Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1939/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi, azad olma məbləği) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.20 25-ci il tarixli 2(103)-490/2025 nömrəli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “YYY” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətindədir. **********795 nömrəli, xx.xx.2023-cü il tarixli “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən həmin avtomobil 1 il müddətinə Cavabdeh Sığorta Şirkəti ASC (bundan sonra “cavabdeh” və ya “Sığorta Şirkəti”) tərəfindən könüllü sığorta müqaviləsi (kasko sığortası) üzrə sığortalanmışdır.
2. Sığorta müqaviləsinə əsasən sığorta məbləği 10.000 manat müəyyən edilmişdir. İddiaçı avtomobilin ida rə edilməsi səlahiyyətini xx.xx.2023-cü il tarixli etibarnamə ilə X1 həvalə etmişdir. xx.xx.2023-cü il tarixdə ünvan1 yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı X4 idarə etdiyi “ChevroletAveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “XXX” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirmişdir.
3. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla həmin yol-nəqliyyat hadisəsinin baş verməsində X4 təqsirkar bilinmiş, onun İXM-nin 327.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.
4. Cavabdeh tərəfindən avtomobilə dəymiş maddi zərər 14.330 manat məbləğində qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya sığorta hadisəsi baş verən zaman nəqliyyat vasitəsinin sürücüyə icarəyə ve rildiyi üçün sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq şərtsiz azadolma məbləğinin ümumilikdə 10.100 manat təşkil etdiyi, baş vermiş sığorta hadisəsi nəticəsində azadolma məbləğinin sığorta məbləğindən artıq olduğundan, sığorta ödənişinin edilməsi öhdəliklərinin yaranmadığı bildirilmiş və iddiaçıya (sığortalıya) sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
5. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1794 nömrəli ekspert rəyinə əsasən təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 11.000 manat olmuş, 2012-ci il buraxılışlı “YYY” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 7.700 (11.000-30%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.330 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “YYY” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən X4 xx.xx.2023-cü il tarixdə, saat 16:15 radələrində ün van1 yolu ilə hərəkətdə olarkən X2 idarə etdiyi “XXX” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı iddiaçının avtomobilinə 14.330 manat maddi ziyan dəymişdir. Lakin hadisədən uzun müddət keçməsinə baxmayaraq, avtomobilinə dəymiş maddi ziyanla bağlı Sığorta Şirkəti tərəfindən heç bir ödəmə aparılmamış, kasko sığorta müqaviləsinin tələbləri pozulmuşdur.
8. Cavabdeh iddiaya yazılı etiraz (etiraza əlavə) təqdim edərək bildirmişdir ki, iddiaçı ilə Sığorta Şirkəti arasında bağlanmış müqavilə üzrə avtonəqliyyat vasitəsinin sığorta dəyəri və sığorta məbləği 10.000 manat, şərtsiz azadolma məbləği 100 manat müəyyən edilmişdir. Həmin şəhadətnamənin “əlavə şərtlər və təminatlar” bölməsində avtonəqliyyat vasitəsini taksi kimi istifadə edilən və ya icarəyə verilən NV-si üzrə azadolma məbləği +10.000 manat əlavə şərtsiz azadolma məbləğinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Sığorta hadisəsi baş verən vaxt nəqliyyat vasitəsi sürücüyə icarəyə verildiyi üçün sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq şərtsiz azadolma məbləği ümumilikdə 10100 manat təşkil etmişdir. Beləliklə, baxılan halda baş vermiş sığorta hadisəsi nəticəsində azadolma məbləği sığorta məbləğindən artıq olduğundan, sığortaçının sığortalıya sığorta ödənişi etmək öhdəliyi yaranmamışdır. Belə ki, hadisə tarixindən 2 gün sonra, yəni 13 sentyabr tarixində hadisə zamanı sürücü olmuş X4 şirkətin əməkdaşlarına verdiyi video izahatda avtomobili icarəyə götürdüyünü bildirmişdir. O, həmçinin izahatda avtomobili icarəyə verən şirkətlərin (rent a car) şərtlərindənsə iddiaçı ilə aralarında olan razılaşmanın daha sərfəli olmasını bildirmişdir (daha çox icarə haqqı, vergilər və s.). İzahatdan məlum olmuşdur ki, ümumiyyətlə, sürücü iddiaçını yaxından tanımır, vasitəçinin köməyi ilə avtomobili icarəyə götürmüşdür. Sürücü iş üzrə hazırlıq iclasında ifadə verərkən də həmin nəqliyyat vasitəsi ilə ictimai iaşə obyektinə (restoran, şadlıq sarayı) ərzaq və ya içki məhsulları daşıdığını qeyd etmişdir. Bundan əlavə, iş materiallarına əsasən iddiaçı mülkiyyətində olan avtomobili xx.xx.2023-cü il tarixli etibarnamə ilə X3 uzunmüddətli istifadəyə vermiş, elə həmin gün **********795 nömrəli sığorta müqaviləsi ilə sığortalanmışdır. Mülki Məcəllədə və digər qanunvericilik aktlarında daşınar əşyaların icarə müqaviləsinin forması (şifahi və ya yazılı) ilə bağlı hər hansı tələb mövcud deyil. Sığ orta müqaviləsinin özündə icarəyə verilmənin müqavilə əsasında rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu isə əşyanın verilməsi yolu ilə faktik icarə münasibətlərinin, sahibliyin yaranmasını ehtiva edir. İşin faktiki hallarından da aydın olur ki, tərəflər arasında icarə münasibəti mövcud olmuş, nəqliyyat vasitəsi X1un istifadəsinə verilmiş və o, həmin nəqliyyat vasitəsini gəlir götürmək üçün istifadə etmişdir.
9. Məhkəmənin təşəbbüsü ilə X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.
10. Birinci instansiya məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyun 2024-cü il tarixli, 9/1794 nömrəli rəyinə görə təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələ nməmişdən əvvəlki orta bazar qiyməti təxminən 11000 manat olmuş 2012-ci il buraxılışlı “YYY” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 7700 (11000-30%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir.
11. Səbail Rayon Məhkəməsinin 2(009)-404/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi zərərin əvəzi olaraq 7.600 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 96 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın 60 manat hissəsinin cavabdehdən, 40 manat hissəsinin iddiaçıdan tutulması qət edilmişdir. (hakim Rəna Qafarova)
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilikdə sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir.
13. Birinci instansiya məhkəməsi cavabdehin “avtomobilin icarə əsasında üçüncü şəxsin istifadəsində olduğuna” dair dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi yeganə sübut video yazıdır ki, cavabdehin əməkdaşı hadisədən dərhal sonra xəstəxanada üçüncü şəxs dən müsahibə almış, məhkəmə icraatı dövründə isə X1 həmin video yazıda bildirdiyi xüsusatları təsdiq etməmişdir. Məhkəmə araşdırması dövründə nə iddiaçı, nə də ki, üçüncü şəxs avtomobilin icarəyə verilməsini təsdiq etməmişlər.
