Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-194/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Nümayəndə, Cavabdeh2 və Cavabdeh3na qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququnun tanınması və qəsdə son qoyma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1001/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Nümayəndə və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 dekabr 1958-ci ildə Balakən rayonu Talalar kənd soveti tərəfindən verilmiş İ-İE seriyalı 529723 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Umarov Hümbət Mahamarasul oğlu 24 sentyabr 1958-ci ildə anadan olmuş, atası Umarov Mahamarasul Abdlulmacid oğlu, anası X7 yazılmışdlır.
2. Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən 18 yanvar 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 761905 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə ölmüşdür. 3. 24 avqust 2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X8 328 №li Dövlət Aktı ilə mülkiyyət torpağından 0,21 ha, həyətyanı torpaqdan 0,08 ha və bü tün adında olan kənardakı digər əmlakını oğlu X2 vəsiyyət etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvədə olan xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Balakən rayonu Talalar kəndində yerləşən mərhum X8 ilə iddiaçı Cavabdeh2 birgə mülkiyyətində olmuş 0,12 ha həyətyanı torpaq sahəsindən Cavabdeh2 payı 7/12 hissə, Nümayəndə payı 1/12 hissə, X1 payı 4/12 hissə müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətitərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Talalar kəndi ərazisində yerləşən ümumi sahəsi 113.80 kv.metr olan fərdi yaşayış evi tam X5 adına, 0.123 ha olan həyətyanı torpaq sahəsi isə ümumi birgə olmaqla 7/12 hissə Cavabdeh2 Yaqub qızının, 1/12 hissə Nümayəndə Maharasul oğlunun və 4/12 hissə İddiaçı Mahamarasul oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7150/2019 nömrəli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Nümayəndə Məmmədrəsul oğlunun və Cavabdeh2 cavabdehlər Balakən rayonu Talalar Bələdiyyəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Umarov Hümbət Mahamarasul oğluna qarşı Balakən rayonu Talalar Bələdiyyəsində 24 avqust 2007-ci ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsı z hesab edilməsi tələbinə dair iddiaları təmin edilmiş, Balakən rayon Talalar Bələdiyyəsində xx xxxxxx 2007-ci ildə X5 adından tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-1995/2019 nömrəli iş üzrə 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Nümayəndə Mahamarasul oğluna, Cavabdeh2 və Cavabdeh3na qarşı iddia ərizəsi i lə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X3 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, o cümlədən cavabdehlər Nümayəndə və Omarova Təravət Yaqub qızı tərəfindən mərhum anası Omarova Səfiyyə Hədis qızından miras qalmış 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evinə, ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan 0,123 ha torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X7 09 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra o, ondan miras qalmış əmlakları, o cümlədən, Balakən ra yonu Talalar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evini faktiki olaraq qəbul etmişdir. İddia ərizəsinə əlavə etdiyi RX seriyalı 1078531 nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan göründüyü kimi, mərhum anası Omarova Səfiyyə Hədis qızının Balakən rayonu Talalar kəndində 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi olmuşdur. Mərhum anası Omarova Səfiyyə Hədis qızı bütün əmlakını sağlığında onaİddiaçı vəsiyyət etmiş və bu barədə 24 avqust 2007-ci il tarixdə Balakən rayonu Talalar kənd bələdiyyəsində vəsiyyətnamə tərtib edilmişdir. Mərhum anası X3 miras qalmış torpaq sahəsinə vərəsəlik açılmış, lakin cavabdehlərlə aralarında olan mübahisəyə görə həmin evə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Bununla yanaşı, RX seriyalı 1078531 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan göründüyü kimi o, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0.123 ha torpaq sahəsinin mülkiyyətçilərindən (4/12) biridir, lakin cavabdehlər Nümayəndə və Cavabdeh2 onun həmin torpaq sahəsindən, həm də anasından miras qalmış evdən istifadəsinə maneçilik törədirlər. RX seriyalı ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən mərhum anası X3 miras qalmış, 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi, o, cümlədən, onun mərhum anası X3 miras qalmış 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış ev i və ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan 0.123 ha