyat nömrələri verilmişdir. İcraat zamanı müəyyən olunmuşdur ki, hərrac təşkilatının "ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracların yekunları barədə" 14/02 saylı 18 mart 2019-cu il tari xli protokolunun müşayiətedici məktubuna daxil olma ştampı vurulmamış, qeydiyyatdan keçirilməmişdir. Hərçənd ki, həmin tarixli protokolda hərracın keçirilməsini sifariş etmiş icra məmurunun imzası olmuş, icra və probasiya şöbəsinin möhürü protokola həkk olunmuş, Cavabdeh3 tərəfindən 15 avqust 2019-cu il tarixdə Hərrac Mərkəzi "xxxx" MMC-yə verilmiş sorğuda ipoteka predmetinin açıq hərracdan satışı ilə əlaqədar verilmiş sifarişin icra vəziyyəti barədə məlumat verilməsi xahiş olunmuş, əgər protokol həqiqətən 18 mart 2019-cu il tarixdə tərtib olunaraq icra məmuru tərəfindən imzalanıb, möhürlə təsdiq edilmiş olsaydı, icra məmuru bu məzmunda sorğu verməzdi. İcra sənədini vermiş Şirvan Apellyasiya Məhkəməsinin 19 avqust 2019-cu il tarixli sorğusuna 30 avqust 2019-cu il tarixdə verilən cavab da, protokolun daha sonradan əvvəlki 18 mart 2019-cu il tarixinə tərtib olunması ilə bağlı iddiaçı tərəfin arqumentlərini möhkəmləndirmişdir. Belə ki, İcra və probasiya şöbəsi icra sənədinin icrası istiqamətində görülən zəruri icra tədbirləri barədə məhkəməyə ətraflı məlumat vermiş, həmçinin qeyd etmişdir ki, hərrac təşkilatı tərəfindən 22 fevral 2019-cu il tarixli məktubla ipoteka predmeti borc əvəzinə ipoteka saxlayan "xxxx" MMC-yə təklif olunmuşdur, icra hərəkətləri davam etdirilir və icra ilə bağlı əlavə məlumat veriləcəkdir. Əgər protokol həqiqətən 18 mart 2019-cu il tarixdə tərtib olunaraq icra məmuru tərəfindən imzalanıb, möhürlə təsdiq edilmiş olsaydı, icra məmuru məhkəmənin sorğusuna verdiyi cavabda mütləq həmin halı xüsusilə vurğulayardı. Bütün sadalananlar isə yuxarıda qeyd olunan m addi hüquq normaları baxımından qanunsuz keçirilmiş hərracın nəticələrini şübhə altına almaqla, ipotekaya xitam verilməsinin birbaşa əsaslarıdır.

18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1 və 317.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 42 və 43-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh1 BOKT MMC (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1237/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Mehparə Əhmədova (məruzəçi), Ələsgər Əliyev və İsmayıl Xəlilov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının istinad etmiş olduğu və apellyasiya kollegiyasının razılaşmış olduğu xx.xx.2015-ci il tarixinə, xx.xx.2015-ci il tarixinə və xx.xx.2015-ci il tarixinə təyin edilmiş hərracın keçirilməsinə dair bildirişlərdə hərrac predmeti barədə məlumatlar qeyd edilərkən ilkin satış qiyməti 56399 manat göstərilmişdir ki, bu xüsusata işə mahiyəti üzrə baxmış apellyasiya kollegiyası diqqət yetirməmiş və hər hansı münasibət bildirməmişdir. Əgər apellyasiya kollegiyası bu hala diqqət yetirmiş olsa idi, o zaman qeyd edilən tarixləri h ərracın keçirilməsi tarixi kimi qəbul etdiyi halda hansı səbəbə ilkin satış qiymətinin qanunvericiliyə uyğun olaraq dəyişməli olduğu halda dəyişmədiyinə də münasibət bildirməli idi ki, bunu da etməmişdir. Halbuki, icra işindən görünmüşdür ki, 2018-ci ildə ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı sifariş eyni MMC-yə verilmiş, xx.xx.2019-cu il tarixinə ilkin hərrac təyin edilmiş və ilkin satış qiyməti 56399 manat göstərilmiş, həmin hərrac baş tutmadığına görə sonrakı hərrac xx.xx.2019-cu il tarixinə təyin edilmiş və hərracın keçirilməsinə dair bildirişdə ilkin satış qiyməti 56399 manatdan 15% çıxılaraq ilkin satış qiyməti 47939.15 manat müəyyən edilmişdir. Buradan da aydın olmuşdur ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş icra məmuru tərəfindən verilm iş izahatda (İ cild, səh. 49) göstərildiyi kimi, iddiaçı tərəfindən İcra Bölməsinin rəisinə ünvanlanmış ərizəyə (İcra işində olan ərizəyə) uyğun olaraq "xxxx" MMC-yə ünvanlanmış sifariş geri tələb olunmuşdur ki, bunun da nəticəsi olaraq ipoteka predmeti barəsində 2015-ci ildə hərrac keçirilməmişdir. Odur ki, icraatın dayandırılmasına zərurət olan hal aradan qalxdıqdan və icraatın dayandırılması barədə məhkəmə qərardadı ləğv edildikdən sonra xx.xx.2018-ci ildə icra məmuru "xxxx" MMC-yə ipoteka predmeti barəsində hərrac keçirilməsinə dair sifariş ünvanlayaraq daşınmaz əmlakın keçirilməsi ilə bağlı hərracın davam etdirilməsini deyil, təkrar realizə edilməsi məqsədilə hərracın keçirilməsini xahiş etmişdir.

22. Məhkəmə gəldiyi nəticəni MPM-in 10.8-1, 407.2, 416.1, 417.1.3, 418.1 və 418.3cü madd ələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-990/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi ilə (İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Zaur Allahyarov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlər üzrə istinad edilən 19 yanvar 2015-ci il tarixli, 13 mart 2015-ci il tarixli və 8 iyun 2015-ci il tarixli hərracların qanunvericiliyin tələblərinə uyğun keçirilməsi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında müvafiq hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasit ələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi, eləcə də bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin öyrənilməsinin müddəti və qaydası haqqında məlumatların olduğu müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının istinad etdiyi və məhkəmənin razılaşmış olduğu 19 yanvar 2015-ci il tarixinə, 13 mart 2015-ci il tarixinə və 8 iyun 2015-ci il tarixinə təyin edilmiş hərracın keçirilməsinə dair bildirişlərdə hərrac predmeti barədə məlumatlar qeyd edilərkən ilkin satış qiyməti 56399 manat göstərilmişdir ki, bu xüsusata məhkəmə diqqət yetirməmiş və hər hansı münasibət bildirməmişdir. 2015-ci ildə hərraclar keçirilməsi qanuni olmamışdır. Bu hal həm də onunla təsdiq olunmuşdur ki, iddiaçının ərizəsi ilə icra məmuru sifarişi geri tələb etmiş, icraat dayandırılmış və icraatın təzələnməsindən sonra xx.xx.2018-ci il tarixdə icra məmuru tərəfindən Hərrac Təşkilatına yeni sifariş verilmişdir.

26. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42 və 43-cü maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya instansiyası məhkəməsinin 2(102)-5199/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi), Aqil Abbasov və Zaur Əliyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

29. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası öz mövqeyini həm 19 yanvar, 13 mart və 8 iyun 2015-ci il tarixlərinə təyin olunmuş hərracların keçirilmədiyi ilə, həm də bu hərracların qanuni olmadığı ilə əsaslandırmışdır. Halbuki verilmiş bildirişlər əsasında eyni zamanda hər iki nəticəyə gəlmək mümkün deyildir. Çünki, hərracın ümumiyyətlə keçirilmədiyi (təxirə salındı ğı, geri çağırıldığı) müəyyən edilərsə onda ümumiyyətlə hərracın qanuniliyi də müzakirə predmeti ola bilməz.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin əsası kimi iddiaçının istinad etdiyi digər hal əmlakın hərracdan Bank tərəfindən əldə edilməsi barədə xx.xx.2019-cu il tarixli yekun protokolun sonradan geri tarixlə tərtib olunması, başqa sözlə saxta olması ilə bağlı olmuşdur. Bununla bağlı apellyasiya instansiya məhkəməsində birinci icraat zamanı işdə olan və əlavə tələb olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, icra işində olan hərrac təşkilatının "ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracların yekunları barədə" 14/02 saylı 18 mart 2019-cu il tarixli protokolunun müşayiətedici məktubuna daxil olma ştampı vurulmamış, qeydiyyatdan keçirilməmişdir. Hərçənd ki, həmin tarixli protokolda hərracın keçirilməsini sifariş etmiş icra məmurunun imzası olmuş, icra və probasiya şöbəsinin möhürü protokola həkk olunmuşdur. Həmçinin Cavabdeh3 tərəfindən 15 avqust 2019-cu il tarixdə Hərrac Mərkəzi "xxxx" MMC-yə verilmiş sorğuda ipoteka predmetinin açıq hərracdan satışı ilə əlaqədar verilmiş sifarişin icra vəziyyəti barədə məlumat verilməsi xahiş olunmuşdur. Apellyasiya icraatı zamanı Cavabdeh3ndən 2019-cu il üçün "İdarə, müəssisə və təşkilatlardan daxil olan sənədlərin qeydiyyat kitabı" istənilmiş, kitaba məhkəmə iclasında baxış keçirilmiş və 18 mart 2019-cu il tarixdə hərrac təşkilatı olan "xxxx" MMC-dən hər hansı bir məktubun daxil olmadığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iddiaçının qeyd olunan dəl ili ilə bağlı hər hansı araşdırma aparılmamış, bu dəlillə bağlı işdə olan sübutlara qiymət verməmişdir.

31. Məhkəmə kollegiyasıdaha sonra qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəmələr tərəfindən ipoteka predmetinin açıq hərracdan satılmasına dair 5 bildiriş verildiyi müəyyən olunmuşdur. Bu isə o deməkdir ki, hətta 19 yanvar 2015-ci il tarixli, 13 mart 2015-ci il tarixli və 8 iyun 2015-ci il tarixli bildirişlər nəzərə alınmasa belə, xx.xx.2019-cu il tarixinə və xx.xx.2019-cu il tarixinə təyin edilmiş iki hərracdan sonrakı 1 ay ərzində Bankın ipoteka predmetini əldə etmədiyini müəyyən olunması “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən iddianın təmin olunması üçün ayrıca əsas ola bilərdi.

32. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 416.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42 və 43-cü maddələrinə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

33. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-213/2023 nömrəli iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (Cahid İmanov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Samir Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" BOKT MMC-nin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

34. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, icra məmuru tərəfindən hərrac təşkilatına mübahisəli ipoteka predmetinin açıq hərracdan satılmasına dair sifariş 6 noyabr 2014-cü il tarixdə verilmişdir. Hərrac təşkilatı tərəfindən birinci hərrac 19 yanvar 2015-ci, ikinci hərrac 13 mart 2015-ci, üçüncü hərrac is ə 8 iyun 2015-ci tarixlərinə təyin olunmuşdur. İpotekaya xitam verilməsi üçün əsaslar artıq ikinci hərracın baş tutmadığı 13 mart 2015-ci il tarixindən hesablanmaqla 30 təqvim gününün bitdiyi tarixdə, yəni 13 aprel 2015-ci il tarixində mövcud olmuşdur. Həmin tarixədək icra sənədi üzrə icra hərəkətlərinin aparılması dayandırılmamışdır. Belə ki, icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə icra məmuru 24 aprel 2015-ci il tarixdə təqdimat vermiş və məhkəmənin 7 may 2015-ci il tarixli qərardadı əsasında icraat dayandırılmışdır. Bunlara baxmayaraq hərrac təşkilatı ipoteka predmetinin açıq hərracdan satılmasına dair növbəti üçüncü hərracı 8 iyun 2015-ci il tarixə təyin etmiş və yalnız icra məmurunun icraatın dayandırılmasına dair 18 may 2015-ci il tarixli məktubunu aldıqdan sonra h ərracları təşkil etməyi dayandırmışdır. Daha sonra isə icraatın dayandırılmasına dair qərardadın ləğv olunduğu 19 avqust 2015-ci il tarixdən sonra icra məmuru 18 dekabr 2015-ci il tarixdə qətnamənin nəticə hissəsinə izah verilməsi barədə ərizə vermiş, 12 dekabr 2018-ci il tarixədək onu geri istəməkdən başqa hər hansı bir icra hərəkəti həyata keçirməmişdir. Dayandırılmış icraat təzələnəndən sonra, icra hərəkətlərini dayandırılmış yerdən davam etmək (X2 münasibətdə məcburi icra tədbirləri həyata keçirmək) əvəzinə, ipotekaya xitam verilməsi üçün əsasların mövcudluğunu bilə-bilə icra məmuru 12 dekabr 2018-ci il tarixli sifarişlə ipoteka predmetinin açıq hərracdan satılmasına yenidən sifariş vermişdir. Bu dəfə hərrac təşkilatı tərəfindən 1-ci hərrac 28 yanvar 2019-cu il, 2-ci hərrac isə 18 fevr al 2019-cu il tarixlərinə təyin olunmuşdur. İpoteka predmeti təkrar hərracdan satılmadığından, hərrac təşkilatı "İpoteka haqqında" Qanunun 43-cü maddəsinə müvafiq olaraq 22 fevral 2019-cu il tarixli məktubla ipoteka saxlayan "xxxx"BOKT MMC-nə ipoteka predmetini qəbul etməyi təklif etmişdir. Təkrar hərracın baş tutmadığı 18 fevral 2019-cu il tarixindən 30 təqvim günü ərzində, yəni 18 mart 2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən ipoteka saxlayan ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz aşağı dəyərlə borc əvəzinə, 35954,36 manata qəbul etmişdir.

35. Apellyasiya məhkəməsi qeyd olunan protokolun daha sonradan əvvəlki 18 mart 2019-cu il tarixinə tərtib olunması ilə bağlı iddiaçı tərəfin arqumentlərini əsaslı hesab edərək göstərmişdir ki, icra və probasiya şöbəsi i lə hərrac təşkilatı arasında aparılan bütün yazışmalar rəsmi sənədlər olmaqla, qurumların müvafiq qeydiyyat kitablarında qeydiyyatdan keçirilməlidir. İcra işinin materiallarında olan hərrac təşkilatından daxil olan bütün məktublara daxil olma ştampları vurulmaqla, daxil olduğu tarix və qeydiyyat nömrələri verilməlidir. Yalnız hərrac təşkilatının "ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracların yekunları barədə" 14/02 saylı, 18 mart 2019-cu il tarixli protokolunun müşaiətedici məktubuna daxil olma ştampı vurulmamış, qeydiyyatdan keçirilməmişdir. Qeyd olunan halın dəqiqləşdirilməsi məqsədlə birinci apellyasiya icraatı zamanı Cavabdeh3ndən 2019-cu il üçün "İdarə, müəssisə və təşkilatlardan daxil olan sənədlərin qeydiyyat kitabı" istənilmiş, kitaba məhkəmə iclasında baxış keçirilmiş və 18 mart 2019-cu il tarixdə hərrac təşkilatı olan "xxxx" MMC-dən hər hansı bir məktubun daxil olmadığı müəyyən edilmişdir. Hərçənd ki, həmin tarixli protokolda hərracın keçirilməsini sifariş etmiş icra məmurunun imzası olmuş, icra və probasiya şöbəsinin möhürü protokola həkk olunmuşdur. Cavabdeh3 tərəfindən 15 avqust 2019-cu il tarixdə Hərrac Mərkəzi "xxxx" MMC-nə verilmiş sorğuda ipoteka predmetinin açıq hərracdan satışı ilə əlaqədar verilmiş sifarişin icra vəziyyəti barədə məlumat verilməsi xahiş olunmuş, əgər protokol həqiqətən 18 mart 2019-cu il tarixdə tərtib olunaraq icra məmuru tərəfindən imzalanıb, möhürlə təsdiq edilmiş olsaydı, icra məmuru bu məzmunda sorğu verməzdi. İcra sənədini vermiş Şirvan Apellyasiya Məhkəməsinin 19 avqust 2019-cu il tarixli sorğusuna 30 avqu st 2019-cu il tarixdə verilən cavab da, protokolun daha sonradan əvvəlki 18 mart 2019-cu il tarixinə tərtib olunması ilə bağlı iddiaçı tərəfin arqumentlərini möhkəmləndirmişdir. Belə ki, İcra və probasiya şöbəsi icra sənədinin icrası istiqamətində görülən zəruri icra tədbirləri barədə məhkəməyə ətraflı məlumat vermiş, həmçinin qeyd etmişdir ki, hərrac təşkilatı tərəfindən 22 fevral 2019-cu il tarixli məktubla ipoteka predmeti borc əvəzinə ipoteka saxlayan "xxxx" MMC-nə təklif olunmuş, icra hərəkətləri davam etdirilimş və icra ilə bağlı əlavə məlumat veriləcəkdir. Əgər protokol həqiqətən 18 mart 2019-cu il tarixdə tərtib olunaraq icra məmuru tərəfindən imzalanıb, möhürlə təsdiq edilmiş olsaydı, icra məmuru məhkəmənin sorğusuna verdiyi cavabda mütləq həmin halı xüsusilə vurğulayardı.

36. Ape llyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə ipoteka predmetinin açıq hərracdan satılmasına dair 5 bildiriş verildiyi müəyyən olunmuşdur. Bu isə o deməkdir ki, hətta 19 yanvar 2015-ci il tarixli, 13 mart 2015-ci il tarixli və 8 iyun 2015-ci il tarixli bildirişlər nəzərə alınmasa belə, xx.xx.2019-cu il tarixinə və xx.xx.2019-cu il tarixinə təyin edilmiş iki hərracdan sonrakı 1 ay ərzində Bankın ipoteka predmetini əldə etmədiyini müəyyən olunması "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə zidd olmaqla iddianın təmin olunmasının ayrıca əsaslarından biridir.

37. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1 və 317.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 43-cü maddələrinə, Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublika sı Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh1 BOKT MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Şikayət onunla əsaslandırılmışdır ki, BOKT MMC tərəfindən ipoteka predmeti olan daşınmaz əmlak üzrə qanunvericiliyə uyğun olaraq vaxtında hərrac mərkəzi tərəfindən təklif qəbul edərək, Cavabdeh1 BOKT MMC tərəfindən həmin daşınmaz əmlak balansa götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsində iclas zamanı həmin daşınmaz əmlakın vaxtında hərracdan götürülməsi barədə dəlillər və sənədlər məh kəməyə təqdim olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 həmin iş üzrə birinci instansiya məhkəməsinin bütün iclaslrında iştirak etməsinə baxmayaraq Cavabdeh3 Hərrac Mərkəzi "xxxx" MMC-yə əmlakın balansa götürülüb-götürülməməsi barədə 15 avqust 2019-cu il tarixli sorğusu barədə heç bir sənəd təqdim etməmiş və ya bu barədə məlumat verməmişdir. Həmin sənədi apellyasiya instansiyası məhkəməsinin iclasında təqdim etmişdir ki bu da yolverilməzdir. Məhkəmə nəzərə almamışdır ki, həmin sorğunun əsli ümumiyyətlə olmamışdır, sorğunun sürəti təqdim olunmuşdur. Məhkəmə isə bu sorğunun saxta olub-olmamasını yoxlamadan qəbul edilmişdir. Halbuki, həmin sorğu ümumiyyətlə icra sənədlərində aşka edilməmişdir. Cavabdeh1 BOKT MMC tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hərracdan balansına götürülməsi sübuta yetirilmişdir.

40. Cavabdehdaha sorra kassasiya şikayətində qeyd etmişdir ki, hərracın 2015-ci il tarixdə dayandırılmasının səbəbi, Vəkil1 tərəfindən icra şöbəsinə verilmiş Konstitusiya Məhkəməsinin məktubu olmuşdur. Həmin məktub guya ki, Konstitusiya Məhkəməsi tərəfindən işin icraata götürülməsi barədə idi. Lakin məlum olmuşdur ki, Konstitusiya Məhkəməsi həmin işi 2015-ci il tarixdə ümumiyyətlə icraata götürməmişdir. Vəkil tərəfindən icra şöbəsinə qəsdən icra icraatını saxlamaq məqsədi ilə saxta sənəd verilmişdir. Bundan başqa 2018-ci il tarixdə icra tədbirləri davam etdirilərək, hərracların keçirilməsi barədə məktublar və xəbərnamələri iddiaçı qəbul etmiş, həmin əmlakın balansa məcburi qəbul olunması barədə də iddiaçıya rəsmi məlumat veril mişdir. Belə olan iddiaçı həmin vaxt iddia qaldırmamış, bununla da əmlakın cavabdehin balansına keçirilməsinə razı olmuşdur.

41. Cavabdeh şikayətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci, MPM-in 361.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. İddiaçı kassasiya şikayətinə etiraz edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiyası Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kim i onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir.

44. Maddə 317.1. Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

45. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

46. Maddə 43.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir.

47. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasınd a ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

48. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.

49. Maddə 43.5. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

50. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiyməti ndən 25 faiz az olmayan qiymətlə ala bilər.

51. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarı 52. “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predme tinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyə n hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. 53. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirild ikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin bax ılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilçə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki iş bir neçə dəfə apellyasiya instansiyası məhkəməsinin və Ali Məhkəmənin icraatında olmuş, cavabdehin hazırkı kassasiya şikayətində irəli sürdüyü dəlillər özü tərəfindən verilmiş apellyasiya şikayəti və kassasiya şikayətlərində, qarşı tərəfin verdiyi kassasiya şikayətinə etirazında, məhkəmə iclaslarında irəli sürmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-213/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar