Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-194/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-194/2025 (Açar sözlər: barışıq sazişi üzrə borc və əldən çıxmış fayda tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişi üzrə borc və əldən çıxmış fayda” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1122/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanva r 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh və İddiaçı MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2017 nömrəli, 13 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh İddiaçı MMC-yə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, avtomobillərin təhvil verilməsi, dəyəri ödənilmiş avtomobillərə mülkiyyət hüququnun tanınması, müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması, mənəvi zərərin əvəzinin ödənilməsi” barədə ilkin iddia tələbi qismən t əmin edilmiş, Cavabdeh ilə İddiaçı MMC-nin arasında “SHACMAN” markalı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-***, **JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı 17 ədəd yük avtomaşınlarına dair bağlanmış 24 aprel 2015-ci il tarixli 13 nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, “SHACMAN” markalı **-JN-*** və **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri İddiaçı MMC-dən alınaraq Cavabdeh verilmiş, 22 oktyabr 2010-cu il tarixli 171 saylı, 08 noyabr 2010-cu il tarixli 182 saylı və 12 noyabr 2011-ci il tarixli 276 saylı alğı-satqı müqavilələrinin şərtlərinə uyğun olaraq “SHACMAN” markalı **-JR-***, **JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **- JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **JN-***, **-JM-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı 17 ədəd yük avtomaşınlarını Cavabdeh mülkiyyətinə verməsi vəzifəsi İddiaçı MMC-yə həvalə edilmiş, qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, 24 aprel 2015-ci il tarixli 13 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar restitusiya qaydasında İddiaçı MMC-də Cavabdeh xeyrinə tutulmalı olan 20.000 manat Cavabdeh, həmin MMC-nin xeyrinə tutulmalı olan pul məbləğinin müvafiq hissəsində əvəzləşdirilməsi və Cavabdeh 107.798 manat alınaraq İddiaçı MMC-yə ödənilməsi, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur.
2. Azərbaycan Respulikası Ali Məhkəməsinin Mülki koll egiyasının 2(102)-4804/2018 nömrəli, 02 iyul 2018-ci il tarixli qərarından görünür ki, kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun “icrası mümkün olmayan icra sənədinin qaytarılması barədə” 23 may 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilməli olan nəqliyyat vasitələri “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən özgəninkiləşdirildiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli icra sənədi geri qaytarılmışdır.
4. İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh arasında 21 fevral 2019-cu il tarixdə bağlanaraq, Bakı şəhəri 13 saylı dövlət notariat ofisinin dövlət notariusu Kəmalə Hüseynzadə tərəfindən təsdiq edilmiş Barışıq Sazişindən görünür ki, İddiaçı MMC-nin ilə Cavabdeh aşağıdakı şərtlərlə razılaşmanı imzalamışlar: -1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli mülki iş üzrə, 15 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı dövlət qeydiyyat nişanı **-JN-*** olan (17 ədəd yük avtomaşınlarını) Cavabdeh mülkiyyətinə rəsmiləşdirməli və öz növbəsində Cavabdeh İddiaçı MMC-nin xeyrinə 107.798 manat ödəməlidir. -2. Cavabdeh İddiaçı MMC- nin xeyrinə 107.798 manat pulu birdəfəlik ödəmə imkanının olmadığını nəzərə alaraq, tərəflər həmin ödənişi aşağıdakı şəkildə razılaşdırırlar. -3. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 107.798 manat əvəzində 150.000 manat pul məbləğinin 3 il müddətinə hissə-hissə ödəməlidir. -4. İddiaçı MMC isə “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı dövlət qeydiyyat nişanlı **-JN-*** olan 17 ədəd yük avtomaşınlarından dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-*** olan “SHACMAN” markalı və dövlət qeydiyyat nişanı **-JN-*** olan “FAW” markalı avtomaşını (cəmi 13 ədəd avtomaşın) Cavabdeh mülkiyyətinə rəsmiləşdirməyi öhdəsinə götürür. -5. “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JN-***, **-JN-***, **-JN-***, **-JN*** olan avtomaşınlar (cəmi 4 ədəd avtomaşın) İddiaçı MMC-nin mülkiyyətində qalır. Həmin avtomaşınlara dair Cavabdeh hər hansı bir tələbi gələcəkdə də olmayacaqdır. -6. Cavabdeh apardığı hissə-hissə ödənişlərə dair müvafiq kassa qəbzi verilir və tam məbləğ bağlandığı gün bu razılaşmada göstərilən öhdəliklər yerinə yetirilmiş hesab edilir. -7. Bu razılaşmadan irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilir, bu mümkün olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə əsasən həll edilir.
5. İddiaçı MMC Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaç ı MMC borcun ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq etmişdir.
6. İddiaçı MMC-nin 23 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 fevral 2019-cu il tarixli Barışıq Sazişinə əsasən - əsas borcu 113.000 manat, illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində 1.883 manat (əsas borcun 5%-i 5.650 AZN:12ay=470 AZN; 470 AZN x 4ay=1.883 AZN), ümumilikdə 114.883 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı, yaxud MMC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 21 fevral 2019-cu il tarixli Barışıq Sazişi üzrə əsas borcu 113.000 manat, illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində 1.883 ma nat (əsas borcun 5%-i 5.650 AZN:12ay=470 AZN; 470 AZN x4 ay=1.883 AZN), ümumilikdə 114.883 manat məbləğində borcun və ödənilmiş 404 manat dövlət rüsumunun tutularaq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki halına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında 21 fevral 2019-cu il tarixində Barışıq Sazişi bağlanmışdır. Sazişin 3-cü bəndinə əsasən, cavabdeh iddiaçı MMC-nin 107.798 manat əvəzində 150.000 manat pul məbləğini 3 il müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sazişin 4-cü bəndinə əsasən, iddiaçı MMC dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-*** olan “SHACMAN” markalı özüboşaldan və dövlət qeydiyyat nişanı **-JN-*** olan “FAW” markalı Çən yanacaq nəqliyyat vasitəsini (cəmi 13 ədəd) cavabdehin mülkiyyətinə rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Sazişin 6-cı bəndinə əsasən, cavabdehin apardığı hissə-hissə ödənişlərə dair müvafiq kassa mədaxil qəbzi verilir və tam məbləğ bağlandığı gün bu razılaşmada göstərilən öhdəliklər yerinə yetirilmiş hesab ediləcəkdir. Lakin cavabdeh tərəfindən Barışıq Sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi müəyyən olunmuş müddətdə yerinə yetirməmiş, bununla əlaqədar 113.000 manat borcu qalmışdır. 23 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin barışıq sazişi üzrə 23 iyun 2022-ci il tarixinə iddiaçı MMC-yə ümumilikdə borcu 114.883 manat (əsas borcu 113.000 manat, illik 5% dərəcəsi ilə dəymiş zərə r və əldən çıxmış fayda qismində 1.883 manat (əsas borcun 5%-i 5.650 AZN:12ay = 470AZN; 470 AZN x 4ay=1.883 AZN) təşkil edir.
9. Bərdə Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(021)-1109/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 113.000 manat və əldən çıxmış fayda qismində 1.883 manat, ümumilikdə, 114.883 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 404 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsinə əsasən iddiaçı MMC “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **- JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı dövlət qeydiyyat nişanı **-JN-*** olan 17 ədəd yük avtomaşınlarını cavabdehin mülkiyyətinə rəsmiləşdirməli və öz növbəsində cavabdeh iddiaçı MMC-nin xeyrinə 107.798,0 manat ödəməlidir. Tərəflər arasında qətnamə qüvvəyə mindikdən sonra 21 fevral 2019-cu il tarixli Barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən, iddiaçı cavabdeh MMC-nin xeyrinə 107.798 manat pulu birdəfəlik ödəmə imkanının olmadığını nəzərə alaraq, 107.798 manat əvəzində 150.000 manat pul məbləğinin 3 il müddətinə hissə-hissə ödəməsini öhdəsinə götürmüşdür. Həmin məbləğdən müəyyən ödənişlər edilmiş, lakin cavabdehin 113.000 manat borcu qalmışdır.
11. Məhkə mə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh “Barışıq Sazişi” ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
12. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əldən çıxmış fayda hissəsində təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vuru lmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 6.2, 21, 385.1, 386.1, 442, 445, 448-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh öhdəlikləri yerinə yetirməyə başlasa da qarşı tərəfdən öhdəlik tam yerin ə yetirilməmişdir. Buna baxmayaraq iddiaçı MMC cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və yalnız pul tələbinin təmin edilməsini xahiş etmişdir. Qətnamədən də göründüyü kimi cavabdeh müvafiq olaraq ödənişləri həyata keçirmişdir. Yəni, cavabdehin 107.798 manat borcu olmasına baxmayaraq, onun vəziyyətini daha da ağırlaşdıraraq, 150.000 manatlıq pulun ödənilməsi öhdəliyi üzərinə qoyulmuşdur. Bundan başqa saziş üzrə geri qaytarılmalı olan avtomobillərdə Nəsimi rayon İcra Şöbəsinin 23 may 2022-ci il tarixli icra sənədinə əsasən özgəninkiləşdirildiyindən icra edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq qətnamə qəbul edərkən, həmin halları nəzərə almamışdır. Eyni zamanda iddiaçının hazırkı məhkəmə iclası barədə məlumatı olmamışdır. Onun vəkili Vəkil 2 “covid” xəstəliyinə tutulmuş və daha sonra isə məhkəməyə getmədiyindən tərəflər arasında olan müqavilə ləğv olunmuşdur. Buna baxmayaraq məhkəmə qəbul olunmuş qətnaməni Vəkil2 göndərmişdir. Göründüyü kimi, məhkəmə işə birtərəfli qaydada baxmış, qərəzli olaraq barışıq sazişi üzrə sazişi tam şəkildə araşdırmamış, sazişdə qeyd olunan avtomobilin özgəninkiləşdirilməsinə əhəmiyyət vermədən cavabdehin hüququnu pozan qətnamə qəbul etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, ümumiyyətlə birinci instansiya məhkəməsi iş üzrə araşdırma aparakən səhv nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi mövc ud olsa da, həmin qətnamənin qanuni qüvvəsini alıb-almaması araşdırılmamışdır. Apellyasiya instansiya məhkəməsi qərardaddan verilən şikayətə baxarkən qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə ilə bağlı iddiaçının xeyrinə cavabdehdən 107.798 manat ödənilməsinə dair məhkəmə qətnaməsi mövcuddur. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçının tələb etdiyi məbləğə dair hissədə işin xitam verilməsində o zaman düzgün nəticəyə gəlmiş olardı ki, öz mövqeyini eyni tərəflər arasında olan, məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişinə deyil, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən əsaslandırmış olsun. Göründüyü kimi, qeyd olunan qətnamənin də qüvvəsini alıb-almaması araşdırılmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı isə özündə mübahisələndirilən maddi hüququn belə hüquqa əsaslanan faktın mövc ud olub-olmamasını qəti surətdə müəyyənləşdirir. Bununla da məhkəmə faktiki olaraq birinci instansiya məhkəməsinə qətnamənin qanuni qüvvədə olub-olmamasının aydınlaşdırılmasını və əgər qətnamə varsa bir məsələyə iki dəfə yanaşmanın mövcud olmasını yenidən baxma üçün əsas ola bilməməsini izah edərək, həmin halın araşdırmasını öz qərardadında birbaşa qeyd etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1122/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev), cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçı MMC-nin cavabdehə qarşı “barışıq sazişi üzrə borc və əldən çıxmış fayda” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə iddianın borcun qaytarılması 107.798 manat hissəsi üzrə icraata xitam verilmişdir.
18. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli qətnaməsinə istinad edərək qeyd etmişdir ki, hazırkı mübahisənin tərəfləri arasında, eyni predmet barədə və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Hazırkı mübahisə üzrə işin tərəfləri, iddianın faktiki əsasları və predmeti ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə həll edilən mübahisənin tərəfləri, iddianın faktiki əsasları və predmeti eyni olmuş, hər iki iddia ilə iddiaçının tərəfindən veril miş avtomaşınların hüquqi hədəfinin pozulduğunu, “SHACMAN” markalı **JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **JN-***, **-JN-***, **-JM-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı **-JN*** dövlət qeydiyyat nişanlı 17 (on yeddi) ədəd yük avtomaşınının dəyəri olan 107.798 manat iddiaçıdan alınaraq verilmişdir.
19. Məhkəmə kollegiyası həmçinin 03 iyul 2024-cü il tarixli qərardadı ilə iddianın barışıq sazişi üzrə borcun tutulması hissəsində iş üzrə icraata xitam verdiyinə görə apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən etmişdir ki, iddianın “Barışıq sazişi” üzrə borcun tutulması hissəsində iş üzrə icraata xitam verildiyindən, iddianın yalnız pul məbləğinin gecikdirilməsinə görə illik 5 % və əldən çıxmış fayda verilməsi hissəsi yoxlanmalıdır.
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-1122/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən pul məbləğinin gecikdirilməsinə görə illik 5 % qismində 5.389,9 manat və 73,89 manat dövlət rüsumunun alınaraq, iddiaçı MMC-yə verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfind ən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi 2 hissədən ibarətdir: 1) Əsas borcun gecikdirilməsinə görə illik 5 % məbləğin ödənilməsi; 2) Əldən çıxmış faydanın ödənilməsi. Belə ki, iddia tələbinin birinci hissəsinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə (zamana görə qüvvədə olan redaksiyasına əsasən) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmi rsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
23. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
24. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim e tmədən həmin dövr üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən götürülmüş öhdəliyi yerinə yetirməyi gecikdirdiyi üçün Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən gecikdirilmiş hər il üçün 5 % olmaqla, 5.650 manat ödəməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin tələbi ilə bağlı qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehdən 107.798 manat alınaraq iddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixili barışıq sazişinə əsasən, cavabdeh iddiaçı MMC-nin xeyrinə 107.798 manat əvəzində 150.000 manat pul məbləğinin 3 (üç) il müddətinə hissə-hissə ödənilməsi barədə razılıq əldə etmişlər. Lakin, cavabdeh sonrakı dövrdə borcun qaytarılması ilə bağlı heç bir real hərəkət etməmiş və ya bu cür hərəkətlərin edilməsinə cəhd göstərməmişdir. Göründüyü kimi, tərəflər razılıq əldə verildiyi vaxtdan (xx.xx.2019-cu il tarixdən) təxmini olaraq 3 il keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda isə iddiaçı əsas borcun 1 illik gecikdirilməsi üçün pulun verilməsini tələb etmişdir. Ona görə də, cavabdehdən borc aldığı 107.798 manat borcun ödənilməsinin gecikdirildiyi 1 il üçün illik 5 % ödəməyə borcludur. Lakin, iddia həmin hissədə qismən təmin edilməlidir. Çünki, 107.798 manat borcun illik 5% hissəsi 5. 650 manat deyil, 5.389,9 manat təşkil edir (107.798 x 5% = 5.389,9 manat).
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddianın ikinci hissəsi iddiaçıya vurulan əldən çıxmış fayda şəklində zərərin ödənilməsi barədədir. İddiaçı bu tələbini, aralarında bağlanmış barışıq sazişi haqqında müqavilə üzrə cavabdehin öz öhdəliyini lazımınca yerinə yetirməməsi, bu səbəbdən pulun gec qaytarılması nəticəsində ona zərər dəyməsi ilə əsaslandırır.
27. Məhkəmə kollegiyası göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı əldən çıxmış faydanın ödənilməsi hissəsində təmin etmiş və gəldiyi nəticəni isə əsaslandırmamışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MPM-in 77-ci maddəsinin tələbləri baxımından, iddiaçıya iddia olunan miqdarda əldən çıxmış fayd a şəklində ziyanın vurulduğunu sübutetmə yükü, həmin ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşür. Lakin, iddiaçı tərəfindən məhkəmə kollegiyasına hər hansı sübut təqdim edilməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.2, 21.3, 385.1, 425.1, 442, 443.1, 443.2, 445.2.1, 445.7, 447.7, 448-ci və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 97.1, 103.1, 217.3, 218.1, 218.3, 384.0.2, 385.1, 385.1.2, 385.1.3, 388, 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri.
30. Qətnamədən iddiaçı MMC (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, qiymətləndirməlidir. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı tərəfindən iddianın əsaslı olmasına dair kifayət qədər sübutlar təqdim edilməmişdir. İddianın əsaslı olmasına dair Barışıq sazişinin təqdim edilməsi artıq iddianın əsaslı olmasını təsdiq edən əsas sübutdur. Qətnamədə iddianın əsassız olmasına dair hüquqi əsaslandırma ümumiyyətlə qeyd edilməmiş, hansı səbəbdən iddianın əsassız olması göstərilməmişdir. Halbuki mübahisə tərəfləri arasında Barışıq sazişinin olması, cavabdehin borcun olmasını etiraf etməsi, borcun ödənilməsi üçün 3 illik müddətin verilməsi kimi sübutları apellyasiya instan siya məhkəməsi sübut hesab etməmişdir. Məhkəmə kollegiyası tərəfindən bütün sübutlar şərh olunmayaraq, bir-birilə əlaqələndirilməmiş və işə aidiyyatının olub-olmaması müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində yeni hüquq münasibətlərinin yarandığını, tərəflər arasında qətnamədən sonra imzalanmış Barışıq sazişinin olmasını qeyd etsə də, həmin Barışıq sazişinə əsasən ödəniləcək əsas borc məbləğinin iddiaçı tərəfindən cavabdehdən alınmasına dair iddiasını əsaslı hesab etməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın əsas borc məbləğinin hansı əsasla təmin olunmamasına dair hər hansı əsaslandırma qeyd etməmiş, faktiki olaraq formal qətnamə qət etmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi hazırki vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. T ətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvv ədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
38. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədi kdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
39. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
41. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
42. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
43. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiya).
44. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
45. Maddə
448. Əgər bu Məcəll ə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
46. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 47. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmad ıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.
48. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.
49. Maddə 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya id diaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
59. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsini n vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin 107.798 manat hissəsi üzrə icraata xitam verilməsi barədə apellyasiya instansiya məhkə məsinin 03 iyul 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilmədiyindən, həmçinin iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
68. İddia tələbindən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında razılığa gələrək notariat qaydada təsdiq edilmiş barışıq sazişi bağladıqlarını, lakin cavabdehin həmin barışıq sazişinin tələbinə əməl etmədiyini qeyd edərək, cavabdehdən 21 fevral 2019-cu il tarixli Barışıq Sazişi üzrə əsas borc kimi 113.000 manat, illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində 1.883 manat (əsas borcun 5%-i 5.650 AZN:12ay=470 AZN; 470 AZN x4 ay=1.883 AZN), ümumilikdə 114.883 manat məbləğində borcun və ödənilmiş 404 manat dövlət rüsumunun tutularaq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
69. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, lakin məhkəmənin qətnaməsindən verdiyi ap ellyasiya şikayətində iddia tələbinə qarşı etiraz edərək, barışıq sazişi üzrə öhdəlikləri yerinə yetirməyə başlayaraq ödənişləri həyata keçirsə də qarşı tərəfin öhdəliyi tam yerinə yetirmədiyini, yəni 107.798 manat borcu olmasına baxmayaraq, onun vəziyyətini daha da ağırlaşdıraraq 150.000 manatlıq pulun ödənilməsi öhdəliyinin üzərinə qoyulmasını, bundan başqa saziş üzrə geri qaytarılmalı olan avtomobillərin də Nəsimi rayon İcra Şöbəsinin 23 may 2022-ci il tarixli icra sənədinə əsasən özgəninkiləşdirildiyindən icra edilməsinin mümkün olmadığını, birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən həmin halları nəzərə almadığını, avtomobilin özgəninkiləşdirilməsinə əhəmiyyət vermədən onun hüququnu pozan qətnamə qəbul etməsini qeyd edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv e dilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
70. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsinə əsasən iddiaçı MMC “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı dövlət qeydiyyat nişanı **-JN-*** olan 17 ədəd yük avtomaşınlarını cavabdehin mülkiyyətinə rəsmiləşdirməli və öz növbəsində cavabdeh iddiaçı MMC-nin xeyrinə 107.798,0 manat ödəməlidir. Tərəflər arasında qətnamə qüvvəyə mindikdən sonra 21 fevral 2019-cu il tarixli Barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən, iddiaçı cavabdeh MMC-nin xeyrinə 107.798 manat pulu birdəfəlik ödəmə imkanının olmadığını nəzərə alaraq, 107.798 manat əvəzində 150.000 manat pul məbləğinin 3 il müddətinə hissə-hissə ödəməsini öhdəsinə götürmüşdür. Həmin məbləğdən müəyyən ödənişlər edilmiş, lakin cavabdehin 113.000 manat borcu qalmışdır.
71. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh “Barışıq Sazişi” ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, o nun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. İddia tələbi həm də əldən çıxmış fayda hissəsində təmin olunmalıdır.
72. Apellyasiya instansiya məhkəməsi ilk olaraq öz qərardadı ilə iddiaçı MMC-nin cavabdehə qarşı “barışıq sazişi üzrə borc və əldən çıxmış fayda” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə iddianın borcun 107.798 manat hissəsinin qaytarılması üzrə icraata xitam vermiş, daha sonra isə qətnamə qəbul edərək birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə ləğv edərək yeni qətnamə qəbul edərkən hesab etmişdir ki, iddianın “Barışıq sazişi” üzrə borcun tutulması hissəsində iş üzrə icraata xitam verildiyindən, iddia yalnız pul məbləğinin gecikdirilməsinə gö rə illik 5 % və əldən çıxmış fayda verilməsi hissəsində yoxlanmalıdır.
73. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, tərəflər razılıq əldə edildiyi vaxtdan (xx.xx.2019-cu il tarixdən) təxmini olaraq 3 il keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək əsas borcun 1 illik gecikdirilməsi üçün pulun verilməsini tələb etdiyindən, cavabdehdən borc aldığı 107.798 manat borcun ödənilməsinin gecikdirildiyi 1 il üçün illik 5 % ödəməyə borcludur. Lakin, iddia həmin hissədə qismən təmin edilməlidir. Çünki, 107.798 manat borcun illik 5% hissəsi 5.650 manat deyil, 5.389,9 manat təşkil edir (107.798 x 5% = 5.389,9 manat). Bundan başqa MPM-in 77-ci maddəsinin tələbləri baxımından, iddiaçıya iddia olunan miqdarda əldən çıxmış fayda şəkl ində ziyanın vurulduğunu sübutetmə yükü, həmin ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşür. Lakin, iddiaçı tərəfindən məhkəmə kollegiyasına hər hansı sübut təqdim edilməmişdir.
74. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə işin müəyyən edilmiş hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır.
75. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüqu q normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
76. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, iddiaçı barışıq sazişi üzrə cavabdehin icra etmədiyi öhdəliyin icrasını tələb edir, cavabdeh isə barışıq sazişi üzrə vəziyyətinin ağırlaşdırılmasını və üzərinə daha ağır öhdəliyin qoyulduğunu, həmçinin iddiaçı tərəfindən barışıq sazişinin şərtləri pozulmaqla ona verilməli avtomobilin özgəninkiləşdirilməsini bildirərək, iddiaya qarşı etiraz edir. Cavabdeh tərəfindən barışıq sazişinin etibarlılığı məhkəmə qaydasında mübahisələndirilmədiyindən, bu halda işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən öhdəlik, öhdəliklərin qarşılıqlı icrası, öhdəliyin icra edilməməsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi əsasları, borclunun icranı gecikdirməsi ilə bağlı normaların tələbləri nəzərdə keçirilməli, tərəflərin irəli sürdükləri faktiki hallar üzrə bu istiqamətlərdə araşdırma aparılmalı idi.
77. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi).
78. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır (MM-nin 441.1-ci maddəsi).
79. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-nin 441.2-ci maddəsi).
80. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (MM-nin 443.1-ci maddəsi).
81. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (MM-nin 445.1-ci maddəsi).
82. Apellyasiya instansiya məhkəməsi isə, cavabdeh tərəfindən barışıq müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməməsinə diqqət yetirməmiş və həmin müqavilənin mövcudluğunu nəzərə almamış, yalnız cavabdehin apellyasiya şikayətində göstərdiklərinə uyğun olaraq tərəflər arasında əvvəllər mövcud olmuş öhdəlik münasibətlərini təsdiqləyən məhkəmə qətnaməsinə istinad etmiş, həmin qətnamənin icraya yönəldildikdən sonra icrası mümkün olmayan icra sənədi kimi geri qaytarılmasını, məhkəmə qətnaməsində nəzərdə tutulmuş şərtlərin barışıq sazişi ilə dəyişdirilməsini diqqətdən qaçırmış, bununla bağlı işin hallarnı və sübutları tam hüquqlu məhkəmə kimi araşdırmamışdır.
83. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin hədləri barədə bölmədə qeyd etdiyi kimi, iddiaçı tərəfindən iddia tələbinin 107.798 manat hissəsi üzrə icra ata xitam verilməsi barədə apellyasiya instansiya məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərardadı kassasiya qaydasında mübahisələndirilmədiyinə görə apellyasiya məhkəməsinin həmin qərardadda göstərdiyi mövqeyinə münasibət bildirmir.
84. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində cavabdehdən 21 fevral 2019-cu il tarixli Barışıq Sazişi üzrə 113.000 manat əsas borcun iddiaçının xeyrinə tutulması tələb olunsa da, apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdehdən borc aldığı 107.798 manat borcun ödənilməsinin gecikdirildiyi 1 il üçün illik 5 % ödəməyə borclu olması qənaətinə gəlmiş, illik 5 % məbləğini 113.000 manat əsas borca münasibətdə hesablamalı olduğu halda bunu etməmiş, tələb olunan 113.000 manat əsas borc məbləği ilə, apellyasiya məhkəməsinin 1 il üçün illik 5 % tutulmasını təmin etdiyi 107.798 manat arasında yaranan (5.202 manat) fərqin səbəbini əsaslandırmamışdır.
85. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin, saziş üzrə geri qaytarılmalı olan avtomobillərin Nəsimi rayon İcra Şöbəsinin 23 may 2022-ci il tarixli icra sənədinə əsasən özgəninkiləşdirildiyindən icra edilməsinin mümkün olmaması barədə dəlili araşdırılmamış və hər hansı hüquqi qiymət verilməmişdir.
86. Göstərilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) da ir hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.
87. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
88. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
89. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəf ələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
90. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid i fadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
91. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, p ozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
92. Göstərlənlərdən aydın olur ki, yuxarıda qeyd olunan iş üçün mühüm əhəmiyyət kəsb edən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88 və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır.
93. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
94. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
95. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
96. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-c u maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1122/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.