torpaq sahəsindən istifadəyə və sahibliyə qarşı cavabdehlər Nümayəndə və Cavabdeh2 qızı tərəfindən yönəlmiş qəsdə son qoyulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 fevral 2020-cu il tarixli, 2(019)-6/2020 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilərək, İddiaçı cavabdehlər Nümayəndə və Cavabdeh2 ilə ümumi paylı mülkiyyətdə olan, Balakən rayonu Talalar kəndində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsindən İddiaçı oğlunun sahiblik və istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər Nümayəndə və Cavabdeh2 tərəfindən edilən maneçiliyin aradan qaldırılması qət edilmiş, iddi a tələbi qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı mərhum X4 adından bütün əmlakını ona vəsiyyət etməsi barədə xx xxxxxx 2007-ci il tarixdə Balakən rayonu Talalar kənd bələdiyyəsində tərtib edilmiş vəsiyyətnaməyə əsaslanaraq X3 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınmasını tələb etməsini, bu vəsiyyətnamənin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edilməsini, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq iddia tələbini mərhum X3 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən 1963-cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması hissəsində təmin etməmişdir
11. Həmçinin birinci instansiya məhkəməsi İddiaçı cavabdehlər Nümayəndə və Cavabdeh2 ilə ümumi paylı mülkiyyətdə olan, Balakən rayonu Talalar kəndində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsindən İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1166, 1167, 1179, 1225.1, 337.4-cü maddələri, Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14. 2, 77.1, 15.2, 88, 106.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən cavabdeh Nümayəndə apellyasiya şikayəti vermişdir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1001/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) cavabdeh Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-6/2020 saylı qətnаməsi cavabdeh Nümayəndə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.123 ha olan həyətyanı torpaq sahəsinin 4/12 hissəsi iddiaçının mülkiyyətindədir. Həmin Çıxarış hal-hazırda qüvvədədir və heç kim tərəfindən ləğv edilməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehlər Nümayəndə və Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmamış, təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verməmiş, qanunsuz və əsassız qətnamə qəbul edilməmişdir.
18. Belə ki, iddiaçının vəsiyyətnamə əsasında 0.12 ha torpaq sahəsinin 0.04 ha hissəsinə çıxarış aldığını və bu çıxarışın alınmasına əsas olan vəsiyyətnamənin məhkəmə qaydasında etibarsız sayılmasına hüquqi qiymət verməmiş, eyni əsasla iddianı evə dair hissədə təmin etməsə də, torpağa dair hissədə təmin etməklə səhv hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə 25. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1)
26. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.. (maddə 215.1) 27. ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət ü zrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır(maddə 1133.1 və 1133.2) 28. miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145) 29. fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.. (maddə 1166) 30. vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. (maddə 1167) 31. vəsiyyətnamə yazılı formada tərtib edilmə lidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir( maddə 1179) Mülki Prossesual Məcəllə
32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
35. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək qətnamə qəbul etmişdir. 40 Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının vəsiyyətnamə əsasında 0.12 ha torpaq sahəsinin 0.04 ha hissəsinə çıxarış aldığını və bu çıxarışın alınmasına əsas olan vəsiyyətnamənin məhkəmə qaydasında etibarsız sayılmasına dair dəlilinə hüquqi qiymət verərərk hesab edir ki, həmin dəl il əsassızdır. 41 Belə ki, iddiaçının 0.12 ha torpaq sahəsinin 0.04 ha hissəsinə çıxarışın alınmasına əsas qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmuşdur. Həmin məhkəmə qətnaməsinə əsasən Balakən rayonu Talalar kəndində yerləşən mərhum X8 ilə iddiaçı Cavabdeh2 birgə mülkiyyətində olmuş 0,12 ha həyətyanı torpaq sahəsindən Cavabdeh2 payı 7/12 hissə, Nümayəndə payı 1/12 hissə, X1 payı 4/12 hissə müəyyən edilmişdir. Halhazırda da həmin qətnamə qüvvədədir.(4 ) 42 Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 43 Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Nümayəndə və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1001/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.