14. Birinci instansiya məhkəməsi sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 9/1794 nömrəli rəyini mötəbər sübut hesab edərək göstərmişdir ki, rəylə razılaşmamaq üçün heç bir əsas yoxdur. Eyni zamanda “Chevrolet Aveo” markalı, ** MT *** dövlət nömrəli nişanlı minik avtomobilin sığorta müqaviləsinə əsasən hər hadisə üzrə 100 manat azadolma məbləğinin çıxılması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və qanunvericiliyin tələbləri nəzərə alınmaqla 7.700-100=7.600 manat məbləğində pul vəsaiti cavabdehdən t utularaq iddiaçının xeyrinə ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 922, 926-cı, Mülki Prossesual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın və etiraza əlavənin məzmununa uyğun əsaslandırmış və və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində bütün sübutlar tədqiq edilsə də, cavabdeh tərəfindən təqdim edilmiş video izahatın yer aldığı CD (disk) tədqiq edilməmişdir. Video izahatın sübut kimi qiymətləndirilməməsinin səbəbləri göstərilməmişdir. Video izahat i şin gedişatına birbaşa təsir edəcək sübut olduğu halda məhkəmə tərəfindən tədqiq edilməmiş, ona tətbiq edilməli hüquq normalarına uyğun qiymət verilməmişdir. İddiaçı ilə hadisə zamanı sürücü olmuş şəxs arasında olan faktiki icarə münasibətləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Buna səbəb də iddiaçının və sürücünün aralarında icarə müqaviləsinin olmamasını bildirməsi olmuşdur. Mülki Məcəllədə və digər qanunvericilik aktlarında daşınar əşyaların icarə müqaviləsinin forması (şifahi və ya yazılı) ilə bağlı hər hansı tələb mövcud deyil. Sığorta müqaviləsinin özündə icarəyə verilmənin müqavilə əsasında rəsmiləşdirilməsi nəzərdə tutulmur. Bu isə əşyanın verilməsi yolu ilə faktiki icarə münasibətlərinin, sahibliyin yaranmasını ehtiva edir. İddiaçının nümayəndəsi və hadisə zamanı sürücü olmuş X4 video müsahibədə dediyini məhkəmədə inkar edərək avtomobilin icarəyə verilməsi ilə bağlı dediklərinin həqiqəti əks etdirmədiyini, müsahibə verərkən anlaqlı vəziyyətdə olmadığını israrla bəyan etmişdir. Onların video müsahibədə tək inkar etdiyi, sürücünün anlaqsız olduğunu iddia etdiyi hissə məhz icarə münasibətləri ilə bağlı hissə olmuşdur. Halbuki iş materiallarına nəzər salsaq görərik ki, sürücünün yol-nəqliyyat hadisəsi zamanı aldığı zədələr onu anlaqsız vəziyyətə gətirərəcək zədələr deyil, ayaq və qabırğaları ilə bağlı olmuş və bu onun video izahat zamanı şüurunun yerində olmamasını sübut etmir. Bu səbəbdən,video-izahat daha dəqiq tədqiq edilməli, şəxsin müsahibə zamanı anlaqlı olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası t əyin edilməli idi. Tərəflər arasında rəsmiləşdirilmiş icarə müqaviləsi olmasa belə, sürücünün etirafından aydın olmuşdur ki, onlar arasında olan münasibət əvəzsiz istifadə münasibəti deyil faktiki icarə münasibəti olmuşdur. Məhkəmə ekspert rəyini təkzib edən işdə olan sübutları qiymətləndirməmiş, rəylə razılaşmamaq üçün əsaslar olduğu halda qətnamədə belə əsasın olmamasını göstərmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, mübahisə sığorta ödənişinin məbləği barəsində deyil. İddiaçı özü də sığortaçının qiymətləndirməsi ilə razı olmuşdur. Bu halda nəqliyyat vasitəsinə dəyən zərərin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizasının keçirilməsi məqsədəuyğun hesab edilmirdi. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsini iddia edir, cavabdeh tərəf isə avtomobilin icarə münasibətləri əsasında üçüncü şəxsin istifadəsində olduğuna istinad edərək iddiaya etiraz edir”. Halbuki cavabdeh nəqliyyat vasitəsinin üçüncü şəxsin istifadəsinə verildiyinə görə iddiaya etiraz edib sığorta ödənişindən imtina etmir. Cavabdeh iddia edir ki, hadisə sığorta hadisəsi kimi tanınıb, zərər məbləği 14.333 manat məbləğində qiymətləndirilib, amma hadisə zamanı nəqliyyat vasitəsi faktiki icarəyə verildiyi üçün sığorta müqaviləsinin şərtinə əsasən 10.000 manat məbləğində azadolma məbləği tətbiq edilməlidir. Bu halda da müqavilə üzrə nəzərdə tutulmuş azadolma məbləğinin sığorta məbləğindən artıq olduğunu nəzərə alınaraq iddiaçıya sığorta ödənişi ödənilə bilməz.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-490/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Cəmilə Musayeva)
19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edərək qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən və iddiaçının mülkiyyətində olan “YYY” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023cü il tarixli “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən 1 il müddətinə Cavabdeh ASC tərəfindən kasko (könüllü) sığortası üzrə sığortalanmışdır. Həmin avtomobil iddi açı tərəfindən idarə edilməsi üçün xx.xx.2023-cü il tarixli etibarnamə ilə X1 verilmişdir. Avtomobilin bu qaydada istənilən səlahiyyətli (sürücülük hüququ olan) şəxsin istifadə və sahibliyinə verilməsi həmin müqavilədə nəzərdə tutulmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, qeyd edilən yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi olub-olmaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Belə ki, iddiaçı cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan avtomobilə dəymiş zərərə görə sığorta ödənişi verilmədiyini əsas gətirərək avtomobilə dəymiş zərərin ödənilməsini tələb edir. Cavabdeh isə baş vermiş sığorta hadisəsi üzrə sığorta məbləği həddində ödəniş vermək öhdəliyinin olduğunu, lakin tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən 100 manat şərtsiz və avtomobil icarəyə verildiyindən 10.000 manat məbləğində əlavə azadolma məbləğinin nəzərdə tutulduğunu bildirir və nəticə etibarı ilə ümumi azadolma məbləğinin (10.100 manat) sığorta məbləğindən (10.000 manat) çox olması səbəbindən baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsindən imtina edir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə üzrə ilk növbədə baş vermiş sığorta hadisəsi üzrə dəymiş zərər məbləğinə əlavə azadolma (10.000 manat) məbləğinin tətbiq edilməsinin qanuniliyi yoxlanılmalı, bundan sonra iddiaçının tələb etdiyi sığorta ödənişinin ödənilməsi məsələsinə hüquq qiymət verilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sığorta müqaviləsində sığorta məbləğinin 10000 manat, şərtsiz azadolma məbləğinin 100 manat olduğu göstərilmişdir. Bununla yanaşı, həmin müqavilədə 2 konkret hal üzrə əlavə azadolma məbləği də nəzərdə tutulmuşdur: 1) yaşı 24-dən və ya sürücülük təcrübəsi 2 ildən çox olmayan sürücülər – 500 manat; 2) Taksi kimi istifadə edən və ya icarəyə verilən nəqliyyat vasitəsi üzrə – 10000 manat. İddiaçı həmin müqavilənin məzmunu, o cümlədən bu şərtlə tanış olmaq və onu qəbul etmək imkanına malik olmuş və müqaviləni imzalamaqla hüquqi nəticə etibarı ilə həmin şərtlərlə razılaşaraq, onları qəbul etmişdir. Bu baxımdan həmin şərtlər müqavilənin standart şərtləri olaraq onun tərkib hissəsinə çevrilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, sığorta qanunvericiliyinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir və sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərti kimi nəzərdə tutulmuş 100 manat şərtsiz azadolma məbləği ilə bağlı mübahisə yoxdur. 10000 manat əlavə azadolma məbləğinin tətbiqi isə müqavilə şərti kimi avtomobilin taksi kimi istifadə edilməsi və ya icarəyə verilməsi halından asılı edilmişdir. Hazırda da cavabdeh müqavilənin məhz həmin şərtinə və sığorta olunanın (hazırki mülki iş üzrə üçüncü şəxs) yol-nəqliyyat hadisəsindən sonra xəstəxanda sığorta şirkətinin əməkdaşı tərəfindən videoyazı ilə müşayiət olunan suallarına cavabına istinad edərək avtomobilin hadisə vaxtı sığortalı tə rəfindən sığorta olunana icarəyə verildiyi qənaətinə gəlmiş və həmin halın da əlavə azadolma məbləğinin zərər məbləğindən çıxılmasına əsas yaratdığı arqumentindən çıxış edərək yekunda sığorta ödənişinin verilməsindən imtina etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə müqavilədə bu hal üzrə məhz sığorta məbləği həddində əlavə azadolma məbləğinin müəyyən edilməsi nəinki bu münasibətlərə tədbiq edilən azadolmanın, bütövlükdə sığorta institutunun mahiyyət və məqsədlərinə ziddir. Belə ki, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından azadolma məbləği sığorta ödənişinin məbləğinin azalmasına səbəb ola bilər və bu məbləğ nəticə etibarı ilə sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissədir. Mülki Məcəllənin 898.2-ci maddəsi də məzmu n etibarı ilə bu mənanı verir. Bu baxımdan tərəflər arasında yaranmış sığorta münasibətləri çərçivəsində azadolma məbləği sığorta məbləğini tam əhatə edə bilməz və ya ondan artıq ola bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi qüvvədə olan qanunvericiliyə istinadən onu da qeyd etmişdir ki, sığorta müqaviləsinin predmeti olan avtomobilin icarəyə verilməsi sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi müəyyən edilməmiş, sığorta riskinin dəyişməsinə təsir göstərə bilən hal kimi təsbit edilmişdir (Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları). Buna görə də cavabdeh sığorta müqaviləsində icarəyə verilən nəqliyyat vasitəsi üzrə azadolma məbləğini sığorta məbləği həddində müəyyən etməklə hüquqi nəticə etibarı ilə nəqliyyat vasitə sinin icarəyə verilməsini sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi müəyyən etmişdir. Bu səbəbdən həmin əlavə şərt sığorta qaydalarında nəzərdə tutulmayan və sığortalının vəziyyətini nəinki pisləşdirən, hətta onu sığorta ödənişi almaq imkanından məhrum edən, nəticə etibarı ilə vicdanlıq prinsiplərinə zidd olaraq müqavilə tərəfi olan iddiaçı üçün zərərli şərt kimi qiymətləndirilməlidir. Qeyd edilənlər öz növbəsində həmin şərtin etibarsız olmasını şərtləndirir və bu əsasla sığorta ödənişinin verilməsindən imtinanın əsassız olduğunu təsdiq edir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən hesab etmişdir ki, sığorta şirkəti xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə azadolma məbləğinin sığorta məbləğindən çox olması əsası ilə sığorta ödənişin in verilməsindən imtina etməkdə haqlı olmamışdır. Müqavilədə təsbit edilməklə bu imtinaya əsas yaradan həmin şərt etibarsızdır. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi verilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının əsası ilə bağlı qeyd etmişdir ki, cavabdehin mövqeyi yalnız həmin avtomobilin sürücüsünün videoyazıdakı izahatına dayanır. Başqa sözlə, cavabdehin həmin halla bağlı başqa sübutu yoxdur. Lakin iddiaçı və üçüncü şəxs həm birinci instansiya məhkəməsində, həm də hazırki icraat çərçivəsində birmənalı olaraq avtomobilin icarə verildiyini qəbul etmir və videoyazının qəzadan dərhal sonra xəstəxanada lentə alındığını, aldığı xəsarətlərdən sürücünün özündə olmadığı mövqeyindən çıxış edirlər.
28. Apellyasiya instansiyası məhkəməsi cavabdehin y eganə sübutunun video-yazı olduğunu, sığortalı ilə sığorta olunan arasında icarə münasibətlərinin mövcudluğunu təsdiqləyən hər hansı digər sübutun təqdim edilmədiyini nəzərə alaraq cavabdehin bu mövqeyini ümumiyyətlə əsassız hesab etmişdir. Belə ki, qanunverici sığorta şirkətinə foto və video çəkilişin aparılması hüququnu zərərin müəyyən edilməsi məqsədilə ilə vermişdir (hazırki halda avtomobilin qəzadan sonrakı vəziyyətinin, hadisə yerinin və s.). Eyni zamanda, baş vermiş hadisənin araşdırılması məqsədilə sığorta şirkəti tərəfindən hadisənin iştirakçılarının izahatlarının alınması ilə bağlı qadağa da mövcud deyil. Lakin sığorta şirkəti məhz bu izahata əsaslanaraq sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsindən imtina etməməlidir. Xüsusilə də hazırki halda iddiaçı tərəf video-yazıda kı izahatını müdafiə etmir və tamamilə əks mövqedən çıxış edir.
29. Apellyasiya instansiyası məhkəməsi sığorta ödənişinin məbləğinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1794 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, 7.600 (7.700 manat -100 manat şərtsiz azadolma məbləği) manat məbləğində sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanuni və əsaslı hesab etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 337.1, 352, 418.1, 420.2, 883.1, 898.1, 898.2, 908.1, 908.1.6, 922.1, 925.1, 926.1, 926.3cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. C avabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi sürücünün video izahatını sübut kimi qəbul etmişdir. Video izahatı verilərkən, onun anlaqsız olduğu və ya qeyri-dəqiq olduğu ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bu halda, video izahatı sübut kimi qiymətləndirmək və onun inkar edilməsi zamanı anlaqsız olmasının sübuta yetirilməməsi hüquqi səhvdir. Çünki, video izahatın inkar edilməsi, yalnız tərəf müqabilləri tərəfindən təqdim edilən konkret sübutlarla təsdiqlənməlidir. Bundan əlavə, icarə müqaviləsinin şifahi şəkildə bağlanması qanunvericiliyə zidd deyil. Bu səbəbdən, icarə müqaviləsinin şifahi şəkildə bağlanması və sürücünün hadisə vaxtı verdiyi izahatın düzgün qiymətləndirilməməsi hüquqi səhvdir. Məhkəmə, şifahi icarə müqaviləsini nəzərə almalı və izahatları, sübutları daha ətraflı araşdırmalıdır. Məhkəmə qətnaməsində işdə olan sübutları hərtərəfli və tam araşdırmamış, ekspert rəyini mötəbər sübut kimi nəzərə almaqla onun qabaqcadan qüvvəsini tanımışdır. Cavabdeh tərəfindən məhkəməyə hadisə zamanı sürücünün nəqliyyat vasitəsini icarəyə götürdüyünü etiraf etdiyi video izahat sübut kimi tətbiq edilməsinə baxmayaraq, məhkəmə tərəfindən bu video izahat araşdırılmamışdır. Qarşı tərəf isə nəqliyyat vasitəsinin icarəyə verilməməsi faktını sübut edə bilməmişdir.İddiaçı tərəf sürücünün video izahat verərkən anlaqsız vəziyyətdə olduğunu iddia etmiş amma bunu sübut edə bilməmişdir. Cavabdeh tərəf isə şəxsin anlaqlı olduğunu iddia edərək, video müsahibənin sübut kimi qiymətləndirilməsini istəmişdir. Buna baxmayaraq video müsahibə daha dəqiq tədqiq edilməmiş, şəxsin müsahibə zamanı anlaqlı olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilməmişdir. Bundan əlavə, qanunvericilikdə azadolma məbləğinin sığorta məbləğindən az olması ilə bağlı hər hansı tənzimləmə yoxdur. Sığorta müqaviləsində tərəflər arasında razılaşdırılmış azadolma məbləğinin sığorta məbləğindən az olması qanunla qadağan edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 352.Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi d axil edilmədən də bağlana bilərdi. Maddə 418.1.Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Maddə 420.2.Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Maddə 883.1.Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz q ala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Maddə 898.1.İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Maddə 898.2.Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Maddə 908.1-ci və 908.1.6.Əqdlərin etibarsızlığının bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi sığorta qaydalarında nəzərdə tutulmayan və sığortalının vəziyyətini pisləşdirən əlavə şərtlər sığorta müqaviləsinə daxil edildikdə həmin şərtlərə münasibətdə bağlandığı andan etibarsız sayılır. Maddə 922.1.Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 925.1.Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı mü əyyən edir. Maddə 925.1. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələr i ilə təqdim etməlidir; Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prose ssual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində cavabdeh qətnamənin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxşının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilən hissəsində olub, bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə apellyasiya baxşının predmeti olan hissə başa düşülür.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1930-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88 maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
41. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxa rıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sığorta Şirkəti ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-490/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.