Məhkəmə qərarları › İş №2(102)-1940/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1940/2022

19.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1940/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin müddətə görə geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması və tələbin ipoteka predmetinə yönədilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-378/2021 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərə findən verilmiş kassasiya şikayətinə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli № 358/E saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 38.219 ABŞ dolları əsas borcu, 10.543 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 49762 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 05 iyun 2015-c i il tarixli № 358/eg saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 146a, mənzil 46 (Yeni qaydalarla: AZİ 106, ünvan 1 ünvanında yerləşən, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2206 nömrəli reyestr kitabının 205177 nömrəli vərəqində qeydiyyata alınmış, 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilərək açıq hərracdan satılması və borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 Sərdərovnanın həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (haki m K.Əmirxanova) iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli № 358/E saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 16536,38 ABŞ dolları əsas borc və 200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 16736,38 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun İddiaçı-yə ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, mənzilin satıldıqd an 1 ay sonra boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 195 manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, onun “Cavabdeh1 16536,38 ABŞ dolları əsas borc və 200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 16736,38 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılmaqla Cavabdeh1 21048 ABŞ dolları əsas, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, 24654 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə q əbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-378/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) iddiaçının şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin tutulması və tələbin ipoteka predmetinə yönədilməsi” tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh1 21 048 ABŞ dolları əsas borc, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 24654 (iyirmi dörd min altı yüz əlli dörd) ABŞ do lları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun İddiaçı-nə ödənilməsi, mənzilin ilkin satış (likvid) qiymətinin 110.000 (yüz on min) manat müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzili satıldıqdan 1 ay sonra boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Qeyd edilən qətnamədən narazı q alan iddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-378/2021 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır.

8. Belə ki, mülki iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, sözügedən qətnamə Cavabdeh2 06.08.2021-ci il tarixdə göndərilmiş, 16.08.2021-ci il tarixdə qəbzə imza etməklə qətnaməni rəsmi qaydada qəbul etmişdir.

9. Qətnamə Cavabdeh2 tərəfindən 16.08.2021-ci il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq, hazırki kassasiya şikayəti elektron formada 08.01.2022-ci il tarixdə, yəni k assasiya şikayəti vermə müddəti keçdikdən sonra verilmişdir. Həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 (vəkil X1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əsassız və qanunsuz olaraq geri qaytarılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-378/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qətnaməsini 16.08.21-ci il tarixdə yox, 17.11.2021-ci il tarixdə rəsmi olaraq almış və 08.01.22-ci il tarixdə müddə t buraxılmadan kassasiya şikayəti vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

13. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

14. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya baxışının hədləri

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qərardad tam mübahisələndirildiyindən və ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tə rəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə

134. Rəsmi qaydada verilən sənədlər 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddə t ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsasl ıdır.

19. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

20. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

21. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edil ərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

22. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-378/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 tərəfindən 16.08.2021-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, onun tərəfindən kassasiya şikayəti 08.01.2022-ci il tarixdə verildiyindən, qanunla müəyyən olunmuş 2 aylıq şikayətvermə müddəti ötürülmüş, şikayətə müddətin bərpa olunmasına dair vəsatət də əlavə edilməmişdir.

23. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassas iya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin verilməməsi isə, MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.

24. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-378/2021 nömrəli, 18 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar