Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1940/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gədəbəy Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(042)-49/2019 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İd diaçı vurulmuş maddi ziyana görə 2640 (iki min altı yüz qırx) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən, məruzəçi), L.Süleymanov və A.Bayramov, 2(104)-3467/2019 saylı mülki iş) hazırki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin aprel ayında Cavabdeh ilə hər ayı 500 manata razılaşaraq qeydiyyat nişanı 01BH89 olan “Kamaz-53212” markalı avtomaşını Cavabdeh idarə etmək üçün vermişdir. Bir neçə aydan sonra xəbər tutmuşdur ki, cavabdeh onun maşınının hissələrini və təkərlərini çıxarıb satır. Bu barədə məlumatı olduqdan sonra cavabdehə maşını təhvil verdiyi qaydada qaytarmasını bildirmişdir. Lakin cavabdeh onun dediklərinə məhəl qoymamışdır. Cavabdeh onun avtomaşınını işlətdiyi müddətdə ona 2770 manat ziyan vurmuşdur. Belə ki, avtomobilin 11 ədəd “AQTAE 900 R20” markalı, 280 diametrli təkəri olmuş, həmin təkərləri cavabdeh təxminən, 3 ay 15 gün işlətdikdən sonra satmışdır. Bununla bağlı Cavabdehla xx.xx.2018-ci il tarixdə nota riat kontoruna gələrək, orada dilindən ərizə verərək həmin məbləğin doğru olmasını təsdiqləmişdir. Ona görə də birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona çatası 2770 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normasının düzgün tətbiq etməmişdi. İddiaçının avtomaşınını ayda iki yüz manat ödəmək şərtilə istifadə etmiş, cəmi 2 ay 15 gün idarə etmiş, iddiaçıya 400 manat pul şahidlərin yanında vermişdir. Daha sonra iddiaçı əlavə pul tələb etmiş, eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə olan ekspert rəyi əsassızdır. Prosessual məsələl ər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında icarə münasibətləri olmuş, İddiaçı dövlət qeydiyyat nişanı 01BH89 olan “Kamaz53212” markalı avtomaşını hər ay 500 manat ödəmək şərtilə Cava bdeh icarəyə vermişdir. Bunun üçün iddiaçı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2018-ci il tarixədək Cavabdeh etibarnamə vermişdir. Cavabdeh həmin avtomaşını bir müddət istifadə etdikdən sonra onun təkərlərini satmışdır. Bu fakt cavabdehin notariusda verdiyi yazılı ərizə ilə də öz təsdiqini tapmışdır. Belə ki, o, ərizəsində iddiaçıya məxsus nəqliyyat vasitəsini işlətdiyini və işlədərkən iddiaçıya maddi ziyan vurduğunu etiraf etmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş materiallarına əlavə edilmiş ekspert rəyinə əsasən, vurulmuş ziyan 2640 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Мülki Мəcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik ol an şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkə t və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1940/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1940/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver